Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə157/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   153   154   155   156   157   158   159   160   ...   181

 

358


Məsələ 2699: Əgər meyitin varisi yalnız atası yaxud anası  və bir qızı 

olsa, malı dörd hissəyə bölərlər; onun bir hissəsini atası, yaxud anası, qalanı-

nı isə qızı aparar. 

Məsələ 2700: Əgər meyitin varisi atası, yaxud anası  və bir neçə  qızı 

olsa, malı beş hissəyə bölərlər; onun bir hissəsini atası yaxud anası, qalan 

dörd hissəsini isə qızları öz aralarında bərabər bölərlər. 

Məsələ 2701: Əgər meyitin övladı olmasa, onun oğul nəvəsi qız olsa da, 

meyitin oğlunun payını aparar. Onun qız nəvəsi oğlan olsa da, meyitin qızının 

payını aparar, məsələn, meyitin öz qızından bir oğlu və oğlundan bir qızı olsa, 

malı üç yerə böləcəklər; onun bir hissəsi qızının oğluna, iki hissəsi isə oğlunun 

qızına verilər. Nəvələrin irs aparmasında ata və ananın olmaması şərt deyildir. 

İkinci dəstənin irsi 

Məsələ 2702: Qohumluq vasitəsilə irs aparan ikinci dəstə meyitin baba-

sı, nənəsi, qardaşı və bacısıdır. Əgər bacı və qardaşı sağ olmasa, onların öv-

ladı irs aparar. 

Məsələ 2703: Əgər meyitin varisi yalnız bir qardaşı yaxud bir bacısı 

olsa, malın hamısı ona çatar. Əgər ata-anadan bir olan bir neçə qardaşı yaxud 

ata-anadan olan bir neçə bacısı olsa, malı öz aralarında bərabər böləcəklər. 

Əgər ata-anadan bir olan bir neçə bacı qardaşı olsa, hər bir qardaş  hər bir 

bacıdan iki dəfə çox irs aparacaq. Məsələn, ata-anadan bir olan iki qardaşı və 

bir bacısı olarsa, malı beş yerə böləcəklər; hər bir qardaş onun iki hissəsini, 

bacı isə bir hissəsini irs aparacaq. 

Məsələ 2704: Əgər meyitin ata-anadan bir olan qardaşı  və bacısı olsa, 

atadan bir, anadan isə ayrı olan qardaş və bacısı irs aparmaz. Əgər ata-ana-

dan bir olan qardaş və bacısı olmasa, yalnız atadan bir olan bir bacısı yaxud 

bir qardaşı olduğu təqdirdə, malın hamısı ona çatar. Əgər ata tərəfdən bir 

olan bir neçə qardaşı və yaxud bir neçə bacısı olsa, malı öz aralarında bəra-

bər böləcəklər. Əgər atadan bir olan həm qardaşı, həm də bacısı olsa, qardaş 

bacıdan iki dəfə çox irs aparacaq.  

Məsələ 2705: Əgər meyitin varisi yalnız anadan bir olub, atadan ayrı 

olan bir bacısı, yaxud bir qardaşı olsa, malın hamısı ona çatar. Əgər anadan 

bir olan bir neçə qardaşı, yaxud bir neçə bacısı və yaxud bacı və qardaşı olsa, 

malı öz aralarında bərabər böləcəklər. 



Məsələ 2706: Əgər meyitin həm ata və anadan bir olan qardaş və bacısı, 

həm atadan bir olan qardaş və bacısı, həm də anadan bir olan bir qardaşı ya-

xud bir bacısı olsa, atadan bir olan bacı və qardaş irs aparmaz və malı altı ye-

rə bölərlər; onun bir hissəsini anadan bir olan qardaşı yaxud bacısı öz arala-

rında bərabər şəkildə böləcəklər. Qalanını isə ata və anadan bir olan qardaş 

və bacıya verilər və qardaş bacıdan iki dəfə çox irs aparar. 




 

359


Məsələ 2707: Əgər meyitin varisi yalnız ata-anadan bir olan qardaş və 

bacısı, atadan bir olan qardaş və bacısı və anadan bir olan bir neçə qardaş və 

bacısı olsa, atadan bir olan qardaş və bacısı irs aparmaz və malı üç yerə bölə-

cəklər; onun bir hissəsini anadan bir olan qardaş və bacısı aparacaq və onu 

öz aralarında bərabər şəkildə böləcəklər, qalanını isə ata-anadan bir olan qar-

daş və bacısına verəcəklər və qardaş bacıdan iki dəfə çox irs aparacaq. 



Məsələ 2708: Əgər meyitin varisi yalnız atadan bir olan qardaş və bacı-

sı, anadan bir olan bir qardaşı yaxud bir bacısı olsa, malı altı yerə böləcəklər; 

onun bir hissəsini anadan bir olan qardaş və bacı aparar, qalanını isə atadan 

bir olan qardaş və bacıya verilər və hər qardaş hər bacıdan iki dəfə çox irs 

aparacaq. 

Məsələ 2709: Əgər meyitin varisi yalnız atadan bir olan bacı və qardaşı, 

anadan bir olan bir neçə bacı və qardaşı olsa, malı üç yerə böləcəklər; onun 

bir hissəsini anadan bir olan bacı  və qardaş öz aralarında bərabər  şəkildə 

böləcək, yerdə qalanı isə atadan bir olan bacı  və qardaşa veriləcək və  hər 

qardaş iki bacı payı qədər irs aparacaq. 

Məsələ 2710: Əgər meyitin varisi yalnız qardaşı, bacısı və arvadı olsa, 

arvad sonradan ər-arvad irsi ilə əlaqədar məsələdə təfsilatı ilə qeyd ediləcəyi 

kimi, öz irsini aparacaq, qardaş  və bacı isə yuxarıda deyildiyi kimi, öz irs 

payını aparacaq. Həmçinin əgər bir qadın ölsə və onun varisi yalnız qardaşı, 

bacısı və əri olsa, əri malın yarısını irs aparacaq, qardaş və bacı isə əvvəldə 

deyildiyi kimi, öz irs payını aparacaq. Amma ər və yaxud arvad irs apardığı 

üçün anadan bir olan qardaş və bacının payından bir şey azalmaz.  Amma ata 

və anadan və yaxud yalnız atadan bir olan qardaş  və bacının payı azalar. 

Məsələn, meyitin varisi əri, anadan bir olan qardaş və bacısı, ata-anadan bir 

olan qardaş və bacısı olsa, malın yarısı ərinə çatacaq, malın əslinin üç hissə-

sindən bir hissəsi anadan bir olan qardaş-bacıya verilər və qalanı isə ata və 

anadan bir olan bacı və qardaşın malıdır. Belə isə, əgər onun malı altı manat 

olsa, üç manat ərinə iki manat anadan bir olan qardaş və bacısına, bir manat 

isə ata-anadan bir olan qardaş və bacısına verilər. 



Məsələ 2711: Əgər meyitin bacı və qardaşı olmasa, onların irs payı öv-

ladlarına verilər və anadan bir olan qardaş və bacısının uşaqlarının payı onla-

rın arasında bərabər şəkildə bölünər. Amma atadan və yaxud ata və anadan 

bir olan qardaş və bacısının uşaqlarının payında isə, hər oğlan qızdan iki dəfə 

çox irs aparacaq. Amma onların da arasında irsin bərabər bölünməsi uzaq 

deyil və vacib ehtiyata əsasən, bir-biriləri ilə razılaşmalıdırlar. 



Məsələ 2712: Əgər meyitin varisi yalnız bir babası və yaxud bir nənəsi 

olsa, istər ata tərəfindən olsun, istərsə də ana tərəfdən, malın hamısı ona ça-

tacaq. Meyitin babası ola-ola, onun babasının atası irs aparmaz. Əgər meyi-

tin varisi yalnız ata tərəfdən olan babası və nənəsi olsa, mal üç yerə bölünər; 

iki hissəsini baba, bir hissəsini isə nənə aparar. Əgər ana tərəfdən olan babası 

və nənəsi olsa, mal onların arasında bərabər şəkildə bölünər.  




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə