Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə159/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   155   156   157   158   159   160   161   162   ...   181

 

362


Üçüncü dəstənin irsi 

Məsələ 2718: Üçüncü dəstəyə əmi, bibi, xala, dayı və onların övladları 

aiddir. Əgər birinci və ikinci dəstədən heç kim olmasa, onlar irs aparacaqlar. 



Məsələ 2719: Əgər meyitin varisi yalnız bir əmisi, yaxud bir bibisi olsa, 

istər meyitlə ata-anadan bir olsun, istər atadan bir olsun, istərsə də anadan bir 

olsun, malın hamısı ona çatar. Əgər bir neçə əmisi, yaxud bir neçə bibisi olsa 

və hamısı ata-anadan, yaxud atadan və ya anadan bir olsa, mal onların ara-

sında bərabər şəkildə bölünəcək. Əgər həm əmisi, həm də bibisi olsa, əmisi 

bibisi ilə müqayisədə iki pay çox götürəcək. 



Məsələ 2720: Əgər meyitin varisi əmisi və bibisidirsə və onların bəzisi 

atadan bir, bəzisi anadan bir, bəzisi isə ata-anadan bir olsa, atadan bir olan 

əmisi və bibisi irs aparmaz. Belə isə, əgər meyitin anadan bir əmisi, yaxud 

bibisi olsa, mal altı yerə bölünəcək; onun bir hissəsini anadan bir əmisi, ya-

xud bibisinə, qalanı isə ata-anadan bir əmisi və bibisinə, onlar olmadıqda isə 

atadan bir əmisi və bibisinə veriləcək. Əgər həm əmisi, həm də bibisi anadan 

bir olsa, mal üç yerə bölünəcək; iki hissəsini ata-anadan bir əmisvə bibisi, 

onlar olmadıqda isə, atadan bir əmisi və bibisi, bir hissəsini isə anadan bir 

əmisi və bibisi götürəcəklər. Hər bir halda, əmisi bibisi ilə müqayisədə iki 

pay çox götürəcək. 



Məsələ 2721: Əgər meyitin varisi yalnız bir dayısı və yaxud bir xalası-

dırsa, malın hamısı ona çatar. Əgər həm dayısı, həm də xalası olsa və hamısı 

ata-anadan bir (yəni, meyitin anası ilə bir ata-anadan), yaxud atadan bir və 

yaxud anadan bir olsalar, dayının xala ilə müqayisədə iki pay çox aparması 

uzaq rəy deyildir. Lakin bərabərlik ehtimalı da verilir. Buna görə də, vacib 

ehtiyata əsasən, artıq miqdarda razılaşsınlar. 



Məsələ 2722: Əgər meyitin varisi yalnız anadan bir olan bir və yaxud bir 

neçə dayısı, yaxud bir xalası, ata-anadan bir xalası və dayısı, eləcə də atadan 

bir dayısı və xalası olsa, atadan bir olan və dayısının irs aparması mübahisə-

lidir. Hər halda, anadan bir dayısı və yaxud xalası bir nəfər olsa, altıda bir, 

əgər bir neçə nəfər olsa, üçdə bir qədər irs aparar, yerdə qalanı isə atadan bir, 

yaxud ata-anadan bir dayısı, yaxud xalasına çatar. Hər bir halda, dayının xala 

ilə müqayisədə iki pay çox irs götürməsi ehtimal verilir. Amma vacib ehtiya-

ta əsasən, bir-birlərilə razılaşmalıdırlar. 



Məsələ 2723: Əgər meyitin varisi bir, yaxud bir neçə dayısı, bir və ya-

xud bir neçə xalası, yaxud xalası və dayısı və bir, yaxud bir neçə əmisi bir, 

yaxud bir neçə bibisi, yaxud əmisi və bibisi olsa, malı üç hissəyə böləcəklər; 

bir hissəsini dayısı yaxud xalası, yaxud hər ikisi, qalanını isə  əmisi, yaxud 

bibisi və yaxud hər ikisi götürəcək. Hər iki dəstənin malının bölüşdürülmə 

keyfiyyəti yuxarıda qeyd olundu. 



Məsələ 2724: Əgər meyitin əmisi, bibisi, dayısı, xalası olmasa (yəni, və-

fat etsə), onların payı övladlarına çatacaq. Əgər bir bibisi qızı və bir neçə da-




 

363


yısı oğlu olsa, bibisi qızı üçdən iki, dayısı oğlanları isə üçdən bir pay götürə-

cək və onu öz aralarında böləcəklər. Bu dəstə (dayı, əmi, bibi və xalanın öv-

ladları) meyitin atası  və yaxud anasının  əmisi, bibisi, dayısı  və xalasından 

irəlidir. 



Məsələ 2725: Əgər meyitin varisi atasının əmisi, bibisi, dayısı və xalası, 

eləcə də onun anasının əmisi, bibisi, dayısı və xalası olsa, malı üç yerə bölə-

cəklər; onun bir hissəsini meyitin anasının əmisi, bibisi, dayısı və xalası gö-

türəcək və onların arasında malın bərabər  şəkildə bölünməsi ilə kişinin qa-

dınlarla müqayisədə iki pay çox aparması arasında fikir ayrılığı vardır. Vacib 

ehtiyata  əsasən, bir-birləri ilə razılaşsınlar. Onun qalan iki hissəsini isə üç 

yerə böləcəklər; onun bir hissəsini meyitin atasının dayısı və xalası öz arala-

rında həmin qaydada böləcək, o biri iki hissəni isə onun atasının əmisi və bi-

bisi eyni qaydada böləcəklər. 

Ərlə arvadın irsi 

Məsələ 2726: Əgər bir qadın ölsə və övladı olmasa, onun bütün malının 

yarısı  ərinə, qalanı isə digər varislərinə çatacaq. Əgər həmin  ərdən, yaxud 

başqa ərdən övladı olsa, bütün malının dörddə biri ərinə, qalanı isə digər va-

rislərinə çatacaq. 



Məsələ 2727: Əgər bir kişi ölsə  və övladı olmasa, malının dörddə biri 

arvadına, qalanı isə başqa varislərə çatacaq. Əgər həmin qadından, yaxud 

başqa qadından övladı olsa, malının səkkizdə biri arvadına, qalanı isə digər 

varislərinə çatacaq. Qadın evin yerindən, bağdan, əkindən və başqa yerlərdən 

irs aparmaz, nə yerin özündən, nə də onun qiymətindən. Həmçinin bina və 

ağac kimi havada olan malın özündən irs aparmaz, amma onun qiymətindən 

irs aparar. Eləcə də bağ, əkin sahəsi və başqa yerlərdə olan ağac, əkin və ev-

lərin hökmü də belədir. Amma əri ölən zaman ağacda olan meyvələrin özün-

dən irs aparır. 

Məsələ 2728: Əgər qadın irs aparmadığı əmlakdan, məsələn, məskunlaş-

mış evin yerini istifadə etmək istəsə, başqa varisdən icazə almalıdır. Varislər 

arvadın payını verməmişdən əvvəl arvadın bina və ağac kimi qiymətindən irs 

apara biləcəyi əmlakdan onun icazəsi olmadan istifadə etməsi caiz deyildir. 



Məsələ 2729: Bina, ağac və bu kimi əmlakın qiymətini müəyyən etmək 

istəsə, mütəxəssislərin təyin etdiyi qiymət kimi, onların olduqları yerin xüsu-

siyyətini nəzərə almadan nə qədər qiymət daşıdıqlarını hesab etməlidir. On-

ları yerdə qoparılmış fərz edərək və yaxud icarəsiz həmin yerdə qalacaqları 

nəzərə alınaraq qiymətləri hesab edilməlidir. 

Məsələ 2730: Kəhriz suyunun qolu (su arxı) və bu kimi ərazilər yer (tor-

paq) hökmündədir, orada işlədilən kərpic və digər avadanlıqlar tikinti hök-

mündədir. Amma suyun özündən irs aparır. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə