138
Müstəhəb
ehtiyata əsasən, başqa bir namaz da qılıb ruku vaxtında otursun və
bacardığı qədər rukuya əyilsin.
Məsələ 1020: Əgər ruku həddinə çatdıqdan sonra bilərəkdən başını
qaldırsa və ikinci dəfə ruku qədər əyilsə, namazı batildir.
Məsələ 1021: Rukunun zikri qurtardıqdan sonra qalxıb düz durmalı və vacib
ehtiyata əsasən, bədəni aram olduqdan sonra səcdəyə getməlidir. Əgər bilərəkdən
durmamışdan əvvəl səcdəyə getsə, namazı batildir. Həmçinin vacib ehtiyata
əsasən, bədəni aram olmamışdan əvvəl səcdəyə getsə də, hökm eynidir.
Məsələ 1022: Əgər rukunu unutsa və səcdəyə çatmamışdan öncə yadına
düşsə, ayaq üstə durmalı, sonra rukuya getməlidir və əyilmiş halda rukuya
qayıtmaq kifayət etməz.
Məsələ 1023: Əgər alnı yerə çatandan sonra ruku etmədiyi yadına düşsə,
qayıdıb durduqdan sonra rukunu yerinə yetirməlidir. İkinci səcdədə yadına
düşsə, namazı vacib ehtiyata əsasən, batildir.
Məsələ 1024: Rukuya getməmişdən əvvəl ayaq üstə olduğu halda təkbir
demək, rukuda dizləri arxaya verib kürəyi düz saxlamaq, boynunu çəkib arxa
ilə bərabər etmək, iki qədəmin arasına baxmaq, zikrdən əvvəl yaxud sonra
salavat zikr etmək və rukudan qalxdıqdan sonra düz dayanıb bədən aram
olduğu vaxt “Səmiəllahu limən həmidəh.” – demək müstəhəbdir.
Məsələ 1025: Müstəhəbdir ki, qadın rukuda əllərini dizlərindən yuxarı
qoysun və dizlərini arxaya verməsin.
Səcdələr
Məsələ 1026: Namaz qılan şəxs müstəhəb və vacib namazların hər
rükətində rukudan sonra iki səcdə yerinə yetirməlidir. Səcdə odur ki, alnı
xüsusi formada “xüzu” qəsdi ilə yerə qoysun. Namazın səcdəsində iki əlin
içini, iki dizi və iki ayağın baş barmağını yerə qoymaq vacibdir. Alın
dedikdə, vacib ehtiyata əsasən, alnın ortası nəzərdə tutulur və həmin hissə iki
qaşın arasında (alnın ortasında) tük bitən yerə qədər iki fərzi xətt çəkməklə
alınan dördbucaqdır.
Məsələ 1027: İki səcdə birlikdə bir rükndür. Əgər şəxs vacib namazın
bir rükətində unutqanlıq üzündən və ya məsələni bilmədiyindən hər ikisini
tərk etsə, namazı batildir. Həmçinin vacib ehtiyata əsasən, əgər bir rükətdə
iki səcdə unutqanlıq yaxud “qüsurlu nadanlıq” üzündən artırılarsa da, hökm
eynidir. (“Qüsurlu nadanlıq” odur ki, nadan öz nadanlığında üzrlü olsun.)
Məsələ 1028: Əgər bilərəkdən bir səcdə az və yaxud çox etsə, namazı
batildir. Əgər səhvən bir səcdə az və yaxud çox etsə, namazı batil olmaz və
az etdiyi surətdə, hökmü “səhv səcdəsi”nin hökmlərində qeyd ediləcəkdir.
Məsələ 1029: Bir kəs alnını yerə qoymağı bacarırsa, yerə qoymalı və
əgər bilərəkdən və yaxud səhvən yerə qoymasa, başqa üzvlərini yerə çatdırsa
139
da, səcdə etməmişdir. Amma alnını yerə qoysa və səhvən başqa üzvlərini
yerə çatdırmasa yaxud səhvən zikr deməsə, səcdə düzgündür.
Məsələ 1030: Yaxşı olar ki, ixtiyar halında səcdədə üç dəfə
“Subha-
nəllah” yaxud
bir dəfə “Subhanə Rəbbiyəl-ə`la və bihəmdih” – desin. Bu
ibarələr ardıcıl və ərəb dilində düzgün deyilməlidir. Əlbəttə, hər hansı bir
zikri demək kifayət edər, amma vacib ehtiyata əsasən, bu miqdarda olmalı-
dır. Müstəhəbdir ki, “Subhanə Rəbbiyəl-ə`la və bihəmdih” üç ya beş ya
yeddi ya da çox deyilsin.
Məsələ 1031: Səcdə halında namaz qılanın bədəni aram (hərəkətsiz) ol-
malı, öz bədənini ixtiyar halında, hətta ehtiyata əsasən, vacib zikrə məşğul
olmasa da, elə də tərpətməməlidir ki, aramlığı aradan getsin.
Məsələ 1032: Əgər alnı yerə çatmamışdan və bədəni aram olmamışdan
öncə bilərəkdən səcdənin zikrini desə, namazı batildir. Amma zikri bədən
aram olan halda yenidən desə, batil olmaz. Əgər zikri bitirməzdən əvvəl bilə-
rəkdən başını səcdədən qaldırsa, namazı batildir.
Məsələ 1033: Əgər alın yerə çatmamışdan əvvəl
səhvən səcdənin zikrini
desə və səcdədən qalxmamış səhv etdiyini başa düşsə, bədəni aram olduqdan
sonra ikinci dəfə zikri deməlidir. Amma alnı yerə çatdıqdan sonra və bədən
aram olmamışdan əvvəl səhvən zikri desə, təkrar etmək lazım deyildir.
Məsələ 1034: Əgər başını səcdədən qaldırdıqdan sonra başa düşsə ki,
səcdənin zikri qurtarmazdan əvvəl başını qaldırıb, namazı düzgündür.
Məsələ 1035: Əgər səcdənin zikrini qurtarmamışdan öncə səhvən alnını
yerdən qaldırsa, onu təzədən yerə qoya bilməz və onu bir səcdə hesab etmə-
lidir. Amma başqa üzvləri səhvən yerdən qaldırsa, onu ikinci dəfə yerə qoy-
malı və zikri deməlidir.
Məsələ 1036: Birinci səcdənin zikri qurtardıqdan sonra oturmalı və
bədəni aram olduqdan sonra ikinci dəfə səcdəyə getməlidir.
Məsələ 1037: Namaz qılanın alnının yeri dizlərinin və ayağının baş
barmaqlarının yerindən dörd bağlı barmaq qədər yuxarı və ya aşağı olmama-
lıdır. Əksinə, vacib ehtiyata əsasən, alnının yeri dayandığı yerdən dörd bağlı
barmaqdan yuxarı və ya aşağı olmasın.
Məsələ 1038: Üzüaşağı yerdə – hətta onun üzüaşağı olması düzgün mə-
lum olmasa da – namaz qılanın alın yeri, dizlərindən və ayaq barmaqlarından
dörd bağlı barmaqdan yuxarı və ya aşağı olsa, namazı mübahisəlidir.
Məsələ 1039: Əgər alnını səhvən dizlərinin və ayaq barmaqlarının ye-
rindən dörd bağlı barmaqdan hündür olan bir şeyin üzərinə qoysa və onun
hündürlüyü “səcdə halındadır” – deyilməyəcək qədər çox olsa, başını onun
üzərindən qaldırıb, hündürlüyü dörd bağlı barmaqdan çox olmayan bir şeyin
üzərinə qoymalıdır. Amma onun hündürlüyü “səcdə halındadır” – deyiləcək
qədərdirsə, vacib zikri dedikdən sonra xəbərdar olsa, başını səcdədən qaldı-
rıb namazı tamamlaya bilər; əgər vacib zikri deməzdən əvvəl xəbərdar olsa,
alnını onun üzərindən hündürlüyü dörd bağlı barmaq qədər və ya daha az