Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə161/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   157   158   159   160   161   162   163   164   ...   181

 

367


Bu kimi alverlər də, birinci alverdə bankın  əmtəəsi təkrar nağd olaraq 

onun nisyə qiymətindən ucuz alması  şərt olunarsa, yaxud müqavilədən öncə 

şərt edib müqaviləni o şərtə bağlayarsa, misal üçün, alver zamanı “keçmiş 

şərt”-deyilərsə, düzgün deyildir. Lakin belə bir şərt qoyulmazsa, eybi yoxdur. 

Demək lazımdır ki, bu yollar – düzgün olsa belə – bank alverlərində 

əsaslı bir hədəfi gerçəkləşdirmir. O da bundan ibarətdir ki, alınan borc vax-

tında ödənilmədikdə, bank gecikmə haqqı olaraq artıq pul tələb edə bilər. 

Çünki alver əsnasında onu şərt etsələr belə, borclu öz borcunu qaytarmaqda 

gecikərsə, ondan artıq pul almaq riba hə haramdır. 

Məsələ 2: Dövlət banklarından artıq ödəmə şərti ilə borc götürmək caiz 

deyildir. Çünki bu ribadır və onda girov qoyub-qoymamaq arasında heç bir 

fərq yoxdur. Əgər bir şəxs bu şərtlə dövlət bankından borc götürərsə, onun 

həm borcu, həm də şərti batildir. Çünki bank öz əmlakının maliki olmadığın-

dan, onları borc alanın mülkünə keçirə bilməz. 

Bu problemdən qurtarmaq üçün borc alan şəxs nəzərdə tutduğu məbləği 

şəriət hakimindən icazə almaqla bankdan sahibi bilinməyən mal və ondan 

istifadə etməyin şəriət hakiminin icazəsi olması adı ilə götürə bilər. Biz bü-

tün möminlərə bu icazəni veririk və kifayətdir ki, onların qəlbən niyyəti artıq 

ödəmə  şərti olmadan şəriət hakimindən borc götürmək olsun. Baxmayaraq 

ki, qanuni olaraq həm borcun özünü, həm də artıq qazancı banka ödəməkdə 

iltizamlı olduqlarını  bilirlər. 



Məsələ 3: Özəl banklara borc vermək mənasını daşıyan əmanət qoymaq 

əlavə qazanc şərt olunmasa, hətta ona əlavə qazancın veriləcəyini bilsə belə, 

caizdir. Şərt etməməkdə  məqsəd bu deyil ki, insanın qəlbən niyyəti bankın 

əlavə qazanc vermədiyi halda qazanc tələb etmək olmasın. Çünki ola bilər 

ki, insan bir şeyi  tələb etməyi nəzərdə tutmasın, amma şərt etsin.  Eləcə də 

tələb etməyi nəzərdə tutmasın, amma şərt də etməsin. Əksinə, şərt etməmək-

də məqsəd odur ki, əmanəti bankın əlavə qazanc verməsinə iltizamlı olacağı-

nı şərt etməsin. 



Məsələ 4: Özəl banklara – borc vermək mənasını daşıyan – əmanət qoy-

maq  əlavə qazanc şərti ilə caiz deyilidr. Əgər bir şəxs bunu görsə,  əmanət 

qoymağın özü düzgün, şərti isə batildir. Əgər bank əlavə qazancı ödəsə, o, 

həmin qazanca malik olmaz. Amma bank sahiblərinin, hətta şəriət baxımın-

dan malik olmadıqlarını bildiyi halda onun bu qazancda istifadə etmələrinə 

razı olduqlarına əmin olsa, onun istifadə etməsinin eybi yoxdur və əksər hal-

larda da, belə olur. 

Məsələ 5: Dövlət banklarına – borc vermək mənasını daşıyan – əmanət 

qoymaq qazanc almaq şərti ilə caiz deyildir və həmin qazanc ribadır. Hətta 

bu kimi banklara qoymaq, qazanc almamaqla olsa belə,  şəriət baxımından 

malı tələf etmək kimidir. Çünki bankdan sonradan alacağı bankın malı deyil, 

əksinə sahibi bilinməyən əmlak qismindədir. Buna əsasən, şəxsin ilboyu əldə 

etdiyi qazanc və  gəlirlərin dövlət banklarına onun xümsünü vermədən 




 

368


qoyması mübahisəlidir. Çünki onun bu əmlakdan öz xərcləri üçün istifadə 

etməsinə icazəsi var və onu tələf etməyə icazə verilmir. Əgər onu tələf etsə, 

onun xümsünü sahiblərinə zamindir. 

Əlbəttə, bu, o zamandır ki, şəriət hakimindən icazə almadan banka əma-

nət qoyulsun. Amma şəriət hakimi bir nəfərə icazə versə, habelə bank siste-

mi banka qoyduğu əmlakı bankda mövcud olan əmlakdan ödəməsinə icazə 

versə, banka əmanət qoymağın şəriət baxımından eybi yoxdur. Necə ki, ban-

ka əmanət qoyan şəxsin şərt olunmamış qazancı alıb, yarısını öz şəxsi işləri-

nə, yarısını da möhtac və yoxsula sədəqə adı ilə verməsi caizdir. Biz bütün 

möminlərə banka əmanət qoyub, əlavə qazanc alaraq qeyd edilən şərt əsasın-

da xərcləməyə icazə veririk. 

Məsələ 6: Qeyd olunan hallarda banklara sabit əmanətlə pul qoymaqda 

(ki, müddəti var və bankın onu daim olaraq pul qoyan şəxsin ixtiyarına qoy-

masına iltizamlı deyil) cari hesablar arasında (ki, bank onu pul qoyan şəxsin 

ixtiyarına verməyə iltizamlıdır) heç bir fərq yoxdur. 



Məsələ 7: Qeyd olunan hallarda müştərək banklar dövlət banklarının hök-

münü daşıyır və onda mövcud olan əmlak sahibi bilinməyən  əmlak hökmün-

dədir və şəriət hakiminə müraciət etmədən onlardan istifadə etmək caiz deyildir. 

Məsələ 8: Özəl və dövlət banklarından borc almaq və ora pul qoymaqla 

bağlı qeyd olunanlar İslam ölkələrindəki banklara aiddir. Lakin əlavə qazanc 

əldə etmək məqsədi ilə sərmayələri, mal-dövlətləri qeyri-müsəlmanlara məx-

sus olan banklara qoymaq caizdir, istər bu banklar özəl olsun, istər dövlət, is-

tərsə də müştərək. Çünki onlardan riba almaq caizdir. Lakin onlardan əlavə 

gəlir ödəmək məqsədi ilə borc almaq haramdır. Bu işdən qurtarmaq üçün 

malı borc adı olmadan bankdan alıb, şəriət hakiminə müraciət etməyə heç bir 

ehtiyac olmadan istifadə etmək olar. Hətta onların həm malın özünü, həm də 

qazancını ondan tələb edəcəklərini bilsə də, eyni hökmü daşıyır. 

 

2. Akkreditivlər 

Akkreditiv iki növdür: 

 

1. İdxalat üçün olan akkreditivlər: 

Xarici malları ölkəyə daxil etmək istəyən bir şəxs banka müraciət edərək 

akkreditiv açılmasını istəyir. Nəticədə bank ona iltizam verir ki, öləkəyə 

gətirilən xarici əmtəələrin sənədlərini akkreditiv sahiblərinə təhvil versin və 

onun məbləğını əmtəəni ixrac edən şəxsin hesabına köçürsün. 

Malı ixrac edənlə alış-veriş yazışma və yaxud ölkədə mövcud olan və-

kilə müraciət etməklə tamam olduqdan, eləcə də əmtəələrin keyfiyyət və kə-

miyyətini bəyab edən siyahını aldıqdan,  əmtəənin qiymətinin bir hissəsini 

bankın hesabına köçürdükdən sonra, nəhayət, bank sənədləri təhvil alır və 

əmtəələrin məbləğini satıcıya göndərir. 



2. İxracat üçün olan akkreditivlər: 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə