Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə153/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   149   150   151   152   153   154   155   156   ...   181

 

350


Məsələ 2643: Məscid, mədrəsə  və bu kimi ümumi vəqflərdə  qəbz  şərt 

deyil və vəqf sadəcə vəqf etməklə gerçəkləşir. 



Məsələ 2644: Vəqf edən ağıllı olmalı, yetkinlik yaşına çatmalı, öz iradə 

və ixtiyarı ilə vəqf etməli və həmçinin şəriət baxımından öz malından istifa-

də etmək hüququna malik olsun. Buna əsasən, malını yersiz işlərə xərcləyən 

“səfeh”in öz malından istifadə etmək hüququna malik olmadığından, bir şeyi 

vəqf etsə, düzgün deyildir. 

Məsələ 2645: Əgər bir malı ana bətnində olan və dünyaya gəlməmiş bir 

uşağa vəqf etsə, o vəqfin düzgünlüyü mübahisəlidir və ehtiyata riayət olun-

malıdır. Amma hal-hazırda mövcud olan şəxslərə və onlardan sonra dünyaya 

gələnlərə vəqf etsə, vəqf gerçəkləşən zaman onlar ana bətnində olmasalar da, 

vəqf gerçəkləşir. Məsələn, bir şeyin uşaqlarından sonra nəvələrinə aid olub, 

hər bir dəstə əvvəlki dəstədən sonra ondan istifadə etməklə uşaqlarına vəqf 

etsə, düzgündür.  

Məsələ 2646: Bir şeyi özü üçün vəqf etsə, məsələn, dükanının gəlirini öz 

borclarını ödəməyə, ibadətləri üçün əcir tutulmasına xərcləməyi vəqf etsə, 

düzgün deyildir. Amma bir evi fəqirlərə vəqf etsə və özü də fəqir olsa, orada 

məskunlaşa bilər. Lakin icarə pulunun fəqirlərin arasında bölüşdürülməsi üçün 

vəqf etsə və özü də fəqir olsa, həmin maldan özünün götürməsi mübahisəlidir. 

Məsələ 2647: Əgər vəqf etdiyi şeyin üzərində nəzarətçi təyin etsə, onun 

şərt etdiyinə uyğun əməl etməlidir. Əgər nəzarətçi təyin etməsə, xüsusi şəxs-

lərə, məsələn, öz övladına vəqf etdiyi təqdirdə, ondan istifadə etmək ixtiyarı 

onların özünə aiddir. Əgər yetkinlik yaşına çatmamış olsa, ixtiyar onların 

qəyyumundadır və vəqfdən istifadə etmək üçün şəriət hakiminin icazəsi la-

zım deyil. Amma vəqfi təmir etmək və gələcək nəsillərin mənfəəti üçün onu 

icarə vermək kimi, vəqfin və yaxud gələcək nəsillərin məsləhəti olan mə-

sələlərdə ixtiyarı şəriət hakiminin əlindədir. 



Məsələ 2648: Bir mülkü, məsələn, fəqirlərə yaxud seyidlərə  və yaxud 

qazancı xeyir işlərə  xərc etmək üçün vəqf etsə, həmin mülkün üzərinə bir 

nəzarətçi təyin etməyibsə, onun ixtiyarı şəriət hakiminin əlindədir. 

Məsələ 2649: Əgər bir mülkü xüsusi şəxslərə, məsələn, öz övladına vəqf 

etsə ki, hər bir nəsil öz növbəsində ardıcıl ondan istifadə etsin, nəzarətçi onu 

icarəyə verdikdən sonra ölsə, icarə batil olmaz. Amma nəzarətçi olmasa və 

mülk vəqf edilmiş şəxslərin bir təbəqəsi onu icarə versə və icarənin müddəti 

əsnasında ölsələr, onlardan sonrakı təbəqə icarəni imza etmədikləri təqdirdə, 

icarə batil olar. Belə halda, icarə edən bütün müddətin icarəsinin haqqını ve-

ribsə, icarə haqqının qalanının batil olduğu zamandan geri qalacaq. 

Məsələ 2650: Əgər vəqf olunmuş malın  əsli xarab olsa, vəqfliyindən 

xaric olmaz. Amma vəqf olunan mal xüsusi bir ünvana niyyət edilsə və hə-

min ünvan aradan getsə, vəqf batil olar. Məsələn, bir bağçanı bağça olaraq 

vəqf etmişlərsə, həmin bağça xarab olduğu təqdirdə, vəqf batil olar. Həmin 

mülk isə vəqf edənin varislərinə çatar. 



 

351


Məsələ 2651: Bir hissəsi vəqf olub, digər bir hissəsi isə vəqf olunmayan 

mülk bölünməyibsə, vəqfə  nəzarətçi  şəxs və  vəqf olmayan hissənin maliki 

vəqf malını ayıra bilərlər.  

Məsələ 2652: Əgər vəqfə  nəzarətçi  şəxs xəyanət etsə, məsələn, vəqfin 

gəlirini müəyyən olunmuş yerlərə çatdırmasa, şəriət hakimi etimadlı bir şəxsi 

ona qoşacaq ki, onun xəyanətinə mane olsun. Mümkün olmayan halda isə

onu işindən azad edib əvəzinə etimadlı bir şəxsi nəzarətçi təyin edə bilər. 



Məsələ 2653: Hüseyniyyə üçün vəqf olunan xalçanı namaz qılmaq məq-

sədilə məscidə, hətta məscid hüseyniyyəyə yaxın olsa belə, apara bilməzlər. 

Amma hüseyniyyənin mülkü olsa, nəzarətçinin icazəsi ilə başqa yerə apar-

maq olar. 



Məsələ 2654: Bir mülkü bir məscidin təmiri üçün vəqf edilsə, əgər hə-

min məscidin təmirə ehtiyacı olmasa və yaxın bir zamanda da təmirə ehtiya-

cı olması gözlənilmədiyi təqdirdə, həmin mülkün gəlirini sonradan o məs-

cidin təmirinə istifadə etmək üçün toplayıb saxlamaq mümkün olmasa, vacib 

ehtiyata əsasən, onun gəliri vəqf edən şəxsin niyyətinə ən yaxın olan işlərə 

xərclənsin, məsələn, ondan, həmin məscidin digər ehtiyaclarında və yaxud 

başqa bir məscidin təmirində istifadə olunsun. 

Məsələ 2655: Əgər bir mülkün gəlirini məscidin təmirinə, imam-camaata və 

məsciddə azan deyən şəxsə xərcləmək üçün vəqf etsə, onların hər biri üçün bir 

miqdar müəyyən etdiyi təqdirdə, elə də xərc etmək lazımdır. Əgər təyin etməsə, 

əvvəl məscidi təmir etmək lazımdır, əgər ondan bir şey artıq qalsa, nəzarətçi onu 

məsləhət bildiyi kimi, imam-camaatla azan deyən  şəxsin arasında bölməlidir. 

Yaxşı olar ki, bu iki nəfər öz aralarında bölən zaman bir-birilə razılaşsınlar. 



Vəsiyyətin hökmləri 

Məsələ 2656: İnsanın ölümündən sonra özü üçün bəzi işlərin yerinə yeti-

rilməsini sifariş etməsinə, yaxud ölümündən sonra əmlakından bir hissəsinin 

başqasının malı olmasını, yaxud onun malından bir şeyi başqa bir şəxsin 

mülkiyyətinə keçirməsini, yaxud xeyir işlərdə xərclənməsini söyləməsinə və 

yaxud öz övladı və ixtiyarında olan şəxslər üçün müəyyən bir şəxsi qəyyum 

təyin etməsinə “vəsiyyət” – deyilir. Vəsiyyət edilən şəxsə isə vəsi deyilir. 



Məsələ 2657: Danışa bilməyən  şəxs işarə ilə öz məqsədini başa salsa, 

hər bir iş üçün vəsiyyət edə bilər. Hətta danışa bilən  şəxs də, işarə ilə öz 

məqsədini başa salıb vəsiyyət etsə, düzgündür. 

Məsələ 2658: Əgər yazılmış bir şeyi meyitin imzası, yaxud möhürü ilə gör-

sələr, vəsiyyəti bildirən bir şahid olduğu təqdirdə, ona uyğun əməl etməlidirlər. 



Məsələ 2659: Vəsiyyət edən şəxs ağıllı olmalı, yetkinlik yaşına çatmalı, 

(malını yersiz yerə  xərcləyən) “səfeh” olmamalı  və öz ixtiyarı ilə  vəsiyyət 

etməlidir. Yetkinlik yaşına çatmamış uşağın vəsiyyəti düzgün deyildir. Am-



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə