Microsoft Word Road traffic law 1998


Maddə 22. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi proqramları



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix01.09.2018
ölçüsü1,06 Mb.
#66446
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

Maddə 22. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi proqramları 

I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə və yol-

nəqliyyat hadisələrinin sayının, bu hadisələr nəticəsində dəyən zərərin azaldılmasına yönəldilmiş dövlət və yerli 

əhəmiyyətli proqramlar işlənib hazırlanır. 

II. Bu proqramlar ərazi və sahə planlaşdırılmasının səmərəli əlaqələndirilməsi, bir-birinə bağlı olan balanslaşdırılmış 

göstəricilərin formalaşdırılması əsasında, konkret regionun sosial-iqtisadi və ekoloji şəraiti, yol şəbəkəsinin inkişaf 

səviyyəsi, qəza vəziyyəti və yol hərəkətinin vahid uçotu sisteminin digər göstəriciləri nəzərə alınmaqla hazırlanır. 

III. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması proqramına aşağıdakılar daxil edilməlidir: 

1) yolların inkişafı və genişləndirilməsi; 

2) yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi; 

3) yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin təhlili və yol-nəqliyyat hadisələrinin, onların nəticələrinin azaldılması 

üzrə tədbirlər; 

4) müəyyən dövr üçün proqnozlar; 

5) əsaslandırılmış konkret məqsədlər; 

6) həyata keçirilməsi nəzərdə tutulan məqsədlərə çatmağa imkan verəcək tədbirlər; 

7) proqramın dəyəri və onun maliyyələşdirilmə mənbələri, yol fondlarının yaradılması; 

8) proqramın yerinə yetirilməsinə nəzarətin formaları və mütəmadiliyi. 

Maddə 23. Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirlərinin maliyyələşdirilməsi 

I. Proqramlarda nəzərdə tutulmuş tədbirlər, habelə yol hərəkəti təhlükəsizliyini təmin etmək sahəsində digər 

tədbirlər Azərbaycan Respublikası büdcəsinin, yerli büdcələrin, büdcədənkənar vəsaitlərin və Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsaiti hesabına maliyyələşdirilir. 

II. Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirləri həmçinin Azərbaycan Respublikası dövlət yol fondunun 

vəsaiti və bu Qanunun müddəalarını pozmağa görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən 

cərimələrin ödənilməsi, nəqliyyat vasitələrinin sığortası, onların qeydiyyatı, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı 

şəhadətnamələrinin və nişanlarının verilməsi, sürücülərin hazırlanması və ixtisaslarının artırılması üzrə kurs 

imtahanlarının qəbulu, sürücülük vəsiqələrinin verilməsi, nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi, nəqliyyat 

vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlər nəticəsində Azərbaycan Respublikasının 

müvafiq icra hakimiyyəti orqanına daxil olan vəsait hesabına maliyyələşdirilir. 

III. Bu Qanunun müddəalarını pozmağa görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan 

vəsait Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və subyektlər 

tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. 



Maddə 24. Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotunun təşkili 

I. Azərbaycan Respublikası ərazisində yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotu 

aparılır. Bu göstəricilər aşağıdakılardır: 

1) yol-nəqliyyat hadisələrinin; 

2) yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslərin

3) nəqliyyat vasitələri sürücülərinin; 




4) yol hərəkəti qaydalarını pozmuş şəxslərin; 

5) yol hərəkəti sahəsində inzibati hüquqpozmaların və cinayətlərin sayı; 

6) yol hərəkəti təhlükəsizliyi vəziyyətini əks etdirən göstəricilər və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə 

dair fəaliyyətin nəticələrinin göstəriciləri. 

II. Azərbaycan Respublikası ərazisində yol hərəkəti təhlükəsizliyi vəziyyətinin dövlət uçotu aparılarkən yol-

nəqliyyat hadisələrində zərər çəkmiş şəxslər aşağıdakılar sayılır: 

1) yaralılar -- yol-nəqliyyat hadisəsi nəticəsində səhhətinin müəyyən müddətə pozulmasına səbəb olan şəxslər; 

2) həlak olanlar -- yol-nəqliyyat hadisəsi yerində həlak olmuş və ya bu cür hadisə nəticəsində sonrakı 7 gün ərzində 

ölmüş şəxslər. 

III. Dövlət uçotunun sistemi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən yol hərəkəti 

təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi işinin təşkilini 

və tətbiqini təmin edir. 

IV. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının 

istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən müəyyənləşdirilir. 

Maddə 25. Yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid uçot sistemi 

I. Azərbaycan Respublikasında yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin (avtomobil yollarının, nəqliyyat 

vasitələrinin, sürücülərin və yol hərəkəti sahəsində inzibati hüquqpozmaların, yol-nəqliyyat hadisələrinin, yol-

nəqliyyat zədələnmələrinin və sair) vahid dövlət uçotu sistemi müəyyən edilir. 

II. Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısını, uçot və hesabat qaydasını Azərbaycan Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

III. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları yol hərəkəti və onun təhlükəsizliyi 

göstəricilərinin vahid uçotu sistemində nəzərdə tutulmayan hesabatlar verilməsini tətbiq edə bilməzlər. 



Maddə 26. Layihə və elmi işlərin aparılması 

Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, yol hərəkəti təşkilinin perspektiv proqramlarını, 

kompleks sxemlərini və layihələrini hazırlayan, habelə bunları həyata keçirən fiziki və hüquqi şəxslər həmin 

sənədlərdə hərəkət təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə çirkləndirici maddələr buraxılmasının və 

tullanmasının, habelə səs-küyün və vibrasiyanın qarşısının alınması və azaldılması istiqamətində tədbirlər nəzərdə 

tutmalı və bunları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalıdırlar. 



Üçüncü fəsil.  

Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması 

Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı 

I. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və 

ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən "Mexaniki 

nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və 

dövlət qeydiyyatı üzrə uçota alınması haqqında" Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından 

keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və 

avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya 

çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin 

müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların və ya vergilərin, yaxud ödənclərin 

ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, həmçinin 

cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin 

qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə