Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə160/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   156   157   158   159   160   161   162   163   ...   181

 

364


Məsələ 2731: Əgər meyitin bir neçə övladı olsa, (ərin) övladı olmadığı 

təqdirdə, malın dörddə birini, əgər övladı olsa, malın səkkizdə birini izah 

olunduğu kimi, onun arvadları arasında – hətta ər onların heç biri ilə və ya-

xud bəzisi ilə cinsi yaxınlıq etməsə belə – bərabər böləcəklər. Amma ölü-

münə  səbəb olan xəstəlik zamanı bir qadını nikahına daxil edib onunla 

cinsi yaxınlıq etməyibsə, həmin qadın irs aparmaz və mehriyyə haqqı da 

yoxdur. 

Məsələ 2732: Əgər qadın xəstə halında ərə getsə və həmin xəstəlik ilə 

ölsə, əri onunla cinsi yaxınlıq etməsə də, ondan irs aparır. 



Məsələ 2733: Əgər talaq hökmlərində qeyd edilən tərtiblə bir qadına 

“rici” talağı verilsə  və iddə  əsnasında ölsə,  ər ondan irs aparar. Həmçinin 

əgər iddə keçəndən sonra, yaxud “bain” talağın iddəsində olanlardan biri öl-

sə, o birisi irs aparmaz. 



Məsələ 2734: Əgər ər xəstə halında öz arvadına talaq versə və on iki hic-

ri qəməri ayı keçməzdən əvvəl ölsə, qadın üç şərtlə ondan irs aparar, istər ta-

laq “rici” olsun, istərsə də “bain”: 

1.  Bu müddətdə başqa  ərə getməsin və  ərə getdiyi halda irs aparmaz. 

Lakin müstəhəb ehtiyata əsasən, bir-birilə razılaşsınlar. 



2.  Talaq qadının istək və razılığı ilə baş verməsin,  əks təqdirdə, istər 

onun talağı üçün ərinə bir şey versin, istərsə də verməsin, irs aparmaz. 



3. Ər qadına talaq verdiyi vaxtda olan xəstəliklə, yaxud başqa bir səbəb-

dən ölsə, həmin xəstəlikdən sağalıb, başqa bir səbəbdən dünyasını dəyişdiyi 

təqdirdə, qadın ondan irs aparmaz. Amma “rici” talaq iddəsində vəfat edibsə

irs aparar. 



Məsələ 2735: Ərin öz arvadının geyinməsi üçün aldığı paltarı qadın ge-

yinsə də, ərinin ölümündən sonra ərin malı sayılır. Amma əgər qadının mül-

kiyyətinə keçiribsə, öz malı olar. Qadının vacibi xərclik (nəfəqə) ünvanı ilə 

ərindən paltarları onun mülkiyyətinə keçirməsini tələb etmək haqqı vardır. 



İrslə bağlı müxtəlif məsələlər 

Məsələ 2736: Meyitin Quranı, üzüyü və qılıncı, həmçinin geyindiyi, ya-

xud geyinmək üçün saxladığı paltarlar böyük oğluna məxsusdur. Əgər meyi-

tin ilk üç malı birdən çox olsa, məsələn, iki Quranı, yaxud iki üzüyü olsa, va-

cib ehtiyata əsasən, böyük oğul onlardan başqa varislərlə razılaşsın. Rəhil 

(Quran qoyulan taxta), tüfəng, xəncər və bu kimi silahların, qılıncın qını və 

Quranın qabı da onlara aiddir. 



Məsələ 2737: Əgər meyitin böyük oğlu birdən çox olsa, məsələn, onun 

iki arvadından eyni vaxtda iki oğlu olsa, yuxarıda adıçəkilən əşyaları öz ara-

larında bərabər bölməlidirlər. Bu hökm ondan böyük bacıları da olsa, yalnız 

böyük oğula məxsusdur. 




 

365


Məsələ 2738: Əgər meyitin borcu olsa, onun borcu malı  qədər, yaxud 

ondan çox olduğu təqdirdə, böyük oğul onun malı olan və yuxarıdakı məsə-

lədə qeyd edilən əşyalardan onun borcunu ödəməli və yaxud onların qiyməti-

nin miqdarında öz malından verməlidir.  Əgər meyitin borcu malından az 

olsa, böyük oğula çatan  bir neçə əşyadan başqa, yerdə qalan malı borcunu 

ödəməyə kifayət etməsə, böyük oğul həmin əşyalardan, yaxud öz malından 

onun borcuna nisbət verməlidir. Yenə də vacib ehtiyata əsasən, qeyd edilmiş 

şəkildə böyük oğul meyitin borcunu ödəməkdə iştirak etsin; məsələn, meyi-

tin malı 60 manatdırsa və ondan 20 manat böyük oğlun malı olan əşyalardan-

dırsa və 30 manat da borcu olsa, böyük oğul həmin dörd şeydən 10 manat 

miqdarında meyitin borcunu verməlidir. 

Məsələ 2739: Müsəlman kafirdən irs aparır. Kafir isə müsəlman meyitin 

oğlu və yaxud atası olsa da, ondan irs aparmaz. 



Məsələ 2740: Əgər bir şəxs öz qohumlarından birini bilərəkdən və haq-

sız yerə öldürsə, ondan irs aparmaz, amma törətdiyi qətldə haqlı olsa, məsə-

lən, qisas, yaxud hədd icra etmək və yaxud müdafiə kimi olsa, irs aparar. 

Həmçinin qətli səhv üzündən olsa, məsələn, daşı havaya atsa və təsadüfən, 

qohumlarından birinə dəyib öldürsə, ondan irs aparar, amma “aqilə”-nin qət-

lin diyəsindən ödədiyi miqdardan irs aparmaz. Əgər qətl “şibhi-əmd” olsa 

(yəni, adətən qətlə səbəb olmayan, qətl məqsədi də olmayan, amma o işi öl-

dürülənə qarşı yerinə yetirmək məqsədində olsa), bu iş irsə mane olmaz. 



Məsələ 2741: Əgər irsi bölmək istəsələr, ana bətnində olan və diri dün-

yaya gəldikdə irs aparan uşağın bir, yaxud çox olması, habelə qız və yaxud 

oğlan olması məlum olsa, hətta elmi cihazların köməyi ilə olsa belə, onun və 

yaxud onların payını saxlamalıdırlar.  Əgər məlum olmasa, uşağın bir neçə 

nəfər olmasına mötəbər ehtimal verilsə, ehtimal verilən uşaqların payını kə-

nara qoymalıdırlar. Əgər sonradan, məsələn, bir oğlan və yaxud bir qız dün-

yaya gəlsə, artıq qalanını varislər öz aralarında bölsünlər. 

 

 



 

 

 

 

 

 


 

366


 

ƏLAVƏLƏR 

 

1. Banka pul qoymaq və bankdan borc götürmək 

İslam ölkələrində banklar üç növdür: 



1. Özəl banklar. Belə ki, onun sərmayəsi bir və ya bir neçə şəxsin əmla-

kından təşkil olunur. 



2. Dövlət bankları. Onun sərmayəsi dövlət əmlakından ibarətdir.  

3.  Müştərək banklar. Belə ki, onun sərmayəsi həm dövlət, həm də özəl 

sərmayədən ibarətdir. 



Məsələ 1: Xüsusi banklardan borc edilən məbləğdən artıqlaması ilə ve-

rilməsi şərti ilə borc almaq, riba (sələm) və haramdır. Əgər bir şəxs bu qay-

dada borc alarsa, borcun özü düzgün, şərt isə batildir. Şərtə əməl etmək adı 

ilə əlavə məbləğ almaq və yaxud vermək haramdır. 

Ribadan qurtarmaq üçün müəyyən yollar qeyd etmişlər, o cümlədən: 

1. Borc alan şəxs, misal üçün, bankdan və yaxud onun vəkilindən müəy-

yən bir əmtəəni həqiqi qiymətindən on və yaxud iyirmi faiz artıqlaması ilə 

alır və yaxud hər hansı bir əmtəəni onun həqiqi qiymətindən az qiymətə ban-

ka satır və alver əsnasında şərt edilir ki, bank hər iki tərəfin razılaşdığı məb-

ləği müəyyən bir müddətdə ona borc versin. Belə  vəziyyətdə deyilir ki, 

bankdan borc götürmək caizdir və riba deyildir. 

Lakin bu məsələ mübahisəlidir və vacib ehtiyata əsasən, belə bir işdən 

çəkinsinlər. Bu məsələ hibə (hədiyyə, bəxşiş), icarə və sülhdə (razılaşmada) 

də borc vermək şərti ilə caridir. 

Əgər bir şəxs bir “mühabati” alverdə (həqiqi qiymətindən az qiymətə 

satmaq və yaxud ondan artıq qiymətə almaq) onun borcunu ödəməkdə möh-

lət verilməsini şərt edərsə də, hökm eynidir. 



2.  Borcu alverə çevirsinlər. Məsələn, bank müəyən bir məbləği, misal 

üçün, min manatı min iki yüz manata nisyə olaraq iki aylığa satır.  

Lakin bu, riba hesab olunan borc qismindən olmasa da, alverin düzgün 

olması mübahisəlidir. Əlbəttə, bankın müəyyən bir məbləği, misal üçün, min 

manatı iki aylıq müddətində nisyə olaraq “dinar” kimi başqa bir pul vahidi 

müqabilində satması  və onun qiymətini min iki yüz manat təyin etməsinin 

eybi yoxdur və ödəniş zamanı qeyd edilən pul vahidinin əvəzinə manat veril-

məsi caizdir. Bu zaman ödənilən borcun cinsi (pul vahidi) fərqli olsa da, hər 

iki tərəfin razılığı ilə eybi yoxdur. 

3. Bank bir əmtəəni müəyyən məbləğə, misal üçün, min iki yüz manatı 

nisyə olaraq alıcıya satır və sonra həmin məbləği nağd olaraq ondan az qiy-

mətə, məsələn, min manata alır. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə