Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə156/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   152   153   154   155   156   157   158   159   ...   181

 

356


əslindən verməlidirlər. Əgər bir şey artıq qalsa, onun üçdə birini namaz və 

oruca, həmçinin müəyyən etdiyi müstəhəb işlərə çatdırsınlar. Malın üçdə biri 

onlara kifayət etmədiyi halda, varislər icazə verdikləri təqdirdə, onun vəsiy-

yətinə əməl olunmalıdır. Əgər icazə verməsələr, namaz və orucunu malın üç-

də birindən verməlidirlər. Əgər bir şey artıq qalsa, müəyyən etdiyi müstəhəb 

işlərə çatdırsınlar. 



Məsələ 2687: Əgər bir şəxs “meyit bu qədər məbləğin mənə verilməsini 

vəsiyyət etdi” – desə, iki ədalətli kişi onun sözünü təsdiq etsə yaxud and içsə 

və ya bir ədalətli kişi onu təsdiq etsə, yaxud bir ədalətli kişi və iki ədalətli 

qadın onun sözünü təsdiq etsə və yaxud dörd ədalətli qadın onun sözünü təs-

diq etsə, söylənilən miqdar ona verilməlidir. Əgər bir ədalətli qadın şahidlik 

etsə, istədiyi malın dörddə biri ona verilməlidir. Əgər iki ədalətli qadın təs-

diq etsə, onun yarısını, üç ədalətli qadın təsdiq etsə, onun dörddə üçünü ona 

verməlidirlər. Həmçinin şəhadət verəcək bir müsəlman tapılmasa, öz dinlə-

rində ədalətli sayılan iki kitab əhli olan kafir onun sözünü təsdiq etdikdə də, 

tələb etdiyi şeyi ona verməlidirlər. 



Məsələ 2688:  Əgər bir şəxs “mən meyitin malını  hər hansı bir yerdə 

istifadə etməkdə onun vəsisiyəm” – desə, iki ədalətli kişi onun sözünü təsdiq 

etməsi ilə, yaxud şəhadət vermək üçün bir müsəlman olmadıqda, öz dinlərin-

də  ədalətli olan iki zimmə  əhlinin təsdiqi ilə, habelə varisinin iqrarı ilə  də 

onun sözü sübut olunur. 

Məsələ 2689: Malından bir şeyin bir şəxsin malı olmasını vəsiyyət etsə, 

və o şəxs də qəbul və yaxud rədd etməzdən əvvəl ölsə, onun varisləri vəsiy-

yəti rədd etməyənə qədər onu qəbul edə bilərlər. Amma bu hökm, vəsiyyət 

edənin öz vəsiyyətindən dönmədiyi təqdirdədir. Əgər vəsiyətindən dönsə, o 

şeydə haqqları yoxdur. 

İrsin hökmləri 

Məsələ 2690: Qohumluq vasitəsilə irs aparan şəxslər üç dəstədir: 

1. Meyitin ata-anası və övladı; övlad olmadıqda isə, (silsilə boyu) övla-

dın övladı və nə qədər aşağı getsə, onlardan meyitə yaxın olan hər bir şəxs 

irs aparar. Bu dəstədən bir nəfər qalana qədər ikinci dəstə irs aparmaz. 

2. Baba, nənə, bacı və qardaş; qardaş və bacı olmadıqda isə, onların öv-

ladından meyitə yaxın olan hər bir şəxs irs aparar. Bu dəstədən bir nəfər qa-

lana qədər üçüncü dəstə irs aparmaz. 

3. Əmi, bibi, dayı, xala və onların övladları; meyitin əmiləri, bibiləri, da-

yıları  və xalalarından biri sağ olana qədər onların övladları irs aparmazlar. 

Amma ölənin yalnız ata tərəfindən olan əmisi ilə həm ana, həm də ata tərə-

findən olan əmisi oğlu varsa, dayı və xalası yoxdursa, irs ana və ata tərəfin-

dən olan əmisi oğluna düşər və yalnız ata tərəfindən olan əmi irs aparmaz. 



 

357


Əgər əmi və əmisi oğlanları bir neçə nəfər olsalar, yaxud meyitin arvadı hə-

yatda olsa, bu hökm mübahisəlidir. 



Məsələ 2691: Əgər meyitin özünün əmisi, bibisi, dayısı, xalası, həmçinin 

onların övladları  və övladlarının övladları olmasa, onda meyitin ata və ana-

sının  əmisi, bibisi, dayısı  və xalası irs apararlar. Əgər onlar olmasa, onların 

övladları irs aparar və əgər onlar da olmasa, o halda babası və nənəsinin əmisi, 

bibisi, dayısı və xalası; əgər onlar da olmasa, onların övladları irs apararlar. 

Məsələ 2692: Ərlə arvad sonradan qeyd ediləcək izahla bir-birindən irs 

aparar. 


Birinci dəstənin irsi 

Məsələ 2693: Əgər meyitin varisi birinci dəstədən yalnız bir nəfər olsa, 

məsələn, ata yaxud anası, bir oğlu və ya bir qızı olsa, meyitin malının hamısı 

ona çatar. Əgər bir oğlu və bir qızı olsa, malı elə bölməlidirlər ki, oğul 

qızdan iki dəfə artıq aparsın. 



Məsələ 2694: Əgər meyitin varisi yalnız onun ata və anası olsa, mal üç 

yerə bölünər; onun iki hissəsini ata, bir hissəsini isə ana aparar. Amma 

meyitin iki qardaşı yaxud dörd bacısı və yaxud bir qardaşı və iki bacısı olsa, 

onların hamısı müsəlman, azad və onların atası meyitin atası ilə bir olsa, istər 

onların anası ilə bir olsun, istərsə  də olmasın, bu şərtlə ki, dünyaya gəlmiş 

olsunlar, lakin meyitin ata-anası mövcud olana qədər onlar irs aparmır, 

amma onlar olsa, ana malın altıda birini irs aparar, qalanı isə atasına verilər. 

Məsələ 2695: Meyitin varisi yalnız anası, atası və bir qızı olsa, meyitin 

ötən məsələdə qeyd edilən şərtlərlə qardaşı və yaxud bacısı olmadığı təqdir-

də, mal beş hissəyə bölünər; ana və ata hər biri bir pay, qız isə üç pay alar. 

Əgər keçən şərtlərlə meyitin qardaşı yaxud bacısı olarsa, ata beşdə bir pay, 

ana altıda bir pay, qız isə beşdə üç pay alar. Yerdə qalan üçdə bir payın isə 

anaya aid olduğu ehtimalı verilir. Eyni zamanda dörddə üçü qıza dörddə biri 

də ataya aid ola bilər. Vacib ehtiyata əsasən, bir-birilə razılaşsınlar. 

Məsələ 2696: Əgər meyitin varisi ata-anası  və bir oğlu olsa, malı altı 

hissəyə bölərlər; ata və ananın hər biri onun bir hissəsini, oğul isə dörd hissə-

sini aparar. Əgər bir neçə oğlu yaxud bir neçə qızı olsa, həmin dörd hissəni 

öz aralarında bərabər bölərlər, əgər həm oğlan, həm də qız olsa, həmin dörd 

hissəni elə bölməlidirlər ki, oğul qızdan iki dəfə artıq aparsın.  

Məsələ 2697: Əgər meyitin atası yaxud anası  və yaxud bir neçə  oğlu 

olsa, malı altı hissəyə bölərlər; onun bir hissəsini ata, yaxud ana, beş hissəsi-

ni isə oğul aparar. Əgər bir neçə oğlu olsa, onlar beş hissəni bərabər bölərlər.  

Məsələ 2698: Əgər meyitin varisi yalnız atası yaxud anası, bir neçə oğlu 

və qızı olsa, malı altı hissəyə bölərlər; onun bir hissəsini ata, yaxud ana aparar, 

qalanını isə elə bölməlidirlər ki, hər oğul qızdan iki dəfə artıq pay aparsın. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə