Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə155/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   151   152   153   154   155   156   157   158   ...   181

 

354


təqdirdə,  əvvəl bağışladığı malı, malın üçdə birindən çıxıb sonra da onun 

yerdə qalanını vəsiyyət edilən yerdə xərcləməlidirlər. 



Məsələ 2672: Malının üçdə birinin satılmamasını  və  gəlirinin bir işə 

xərc edilməsini vəsiyyət etsə, onun dediyinə uyğun olaraq əməl etməlidirlər. 



Məsələ 2673: Əgər ölümünə səbəb olan xəstəlik halında başqa birinə bir 

miqdar borclu olduğunu desə, “bu sözü varisə ziyan vurmaq üçün söyləmiş-

dir” – deyə ittiham edilsə, təyin etdiyi miqdar onun malının üçdə birindən 

verilməlidir. Əgər ittiham olunmasa, onun dediyi (iqrarı) nüfuzludur və onun 

malının əslindən verilməlidir. 

Məsələ 2674: İnsan bir şəxsə bir mal verəcəyini vəsiyyət etsə, vəsiyyət 

halında həmin  şəxsin mövcud olması lazım deyildir. Deməli, həmin  şəxs 

vəsiyyət edənin ölümündən sonra dünyaya gəlsə, həmin mal ona verilməli-

dir. Əgər mövcud olmasa və vəsiyyətdən bir neçə mətləb istifadə olunduğu 

təqdirdə, onu vəsiyyət edənin nəzərinə daha yaxın olan bir yerə xərc etməli-

dirlər. Əks təqdirdə, varislər onu öz aralarında bölə bilərlər. Amma vəsiyyət 

etsə ki, onun malından bir şey ölümündən sonra bir kəsin malı olsun, əgər 

həmin  şəxs vəsiyyət edənin ölən vaxtında mövcud olsa, hətta bədənə ruh 

daxil olmamış uşaq olsa belə, vəsiyyət düzgün, əks halda isə batildir və onun 

vəsiyyət edilən malı varislər öz aralarında bölə bilərlər. 



Məsələ 2675: Əgər insan bir şəxs tərəfindən vəsi seçildiyini bilsə və onun 

vəsiyyətini yerinə yetirməyə hazır olmadığını bildirsə, onun ölümündən sonra 

vəsiyyətinə əməl etməsi lazım deyildir. Amma ölməzdən əvvəl onu vəsi etdiyini 

bilməsə  və yaxud bilib ona vəsiyyətinə  əməl etməyə hazır olmadığını  xəbər 

verməsə, ona zəhmət olmadığı halda, onun vəsiyyətinə əməl etməlidir. Həmçi-

nin əgər vəsi vəsiyyət edənin ölümündən əvvəl vəsiyyət edən ağır xəstə və ya-

xud başqa bir maneə olduğu üçün başqasına vəsiyyət edə bilmədiyini anlasa, va-

cib ehtiyata əsasən, vəsi onun vəsiyyətini qəbul etməlidir. 



Məsələ 2676: Əgər vəsiyyət edən ölsə, başqasını meyitin işlərini yerinə 

yetirmək üçün vəsi təyin edə bilməz və özü də həmin işlərdən kənara çəkilə 

bilməz. Amma bilsə ki, vəsiyyət edənin məqsədi həmin işlərin birbaşa vəsi 

tərəfindən yox, yalnız onların yerinə yetirilməsidir, o zaman başqasını öz 

tərəfindən vəkil təyin edə bilər.  

Məsələ 2677: Əgər bir şəxs iki nəfəri birlikdə  vəsi etsə, onlardan biri 

ölsə, dəli yaxud kafir olsa, vəsiyyətin ibarələrindən başa düşülsə ki, belə 

hallarda digəri müstəqil  şəkildə  vəsidir, həmin qaydada əməl olunmalıdır. 

Əks təqdirdə, şəriət hakimi başqa bir nəfəri onun yerinə təyin edər. Əgər hər 

ikisi ölsə, dəli və yaxud kafir olsa, şəriət hakimi başqa iki nəfəri təyin edər. 

Amma bir nəfər vəsiyyəti icra edə bilsə, iki nəfəri təyin etmək lazım deyildir. 



Məsələ 2678: Əgər vəsi ölənin işlərini, hətta başqasını  vəkil və yaxud 

əcir tutmaqla belə olsa, təkbaşına yerinə yetirə bilməsə, şəriət hakimi ona kö-

məkçi təyin edər. 



 

355


Məsələ 2679: Əgər meyitin malından bir miqdarı  vəsinin  əlində  tələf 

olsa, onu saxlamaqda səhlənkarlıq etdiyi və yaxud həddini aşdığı  təqdirdə, 

məsələn, ölən şəxs “filan şəhərin fəqirlərinə bir miqdar pul ver” – desə, o da 

malı başqa bir şəhərə apararkən yolda aradan getsə, zamindir. Əgər səhlən-

karlıq etməsə və həddini aşmasa, zamin deyildir. 

Məsələ 2680: Əgər insan bir şəxsi vəsi təyin etsə və “o şəxs ölsə, filan-

kəs vəsi olsun” – desə, birinci vəsinin ölümündən sonra vəsiyyəti ikinci vəsi 

icra etməlidir. 

Məsələ 2681: Ölənə “istitaət”lə (imkanlı olmaqla) vacib olan həcci yerinə 

yetirmək, xüms, zəkat, “həqqun-nas” kimi vacib olan hüquqlar və borcları ödə-

mək vacibdir və meyit onlar üçün vəsiyyət etməmiş olsa belə, onları meyitin 

malının əslindən vermək lazımdır. Amma kəffarələr, nəzirlər, o cümlədən, nəzir 

olunan həcc, vəsiyyətlə onun malının üçdə birindən yerinə yetirilməlidir. 

Məsələ 2682: Əgər meyitin malı borcundan, vacib həccdən və xüms, zə-

kat, “həqqun-nas” kimi ona vacib olan hüquqlardan artıq gəlsə, malının üçdə 

birini yaxud üçdə birinin bir miqdarını    müəyyən bir yerə  xərc ediləcəyini 

vəsiyyət etsə, onun vəsiyyətinə əməl edilməlidir, əgər vəsiyyət etməsə, qalan 

mal varisə aiddir. 

 Məsələ 2683:  Meyitin təyin etdiyi xərc malın üçdə birindən artıq olsa, 

onun malının üçdə birindən artıq olan miqdardakı vəsiyyəti, yalnız varislərin 

bu vəsiyyətə sözlə yaxud əməllə icazə verdikləri təqdirdə, düzgündür və yal-

nız onların qəlbdə razı olmaları kifayət deyildir. Əgər onun ölümündən bir 

müddət keçdikdən sonra icazə versələr də, düzgündür. Əgər varislərdən bəzi-

si razı olsa, bəziləri isə razı olmasa, vəsiyyət yalnız vəsiyyətə razı olanların 

hissəsində düzgün və keçərlidir.  

Məsələ 2684: Əgər meyitin müəyyən etdiyi xərc onun malının üçdə bir 

qədərindən çox olsa və varislər də icazə versələr, öz icazələrindən dönə bil-

məzlər. Əgər vəsiyyət edənin sağlığında rədd edilərsə, ölümündən sonra ica-

zə verə bilərlər. Amma o, öləndən sonra rədd etsələr, ondan sonra icazə ver-

mələrinin faydası yoxdur. 

Məsələ 2685: Əgər vəsiyyət etsə ki, malının üçdə birindən xüms, zəkat 

yaxud başqa bir borcu versinlər və onun orucu və namazı üçün əcir tutsunlar, 

həmçinin fəqirlərə təam vermək kimi müstəhəb bir iş yerinə yetirsinlər, əv-

vəl onun borcunu malının üçdə birindən verməlidirlər. Əgər bir şey artıq qal-

sa, onun namaz və orucu üçün əcir tutsunlar. Əgər ondan da bir şey artıq qal-

sa, müəyyən etdiyi müstəhəb işlərə çatdırsınlar. Onun malının üçdə biri yal-

nız borcuna çatdığı və varislər də onun malının üçdə birindən çox xərclən-

məsinə icazə verdikləri təqdirdə, onun namaz və orucu, həmçinin müstəhəb 

işlər üçün etdiyi vəsiyyət batildir. 

Məsələ 2686: Borclarının verilməsini namaz və oruclarına əcir tutulma-

sını və müstəhəb bir işin yerinə yetirilməsini vəsiyyət etsə, bunun üçün malın 

üçdə birindən verilməsini vəsiyyət etmədiyi təqdirdə, onun borcunu malın 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə