Microsoft Word Road traffic law 1998



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix01.09.2018
ölçüsü1,06 Mb.
#66446
1   ...   23   24   25   26   27   28   29   30   31

Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 

əməkdaşının vəzifələri aşağıdakılardır: 

1) bu Qanunu mükəmməl bilmək və düzgün tətbiq etmək

2) yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanının əməkdaşları üçün müəyyən edilmiş müvafiq formalı geyimdə olmaq; 

3) xidmətdə olarkən xidməti vəsiqəni, xidməti silahını, şəxsi nömrə ilə döş nişanını, jezli, fiti, xüsusi çantanı (onun 

içində bu Qanunun mətnini, qələmi, inzibati hüquqpozmalar haqqında protokolun blanklarını, eləcə də inzibati 

cərimənin yerində ödənilməsi barədə qəbz blanklarını) özündə saxlamaq; 

4) yol hərəkəti iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etmək, onlarla münasibətdə insanın şərəf və ləyaqətini 

alçaldan hərəkətlərə və sözlərə yol verməmək; 

5) yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol 

hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı 

maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət 

verilməsi qaydasını izah etmək; 

6) tərəfindən aşkar edilmiş yol hərəkəti qaydalarının bütün pozuntularını qeyd etmək, onların dəqiq uçotunu 

aparmaq və bu barədə tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli 

şəxslərinə raportla məruzə etmək; 

7) nəzarət etdiyi yol sahəsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görmək; 

8) cinayət törətmiş şəxsləri təqib etmək, tutub saxlamaq və müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına 

təhvil vermək (bu mümkün olmadığı halda, tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanının yuxarı vəzifəli şəxsinə təqibi təşkil etmək təklifi ilə müraciət etmək). 

Maddə 85. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanı əməkdaşının hərəkətləri 

Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanının əməkdaşı: 

1) Qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirir; 

2) qaydanı pozan və ya nəqliyyat vasitəsini idarə edən şəxslərdən, onların sənədlərini yoxlamaq məqsədi ilə fit və ya 

jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə dayanmağı tələb edir; 

Qeyd: Bu tələb sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin 

markası, rəngi və dövlət qeydiyyat nişanı göstərilməklə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanının yuxarı vəzifəli şəxsinə dərhal radiocihaz vasitəsilə məlumat və bundan sonra yazılı formada raport 

verilməlidir. Nəqliyyat vasitəsinin təqib olunması yalnız onu idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin 

tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhəli olunması haqqında dəqiq məlumat olduqda 

həyata keçirilə bilər. 

3) nəqliyyat vasitəsi dayandıqda ona yaxınlaşır, özünü nəqliyyat vasitəsinin sürücüsünə təqdim edir və bundan sonra 

ona dayandırılmanın səbəbini bildirərək ondan bu Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində 

göstərilən sənədləri təqdim etməyi tələb edir; 

Qeyd: Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan 

Respublikası Baş Nazirinin və Azərbaycan Respublikası hakimlərinin şəxsiyyəti, həmin şəxslərin xidməti və şəxsi 

nəqliyyat vasitələri toxunulmaz olduğuna görə onların yoxlanılmasına və ya inzibati qaydada tutulmasına yol verilə 

bilməz. 

4) nəqliyyat vasitəsini idarə edən şəxsin sənədləri qaydasındadırsa və o, yol hərəkəti qaydalarını pozmamışdırsa, ona 

hərəkəti davam etməyə icazə verir; 



5) bu Qanunla cərimə müəyyən edilmiş pozuntulardan hər hansı birini və ya bir neçəsini törətmiş şəxs ona qarşı 

edilən inzibati tənbehlə razıdırsa və cəriməni pozuntu baş verdiyi yerində ödəmək imkanına malikdirsə, həmin 

pozuntuya görə cərimə edir və bu barədə qaydanı pozana, kötüyündə ona qol çəkdirməklə ciddi hesabat sənədi olan 

və nömrə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarına verilən blank üzrə 

doldurulmuş qəbz verir; 

Qeyd: Nəqliyyat vasitəsinin sahibi müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşdıqda, 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən sürətölçənin göstəricisi və 

pozuntunun baş verdiyi tarix barədə ölçmə cihazının göstəricilərinin uçotu kitabında müvafiq qeyd aparılmalıdır 

(əgər nəqliyyat vasitəsinin sahibi müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşaraq, 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının dayanmaq tələbini yerinə yetirməkdən 

boyun qaçırıbsa, onu məsuliyyətə cəlb etmək üçün pozuntunun yeri və tarixi, sürətölçənin göstəricisi, nəqliyyat 

vasitəsinin markası, rəngi və qeydiyyat nişanı göstərilməklə, bu barədə tərtib olunmuş raport nəqliyyat vasitəsinin 

dövlət qeydiyyatı üzrə daimi uçota alındığı yerə göndirilməlidir). 

6) aşkar edilmiş yol hərəkəti qaydalarının pozuntusu faktı üzrə inzibati protokol tərtib edir (qaydanı bir neçə şəxs 

pozmuşdursa, onlardan hər biri barədə ayrıca inzibati protokol tərtib edir); 

Qeyd: Yol hərəkəti qaydalarının pozuntusu haqqında inzibati protokol həmin pozuntu və qaydanı pozan şəxs 

barəsində məlumatları əks etdirən əsas sənəddir. Protokol xüsusi hazırlanmış və nömrə üzrə Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına ciddi hesabatla verilən blank şəklində tərtib 

edilir. Protokolda baş vermiş pozuntunun xarakteri konkret olaraq bu Qanunun hansı maddəsində nəzərdə tutulması, 

qaydanı pozan şəxs barəsində məlumatlar, pozuntunun aşkar edilməsində istifadə olunmuş texniki nəzarət etmə 

vasitələri və onların göstəriciləri qeyd olunur. Yol hərəkəti qaydalarının pozulması nəticəsində maddi zərər 

vurulmuşdursa və ya bədənə yüngül xəsarət yetirilmişdirsə, bu hallar inzibati qaydanı pozmuş şəxsin qeydləri üçün 

ayrılan yerdə onun qısa izahatı yazılır və inzibati məsuliyyətə cəlb edilən şəxsin hüquq və vəzifələrinin ona elan 

edilməsi barədə müddəa göstərilir. Protokol tərtib edildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanının əməkdaşı və qaydanı pozan şəxs tərəfindən imzalanır və inzibati hüquqpozma haqqında 

inzibati icraatın həyata keçirilməsi üçün aiddiyyəti üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanına göndərilir. Nəqliyyat vasitəsinin sahibi yol hərəkəti qaydasını pozmuşdursa, Azərbaycan Respublikası 

müvafiq icra hakimiyyəti orqanının əməkdaşı həmin şəxsin sürücülük vəsiqəsini götürüb haqqında tərtib edilmiş 

inzibati protokola əlavə edir. Bu halda eyni zamanda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanının əməkdaşı tərəfindən qaydanı pozan şəxsə bir ay müddətinə sürücülük vəsiqəsini əvəz edən xüsusi 

hazırlanmış və nömrə üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarına ciddi 

hesabat blankı olan müvəqqəti icazə vərəqi verilməlidir. 

7) qaydanı pozan şəxs yol-nəqliyyat hadisəsi yerini tərk etmişsə, bu haqda şahidlər barədə məlumatları 

göstərilməklə raport tərtib edir və onu tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanının yuxarı vəzifəli şəxsinə təqdim edir; 

8) şəxsin alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş 

vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək üçün texniki vasitələrdən istifadə edir və ya onun tibbi 

müayinədən keçirilməsini təşkil edir. 

Qeyd: Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina 

etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən 

keçirilir. 

9) dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və ya onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində 

sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, habelə həmin nəqliyyat vasitəsini idarə etmək 

hüququ verən digər əsas olmadıqda; nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri yerində 

olmadıqda (saxta və ya qeyri-standart olduqda); dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi 

onu idarə edən şəxs tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun 

gəlmədikdə; dayandırılmış nəqliyyat vasitəsi Azərbaycan Respublikasında bu Qanunla müəyyən edilmiş qaydada 

qeydiyyatdan keçirilmədikdə; dayandırılmış nəqliyyat vasitəsi alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən 

digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olan şəxs tərəfindən idarə olunduqda və onunla 

birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda, nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan 

kənarlaşdırılır və göstərilən səbəblər aradan götürülənədək müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq 

icra hakimiyyəti orqanının mühafizə olunan duracaqlarında saxlanılması üçün nəqliyyat vasitələrini müəyyən 

edilmiş qaydada oraya göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun 

birinci nüsxəsi inzibati protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir); 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə