Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə167/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   163   164   165   166   167   168   169   170   ...   181

 

380


hakiminə müraciət etmədən onları istifadə etmək caiz deyildir. Buna əsasən

belə banklarda işləmək, eləcə də əmlakını islah etmək üçün şəriət hakiminə 

müraciət etmədən onları istifadə edən alıcılara mal (sərmayə) vermək və ya 

onlardan mal almaq caiz deyildir. Lakin şəriət hakimi qeyd edilən hallarda 

belə banklarda işləməyə icazə versə, eybi yoxdur. 

Məsələ 31:  Cüalə, icarə, həvalə (köçürmə) və İslam ölkələrinin dövlət 

banklarında mövcud olan sair alış-verişlərin düzgün olması şəriət hakiminin 

icazəsinə bağlıdır və onun icazəsi olmadan bu alış-verişlər düzgün deyildir. 

Həmçinin  İslam ölkələrində dövlət camaatın iştirakı ilə açılan müştərək 

bankların şəri alış-verişlərində dövlətin payı ilə bağlı alış-verişlərin düzgün-

lüyü şəriət hakiminin icazəsindən asılıdır. 



 

15. Sığorta müqaviləsi 

Sığorta bir müqavilədir ki, onun əsasında olunan şəxs iltizam verir ki, 

aylıq, illik və yaxud bir dəfəyə olaraq müəyyən bir məbləği sığorta edənə 

versin və onun müqabilində sığorta edən şəxs də iltizam verir ki, sığortaya 

üzv olan şəxsə, yaxud adı sığorta müqaviləsində müəyyən olunan və müqa-

vilənin onun xeyrinə olduğu üçüncü bir şəxs müəyyən bir məbləğdə pulu

yaxud sabit bir ödənişi və yaxud hər hansı başqa bir şeyi həmin müqavilədə 

aşkar  şəkildə qeyd olunan hər hansı bir gözlənilməz hadisə baş verdikdə, 

yaxud zərər yetişdikdə ödəsin. 

Məsələ 32: Sığortanın bir neçə növü vardır:  

1. Şəxsin ölüm, xəstəlik və sair hadisələr müqabilində sığortası. 

2.  Mal-dövlətin, o cümlədən avtomobil, təyyarə  və bu kimi əmlakların 

yanğın, suda batma, oğurluq hallarından sığortalanması. 

Sığortanın başqa növləri də vardır ki, onun şəriət hökmləri qeyd olunan 

hallarla heç də fərqlənmədiyindən, burada qeyd etməyi lazım görmürük. 



Məsələ 33: Sığorta müqaviləsinin bir neçə əsası vardır: 

1-2.  Sığorta edən və sığorta olunan şəxslərin qarşılıqlı anlaşması (“tək-

lif” və “qəbul” anlaşması); belə ki, orada danışıqları, yazıları, yaxud onlara 

dəlalət edən hər hansı bir şey kifayətdir. 

3. Sığortanın predmetini müəyyənləşdirmək; istər şəxs, istərsə də əmlak 

olsun. 


4.  Sığorta müqaviləsinin  əvvəli və sona çatma müddətini müəyyənləş-

dirmək. 


Məsələ 34: Sığorta müqaviləsində təhlükə və ziyanın səbəbi məsələn, yanğın, 

oğurluq, suda batma, xəstəlik, ölüm və sair bu kimi səbəblər; eləcə də hissə-hissə 

ödəniləcəksə, sığortanın illik və yaxud aylıq ödəniş miqdarı təyin edilməlidir. 

Məsələ 35: Sığorta müqaviləsindəki tərəflər yetkinlik yaşına çatmış  və 

ağıllı olmalı, iradə (məqsəd) və ixtiyar üzərindən bu müqaviləni bağlamalı, 

onların səfehlik və yaxud müflisləşmə  nəticəsində mal-dövlətindən istifadə 



 

381


etmək hüququndan məhrum edilməmələri  şərtdir.  Əgər hər iki tərəf, yaxud 

onlardan biri yetkinlik yaşına çatmayan, dəli və  məcbur olsa, yaxud mal-

dövlətinin istifadə hüququndan məhrum edilmiş olsa, yaxud ciddi məqsədləri 

olmasa, müqavilə düzgün deyildir.  



Məsələ 36: Sığorta müqaviləsi lazım müqavilələrdən sayılır və iki 

tərəfin razılığı olmadan pozula bilməz. Əlbəttə, əgər müqavilədə şərt edilsə 

ki, sığorta edən və sığorta olunan və yaxud hər ikisinin müqaviləsini pozma 

hüquqları vardır, bu şərtə əsasən, sığorta müqaviləsini poza bilərlər. 



Məsələ 37: Əgər sığorta edən öz verdiyi iltizamına əməl etməsə, sığorta 

olunan şəxs şəriət hakiminə və yaxud ondan başqasına müraciət etməklə onu 

öz vəzifəsini icra etməyə məcbur edə bilər. Həmçinin müqaviləni pozub, sı-

ğorta haqqı adı ilə verdiyi məbləğin geri qaytarılmasını tələb edə bilər.  



Məsələ 38: Əgər sığorta müqaviləsində müəyyən olunsa ki, sığorta olunan 

şəxs müəyyən bir məbləği sığorta haqqı adı ilə hissə-hissə ödəsin və bu razılaş-

manın icrasında istər miqdar baxımından, istərsə də ödəniş zamanı baxımından, 

vədəsinə xilaf çıxsa, sığorta edənə vacib deyildir ki, müəyyən hadisə və ya zərər 

baş verdikdə, müəyyən məbləği ödəməklə əlaqədar verdiyi iltizama əməl etsin 

və sığorta olunan da ödənmiş sığorta haqqının qaytarılmasını tələb edə bilməz. 



Məsələ 39: Sığortada xüsusi bir məbləğin təyin edilməsi  şərt deyildir, 

əksinə müqavilədəki tərəflərin, yəni, sığorta edən və sığorta olunanın razılı-

ğına tabedir. 

Məsələ 40: Əgər bir neçə nəfər öz müştərək mallarından  əldə etdikləri 

sərmayə ilə bir şirkət təsis etsələr və onlardan hər biri şirkət (şəriklik) müqa-

viləsi əsnasında başqası ilə şərt etsə ki, onun özünə və yaxud mal-dövlətinə 

müəyyən bir hadisə baş verdiyi təqdirdə (onun növünü də  şərtin  əsnasında 

müəyyən etsələr) şirkət vəzifəlidir ki, şirkətin sərmayəsindən, yaxud qazan-

cından istifadə edərək dəymiş zərərləri aradan qaldırsın; müqavilənin qüvvə-

də qaldığı vaxta qədər bu şərtə əməl etmək vacibdir. 

 

 

16. İcarə müqaviləsi 

Ticarətçilər arasında geniş yayılmış alış-verişlərdən biri də “icarə müqa-

viləsi” və yaxud “üstünlük haqqı” adını daşıyan müqavilədir. Belə ki, icarəçi 

icarə etdiyi və ixtiyarında olduğu məkanı iki tərəfin razılığı ilə alınmış məb-

ləğ müqabilində icarə müddəti sona çatdıqdan sonra icarəçini icarə etdiyi 

yerdən çıxarmaqdan və yaxud icarə haqqını artırmaqdan çəkinir. 



Məsələ 41: Alış-veriş yeri kimi bir yerin icarə edilməsi icarəçi üçün ora-

da heç bir haqq gətirmir və o, icarə müddəti  qurtardıqdan sonra oranın mali-

kinin öz mülkündən istifadə etməsinə, oranı boşaltmasına, yaxud əvvəlki ica-

rə məbləğini artırmasına mane ola bilməz. Həmçinin icarəçinin müəyyən bir 

məkanda uzun müddətli olması, həmin məkanı müəyyən dəyər və yaxşı tica-

rət mövqeyi qazanması və sair kimi üstünlüklər onun üçün həmin yerdə qal-




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə