Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə151/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   147   148   149   150   151   152   153   154   ...   181

 

346


çıxsa, oruc tutmaya bilər. Səfərdə olsa, “iqamət” (on gün qalmaq) niyyəti ilə 

oruc tutması lazım deyildir. Əgər səfərə çıxmaq səbəbindən, yaxud xəstəlik 

və yaxud heyz kimi digər üzrlü bir səbəbdən o gün oruc tutmasa, həmin 

günün qəzasını tutmalıdır və kəffarəsi də yoxdur. 



Məsələ 2616: Əgər insan ixtiyari halda nəzirinə  əməl etməsə, kəffarə 

verməlidir. 



Məsələ 2617: Müəyyən bir vaxta qədər bir işi tərk etməyi nəzir edərsə, 

vaxt keçdikdən sonra o işi yerinə yetirə bilər. Əgər vaxtı keçməzdən qabaq 

unutqanlıq və yaxud çarəsizlik üzündən o işi yerinə yetirsə, ona bir şey vacib 

olmaz. Ancaq yenə də, o vaxta qədər həmin işə əməl etməməlidir və ikinci 

dəfə müəyyən etdiyi vaxtdan qabaq üzrsüz o işi yerinə yetirdiyi təqdirdə, 

kəffarə verməlidir. 



Məsələ 2618:  Bir şəxs bir əməli tərk etməyi nəzir etsə  və onun üçün 

müəyyən bir vaxt təyin etməsə, əgər unutqanlıq, çarəsizlik, bilməməzlik və 

yaxud qəflət üzündən o əməli yerinə yetirsə, yaxud bir şəxs onu məcbur etsə 

və yaxud “cahili-qasir” olsa, kəffarə ona vacib olmaz. Amma nəzir öz yerin-

də qalır. Belə isə,  əgər sonradan onu öz ixtiyarı ilə yerinə yetirsə, kəffarə 

verməlidir. 



Məsələ 2619: Hər həftə müəyyən bir gün, məsələn, cümə günü oruc 

tutmağı nəzir edərsə, əgər cümə günlərindən biri Ramazan və yaxud Qurban 

bayramı gününə təsadüf edərsə, yaxud cümə günü səfər və ya heyz kimi oruc 

tutmasına mane olan bir üzrü olarsa, o gün oruc tutmamalı və onun qəzasını 

yerinə yetirməlidir. 

Məsələ 2620: Əgər bir miqdar sədəqə verməyi nəzir etsə və sədəqə ver-

məzdən əvvəl ölsə, onun malından həmin miqdarı sədəqə vermək lazım de-

yildir. Amma yaxşı olar ki, varislərdən yetkinlik yaşına çatanı həmin miqdarı 

öz payından və meyitin adından versin. 



Məsələ 2621: Əgər müəyyən bir fəqirə sədəqə verməyi nəzir etsə, onu 

başqa bir fəqirə verə bilməz.  Əgər həmin fəqir ölsə, onun varisinə verməsi 

lazım deyil. 

Məsələ 2622: İmamlardan(ə) birini ziyarət etməyi nəzir edərsə, məsələn, 

imam Hüseyn(ə)-ın ziyarətini nəzir edib, başqa bir imamın ziyarətinə getsə, 

kifayət etməz. Amma üzrlü bir səbəbdən həmin imamın ziyarətinə gedə bil-

məsə, ona bir şey vacib olmaz. 



Məsələ 2623: Ziyarətə getməyi nəzir edən şəxs ziyarət qüslünü və nama-

zını qılmağı nəzir etməyibsə, onları yerinə yetirmək lazım deyildir. 



Məsələ 2624: Əgər bir şəxs imamlardan(ə) və yaxud imam övladların-

dan birinin hərəmi üçün bir şey nəzir etsə və hansı işdə xərcləməyi nəzərində 

tutmasa, onu hərəmin təmiri, işıqlandırılması, döşənməsi və bu kimi işlərdə 

xərcləməlidir. Əgər mümkün olmasa, yaxud o hərəmə heç bir ehtiyac olma-

sa, onu yoxsul ziyarətçilərinə xərc etməlidir. 



 

347


Məsələ 2625: Əgər  həzrət Peyğəmbər(s)-dən yaxud imamlardan(ə) ya-

xud imam övladlarından, keçmiş alimlərdən və bu kimi şəxslərdən birinə bir 

şey nəzir edib müəyyən yerdə  xərclənməsini niyyət etsə, həmin yerdə  xərc 

etməlidir. Amma müəyyən bir yerdə xərclənməsini niyyət etməsə, o həzrətlə 

əlaqədar bir yerə xərcləməlidir, məsələn, onun fəqir ziyarətçilərinə, hərəminə 

və yaxud onun adının daha da ucalmasına səbəb olan işlərə xərcləməlidir. 



Məsələ 2626: Sədəqə və yaxud imamlardan(ə) birinə nəzir edilmiş qo-

yun nəzirə xərc edilməzdən öncə süd versə  və yaxud doğsa, ümumi niyyət 

etməyibsə, nəzir edən şəxsin malı sayılacaq. Amma qoyunun yunu və kökə-

lən miqdarı nəzirə aiddir. 



Məsələ 2627: Əgər xəstəsinin sağalması və yaxud səfərdə olanının qa-

yıtması üçün bir iş görməyi nəzir etsə, sonradan xəstənin nəzir etməzdən əv-

vəl sağaldığı və ya səfərdə olanın nəzirdən əvvəl qayıtdığı məlum olsa, nəzi-

rə əməl etmək lazım deyildir. 



Məsələ 2628: Əgər ata yaxud ana, qızını seyidlə  və yaxud başqa bir 

şəxslə evləndirməyi nəzir etsə, qızla  əlaqədar bu nəzir etibarsızdır və onun 

öhdəsinə bir vəzifə düşməz. 

Məsələ 2629: Əgər bir şəxs şəri hacətinə çatdığı təqdirdə, bir işi görməyi 

Allahla əhd etsə, hacətinə çatdıqdan sonra onu yerinə yetirməlidir. Həmçinin 

bir hacəti olmadan bir işi görməyi əhd edərsə, bu işi yerinə yetirmək ona va-

cib olar. 



Məsələ 2630: Əhddə  də, nəzirdə olduğu kimi, müqavilə bağlamaq la-

zımdır. Məsələn, desin ki, “Allaha əhd etdim ki, belə edim” və yerinə yetiril-

məsi əhd olunan işin şəriət baxımından yaxşı bir iş olması vacib deyil, sadə-

cə şəriətdə qadağan edilməmiş işlərdən olmasa və ağıl sahiblərinin nəzərində 

üstünlüyə malik olsa, yaxud şəxs üçün o işdə müəyyən məsləhət varsa, kifa-

yət edər. Əgər əhddən sonra o işdə məsləhət olmasa, yaxud şəriətdə bəyənil-

məz olsa, hətta məkruh olsa belə, ona əməl etmək lazım deyil. 

Məsələ 2631: Əgər öz əhdinə  əməl etməsə, günah etmişdir və  kəffarə 

verməlidir; yəni, ya altmış fəqiri doyuzdurmalı, ya iki ay ardıcıl oruc tutmalı, 

ya da bir qul azad etməlidir. 

And içməyin hökmləri 

Məsələ 2632: Əgər bir işi yerinə yetirəcəyinə yaxud tərk edəcəyinə and 

içsə, məsələn, oruc tutacağını və ya siqaret çəkməyəcəyini and içsə, bilərək-

dən andı ilə müxalifət etdiyi təqdirdə, günah etmiş olur və kəffarə verməli-

dir, yəni, bir qul azad etməli yaxud on fəqiri doyurmalı və yaxud da onları 

geyindirməlidir.  Əgər bunları yerinə yetirməsə, üç gün ardıcıl oruc tutma-

lıdır. 


Məsələ 2633: Andın bir neçə şərti vardır: 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə