Microsoft Word risale1-22. 01. 2013. doc


 Yeməkdən sonra dişlərinin arasını təmizləsin, amma reyhan çubuğu,  qamış, nar çubuğu və xurma ağacının yarpağı ilə təmizləməsin.  14



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə150/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   146   147   148   149   150   151   152   153   ...   181

 

343


13. Yeməkdən sonra dişlərinin arasını təmizləsin, amma reyhan çubuğu

qamış, nar çubuğu və xurma ağacının yarpağı ilə təmizləməsin. 



14.  Süfrənin kənarında tökülən yemək qırıntılarını  yığıb yesin; amma 

səhrada yemək yesə, yerə tökülən yemək qırıntılarını quşlar və heyvanlar 

üçün saxlamaq müstəhəbdir. 

15. Günün və gecənin başlanğıcında yemək yesin, günün və gecənin or-

tasında yemək yeməsin. 



16.  Yeməkdən sonra arxası üstə uzanıb, sağ ayağını sol ayağının üzərinə 

qoysun. 


17. Yeməyin əvvəlində və axırında duz yesin. 

18. Meyvəni yeməzdən əvvəl su ilə yusun. 

Yemək yeyərkən məkruh olan əməllər 

Məsələ 2599: Yemək yeyərkən bir neçə əməl məkruhdur: 

1. Tox olduğu halda yemək.  

2.  Çox yemək; hədislərdə  nəql olunur ki, Allahın hər  şeydən çox dolu 

qarından (qarınqululuq) acığı gəlir. 



3. Yemək halında başqalarının üzünə baxmaq. 

4. Yeməyi isti halda yemək. 

5. Yeyib-içdiyini üfürmək. 

6. Süfrəyə çörək qoyulduqdan sonra nəyisə gözləmək. 

7. Çörəyi bıçaqla kəsmək. 

8. Çörəyi xörək qabının altına qoymaq. 

9. Sümüyə yapışmış əti heç nə qalmayacağı şəkildə təmizləmək. 

10. Qabığı ilə yeyilən meyvənin qabığını soymaq. 

11. Meyvəni yarımçıq yeyib tullamaq. 

 

Su içməyin qaydaları 



Məsələ 2600: Su içən zaman bir neçə iş tövsiyə olunmuşdur: 

1. Suyu sovurub içmək. 

2. Gündüz ayaqüstə su içmək. 

3. Suyu içməmişdən əvvəl “Bismillah”, qurtardıqdan sonra isə “Əlhəm-

dulillah” – demək. 



4. Üç nəfəsə su içmək. 

5. Suya meyli olanda su içmək. 

6. Su içəndən sonra imam Hüseyn(ə) və onun əhli-beytini yad etmək və 

onun qatillərinə lənət göndərmək. 




 

344


Su içərkən məkruh olan əməllər 

Məsələ 2601: Çox su içmək, yağlı xörəkdən sonra və gecə ayaq üstə su 

içmək, suyu sol əli ilə, həmçinin qabın sınıq və onun dəstəsi olan yerdən 

içmək məkruh sayılmışdır. 

Nəzir və əhdin hökmləri 

Məsələ 2602: İnsanın Allaha xatir xeyir bir iş görməyi və yaxud yerinə 

yetirilməsi yaxşı olan bir işi tərk etməyi özünə vacib etməsinə “nəzir” – de-

yilir. 

Məsələ 2603: Nəzirdə müqavilə oxunmalıdır. Amma onu ərəb dilində 

oxumaq lazım deyildir. Belə isə, “Xəstəm yaxşı olarsa, Allahın razılığı üçün 

bir fəqirə 10 manat pul verəcəyəm!” – desə, nəzri düzgündür. Əgər “Allaha 

xatir bu işi görməyi nəzir edirəm” – desə, vacib ehtiyata əsasən, ona əməl et-

məlidir. Amma Allahın adını  çəkməsə, yalnız “Nəzir etdim!” – desə  və 

yaxud Allah övliyalarından birinin adını çəksə, nəzir düzgün deyil. Əgər nə-

zir düzgün olsa və insan öz nəzirinə bilərəkdən  əməl etməsə, günah etmiş 

olar və kəffarə verməlidir. Nəzirə əməl etməməyin kəffarəsi sonradan deyilə-

cəyi kimi, ona qarşı çıxmağın kəffarəsi kimidir. 

Məsələ 2604: Nəzir edən yetkinlik yaşına çatmalı, ağıllı olmalı, öz ira-

dəsi və ixtiyarı ilə nəzir etməlidir. Buna əsasən, məcburiyyət və yaxud əsə-

bilik üzündən qeyri-ixtiyari və məqsədsiz nəzir etsə, düzgün deyildir. 

Məsələ 2605: Malını yersiz işlərə xərcləyən “səfeh” şəxs fəqirə bir şey 

verməyi nəzir edərsə, nəzir düzgün deyildir. Həmçinin şəriət hakimi tərəfin-

dən malından istifadə etmək hüququndan məhrum edilmiş şəxs, istifadəsin-

dən məhrum edildiyi mallarından bir şeyi fəqirə verməyi nəzir etsə, nəziri 

düzgün deyildir. 

Məsələ 2606: Qadının öz ərinin öncədən icazə vermədiyi və yaxud son-

radan icazəsi olmadan ərinin ondan ləzzət almaq hüququna zidd olan hallarla 

bağlı nəziri düzgün deyildir. Hətta əgər evlənməzdən əvvəl nəzir etmiş olsa 

da, hökm eynidir. Qadının öz malından ərinin icazəsi olmadan nəzir etməsi, 

mübahisəlidir. Deməli, ehtiyata riayət etmək lazımdır. Amma həcc, zəkat, 

sədəqə, ata-anaya yaxşılıq etmək və “sileyi-rəhm” (qohumluq əlaqələrini 

qorumaq) istisnadır. 

Məsələ 2607: Əgər qadın  ərinin icazəsi ilə  nəzir etsə,  əri onun nəzrini 

poza bilməz və onun nəzrə əməl etməsinin qarşısını ala bilməz. 



Məsələ 2608: Övladın nəzirində atasının icazəsi şərt deyil. Amma ata və 

yaxud anası onu nəzr etdiyi əməldən çəkindirsə, onların qadağası  şəfqət, 

mehribanlıq və ürəyiyananlıq üzündən olsa və övladın müxalifəti onların na-

rahatçılığına səbəb olarsa, nəzir batil olar. 




 

345


Məsələ 2609: İnsan yalnız özü əməl etməsi üçün mümkün olan bir işi 

nəzir edə bilər. Buna əsasən, Kərbəlaya piyada gedə bilməyən şəxs “Kərbə-

laya piyada getməyi” nəzir etsə, onun nəziri düzgün deyildir. Əgər nəzir et-

diyi vaxt buna qüdrəti çatsa, amma sonradan aciz olsa, onun nəziri batil olar 

və ona bir şey vacib olmaz. Amma nəziri oruc tutmaqdırsa və onu tutmağa 

gücü çatmırsa, vacib ehtiyata əsasən, tuta bilmədiyi hər bir günün 

müqabilində ya bir fəqirə 750 qram yemək sədəqə versin və yaxud başqa bir 

şəxsə onun əvəzinə oruc tutmaq üçün 1,5 kq yemək versin.  



Məsələ 2610: Əgər haram yaxud məkruh bir işi görməyi və yaxud vacib 

və ya müstəhəb bir əməli tərk etməyi nəzir etsə, nəziri düzgün deyildir. 



Məsələ 2611: Əgər mübah bir işi görməyi və yaxud tərk etməyi nəzir etsə, 

həmin işi yerinə yetirməklə tərk etmək şəriət baxımından hər cəhətdən bərabər 

olsa, onun nəziri düzgün deyildir. Amma onu yerinə yetirmək şəriət baxımın-

dan bir cəhətdən yaxşı olsa və insan həmin cəhəti nəzərə alaraq nəzir etsə, mə-

sələn, ibadətdə qüvvətli olmaq üçün bir yemək yeməyi nəzir etsə, nəziri düz-

gündür. Həmçinin onu tərk etmək şəriət baxımından bir cəhətdən yaxşıdırsa, 

insan da həmin cəhəti nəzərə alaraq onu tərk etməyi nəzir edərsə, məsələn, si-

qaret tüstüsünün zərərli olduğu və onun şəri vəzifəsini ən gözəl şəkildə yerinə 

yetirməyə mane olduğu üçün siqaret çəkməyi nəzir etsə, nəziri düzgündür. 

Amma sonradan siqareti tərk etmək ona zərərli olarsa, nəziri batil olar. 



Məsələ 2612: Öz vacib namazını, namazın savabını öz-özlüyündə artır-

mayan bir yerdə, məsələn, bir otaqda qılmağı nəzir etsə, orada namaz qılmaq 

şəriət baxımından bir cəhətdən yaxşı olduğu təqdirdə, məsələn, insan xəlvət-

də olmaqla qəlbi hazırlıq taparsa, o da namazın bu cəhətini nəzərə alaraq nə-

zir edibsə, nəziri düzgündür. 

Məsələ 2613: Əgər bir işi görməyi nəzir etsə, onu nəzir etdiyi kimi yeri-

nə yetirməlidir. Belə isə, əgər ayın birinci günü sədəqə verməyi, yaxud oruc 

tutmağı və yaxud ayın əvvəlinin namazını qılmağı nəzir etsə, bunları o gün-

dən bir gün əvvəl və yaxud sonra yerinə yetirsə, kifayət etməz. Həmçinin 

“xəstəm sağalsa, sədəqə verəcəyəm” – deyə nəzir etsə, xəstəsi sağalmazdan 

əvvəl sədəqə versə, kifayət etməz. 



Məsələ 2614: Oruc tutmağı nəzir etsə, amma vaxtını və miqdarını müəy-

yən etməsə, bir gün oruc tutduğu təqdirdə, kifayətdir.  Əgər namaz qılmağı 

nəzir etsə, lakin miqdar və xüsusiyyətlərini müəyyən etməsə, iki rükət namaz 

yaxud “vitr” namazı qılsa, kifayətdir. Əgər sədəqə verməyi nəzir etsə, amma 

onun növ və miqdarını müəyyən etməsə, camaat arasında “sədəqə verdi” – 

deyiləcək miqdarda bir sədəqə versə, nəzirinə əməl etmiş olar. Əgər Allaha 

xatir hər hansı bir işi yerinə yetirməyi nəzir etsə, bir namaz qılsa, yaxud oruc 

tutsa və yaxud bir sədəqə versə, nəzirini yerinə yetirmiş olar. 



Məsələ 2615: Müəyyən bir gündə oruc tutmağı nəzir etsə, həmin günü 

oruc tutmalıdır. Bilərəkdən həmin günü oruc tutmasa, onun qəzasını tutmaq-

dan əlavə, kəffarəsini də verməlidir. Amma həmin günü ixtiyari halda səfərə 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə