Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə18/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

 
60
 
II FƏSİL 
«HALAY» MAHNILARINDA LAD-MƏQAM
İNTONASİYA VƏ POETİK XÜSUSİYYƏTLƏRİN  
ƏKS OLUNMASI, ONLARIN «YALLI»LARLA 
MÜQAYİSƏLİ CƏHƏTLƏRİ 
 
 
2.1. Lənkəran-Astara bölgəsinin «Halay» mahnılarının 
melodiya, lad-məqam və intonasiya xüsusiyyətləri 
 
Azərbaycanın xalq folklorunun bir qolu olan «Halay» rəqs 
mahnılarının müxtəlif məzmunda olması, rəngarəngliyi və s. cəhət-
ləri ilə musiqi-nəzəri təhlillərin aparılması üçün bir zəmin yaradır. 
Bu «Halay»lar Azərbaycan xalq musiqisinə xas olan cəhətləri özünə 
daxil etmiş  və müxtəlif intonasiya və  ədəbi çalarları özündə  əks 
etdirməkdədir. 
Lad-məqam və intonasiya cəhətdən bu «Halay»lar əsasən rast, 
şur, segah intonasiyalarını özünda birləşdirir. «Halay» rəqs mahnı-
larında əsasən şur intonasiyalarına geniş yer verilir. Şur intonasiya-
larının mülayim xarakter daşıması «Halay» mahnılarının xarakterik 
xüsusiyyətləri ilə də bağlı olur. Bu rəqs mahnılarında rast və segah 
kimi mövcud olan lad intonasiyalar isə  mətin və  qəmli xaraklərin 
meydana gəlməsinə səbəb olur. Eyni növ cəhətlərə Azərbaycan xalq 
musiqisində  də rast gəlmək mümkündür. Bu haqda M.S.İsmayılo-
vun yazdığı fikirlər xüsusilə maraqlıdır: «Əgər xalq mahnılarımıza 
ümumiyyətlə yanaşmış olsaq, onların başlıca emosional tonusunun 
parlaq lirik xarakterdən ibarət olduğunu qeyd edə bilərik. Bununla 
bərabər, bu mahnılarda biz sevinc, şadlıq, pərişanlıq, dərin kədər 
hissi, həsrət və insan hissiyatının müxtəlif cəhətlərinin  əks olun-
duğunu görürük» [29.s. 26]. 
Azərbaycan xalq mahnıları öz forma və melomisra baxımın-
dan quruluş prinsipini olduğu kimi saxlayır. Lakin «Halay» rəqs 


 
61
mahnılarında melodiya olduğu kimi qalmağına baxmayaraq bənd 
misraları improvizasiya şəklində  dəyişə bilir.Deyişmə  və xor 
şəklində mövcud olan «Halay» mahnılarının eyni melodiya 
üzərində deyişən qruplar arasında müxtəlif misraların improvizasiya 
şəklinin meydana gəlməsi labüd hal alır. Bu barədə yenə görkəmli 
musiqişünas M.S.İsmayılov «Azərbaycan xalq musiqisinin janrları» 
kitabında belə yazır: «Azərbaycanın bəzi rayonlarında, xüsusən 
Lənkaranda və Masallıda, unison halda olsa da zəhmət mahnılarının 
və ənənəvi mahnıların xor ilə oxunması hallarına da təsadüf olunur. 
Lirik Azərbaycan melodiyasına xas olan zəngin melizmatika bu 
halda öz təravətini itirmir». [29.s.26] 
Lad-məqam və intonasiya xüsusiyyətlərinin Azərbaycan 
musiqisinə xas olan cəhətləri «Halay» mahnılarında da meydana 
çıxır. «Halay» mahnılarının melodik ibarə  və cümlələrində tetra-
xord, trixord, dixord səssıralarının ardıcıllaşmasına rast gəlmək 
olur. Eyni prinsip Azərbaycan xalq mahnılarına da xasdır. «Halay» 
rəqs mahnılarının  əsaslandığı  məqamdan asılı olaraq onun adi va-
riantlıq, təkrarlanma, sekvensiya və s. kimi hallar bu mahnılarda 
mühüm əhəmiyyət kəsb edir.Eyni cür yanaşma prinsipini Azərbay-
can xalq mahnılarına da aid etmək olar [29.s.27]. 
Metro-ritmik cəhətdən «Halay» mahnıları  ən çox 6/8 ölçüdə 
xarakterizə olunur. «Halay» rəqs mahnılarında 2/4 və 3/4 ölçülərə 
də rast gəlinir. Bu ölçülər daxilində müxtəlif metro-ritmik quruluş-
ların zənginliyi və orijinallığını görə bilərik. Xanə daxilində çox 
zaman eyni metro-ritmik quruluşun müxtəlif variantlı  şəkilləri öz 
əksini tapır.Bu variantlı  şəkillər Azərbaycan xalq mahnılarının və 
«Halay» rəqs mahnılarının əsas özəyini təşkil edir. M.S. İsmayılov 
«Halay» rəqs mahnılarının ifa tərzi haqqında yazdığı fikirlər xü-
susilə maraqlıdır: «Azərbaycan musiqisində xorla oxumaq dəbdə 
olmadığı halda, həmin mahnıların xor ilə oxunması  həm maraqlı 
hadisədir, həm də böyük əhəmiyyətə malikdir.Belə mahnılar Lən-
karan (Talış əhalisi arasında ) və xüsusən Masallı kimi əsas çəltik-
çilik rayonlarında geniş yayılmışdır» [29.s.20]. 


 
62
«Halay» rəqs mahnıları ilə yanaşı Azərbaycan mahnı yaradıcı-
lığında yer tutan beşik nəğmələri, əmək mahnıları və ənənəli mah-
nılar  Azərbaycanın Cənub-Şərqində yaşayan talışların folklorunda 
da öz əksini tapır. 
Qızılavar kəndində Xanım nənədən topladığımız və nota 
aldığımız  «Əlolə» lay-lay xarakterli və  əzizləmə xüsusiyyətini 
daşıyan mahnı 
8
6
ölçüdədir (Bax əlavə 1). «Əlolə»  əzizləmə 
mahnısı variantlı cümlələrin təkrarı ilə bir period təşkil edir. Burada 
birinci fraza segah intonasiyalarına aid olur, mi segah məqamının 
səssırası ilə uyğunluq təşkil edir. İkinci fraza şur intonasiyaları 
üzərində ifadə olunur. Yaranan sual cümləsi re şur məqamına 
məxsus  şur  şahnaz pərdəsinə, cavab cümləsi isə mayə  pərdəsinə 
istinad olunmaqla öz əksini tapır. Mi segaha aid olan frazanın səs 
ardıcıllaşmaları  əks
4
  həcmində özünü göstərir.  Burada mi segah 
məqamına məxsus üst tetraxordun üst aparıcı tonu ilə üst 
mediantası, alt aparıcı tonu istifadə olunur. Şur intonasiyalarının 
istifadə zamanı isə re şur məqamının üst tetraxordu iştirak edir. Mi 
segah və re şur məqamlarına aid olan tetraxordlar özünəməxsusluğu 
ilə seçilir. Burada re şur məqamına aid olan tetraxordun üst aparıcı 
tonu alterasiyalı əksildilmiş şəkildə özünü göstərir. 
Nümunə 1. I və II sətr 
 
re şur 
 
 
 
 
mi seqah 
 
 
 
 


 
63
Mahmudavar kənd sakini Xanəli müəllimin ifasından  əldə 
etdiyimiz  «Axşam bazar» halay mahnısı xüsusilə diqqətimizi cəlb 
etdi. Mahnı 
8
6
ölçüdə ifa olunur (Bax əlavə 2). Bir perioddan ibarət 
olan bu mahnıda sual cümləsi qısa, cavab cümləsi isə geniş şəkildə 
özünü göstərir. Birinci cümlə iki dəfə  təkrar olunmasına 
baxmayaraq, ikinci cümlə variant şəkildə  əks olunur. Burada şur 
intonasiyaları  səslənir. Bu səslənmələr mi şur məqamının səssırası 
ilə uyğunluq təşkil edir. Mi şur məqamına məxsus ikinci tetraxord 
X

intervalı  həcmində  əks olunur.  Mi şur məqamının üst aparıcı 
tonuna məxsus alterasiyalı səs özünü göstərir. 
Nümunə 2.II və III sətr. 
   Tetraxord 
 
 
 
 
 
Periodun sonunda melodiyanın  mayə səsinə  istinad olunma 
zamanı  təkrar melodiyanın ikinci dəstə  tərəfindən buraya daxil 
edilməsi X

intervalı əmələ gətirir. 
Masallı rayonunun Qızılavar kəndində 17.08.1998-ci il 
tarixində keçirilən toy mərasiminin video lent yazısında əks olunan 
Xanım nənənin ifasından  əldə etdiyimiz «Dü-dü-dü»
 
mahnısı 
8
6
 
ölçüdədir
 
( Bax əlavə 3). Astaranın Pensər kəndindən olan Zülfüqar 
Əhmədzadənin şeiri əsasında olan bu mahnı əslində əmək mahnısı 
sırasına daxil olub çoban mahnısı kimi də qeyd oluna bilər. Mahnı 
bir cümlədən ibarət period şəklindədir. Mahnının  səslənməsində 
segah intonasiyaları eşidilir. Bu intonasiyalar fa# segah məqamının 
orta tetraxordunun səssırası ilə eynilik təşkil edir. Burada yalnız 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə