Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə152/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   148   149   150   151   152   153   154   155   ...   181

 

348


1. And içən  şəxs yetkinlik yaşına çatmalı  və  ağıllı olmalı, öz iradə  və 

ixtiyarı ilə and içməlidir. Deməli, uşaq, dəli, sərxoş və məcbur edilən şəxsin 

andı düzgün deyildir. Həmçinin əsəbi halda ixtiyarsız və məqsədsiz and içsə 

də, düzgün deyildir. 



2. And içib yerinə yetirəcəyi iş haram yaxud məkruh olmamalı  və and 

içib tərk edəcəyi iş də vacib yaxud müstəhəb olmamalıdır. Əgər mübah işi 

tərk edəcəyinə yaxud yerinə yetirəcəyinə and içsə, onu tərk etmək və yaxud 

yerinə yetirmək ağıl sahiblərinin nəzərində üstünlüyə malik yaxud onun özü 

üçün dünyəvi məsləhəti olduğu təqdirdə, andı düzgündür. 

3. “Allah” və “Xuda” kimi Onun müqəddəs zatından başqasına deyilmə-

yən adlarından birinə and içməli yaxud yalnız Allaha məxsus olan sifət və 

yaxud fellərlə Allahı yad etməlidir. Məsələn, “səmaları və yeri yaradana and 

olsun” – deyə and içməlidir. Yaxud da elə bir ada and içməlidir ki, o ad 

Allahdan başqasına deyilsə də, Allahla əlaqədar çox deyildiyindən, bir şəxs o 

adı dilinə  gətirdikdə, yalnız Onun müqəddəs zatı  nəzərə  gəlir. Məsələn, 

“Xaliq” və “Raziq” adına and içsə, düzgündür. Hətta elə bir ada and içməli-

dir ki, yalnız and içmə məqamında “Səmi” və “Bəsir” kimi Allahın zatını xa-

tırlasa, onun andı düzgündür. 

4. Andı dilə gətirməlidir: amma lal bir şəxs işarə ilə and içərsə, andı düz-

gündür. Həmçinin danışmaq gücünə qadir olmayan şəxs onu yazıb, qəlbində 

niyyət edərsə, kifayət edər. Hətta əgər danışmağa qadir olsa belə, andı yazsa, 

vacib ehtiyata əsasən, ona əməl etməlidir. 



5.  Anda əməl etmək onun üçün mümkün olmalıdır; əgər and içdiyi za-

man mümkün olmasa, lakin sonradan mümkün olsa, kifayətdir. Əgər and iç-

diyi zaman mümkün olub, sonradan ona əməl etməkdə aciz qalsa, aciz qaldı-

ğı vaxtdan etibarən andı pozular. Həmçinin anda əməl etmək dözülməyəcək 

qədər məşəqqətli olarsa da, hökm eynidir. Əgər bu acizlik onun ixtiyarı ilə 

olsa, yaxud öz ixtiyarı ilə olmasa da, qadir olduğu zamandan təxirə salmaqda 

üzrü olmasa, günah etmişdir və kəffarə də vacibdir. 

Məsələ 2634: Əgər ata övladını yaxud ər öz arvadını and içməkdən çə-

kindirsə, onların andı düzgün deyildir. 



Məsələ 2635: Əgər övlad atasının və arvad ərinin icazəsi olmadan and 

içsə, ata və ər onların andını poza bilər. 



Məsələ 2636: Əgər insan unutqanlıq, çarəsizlik və yaxud qəflət üzündən 

öz andına  əməl etməsə, ona kəffarə vacib deyildir. Həmçinin onu andına 

əməl etməməyə  məcbur etsələr də, belədir. Vasvası  şəxs, məsələn, “Allaha 

and olsun ki, indi namaza başlayıram” – deyə and içsə, sonra da vasvası ol-

duğu üçün namazla məşğul ola bilməsə, onun vasvasılığı qeyri-ixtiyari ola-

raq öz andına əməl etməyəcək tərzdə olsa, ona kəffarə vermək lazım deyil-

dir. 

Məsələ 2637: Sözünün doğru olduğu üçün and içən  şəxsin sözü doğru 

olarsa, and içməsi məkruhdur. Əgər yalan olarsa, haramdır. Hətta mübahisə-




 

349


yə son qoymaq üçün yalan yerə and içmək böyük günahlardandır. Lakin 

özünü və yaxud başqa bir müsəlmanı bir zalımın  şərindən qurtarmaq üçün 

yalandan and içsə, eybi yoxdur. Hətta bəzən, vacib də olur. Yalnız “tövriyə” 

etməsi (yəni, and içdiyi zaman sözün həqiqi mənasını bir işarə  işlətmədən 

cümlənin zahiri mənasından başqa bir mənanı nəzərdə tutmaq) mümkündür-

sə, vacib ehtiyata əsasən, tövriyə etsin. Məsələn, bir şəxsə  əziyyət vermək 

istəyən bir zalım insandan onu görüb-görmədiyini soruşarsa, o da onu bir 

saat əvvəl görübsə, beş dəqiqə əvvəl görmədiyini məqsədində tutaraq “xeyr, 

görməmişəm” – desin. 

Vəqfin hökmləri 

Məsələ 2638: Əgər bir şəxs bir şeyi vəqf etsə, onun mülkündən xaric 

olar, özü yaxud başqaları onu bağışlaya və ya sata bilməzlər, heç kəs o mülk-

dən irs aparmaz. Amma bəzi hallarda 2049-2050-ci məsələlərdə qeyd edildi-

yi kimi, onu satmağın eybi yoxdur. 



Məsələ 2639: Vəqfin müqaviləsini ərəb dilində oxumaq lazım deyildir, 

hətta məsələn, “bu kitabı dini tələbələrə vəqf etdim” – desə, vəqf düzgündür. 

Hətta vəqf əməllə də gerçəkləşir, məsələn, bir həsiri vəqf niyyətilə məscidə 

sərsə və yaxud bir binanı məscid niyyəti ilə məscid kimi tiksə, vəqf gerçəklə-

şər. Lakin yalnız niyyətlə  vəqf gerçəkləşmir. Vəqfin düzgünlüyü üçün bir 

şəxsin qəbul etməsi lazım deyildir, istər vəqf ümumi olsun, istərsə də xüsusi. 

Həmçinin “qürbət” niyyəti də lazım deyil. 

Məsələ 2640: Əgər bir mülkü vəqf üçün müəyyən etsə və vəqf müqavi-

ləsi oxunmazdan əvvəl peşman olsa yaxud ölsə, vəqf gerçəkləşmir. Xüsusi 

vəqfdə də kimə vəqf edilibsə, o, vəqfi ixtiyarına keçirməzdən əvvəl ölsə, hə-

min hökmü daşıyır. 



Məsələ 2641: Bir malı  vəqf edən  şəxs vəqf etdiyi vaxtdan malı daimi 

vəqf etməlidir.  Əgər “bu mal mən öləndən sonra vəqf olunsun” – desə, 

həmin mal müqavilə oxunan zamandan ölənə  qədər vəqf sayılmadığı üçün 

vəqf düzgün deyildir yaxud “10 ilə qədər vəqf olunsun” – desə, ondan sonra 

vəqf olunmasın yaxud “10 il vəqf olub, sonra 5 il vəqf olmasın, ondan sonra 

yenə də vəqf olsun” – desə, vəqf düzgün deyil. Amma bu halda həmin yeri 

həbs etmək (istifadədən saxlamaq) məqsədi olsa, həbsi gerçəkləşir. 

Məsələ 2642: Xüsusi vəqf o halda düzgündür ki, vəqf etdiyi mal vəqf 

olunan kəslərin yaxud onların vəkil və ya qəyyumunun istifadəsinə verilsin. 

Birinci təbəqədən olanların istifadə etməsi kifayətdir.  Əgər onların bəzisi 

istifadə etsə, yalnız onlara nisbət düzgündür. Amma bir şeyi öz səğir (az-

yaşlı) övladı üçün vəqf etsə, malın əsli onun əlində olsa, kifayətdir və vəqf 

düzgündür. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə