132
ni yaxud yalnız “surə”ni və ya yalnız “Fatihə”ni oxumadığını başa düşsə,
ayağa qalxıb həmin göstərişə əməl etməlidir.
Məsələ 964: Əgər vacib namazda 353-cü məsələdə deyilən
və vacib səc-
dəsi olan dörd surədən birini bilərəkdən oxusa, səcdə ayəsini oxuduqdan
sonra səcdə etməsi vacibdir. Amma səcdəni etsə, ehtiyata əsasən, namazı ba-
til olur və onu yenidən qılmalıdır. Lakin səhvən səcdə etsə, namazı batil ol-
maz. Əgər səcdəni etməsə, günah etmiş olsa da, namazını davam etdirə bilər.
Məsələ 966: Əgər vacib səcdəsi olan bir surə oxusa, istər səhvən oxu-
sun, istərsə də bilərəkdən, səcdə ayəsinə çatmamışdan əvvəl başa düşsə, hə-
min surəni tərk edib, başqa surə oxumalıdır. Əgər səcdə ayəsini oxuyandan
sonra başa düşsə, ötən məsələdə deyildiyi kimi əməl etməlidir.
Məsələ 967: Əgər namaz əsnasında səcdə ayəsini dinləsə, namazı düz-
gündür. Amma vacib namazda olsa, vacib ehtiyata əsasən, səcdəyə işarə et-
məli və namazdan sonra səcdəni yerinə yetirməlidir.
Məsələ 968: Müstəhəb namazda, hətta nəzir vasitəsilə vacib olsa belə,
“surə” oxumaq lazım deyildir. Amma “vəhşət” namazı kimi, özünəməxsus
surəsi olan bəzi müstəhəb namazlarda həmin namazın göstərişinə əməl et-
mək istəsə, həmin surəni oxumalıdır.
Məsələ 969: Cümə namazının və cümə günü sübh, zöhr və əsr namazı-
nın və cümə axşamı günü xiftən namazının birinci rükətində “Fatihə”dən
sonra “Cümə” surəsini, ikinci rükətində də “Fatihə”dən sonra “Munafiqun”
surəsini oxumaq müstəhəbdir. Əgər cümə gününün namazlarında bunlardan
birini oxumağa başlasa, vacib ehtiyata əsasən, onu tərk edib başqa surə
oxuya bilməz.
Məsələ 970: Əgər “Fatihə”dən sonra “İxlas” və yaxud “Kafirun” surəsi-
ni oxumağa başlasa, onu yarımçıq qoyub başqa surə oxuya bilməz. Amma
cümə namazında yaxud cümə gününün namazlarında unutqanlıqdan “Cümə”
və ya “Munafiqun” surəsinin yerinə bu iki surədən birini oxusa, onu tərk
edib “Cümə” və yaxud “Munafiqun” surəsini oxuya bilər. Vacib ehtiyata
əsasən, yarıya çatdıqdan sonra tərk etməsin.
Məsələ 971: Əgər cümə namazında yaxud cümə gününün namazlarında
“İxlas” və yaxud “Kafirun” surəsini oxusa, yarıya çatmasa da, vacib ehtiyata
əsasən, onları tərk edib “Cümə” yaxud “Munafiqun” surəsini oxuya bilməz.
Məsələ 972: Əgər namazda “İxlas” yaxud “Kafirun” surəsindən başqa
digər surəni oxusa nə qədər ki, yarıya çatmayıb onu tərk edərək başqa surə
oxuya bilər. Yarıya çatandan sonra ehtiyata əsasən, onu tərk edib başqa surə
oxuması mütləq şəkildə caiz deyildir.
Məsələ 973: Əgər oxuduğu surənin bir miqdarını unutsa yaxud vaxtın
darlığı yaxud başqa bir səbəbdən başladığı surəni bitirmək mümkün olmazsa,
həmin surənin yarısına çatsa da yaxud oxuduğu surə “İxlas” və ya “Kafirun”
surəsi olsa da, onu tərk edib başqa bir surə oxuya bilər. Unutduğu təqdirdə
isə, oxuduğu miqdarla kifayətlənə bilər.
133
Məsələ 974: Ehtiyata əsasən, kişinin sübh, şam və xiftən namazlarında
“Fatihə” və “surə”ni ucadan oxuması, zöhr və əsr namazlarında isə, həm kişi,
həm də qadının “Fatihə” və “surə”ni astadan oxuması vacibdir.
Məsələ 975: Vacib ehtiyata əsasən, kişi sübh, şam və xiftən namazların-
da “Fatihə” və “surə”nin bütün sözlərini, hətta onların son hərfini belə uca-
dan oxumağa diqqət yetirməlidir.
Məsələ 976: Qadın sübh, şam və xiftən namazlarının “Fatihə” və “surə”-
sini həm ucadan, həm də astadan oxuya bilər. Amma naməhrəm onun səsini
eşitsə və səsini naməhrəmə eşitdirmək harama səbəb olsa, ehtiyata əsasən,
astadan oxumalıdır. Əgər bilərəkdən ucadan oxusa, vacib ehtiyata əsasən,
namazı batildir.
Məsələ 977: Əgər bir şəxs namazı ucadan oxuyacağı yerdə bilərəkdən
astadan oxusa yaxud astadan oxyacağı yerdə bilərəkdən ucadan oxusa, vacib
ehtiyata əsasən, namazı batildir. Amma unutqanlıq və yaxud şəriət hökmünü
bilmədiyindən bu iş baş verərsə, namazı düzgündür. Əgər “Fatihə” və “surə”ni
oxuyarkən səhvən ucadan və ya astadan oxuduğunu başa düşsə, oxuduğu
miqdarı ikinci dəfə oxuması lazım deyildir.
Məsələ 978: Əgər bir şəxs “Fatihə” və “surə”ni oxuyanda səsini adi qay-
dadan artıq ucaltsa, məsələn, fəryadla oxusa, namazı batildir.
Məsələ 979: İnsan namazın qiraətini düzgün oxumalıdır. “Fatihə”ni heç
bir yolla düzgün oxuya bilməyən şəxs, onu bacardığı kimi oxumalıdır.
Əlbəttə ki, bu hal, onun həmin surədən etina olunacaq qədər çox olan hissəni
düzgün oxuduğu təqdirdədir. Lakin həmin hissə çox az olsa, vacib ehtiyata
əsasən, Qurani–Kərimin qalan hissəsindən düzgün oxuya bildiyini öyrənib
ona əlavə etməlidir. Əgər bunu bacarmasa, ona təsbih əlavə etsin. Amma
“surə”ni ümumiyyətlə düzgün oxuya bilməyən şəxsə onun yerinə başqa bir
şey oxumaq vacib deyildir. Belə bir halda onun üçün namazını camaatla
qılması, müstəhəb ehtiyatdır.
Məsələ 980: “Fatihə”ni yaxşı bilməyən şəxs öz vəzifəsini yerinə yetir-
məyə səy etməlidir, istər öyrənməklə, istər təlqin etməklə, istər camaat
namazında iqtida etməklə, istərsə də şəkk etdiyi sözləri təkrar etməklə. Əgər
vaxt dar olsa, ötən məsələdə izah olunduğu kimi qılarsa, namazı düzgündür.
Amma öyrənməkdə səhlənkarlıq etdiyi təqdirdə, əgər mümkündürsə, (ilahi)
əzabdan xilas olmaq üçün namazını camaatla qılsın.
Məsələ 981: Namazın vacib əməllərini öyrətmək üçün muzd almaq, eh-
tiyata əsasən, haramdır. Amma onun müstəhəb əməllərini öyrətmək üçün
muzd almaq caizdir.
Məsələ 982: Əgər “Fatihə” yaxud “surə”nin sözlərindən birini bilərək-
dən və ya “təqsiri cəhl” üzündən deməsə yaxud bir hərfin əvəzinə başqa bir
hərf desə, məsələn, (ض) “dad” hərfinin əvəvzinə (ذ) “zəl” və ya (ز) “zə”
hərfini desə, yaxud səhv sayılacaq tərzdə “kəsrə-fəthə”sinə riayət etməsə, və
ya “təşdid”i deməsə, namazı batildir.