Microsoft Word risale1-22. 01. 2013. doc


  Donbalan adlanan toxum (yumurta); 8



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə149/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   145   146   147   148   149   150   151   152   ...   181

 

341


7.  Donbalan adlanan toxum (yumurta); 8.  Başın beyin nahiyəsində noxud 

formasında olan kiçik toxum; 9.  Fəqərə sütunu arasında olan haram ilik;  



10.  Vacib ehtiyata əsasən, bel sümüyünün iki tərəfində olan piy; 11.  Öd 

kisəsi; 12. Dalaq; 13. Sidik kisəsi; 14. Göz bəbəyi. 

Bütün bunlar, əti halal olan heyvanlar içərisində quşlardan, balıq və çə-

yirtkədən qeyrilərinə aiddir; quşlara gəldikdə isə, onların qan və ifrazatı mü-

bahisəsiz haramdır. Amma bu ikisindən başqa, yuxarıda qeyd edilənlərdən 

biri onlarda olsa, onun haramlığı vacib ehtiyata əsasəndir. Həmçinin vacib 

ehtiyata  əsasən, balığın, qan və ifrazatı, çəyirtkənin ifrazatı da eyni hökmü 

daşıyır. Bunlardan başqası onlarda haram deyil. 



Məsələ 2589: Əti haram olan heyvanın sidiyini içmək haramdır. Həmçi-

nin əti halal olan heyvanların, hətta vacib ehtiyata əsasən, dəvənin də sidiyi 

eyni hökmü daşıyır. Amma müalicə məqsədilə dəvə, inək və qoyunun sidiyi-

ni içməyin eybi yoxdur. 



Məsələ 2590: Palçığı yemək haramdır. Vacib ehtiyata əsasən, torpaq və 

qum da, həmin hökmü daşıyır. Müalicə məqsədilə çarəsiz qaldığı halda Dağıs-

tan, erməni və bu kimi gili yeməyin eybi yoxdur. Şəfa tapmaq məqsədilə şəhid-

lər ağası imam Hüseyn(ə)-ın türbətindən orta həcmli noxud qədər yemək caiz-

dir. Əgər onu müqəddəs qəbrin özündən və yaxud ətrafından götürməsələr, hətta 

imam Hüseyn(ə)-ın türbətinə aid edilsə  də, vacib ehtiyata əsasən, bir miqdar 

suda və bu kimi şeydə həll edib, qarışdırdıqdan sonra suyu içsinlər. Həmçinin 

türbətin imam Hüseyn(ə)-ın müqəddəs qəbrindən olduğuna əmin olmadıqda, bu 

halda bir dəlil də olmasa, ehtiyata riayət etmək lazımdır. 

Məsələ 2591: Burun suyu və ağıza gəlmiş sinə bəlğəmini udmaq haram 

deyil və həmçinin dişləri təmizləyərkən onun dibindən çıxan yemək qalığını 

udmağın eybi yoxdur. 

Məsələ 2592: Ölümə  səbəb olan və ya insana mühüm bir zərəri olan 

qidanı yemək haramdır. 



Məsələ 2593: At, qatır və ulaq ətini yemək məkruhdur. Əgər bir şəxs on-

larla cinsi yaxınlıq etsə (bu işdən Allaha pənah aparırıq!),  əti haram olar və 

cinsi yaxınlıqdan sonra onların nəsli və südü – vacib ehtiyata əsasən – eləcə də 

sidik və peyini də nəcis olar və onları şəhərdən çıxarıb, başqa yerdə satmaq 

lazımdır. Əgər yaxınlıq edən onun sahibi deyilsə, heyvanın qiymətini sahibinə 

verməlidir və satılmasından  əldə edilən pul yaxınlıq edənindir.  Əgər dəvə, 

inək və qoyun kimi adətən, əti istifadə olunan heyvanla yaxınlıq etsə, onların 

sidik və peyini nəcis olar və onların  ətini yemək haramdır. Vacib ehtiyata 

əsasən, onların südünü içmək və cinsi yaxınlıqdan sonra onlardan törənən 

nəsil də, eyni hökmü daşıyır. Həmin heyvanı  dərhal öldürüb yandırmaq la-

zımdır. Onunla yaxınlıq edən şəxs onun sahibi deyilsə, pulunu sahibinə versin. 

Məsələ 2594: Əgər çəpiş ət və sümüyü bərkiyən miqdarda donuzdan süd 

əmsə, onun özü, nəsli və südü də haram olar. Amma bundan az miqdarda süd 

əmsə, vacib ehtiyata əsasən, “istibra” edilməlidir və bundan sonra halal olar. 



 

342


Onun istibrası isə yeddi gün pak süd əmməkdir. Əgər süd əmməyə ehtiyacı 

yoxdursa, yeddi gün ot yeməlidir. Vacib ehtiyata əsasən, dana, südəmər quzu 

və digər əti halal heyvanların balaları da, eyni hökmü daşıyır. Nəcis yeyən 

heyvanın ətini yemək haramdır. İstibra edildikdə isə, halal olar. Bunların da 

istibrasının keyfiyyəti 219-cu məsələdə açıqlandı. 

Məsələ 2595: Şərab içmək haram və bəzi hədislərdə ən böyük günahlar-

dan sayılmışdır. Həzrət imam Cəfər Sadiq(ə)-dan belə  nəql olunmuşdur: 

“Şərab pisliklərin kökü və günahların mənşəyidir. Şərab içən şəxs öz ağlını 

itirir və o zaman Allahı tanımır, heç bir günahdan çəkinmir, heç kəsin ehtira-

mını saxlamır, yaxın qohumlarının haqqını gözləmir, aşkar çirkinliklərdən üz 

döndərmir. Ondan bir qurtum içdikdə, Allah, mələklər, peyğəmbərlər və mö-

minlər ona lənət edərlər. Əgər sərxoş olana qədər içsə, Allahıtanıma və iman 

ruhu ondan çıxar və yerini nöqsanlı xəbis ruh tutar, qırx günə qədər namazı 

qəbul olunmaz.” 

Məsələ 2596: Şərab içilən süfrədən bir şey yemək, həmçinin vacib 

ehtiyata əsasən, belə süfrədə oturmaq haramdır. 



Məsələ 2597: Hər müsəlmana öz canı təhlükədə olmadıqda, aclıqdan və 

ya susuzluqdan ölmək ərəfəsində olan başqa bir müsəlmana su və çörək ve-

rib, ölümdən qurtarmaq vacibdir. Həmçinin həmin  şəxs müsəlman olmasa 

da, qətli vacib olmayan bir insandırsa, hökm eynidir. 



Yemək yeməyin qaydaları 

Məsələ 2598: Yemək yeyərkən bir neçə əməl müstəhəb sayılır: 

1. Yeməkdən əvvəl əlləri yumaq. 

2. Yeməkdən sonra əlləri yuyub dəsmalla qurulamaq. 

3. Süfrə sahibi yeməyə hamıdan əvvəl başlasın və hamıdan sonra qurtar-

sın. Yeməkdən əvvəl süfrə sahibi öz əlini yusun, sonra sağ tərəfində oturan 

şəxsdən başlayaraq sol tərəfində oturan şəxsə qədər sıra ilə əllərini yusunlar. 

Yeməkdən sonra süfrə sahibi sol tərəfində oturan şəxsdən başlayaraq süfrə 

sahibinə qədər əllərini yusunlar. 

4. Yeməyə başlayanda “Bismillah” – demək, amma süfrədə neçə cür ye-

mək olsa, onların hər biri yeməyə başlayanda “Bismillah” –

 

desin. 


5. Yeməyi sağ əllə yemək. 

6. Üç və yaxud çox barmaqla yemək; iki barmaqla yeməsin. 

7. Süfrə başında neçə nəfər otursa, hər kəs öz qabağındakı yeməkdən yesin. 

8. Tikəni kiçik götürsün. 

9. Süfrə başında çox oturub, yeməyi uzatsın. 

10. Yeməyi yaxşı çeynəsin. 

11. Yeməkdən sonra Allaha həmd-səna etsin. 

12. Barmaqlarını yalasın. 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə