386
Məsələ 52: Hənəfi məzhəbinin
fiqhinə əsasən, sələm (riba) müqaviləsi,
satılan əşyanın müqavilə zamanı mövcud olması ilə şərtlənir. Halbuki şiə
fiqhinə əsasən, belə bir şərt mötəbər deyildir. Deməli, əgər hənəfi məzhəbi
şiə məzhəbinə nüfuzlu olsa, belə ki, müştəri hənəfi məzhəbindən olsa və satı-
cını bu müqaviləni batil etməyə vadar etsə, şiə məzhəbindən olan müştəriyə
caizdir ki, bir növ “əvəzçıxma” (təqas) qaydasının tələbinə uyğun olaraq hə-
nəfi olan satıcını bu müqaviləni batil etməyə məcbur etsin. Halbuki ondan
sonra müştəri şiə məzhəbindən olarsa da, eyni hökmü daşıyır.
Məsələ 53: Əhli-sünnə fiqhinə əsasən, varislərin irs payından artıq qa-
lanlar meyitin qardaşı kimi “əsəbə”sinə verilir. Lakin şiə məzhəbinin fiqhin-
də bunun əksinədir. Məsələn, əgər bir kişi ölsə, yalnız bir qızı və bir qardaşı
olsa, şiə fiqhinə əsasən, irsin yarısı qıza irs payı adı ilə, qalanını isə ona qay-
tarmaq adı ilə verilməlidir və meyitin qardaşı irs aparmır. Lakin əhli-sünnə
fiqhinə əsasən, bu fərziyyədə meyitin irsinin yarısı onun qardaşına verilməli-
dir. Çünki o, meyitin “əsəbə”sindən sayılır. Belə ki, əhli-sünnə məzhəbindən
olan bir şəxs şiə məzhəbindən olan bir şəxsin varisinə nüfuzlu olarsa və irs
paylarından artıq qalan ona verilməsə, əgər meyitin “əsəbə”si şiə məzhəbin-
dən olsalar, bir növ “əvəzçıxma” qaydasına uyğun olaraq irsdən artıq qalan
payları əhli-sünnə məzhəbindən olan varisindən ala bilərlər.
Məsələ 54: Əhli-sünnə fiqhinə əsasən, qadın öz ərinin irsinin (əmlakı-
nın) hamısını, istər daşınan əmlak olsun, istərsə də torpaq sahəsi kimi daşın-
maz əmlak, irs aparır. Halbuki şiə məzhəbinin nəzərinə görə, qadın yerin
özünü, yaxud onun qiymətini irs aparmır. Yalnız bina və ağacların qiymətini
irs apara bilər, lakin onların özündən irs apara bilməz. Buna əsasən, əgər
sünni məzhəbindən olan şəxs şiəyə nüfuzlu olsa, belə ki, sünni məzhəbindən
olan bir qadın yeri, binanın və ağacların özünü irs aparsa və başqa varisi də
şiə məzhəbindən olsa, şiə məzhəbindən olan qadın da digər sünni varislər
kimi, torpaq sahəsi, bina və ağacların özündən ona çatan payı ala bilər.
18. Meyitin bədənini yarmağın hökmləri
Məsələ 55: Ölmüş müsəlmanın bədənini yarmaq caiz deyildir. Bu işi
görən şəxsə – “Diyə” kitablarında qeyd olunan təfsilata əsasən – diyə vacib
olar.
Məsələ 56: Ölmüş kafirin bədənini yarmaq, hansı qrupdan olsa belə,
əgər sağlığında qanı toxunulmaz olmasa, caizdir. Lakin “zimmi” kafir olarsa,
vacib ehtiyata əsasən, onun bədənini yarmaqdan çəkinsinlər. Əlbəttə, əgər öz
şəriətində onun bədəninin yarılmasına icazə verilirsə, istər mütləq şəkildə,
istərsə də sağlığında bu işə icazə vermişsə və ya ölümündən sonra onun
qəyyumu icazə vermişsə, bu kimi hallarda onun bədənini yarmaq caizdir.
Əgər kafirin qanının həyatında toxunulmaz olmasında şəkk edilsə və bu
barədə heç bir nişanə olmasa da, onun bədənini yarmaq caizdir.
387
Məsələ 57: Əgər bir müsəlmanın canının qorunması başqa bir müsəlma-
nın cəsədinin yarılmasına (və ondan müəyyən üzvün götürülməsinə) bağlı-
dırsa, imkan daxilində qanı toxunulmaz olmayan, yaxud şəkkli olan bir kafi-
ri, əgər bu da mümkün olmasa, ondan başqa (ölmüş) bir kafiri yarmalıdırlar.
Əgər bu da mümkün olmasa, ölmüş müsəlmanın cəsədini yarmaq caizdir.
Elmi təcrübə və başqa məqsədlə müsəlmanın cəsədini yarmaq caiz deyil-
dir. Amma bir müsəlmanın, hətta gələcəkdə belə canının qorunması buna
bağlıdırsa, caizdir.
19. Orqanların köçürülməsi ilə bağlı hökmlər
Məsələ 58: Ölmüş müsəlmanın bədən üzvlərini, məsələn, gözünü, əlini
və s. diri bir şəxsin bədəninə köçürmək üçün yarmaq caiz deyildir. Bu işi
görən şəxs, diyə verməlidir. Kəsilmiş üzvün dəfn edilməsi vacibdir. Amma
köçürmədən sonra həmin üzv diri insanın bədən üzvü sayılarsa, onu yenidən
kəsmək vacib deyildir.
Məsələ 59: Əgər bir müsəlmanın həyatının qorunmasını ölmüş müsəl-
manın bədən üzvünün kəsilməsinə bağlıdırsa, onun kəsilməsi caizdir. Lakin
onu kəsən şəxsə diyə vermək vacib olur. Həmin üzv diri insanın bədəninə
köçürülsə, onun bir hissəsi sayılır və diri şəxsin bədənində olan hökmlər ona
da aid olur.
Məsələ 60: Qeyd edilən məsələlərdə meyit dedikdə, ürəyinin və ağ
ciyərinin iş funksiyası tamamilə dayanmış şəxs nəzərdə tutulur. Amma beyin
toxmaları ölən, ürək və ağ ciyəri isə tibbi cihazla işləyən şəxs, meyit (ölü) sa-
yılmır və onun bədən üzvlərini kəsib diri bir insana köçürmək əsla caiz deyildir.
Məsələ 61: Diri insanın bədənindən hər hansı bir
üzvü köçürmək üçün
kəsmək, həmin üzvün kəsilməsi insana mühüm bir ziyan yetirərsə – göz, əl,
ayaq və bu kimi üzvləri kəsmək kimi – caiz deyildir. Amma dərisinin bir
hissəsi və yaxud başqa böyrəyinin sağlam olacağı təqdirdə, böyrənin birinin
götürülməsi kimi mühüm ziyanı olmasa, sahibi də razılıq verərsə, habelə
uşaq və dəli olmasa, caizdir. Əks təqdirdə, əsla caiz deyil və hər zaman onu
köçürmək caiz olsa, onun müqabilində pul almaq da caizdir.
Məsələ 62: Ehtiyacı olanlara qan vermək, eləcə də bunun müqabilində
pul almaq caizdir.
Məsələ 63: Qanı toxunulmaz olmayan, yaxud şəkkli olan ölmüş kafirin
bədən üzvünü müsəlmana köçürmək üçün kəsmək caizdir. Köçürmədən
sonra müsəlmanın bədəninin hökmləri həmin üzvə də aiddir. Çünki onun bə-
dəninin bir hissəsi hesab olunur. Həmçinin it kimi zatən nəcis olan heyvanın
bədən üzvlərindən birini kəsib müsəlmanın bədəninə köçürməyin eybi yox-
dur. (Peyvənd edildikdən sonra) müsəlmanın bədəninin hökmləri ona da
aiddir. Çünki həmin bədən üzvü, diri şəxsin bədən üzvündən hesab olunur və
həmin hissədə həyat var və müsəlmanın bədəninin hökmləri ona şamil olur.