Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə32/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

 
118
Mahnılar arasında « Maştə-maştə » halay rəqs mahnısı öz 
şeiriyyat quruluşuna və  həcminə görə digər «Halay» rəqs 
mahnılarından fərqlidir. Ümumilikdə 4 bənddən ibarət olan qoşma 
şəkilli poetik mətn özündə  aşiqin ürəyində olan məhəbbət 
iztirabının təbiətlə, bülbüllə əlaqəli və müqayisəli şəkildə verilməsi 
bu mahnının  əsas məzmununu təşkil edir. A bölümünün sual 
cümləsi qoşmanın birinci misrasına  əsaslanır. Cavab cümlə isə 
ikinci misra əsasında təşkil olunaraq a bölümünə aid olur. B 
bölümündə isə sual cümlədə bəndin üçüncü misrası cavab cümlədə 
isə  bəndin dördüncü misrası istifadə olunur. Daha sonra «Halay» 
rəqs mahnısı dörd bəndlik qoşma kuplet şəklində  təkrar olunur. 
Nəqarət  şəklində  təkrar olunan misralar burada 10 hecalı  şeir 
üslubuna yaxın olaraq yarımmisraların 5+5 birləşməsi ilə  əks 
olunur. Lakin digər bənd misraları isə 11 hecalı qoşma  şəkilli 
prinsipə uyğun olur. Birinci və ikinci dəstə unison melodik 
səslənməsində yenə eyni poetik mətn təkrar olunur. Bu təkrar 
olunma nəğmənin sonunun bitməsi ilə əks olunur. 
Talış dilində                               Azərbaycan dilinə tərcümə 
                    I                                                                I 
Maştə-maştə əştim şim bə vılə boğ,   6+5   Səhər-səhər gül bağına girdim 
Dəşim bə vılə boğ çınime sə vıl,       6+5     Batdım gül ətrinə qızıl gül dərdim, 
Bılbıli kardişe çımi dıl kəbob,           6+5 
Bülbül kəbab etdi mənim bu qəlbim 
Ha bılbıl bahand, az  aşığım bətı,      5+6 
A bülbül oxu, mən aşiqəm sənə, 
 
Bılbıli hande, niznəme çande,          5+5 
Bülbül oxudu sanki yuxudu 
Ha bılbıl bahand, aşığım bətı.      5+5  A bülbül oxu aşiqəm sənə. 
 
II 
Hay çəmə kəy əvəsori vənəşə    4+7   Ay bizim evimizin yay bənövşəsi, 
Betı bə çımı dıl lap otəş dəşə,    6+5    Sənsiz bu qəlbimə alov düşəsi, 
Joqo zındəm çımı conən dıtı şə  4+7   Gedib səninlə ömrümün nəşəsi 
Ha bılbıl bahand ,az aşığım bəti, 5+6   A bülbül oxu, mən aşiqəm sənə, 
 
Bılbıli hande,niznəme çande              Bülbül oxudu, sanki yuxudu, 
Ha bılbıl bahand ,aşığım bətı.            A bülbül oxu aşiqəm sənə 
 
 


 
119
III 
Boğədə eşğiku handeydə bılbıl, 6+5  Bağda məhəbbətdən oxuyur bülbül
Bənə otəşi vəşeydə əçəy vəl,   5+6    Onun eşqindən od tutub yanır gül, 
Bənə dıyo ləpə jəydə çımı dıl,  6+5   Dəniz kimi ləpələnir bu könül, 
Ha bılbıl bahand, az aşığım bəti, 5+6  A bülbül oxu  mən aşiqəm sənə, 
 
Bılbıli hande, niznəme çande            Bülbül oxudu sanki yuxudu, 
Ha bılbıl bahand ,aşığım bətı          A bülbül oxu, aşiqəm sənə. 
IV 
Əvəsore, hanı-hıtdə əşdəmon,  4+7     Bahar gəlib oyanmışıq uyğudan, 
Qədə-qədə tilisimədə beştəmon, 4+7  Qurtuluruq tilsimdən,qayğıdan, 
Əmə ısə bənə həşi vəşdəmon,   4+7    Günəş kimi biz yanırıq duyğudan 
Ha bılbıl bahand, az aşığım bəti, 5+6   A bülbül oxu, mən aşiqəm sənə, 
 
Bılbıli hande, nizname çande,               Bülbül oxudu, sanki yuxudu, 
Ha bılbıl bahand, açığim bəti.               A bülbül oxu, aşiqəm sənə. 
Dörd bənddən ibarət bu şeirdə qoşma prinsipinə uyğun olaraq 
misraların yarımmisralarının heca birləşmələri ikinci bəndin birinci 
və üçüncü, dördüncü bəndin birinci, ikinci və üçüncü misralarında 
4+7, birinci bəndin birinci, ikinci və üçüncü, ikinci bəndin ikinci 
misrasında, üçüncü bəndin birinci və üçüncü misralarında 6+5, 
birinci və ikinci bəndin dördüncü misrası, üçüncü bəndin ikinci və 
dördüncü misrası, dördüncü bəndin dördüncü misrası isə 5+6 
şəklində birləşir. Bu misraların oxunuşundan sonra iki misralı 
nəqarət hər dəfə təkrar olunur. Bu qoşma tipli  şeirin məzmununda 
yarın sevgisinin təbiətlə, quşların və bülbülün oxunması ilə, səhər-
səhər qızılgülün açması ilə müqayisəli şəkildə təsvir olunub. 
«Ə sefi məstən vəyü» («Almanı alma gəlin») halay rəqs 
mahnısında əsasən üç bəndlik bayatıdan istifadə edilmişdir. Burada 
birinci bənd misraları halaybaşlığ kimi əks olunur. Bu 
halaybaşlığının birinci misrası mahnının hər bənd misralarından 
sonra təkrar olunur. Hər bəndin sonunda isə halaybaşlığ  bənd 
misraları bütünlükdə  səslənir. Bu da mahnıya çərçivəli quruluş 
verir. « Almanı alma gəlin » adını özündə ifadə edən bu mahnı, 
gəlinin  ədəb-ərkan qaydalarına riayət etməsi, onun yüksək  əxlaqi 
keyfiyyətlərinin digərlərinə nümunə olması  əsas məqsəd kimi 


 
120
qarşıya qoyulmuşdur. Bayatının birinci bəndi birinci dəstənin ifa 
etdiyi melodik cümləyə əsaslanır. Burada birinci bəndin iki misrası 
cavab cümləsində isə digər iki misrası istifadə olunur. Bayatıda « A 
sefi məstən vəyü » kimi qəbul edilən birinci bəndin birinci 
misrasına əsaslanan halaybaşlığ, ikinci və üçüncü bəndlərdə, birinci 
və ikinci dəstənin deyişməsi  şəklində öz əksini tapır.  İkinci dəfə 
yalnız halaybaşlığını birinci dəstənin oxuduğu bəndin misralarının 
hər birinin oxunuşundan sonra replika şəklində daxil edilir. Birinci 
bəndin birinci, ikinci bəndin ikinci və dördüncü, üçüncü bənd isə 
bütövlükdə 3+4, birinci bəndin ikinci və dördüncü, ikinci bəndin 
üçüncü misraları 2+5, ikinci bəndin birinci misrası 4+3 şəklində 
yarımmisraların heca birləşmələri öz əksini tapır. 
Talış dilində 
 
                  Azərbaycan dilinə tərcümə 
 
A sefi məstən vəyü, 
 
 3+4 
 Almanı alma gəlin 
Bıstən eməğand, vəyü, 
 5+2 
 Al 
yerə salma gəlin 
Çəmə kədə sıxan bəbe, 
 4+4 
 Bizim 
evdə söz olar 
Bə dıl dəməğand, vəyü.  
5+2 
 
Ürəyinə salma gəlin 
 
              I                                                                   I 
 
Sepoədi roon işığe,  
4+3 Sepoədi yolu işıqdır 
Küçonış həmə sığe,  
3+4 Küçələri tam daşlıqdır 
Nənə bə balə ğıbon,  
 
2+5 
Nənə balaya qurban 
Çı hovon yaraşığe   3+4 
Bacılara yaraşığdır 
 
              II                                                                   II 
Nıznəme kəynə omə,          3+4              Bilmədim nə vaxt gəlib 
Bə daston xıynə nome,        3+4  
Əlimə həna gəlib 
Aşığon qitə-qitə, 
      3+4  
Aşıqlar qoşa-qoşa 
Bo kinə daynə
4
 omə 
      3+4              Qızıma dayna gəlib 
                                           
4
 Dayna - elçi payı, dayonə - pay, bəxşiş  


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə