Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə154/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   150   151   152   153   154   155   156   157   ...   181

 

352


ma uşaq on yaşında olsa və öz qohumları yaxud ümumi xeyir işlərdə  xərc 

edilməsi üçün vəsiyyət etsə, uşağın bu iki halda olan vəsiyyəti düzgündür. 

Amma qohumlarından qeyrisi üçün və yaxud yeddi yaşında olan bir uşaq 

malından azacıq miqdarını  vəsiyyət etsə, onun vəsiyyətinin düzgün olması 

mübahisəlidir. Bu halda ehtiyata əməl etmək lazımdır. Əgər bir şəxs “səfeh” 

olsa, onun öz malı üçün etdiyi vəsiyyət nüfuzlu deyildir. Amma onun bun-

dan başqa olan vəsiyyəti, məsələn, ölümündən sonra dəfni ilə bağlı işlər haq-

qındakı vəsiyyəti nüfuzludur. 



Məsələ 2660: Əgər bir kəs bilərəkdən özünü öldürmək məqsədi ilə həlak 

olacağı tərzdə özünü yaralasa və yaxud ölümə səbəb olan zəhər içsə, malının 

bir miqdarını bir yerə istifadə etmək üçün çatdırmalarını  vəsiyyət etdikdən 

sonra ölsə, onun vəsiyyəti düzgün deyildir. Amma onun işi Allah yolunda ci-

had etmək olsa, bu, istisnadır. Amma mal-dövlətlə əlaqədar olmayan şeylər-

də vəsiyyəti düzgündür. 



Məsələ 2661: İnsan malından bir şeyi bir şəxsin olmasını vəsiyyət etsə, 

həmin şəxs onu qəbul etdiyi halda, istər onun sağlığında, istərsə də vəfatın-

dan sonra olsun, həmin şey vəsiyyət edənin malının üçdə birindən çox olma-

sa, vəsiyyət edənin ölümündən sonra onun mülkiyyətinə keçər. 



Məsələ 2662: İnsan ölüm nişanələrini özündə gördükdə, dərhal camaatın 

əmanətlərini sahiblərinə çatdırmalı və yaxud 2306-cı məsələdə qeyd edildiyi 

kimi, onlara xəbər verməlidir.  Əgər xalqa borcu varsa və onun da ödəmək 

vaxtı çatmayıbsa yaxud ödəmək vaxtı çatıb, amma tələbkar öz alacağını tə-

ləb etmirsə və yaxud tələb etsə də verməyə gücü çatmırsa, ölümündən sonra 

onun tələbkara veriləcəyinə  əmin olacaq bir iş görməlidir. Məsələn, onun 

başqalarına borclu olduğu məlum deyilsə, vəsiyyət etməli və vəsiyyəti üçün 

şahid tutmalıdır. Amma ödəyə bilsə  və vaxtı da çatıbsa, tələbkar da tələb 

edirsə, özündə ölüm əlamətlərini görməsə də, dərhal ödəməlidir. 

Məsələ 2663: Ölüm nişanələrini özündə görən şəxs xüms və zəkat borc-

ludursa, boynunda “haqqun-nas” vardırsa və hal-hazırda ödəyə bilmirsə, 

özünün malı varsa və yaxud ehtimal versə ki, bir şəxs onları ödəyəcək, elə 

bir iş görməlidir ki, ölümündən sonra onun ödəniləcəyinə əmin olsun. Məsə-

lən, etimadlı bir adama vəsiyyət etməlidir. Həmçinin,  əgər həcc ona vacib 

olsa və hal-hazırda naib tuta bilməsə də, belədir. Amma şəriət vergilərindən 

olan borcunu verə bilsə, hətta onda ölüm nişanələri olmasa belə, dərhal ver-

məlidir. 



Məsələ 2664: Ölüm nişanələrini özündə görən şəxsin qəza namazı və orucu 

varsa, elə bir iş görməlidir ki, ölümündən sonra onun əvəzindən yerinə 

yetirələcəyinə  əmin olsun, məsələn, öz malından onlar üçün əcir tutulacağını 

vəsiyyət etməlidir. Hətta  əgər malı olmasa, amma ehtimal versə ki, bir şəxs 

muzd almadan onları yerinə yetirəcək, yenə də vəsiyyət etməsi vacibdir. Əgər 

onun oruc və namazının qəzasını yerinə yetirmək üçün bir şəxs, məsələn, böyük 




 

353


oğlu olsa, əgər bilsə ki, ona xəbər versə, qəza oruc və namazlarını yerinə 

yetirəcək, ona xəbər verməsi kifayətdir və vəsiyyət etməsi lazım deyil. 



Məsələ 2665: Ölüm nişanələrini özündə görən  şəxsin bir nəfərdə malı 

varsa, yaxud varisinin bilmədiyi bir yerdə gizlətsə, vacib ehtiyata əsasən, 

onlara xəbər verməlidir. Öz səğir uşaqları üçün qəyyum təyin etməsi lazım 

deyildir, amma qəyyumsuz onların malı aradan gedəcəksə, yaxud özləri tələf 

olacaqlarsa, onlar üçün bir qəyyum təyin etməlidir. 

Məsələ 2666: Vəsi ağıllı olmalıdır. Vəsiyyət edənə aid olan işlərdə  və 

həmçinin vacib ehtiyata əsasən, digərlərilə bağlı  işlərdə etibarlı olmalıdır. 

Vacib ehtiyata əsasən, müsəlmanın vəsisi müsəlman olmalıdır. Habelə yet-

kinlik yaşına çatmamış bir uşağa təkbaşına olmaq şərti ilə vəsiyyət etmək va-

cib ehtiyata əsasən, düzgün deyildir və onun istifadə etməsi şəriət hakiminin 

icazəsi ilə olmalıdır. Əlbəttə, bu vəsiyyət edən şəxsin məqsədinin onun uşaq-

lıq halında qəyyumunun icazəsi olmadan istifadə etməsi olduğu təqdirdədir. 

Amma məqsədi onun yetkinlik yaşına çatacağından sonra və yaxud qəyyu-

munun icazəsi ilə istifadə etmək olarsa, eybi yoxdur. 

Məsələ 2667: Əgər bir şəxs özü üçün bir neçə vəsi təyin etsə və hər birinə 

təkbaşına vəsiyyətə əməl etməsini icazə versə, vəsiyyəti yerinə yetirməkdə bir-

birlərindən icazə almaları lazım deyil. Amma icazə verməmiş olsa, istər 

hamısının birlikdə əməl etməsini bildirsin, istərsə də bildirməsin, vəsiyyətə bir-

birlərinin fikirləri  əsasında  əməl etməlidirlər.  Əgər birlikdə  vəsiyyətə  əməl 

etməyə hazır olmasalar, arada hər birinin digəri ilə anlaşmasına qarşı olan bir 

şəri maneə yoxdursa, şəriət hakimi onları anlaşmaya məcbur edə bilər. Əgər ona 

itaət etməsələr və yaxud hər biri üçün anlaşılmağın qarşısını alan şəri bir maneə 

mövcud olsa, şəriət hakimi onlardan birinin yerinə ayrı bir şəxsi təyin edə bilər. 

Məsələ 2668: Əgər insan öz vəsiyyətindən dönsə, məsələn malının üçdə 

birini bir şəxsə verilməsini vəsiyyət etdiyi halda, sonra “ona verməyin” –

desə, vəsiyyət batil olar. Əgər vəsiyyətini dəyişdirsə, məsələn, əvvəl uşaqları 

üçün bir qəyyum təyin edib, sonra da başqa birini onun yerinə qəyyum təyin 

etsə, onun ilk vəsiyyəti batil olar və ikinci vəsiyyətinə əməl olunmalıdır. 

Məsələ 2669: Bir  şəxs vəsiyyətindən döndüyünü məlum edən bir iş 

görsə, məsələn, birinə verilməsinə vəsiyyət etdiyi bir evi satsa və yaxud əv-

vəlki vəsiyyətinə nəzər yetirdiyi halda başqa birisinin onu satmaq üçün vəkil 

təyin etsə, vəsiyyət batil olur. 



Məsələ 2670: Əgər müəyyən malı bir şəxsə verməyi vəsiyyət etsə, sonra 

isə  həmin malın yarısını başqasına verilməsini vəsiyyət etsə, onu iki yerə 

bölməli və o iki nəfərin hər birinə onun yarısını verməlidirlər. 

Məsələ 2671: Bir  şəxs ölümünə  səbəb olan hər hansı  xəstəlik halında, 

malının bir hissəsini bir şəxsə bağışlasa və ölümündən sonra bir miqdarının 

başqasına verilməsini vəsiyyət etsə, malının üçdə biri hər ikisinə verməyə 

kifayət etmədiyi və varislər də ondan artıq verilməsinə icazə vermədikləri 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə