Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə24/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

 
86
Nümunə 29. I və II sətr. 
    
 Tetraxord. 
 
 
 
 
 
 
 
 
 
 
Burada si segah məqamının orta tetraxorduna məxsus üst 
aparıcı ton, üst medianta və alt aparıcı alterasiyalı tonlar öz əksini 
tapır. Yenidən a
1
 bölümünə keçid şur intonasiyalarına aid olaraq lya 
şur məqamının səssırası ilə uyğunluq təşkil edir. 
Fərbiyə  Şabanovanın anasının oxuduğu audio lentdən  əldə 
etdiyimiz «Halay» mahnılarından biri də  «A yordu-yordu» 
mahnısıdır (Bax əlavə 30). Bu mahnı 
8
6
  ölçüdədir. «A yordu-
yordu» halay rəqs mahnısı bir perioddan ibarətdir. Burada birinci 
cümlə  birinci dəstə tərəfindən oxunarkən tonika səsinin uzadılması 
oraya ikinci dəstənin cavab cümləsini əlavə edir. Bu zaman birinci 
və ikinci dəstə arasında  əmələ  gələn interval X
4
  həcmində özünü 
göstərir. Melodiyanın sıçrayışlı, qalxan və enən melodiyanın pillə-
pillə hərəkəti diqqəti cəlb edən cəhətlərdəndir. 
Nümunə 30. I və II sətr.  
 
                  
Tetraxord 
 
 
 
si segah 
 lya şur


 
87
 
Mahnı variant şəklində olub şur intonasiyaları üzərində 
səslənir. Bu səslənmələr mi şur məqamının səssırasına uyğun olur. 
Burada mi şur məqamının orta tetraxordu və üst kvintası öz əksini 
tapır. 
Maraqlı mahnılardan biri də  «Ha kinə  məşi» halay rəqs 
mahnısıdır. Bu mahnı da 
8
6
 ölçüdədir (bax əlavə 31). «Ha kinə 
məşi» mahnısı period şəklində əks olunur. Burada şur intonasiyaları 
eşidilir. Bu intonasiyalar re şur məqamının səssırası ilə uyğunluq 
təşkil edir. Melodiyanın birinci frazası dörd dəfə  təkrar olunur. 
Lakin, digər frazalar melodiyanın tamamlanmasına xidmət edir. 
Daha sonra isə “b” bölümünə  nəqarət  şəkilli keçid baş verir. “B” 
bölümü isə bir cümlə  şəklində ifadə olunur. Burada aşağıya doğru 
səslənən sekvensiya özünü göstərir. Kvarta və tersiya sıçrayışlarının 
mövcud olması yuxarıya və  aşağıya dalğavari hərəkət diqqəti cəlb 
edən cəhətlərdəndir. Burada re şur məqamına məxsus orta tetraxord, 
mayənin üst kvintası  və seksta öz əksini tapır.  Şur məqamına 
məxsus olan bu mahnıda mayənin üst aparıcı tonu alterasiyalı 
əksildilmiş səs kimi özünü göstərir. 
Nümunə 31.                                                Tetraxord 
 
 
 
 
 
 
 
 
 


 
88
Fərbiyə xanımdan
 
topladığımız mahnılar içərisində « Novruz» 
mahnısı 
8
6
 ölçüdədir (Bax əlavə 32). Bu mahnı  şur intonasiyaları 
üzərində olub, sol şur məqamının səssırasına uyğunluq təşkil edir. 
Buradakı melodiya cəmi iki cümlədən ibarət olan genişlənmiş 
perioda  əsaslanır. Mahnıda sual cümləsi iki dəfə  təkrar olunur. 
Cavab cümlə isə genişlənmiş  şəkildə özünü göstərir. Melodiyanın 
səslənməsi zamanı sol şur məqamına məxsus şur şahnaz pərdəsinə 
istinad olunur. Lakin, melodiyanın sonluğu mayə  pərdəsində bitir.  
İnterval ardıcıllaşması  səssırasının  X

həcmində olmasına 
baxmayaraq sol səsi mayə pərdəsi kimi qəbul olunur.
 
Nümunə 32. I və II sətr.  
Tetraxord 
 
 
 
 
Burada sol şur məqamına məxsus ikinci tetraxord və üst 
aparıcı ton müşahidə olunur. Mayə  pərdəsinin üst aparıcı tonu 
alterasiyalı  əksildilmiş  səs kimi özünü göstərir. Səssırasında 
mayənin üst kvintasına rast gəlinir.
 
Burada rast gəldiyimiz digər bir mahnı
8
6
 ölçüdə olub « Dəst-
dəst maral hey»  adlanır (Bax əlavə 33). Bu «Halay» rəqs mahnısı 
bir cümləli perioda əsaslanır. Buradakı cümlədə birinci fraza birinci 
və ikinci dəstənin  təkrarına əsaslanır. Daha sonra ikinci ibarə cavab 
cümləsi xarakterində ifadə olaraq ikinci cümləni sona yetirir. 
Burada birinci dəstənin melodiyanı bitirməsi zamanı ikinci dəstə 
ikinci frazaya aid olan melodiyanı təkrar şəkildə buraya daxil edir. 
Bu zaman birinci və ikinci dəstələrin səsləri arasında səsaltı 


 
89
polifonik element yaranır. Bu element B
2
 intervalı  həcmində öz 
əksini tapır. 
«Halay»dakı  səslənmələr rast intonasiyalarına  əsaslanaraq fa 
rast məqamının səssırasına uyğun olur. 
Nümunə 33. I və II sətr.  
 
 
 
 
Tetraxord 
 
 
 
 
 
Mahnının səssırası  X
4
 intervalına  əsaslansa da burada rast 
məqamının mayə pərdəsini istinad dayaq pərdəsi kimi qəbul etmək 
olar. O zaman mayənin üst və alt aparıcı tonunu və alt mediantasını 
görmək olur. Bu səssırasında biz mayə  pərdəsinə doğru hərəkət 
edən üç ardıcıl səsin və üst aparıcı tonun həll olunmuş səslər kimi 
özünü göstərməsinin  şahidi oluruq. Burada sinkopalı  səslər, cümlə 
sonluğunda səkkizlik notlara əsaslanan kəsmə kadensiyalar öz 
əhəmiyyətləri ilə seçilir. 
Fərbiyə xanımın oxuduğu digər bir lay-lay nəğməsi 
4
3
 ölçüdə 
olub « Zülfiyəm» adlanır (Bax əlavə 34). Bu lay-lay həm də Fərbiyə 
xanımın anasının nəvəsinə həsr etdiyi mahnıdır. « Zülfiyəm» beşik 
nəğməsi  şur intonasiyaları üzərindədir. Burada bir periodlu kuplet 
variant forma quruluşu öz əksini tapır. Cümlənin təkrarı variantlı 
formada əks olunur. Mahnının şur intonasiyaları lya şur məqamının 
səssırasına uyğun olur. Səssırasının interval ardıcıllaşması  X
5
 
həcmində baş verir. « Zülfiyyəm» beşik nəğməsində    şur 
məqamının üst tetraxordu və üst kvinta səsi öz əksini tapır.  Mayə 
pərdəsi orta teraxordunun əsas istinad pərdəsi kimi cixiş edir. 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə