Microsoft Word Road traffic law 1998



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix01.09.2018
ölçüsü1,06 Mb.
#66446
1   ...   23   24   25   26   27   28   29   30   31

12) "AZ" fərqlənmə nişanı -- beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliyyat vasitələrinin Azərbaycan 

Respublikasına mənsubiyyətini bildirmək məqsədilə quraşdırılır; 

13) "Təcrübəsiz sürücü" -- nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük vərdişlərinə mükəmməl malik olmadığı 

barədə yol hərəkətinin başqa iştirakçılarını xəbərdar etmək məqsədilə quraşdırılır. 



Maddə 73. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə 

edilməsi 

I. Təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara 

işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə 

edirlər. 

II. Yuxarıda göstərilən vasitələrlə səs və işıq siqnallarının verilməsi, nəqliyyat vasitələrinin sürücülərini sürəti 

azaltmaq və yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün bütün digər zəruri tədbirləri görmək vəzifəsindən azad 

etmir. 

III. Sutkanın qaranlıq vaxtı tunellərdə və məhdudiyyətli görünmə şəraitində hərəkətdə olan nəqliyyat vasitələrində 



və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır: 

1) təchizatından asılı olaraq nəqliyyat vasitələrində -- faraların yaxın və ya uzaq işıqları və arxa qabarit işıqları; 

2) qoşqularda -- qabarit işıqları. 

IV. Uzaq işıq yaxın işığa: 

1) yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda və yaşayış məntəqələrindən kənarda, əgər yolun 

hərəkət hissəsi yol boyu işıqlanmışdırsa və əgər həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək 

imkanı verirsə; 

2) sürücünün gözlərini qamaşdırmamaq məqsədi ilə qarşıdan gələn nəqliyyat vasitəsinə azı 150 metr qalmışsa; 

3) yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda keçirilməlidir. Gözü 

qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini 

dayandırmalıdır; 

4) irəlidə hərəkət edən nəqliyyat vasitəsindən yaxın məsafədə hərəkət etdikdə, ötməzdən əvvəl qısa müddətə 

faraların uzaq işığını yandırmaqla xəbərdarlıq işıq siqnalı vermək olar. 

V. Faranın yaxın işıqları sutkanın işıqlı vaxtında: 

1) motosiklet, moped; 

2) uşaq dəstələri daşıyan avtobus və mikroavtobus; 

3) mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələri

4) digər nəqliyyat vasitələrini yedəyə alan nəqliyyat vasitələri; 

5) təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitələri; 

6) xüsusi olaraq ayrılmış zolaqla nəqliyyat vasitələrinin axınına qarşı hərəkət edən ümumi istifadədə olan nəqliyyat 

vasitələrinin sürücüləri tərəfindən isə, hərəkət edən nəqliyyat vasitəsini göstərmək məqsədilə duman faraları da 

yandırılmalıdır. 

Qeyd: Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər: 1) məhdud görünmə şəraitində - həm ayrıca, həm 

də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; 2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində -- 

faraların yaxın və uzaq işıqları ilə birlikdə. 



VI. Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdudiyyətli görünmə şəraitində dayanarkən 

və durarkən nəqliyyat vasitəsində və avtoqatarda qabarit və ya dayanacaq işıqları yandırılmalıdır. Əgər qabarit 

işıqları nasazdırsa, nəqliyyat vasitəsi yoldan kənara çıxarılmalı, bu mümkün olmadıqda isə o, qəza siqnalı və sıradan 

çıxmış nəqliyyat vasitələri və onların yedəyə alınması işarəsi ilə nişanlanmalıdır. 

VII. Qatı duman şəraitində, güclü qar və yağış yağanda, yaxud buna uyğun digər şəraitdə, həmçinin faranın yaxın 

işıqları və ya duman faraları və dumana qarşı fənərlər yandırala bilər. 

Qeyd: Yuxarıda göstərilən hallar istisna olmaqla, nəqliyyat vasitələri işıq və səs siqnalları söndürülmüş vəziyyətdə 

aşağıdakı hallarda duracaqda dayana bilər: 1) işıqlandırılmış yollarda nəqliyyat vasitəsi kifayət qədər məsafədən 

aydın göründükdə; 2) yolun hərəkət hissəsinin kənarından aralı saxlandıqda; 3) akkumulyatorla təchiz olunmamış 

motosikletlər yaşayış məntəqəsində yolun hərəkət hissəsinin qırağında saxlandıqda; 4) yaşayış məntəqələrində 

hərəkət gərginliyi az olan küçələrdə. 

VIII. Projektor-faradan və axtarıcı-faradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri 

gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət 

nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər. 

IX. Arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə şəraitində istifadə edilə bilər. Arxa duman fənərlərini 

stop-siqnallara qoşmaq qadağandır. 

X. "Avtoqatar" tanınma nişanlı avtoqatar hərəkət edərkən, sutkanın qaranlıq vaxtı isə, həm də məhdud görünmə 

şəraitində, bundan əlavə, dayandığı və ya durduğu müddətdə yanmalıdır. 

XI. Səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər: 

1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan 

hallarda; 

2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün. 

XII. Ötmə barədə xəbərdarlıq etmək üçün səs siqnalı əvəzinə (və ya onunla birlikdə) işıq siqnalı verilə bilər. Bu işıq 

siqnalı sutkanın işıqlı vaxtı -- faraların işıqlarını qısamüddətli yandırıb-söndürməkdən, sutkanın qaranlıq vaxtı isə 

faraların yaxın işığını dəfələrlə uzaq işığa keçirməkdən ibarətdir. 

Maddə 74. Xüsusi siqnalların tətbiqi 

I. Üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət 

yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Üstün keçid hüquqi olan operativ nəqliyyat 

vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır. 

II. Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayışan işıq və 

xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə 

edə bilərlər. 

III. Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi 

yaxınlaşdıqda, hərəkətin digər iştirakçıları yolun hərəkət hissəsini boşaldaraq idarə etdikləri nəqliyyat vasitəsini 

dayandırmalıdırlar. 

IV. Dövlət standartları ilə müəyyən edilmiş rəng qrafikası sxemlərindən və rənglərin birləşdirilməsindən, habelə 

gücü dəyişən işıqlardan və avazı dəyişən çoxavazlı siqnallardan digər nəqliyyat vasitələrinin istifadə etməsi 

qadağandır. 

V. Narıncı və ya sarı rəngli sayrışan işıq siqnalları quraşdırılmış xüsusi nəqliyyat vasitələrinin sürücüləri yolda 

tikinti, təmir və ya təmizlik işləri görərkən hərəkət təhlükəsizliyini təmin etmək şərtilə, yol nişanlarının və nişanlama 

xətlərinin tələblərindən kənara çıxa bilərlər. Başqa sürücülər onların işinə maneçilik törətməməlidirlər. Narıncı və ya 

sarı rəngli işartılı məşəl, hərəkət zamanı üstünlük vermir və hərəkətin digər iştirakçılarını təhlükə barədə xəbərdar 

etməyə xidmət edir. 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə