Microsoft Word Road traffic law 1998



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix01.09.2018
ölçüsü1,06 Mb.
#66446
1   ...   23   24   25   26   27   28   29   30   31

6) idarə etmə hüququ olmayan və alkoqoldan, narkotik vasitələrdən və ya güclü təsir göstərilən digər maddələrdən 

istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi

7) bu maddənin 5-ci və 6-cı bəndlərində nəzərdə tutulan pozuntuların bir il ərzində təkrar törədilməsi; 

8) bu maddənin 1-ci--6-cı bəndlərində nəzərdə tutulan pozuntular nəticəsində zərər çəkən şəxsə maddi ziyan 

vurulması və ya onun bədəninə yüngül xəsarət yetirilməsi. 

Maddə 80. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozuntuları 

I. Piyadalar tərəfindən törədilən və məsuliyyətə səbəb olan pozuntular aşağıdakılardır: 

1) yolun hərəkət hissəsinə çıxdıqda piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsi

2) yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsi; 

3) yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılması; 

4) qırmızı və ya göy sayrışan işıq və ya xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman yolun 

hərəkət hissəsinin tərk edilməməsi. 

II. Yol hərəkətində iştirak edən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının sərnişin tərəfindən pozulması 

məsuliyyətə səbəb olan pozuntudur. 

III. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən törədilən və məsuliyyətə səbəb olan pozuntular 

aşağıdakılardır: 

1) svetoforların və nizamlayıcının işarələrinə riayət edilməməsi; 

2) sərnişin daşınması; 

3) idarə etməyə mane olan yükün daşınması; 

4) yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanmasının tələblərinin pozulması; 

5) yolda sükanı tutmadan idarə edilməsi; 

6) piyadaların hərəkəti üçün nəzərdə tutulmuş sahədə onların hərəkətinə bu Qanunun tələblərinə zidd olaraq maneə 

yaradılması; 

7) üstün hərəkət hüququ olan nəqliyyat vasitələrinə yol verilməməsi. 

IV. At arabalarını (kirşəni) idarə edən və ya mal-qara ötürənlər tərəfindən törədilən və məsuliyyətə səbəb olan 

pozuntular aşağıdakılardır: 

1) mal-qaranın yolda nəzarətsiz qoyulması; 

2) mal-qaranın, at arabasının (kirşənin) dəmir yol xətlərinin və ya yolların üstündən nəzərdə tutulmayan yerlərdən, 

habelə sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində keçirilməsi; 

3) mal-qaranın asfalt və sement-beton örtüklü yollarda ötürülməsi; 

4) işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsi; 

5) at arabalarını (kirşəni) idarə edən şəxs tərəfindən svetofor və ya nizamlayıcının işarələrinə, habelə yol nişanları və 

ya yol nişanlanması tələblərinə riayət edilməməsi; 

V. Yol hərəkəti iştirakçıları tərəfindən törədilən pozuntulara görə məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılardır: 



1) alkoqoldan, narkotik vasitələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində 

sərxoş vəziyyətdə bu maddənin birinci--dördüncü hissələrində nəzərdə tutulmuş yol hərəkəti qaydalarının 

pozulması; 

2) bu maddənin birinci--dördüncü hissələrində nəzərdə tutulan pozuntular nəticəsində zərər çəkən şəxsə maddi ziyan 

vurulması və ya onun bədəninə yüngül xəsarət yetirilməsi. 

Maddə 81. Yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyət 

Bu Qanunun 79--80-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli 

olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və ya mülki-

hüquqi məsuliyyət daşıyırlar. 



Maddə 82. Yol hərəkəti qaydalarının pozuntuları ilə bağlı olan digər məsələlər 

I. Yol hərəkəti qaydalarının pozuntusu haqqında məsələlərə İnzibati hüquqpozmalar haqqında Azərbaycan 

Respublikasının Məcəlləsi ilə nəzərdə tutulmuş qaydaya uyğun olaraq baxılır. 

II. Bu Qanunun 27-ci maddəsinin on yeddinci hissəsinin 1-ci bəndi, 30-cu maddəsinin doqquzuncu hissəsi, 31-ci 

maddəsinin beşinci hissəsi, 79-cu maddəsinin 1-ci bəndi, 80-ci maddəsinin birinci--dördüncü hissələri ilə nəzərdə 

tutulmuş pozuntulara görə cərimə, yerində ödənilir. Bu Qanunun 27-ci maddəsinin on yeddinci hissəsinin 2-ci 

bəndində, 79-cu maddəsinin 2-ci--4-cü bəndlərində nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş 

şəxslərin cərimə ballarının uçotu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 

qaydada aparılır. 

III. Sürücülərin bu Qanunun 79-cu maddəsinin 2-ci bəndində göstərilən qayda pozuntularına yol verməsi 3 bal, 27-ci 

maddəsinin on yeddinci hissəsinin 2-ci bəndində və 79-cu maddəsinin 3-cü bəndində göstərilən qayda pozuntularına 

yol verməsi 4 bal, 79-cu maddəsinin 4-cü bəndində göstərilən qayda pozuntularına yol verməsi isə 5 balla 

qiymətləndirilir. Sürücülər bir il ərzində cəmi 10 və daha çox bal topladıqda, onların nəqliyyat vasitələrini idarə 

etmək hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvəqqəti olaraq 

məhdudlaşdırılır. 

IV. Azərbaycan Respublikası ərazisində diplomatik immunitetə malik olan əcnəbilər və vətəndaşlığı olmayan 

şəxslər yol hərəkəti qaydalarını pozduqları halda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 

qaydada məsuliyyət daşıyırlar. Yol hərəkəti qaydalarını pozduqlarına görə əcnəbilərə yalnız cərimə növündə inzibati 

tənbeh tətbiq edilə bilər. Onlar bir il ərzində bu Qanunun 79-cu maddəsinin 5-ci, 6-cı və 8-ci bəndləri ilə nəzərdə 

tutulmuş pozuntulara təkrar yol verdikdə və ya törətmiş olduqları pozuntulara görə cərimə ödəməkdən imtina 

etdikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının qanunvericiliyi 

ilə müəyyən edilmiş qaydada onların ölkədən çıxarılması məsələsini qaldıra bilər. 



Yeddinci fəsil.  

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarət 

Maddə 83. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində nəzarətin həyata keçirilməsi 

I. Bu Qanunun tələblərinə ciddi əməl etməklə yollarda hərəkət təhlükəsizliyinə nəzarəti yalnız Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları həyata keçirirlər. 

II. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat 

vasitələrində və ya texniki nəzarətetmə vasitələrinin tətbiqi ilə həyata keçirilir. 

III. Müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və 

nəqliyyat vasitələrinin alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması 

nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. Belə halları 

müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. 

Maddə 84. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanı əməkdaşının vəzifələri 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə