Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə158/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   154   155   156   157   158   159   160   161   ...   181

 

360


Məsələ 2713: Əgər meyitin varisi yalnız ata tərəfdən olan bir olan 

babası, yaxud nənəsi və ana tərəfdən olan bir babası və yaxud nənəsi olsa, 

mal üç yerə bölünəcək; onun iki hissəsini ata tərəfdən olan baba, yaxud nənə, 

bir hissəsini isə ana tərəfdən olan baba, yaxud nənə aparacaq. 



Məsələ 2714: Əgər meyitin varisi ata tərəfdən olan baba-nənəsi və ana 

tərəfdən olan baba-nənəsi olsa, mal üç yerə bölünəcək; onun bir hissəsini ana 

tərəfdən olan baba-nənəsi öz aralarında bərabər şəkildə böləcəklər, iki hissə-

sini isə ata tərəfdən olan baba-nənəsinə veriləcək və baba nənədən iki dəfə 

çox irs aparacaq. 

Məsələ 2715: Əgər meyitin varisi yalnız arvadı, ata tərəfindən olan baba 

və nənəsi, eləcə də ana tərəfdən olan baba və nənəsi olsa, arvad öz irsini son-

radan qeyd ediləcək izahla aparacaq. Malın əslinin üç hissəsindən bir hissəsi 

ana tərəfdən olan baba və nənəyə veriləcək ki, öz aralarında bərabər şəkildə 

bölsünlər. Qalanı isə ata tərəfdən olan baba və nənəyə veriləcək və baba nə-

nədən iki dəfə çox irs aparacaq. Əgər meyitin varisi əri, baba və nənəsi olsa, 

əri malın yarısını, baba və nənəsi isə keçən məsələlərdə qeyd edilən göstərişə 

əsasən, öz irsini aparacaq. 



Məsələ 2716: Qardaşın yaxud bacının və yaxud qardaşların və bacıların 

baba, ya nənə ilə və yaxud babalar, ya nənələrlə birlikdə olduqda irs aparma-

larının bir neçə surəti vardır: 

1. Baba yaxud nənənin hər biri, qardaş və yaxud bacısı hamılıqla ana tə-

rəfdən olsunlar: bu halda irs onların arasında, hətta onların bəzisi kişi, bəzisi 

isə qadın olsa belə, bərabər bölünəcək. 

2. Onların hamısı ata tərəfindən olsunlar: bu halda hamısı kişi və yaxud 

hamısı qadın olduğu təqdirdə, mal onların arasında bərabər şəkildə bölünə-

cək. Əgər kişi və qadın olmaqda müxtəlif olsalar, hər kişi qadınla müqayisə-

də iki pay çox aparacaq. 



3. Baba və yaxud nənədən hər biri ata tərəfdən olsun, bacı və yaxud qar-

daş ata-anadan bir olsun. Bunun hökmü keçən surətin hökmü kimidir və 

məlum oldu ki, meyitin atadan bir bacısı, yaxud qardaşı əgər ata-anadan bir 

bacısı, yaxud qardaşı ilə birlikdə olsa, yalnız atadan bir olanlar irs aparmaz. 



4. Babalar, yaxud nənələr və yaxud hər ikisi ata tərəfdən olsun, həm ana 

tərəfdən, qardaşlar, yaxud bacılar və yaxud hər ikisi də belə olsun: bu halda 

ana tərəfdən qohum olan qardaşlar, bacılar, babalar, nənələr malın üçdə biri-

ni kişi ilə qadınlar arasında bərabər  şəkildə böləcəklər, ata tərəfdən qohum 

olanlara isə malın üçdə iki payı düşür və hər kişiyə qadınla müqayisədə iki 

pay çox verilər. Əgər onların hamısı kişi, yaxud hamısı qadın olsa, onların 

arasında bərabər şəkildə bölünər. 

5. Ata tərəfdən olan baba, yaxud nənə, ana tərəfdən olan qardaş, yaxud 

bacı ilə birlikdə olsun: bu halda qardaş, yaxud bacı  təkdirsə, malın altıda 

bir payını aparacaq, əgər çoxdursa, onun üçdə bir payını öz aralarında 



 

361


bərabər  şəkildə böləcəklər, qalanı isı baba və yaxud nənəyə  məxsusdur. 

Əgər baba, yaxud nənə hər ikisi olsa, baba nənə ilə müqayisədə iki pay çox 

aparacaq. 

6. Baba, yaxud nənə, yaxud hər ikisi ana tərəfdən, qardaş, yaxud qaraş-

lar ata tərəfdən olsunlar; bu halda baba, yaxud nənəyə malın üçdə bir payı 

çatır.  Əgər hər ikisi sağ olsa, üçdə bir qədərini bərabər  şəkildə böləcək, 

onun üçdə ikisi isə qardaş yaxud qardaşlara aiddir. Əgər baba, yaxud nənə 

ilə ata tərəfdən bacı olsa, tək olan halda, malın yarısını götürəcək, əgər çox 

olsalar, üçdə ikisini götürəcəklər. Hər halda, baba və yaxud nənə malın 

üçdə birini götürəcək. Buna əsasən, əgər bacı tək olsa, meyitin malının altı-

da biri artıq qalır və bunun da bacıya verilməsi və yaxud baba ilə nənə ara-

sında bölünməsində  tərəddüd var və vacib ehtiyata əsasən, bir-biriləri ilə 

razılaşmalıdırlar. 



7. Babalar və yaxud nənələr hər ikisi həm ata, həm də ana tərəfdən olsun 

və onlarla ata tərəfdən bacı yaxud qardaş olsun, istər tək olsun, istərsə  də 

çox; bu halda ana tərəfdən olan baba və yaxud nənə malın üçdə birini götürə-

cək.  Əgər çox olsalar, bəziləri kişi, bəziəri isə qadın olsalar da, irs bərabər 

şəkildə bölünəcək. Ata tərəfdən olan baba, yaxud nənə və ata tərəfdən olan 

bacı, yaxud qardaş qalan malın üçdə ikisini götürəcək və kişilər qadınlarla 

müqayisədə iki pay çox götürəcək. Əgər babalar, yaxud nənələrlə anadan bir 

olan bacı  və yaxud qardaş olsalar, anadan bir olan babaya, yaxud nənəyə, 

anadan bir bacı, yaxud qardaşla birlikdə üçdə bir pay düşəcək və bu onların 

arasında bərabər şəkildə bölünəcək, hətta bəziləri kişi, bəziləri isə qadın olsa 

və ata tərəfdən olan baba və yaxud nənə üçün üçdə iki qədər və baba nənə ilə 

müqayisədə iki pay artıq çox götürəcək.  



8. Qardaş və yaxud bacıların bəzisi ata bir, bəzisi isə anadan bir olsun 

və onlarla ata tərəfdən olan baba, yaxud nənə olsun; bu surətdə, anadan bir 

bacı yaxud qardaş tək olduqda, malın üçdə bir qədərini götürəcək və onu öz 

aralarında bərabər  şəkildə böləcəklər. Atadan bir bacı, yaxud qardaş üçün 

ata tərəfdən olan baba, yaxud nənə ilə birlikdə olsa, ana tərəfdən olan baba, 

yaxud nənə üçün anadan bir bacı qardaşla birlikdə malın üçdə bir qədəri 

verilər və bunu öz aralarında bərabər  şəkildə bölərlər, atadan bir bacı, 

yaxud qardaş malın üçdə ikisini irs aparar. Kişi qadınla müqayisədə iki pay 

çox götürər. 

Məsələ 2717: Meyitin qardaşı və bacısı olduğu təqdirdə, meyitin qarda-

şının və yaxud bacısının uşağına çatmaz. Lakin bu hökm qardaşın və yaxud 

bacının övladlarının qardaş və bacının irsinə bir maneə yaratmadığı hala aid 

deyil. Məsələn, əgər meyitin atadan bir qardaşı və ana tərəfindən olan babası 

malın üçdə birini götürəcək. Bu halda, meyitin anadan bir qardaşı oğlu olsa, 

onun qardaşı oğlu babası ilə malın üçdə birində şərik olur. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə