125
bəndin həmqafiyəli misraları 4+3, sərbəst misrası 2+5, üçüncü
bəndin ilk üç misrası 3+4, sonuncu misrası isə yenə 2+5 şəklində
birləşir.
Aşağıdakı təhlilə diqqət yetirək.
Biçin çəltiyi, biçin
5+2
Yığın çəltiyi çin-çin
5+2
I
Biçini biçər, gələr 5+2
Sərin su içər, gələr 5+2
Yar yadına düşəndə
4+3
Quş kimi uçar, gələr
5+2
II
Yarı gördüm biçində
4+3
Sarı sünbül içind
4+3
Bir də onu görəydim
2+5
Sarı sünbül içində 4+3
III
Xırmanda vurdum taya
3+4
Səs düşdü el-obaya
3+4
Qoymayın əskik olsun
3+4
Çəltik bizim obada
2+5
Özündə həzin, həlim xarakteri daşıyan bu bayatıda yarın
iztirablarından, onun biçin biçərkən öz yarının həsrətini çəkməsi
eyni zamanda böyük əmək sərf etməsi, xırmanda işlənməsi, taya
düzəltməsi, çəltik bitkisinə daha dərin rəğbət hissi öz əksini tapır.
Bayatının məzmunu olduqca cəzbedici və rəngarəng xüsusiyyətlərə
malikdir. Burada əmək nəğməsi və sevgi nəğməsi qarışıq şəkildə
formalaşaraq mahnının strukturunu əks etdirir.
« A yordu-yordu-yordu » halay rəqs mahnısı « A yordu-
yordu-yordu, görək kim-kimi yordu» halaybaşlığına əsaslanır. Bu
halaybaşlığının birinci misrası söylənilən bənd misraların hər
birindən sonra təkrar olunur. Bütün «Halay» rəqs mahnısı 7 hecalı
bayatıya əsaslanır. Bayatının bütün misraları 3+4 şəklində birləşir.
126
Evləri burda yoxdur
3+4
Sapoğu burda yoxdur
3+4
Zəng vurun oğlan gəlsin 3+4
Evləri burda yoxdur.
3+4
A yordu-yordu-yordu
Görək kim-kimi yordu
« A yordu-yordu-yordu, görək kim-kimi yordu » halaybaşlıq
isə birinci misra 3+4, ikinci misra isə 2+5 şəklində birləşir.
Bayatının birinci üç misrası eyni melodiya üzərində təkrarlanır.
Halaybaşlığının ikinci dəstə tərəfindən bağlayıcı motivlər əsasında
göstərilməsi təkrar olunan misranın və halaybaşlığının təkrar
melodik səslənməsi ilə mahnı sona yetir. Burada sevgili yarın öz
yarının həsrət çəkməsindən, dərdini rəfiqələrinə açmasından, yarın
başqa bir yerdə olmasından söhbət açılır.
« Ha kinə məşi, tı çımi pəvəndi» («Getmə ay qız, gəl ol
nişanlım») başlığı ilə başlayan mahnıda 6 və 7 hecalı bayatıdan
istifadə edilmişdir. Burada halaybaşlığının misraları 3+2, 3+3
şəklində təzahür edir.
Talış dilində Azərbaycan dilinə tərcümə
Ha kinə məşi, (ha kinə məşi) 3+2 Getmə ay qız, getmə ay qız
Tı çımı pəvəndi
3+3
Gəl ol nişanlım
I
Ha kinə noz məkə
3+3
Ay
gözəl naz eyləmə
Dıli kəbob məkə 2+4
Ürəyim kabab eyləmə
Az bətı aşiqim
3+3
Mən sənə aşiqəm
Mıni peşmon məkə
2+5
Məni peşman eyləmə
II
Bılbıl nışte xolise
2+5
Bülbül qondu budağa
Ceyran tıləy ovlisə
2+5
Ceyran qaçdı oylağa
Boy bəmı noz məkə
3+3
Gəl mənə naz eyləmə
Obəğətem dılisə
4+3
Saxlaram
ürəyim üstdə
127
Burada nəqarətin təkrarlanması halaybaşlıq söyləməsinə
əsaslanır. Lakin halaybaşlığından sonra səslənən bənd misraları
ardıcıl olaraq mahnı oxuyanlar tərəfindən təkrar olunur. Buraya
bayatının birinci iki misrası, sonra daha iki misrası daxil olunur.
Halaybaşlıq təkrarlanması isə mahnı bayatısı sona yetdikdən sonra
halaybaşlıq yenidən söylənilir. Halaybaşının və dəstələrin söylədiyi
eyni melodiya burada öz əksini tapır. Bu «Halay» mahnısı a+b
kuplet quruluşuna əsaslanır. Digər bənd misraları isə bu prinsipinə
uyğun olaraq təkrarlanır. Mahnının poetik məzmunu sevgi
mövzusuna əsaslanır.
« Novruz» mahnısında 11 hecalı qoşmadan istifadə edilmişdir
Bu qoşma iki bənddən ibarətdir. Melodiyanın səslənməsi zamanı
birinci bəndin birinci misrası sual cümləsinin iki dəfə təkrarı ilə əks
olunur. Cavab cümləsi isə qoşmanın ikinci misrası əsasında baş
verir. Burada hər iki misra iki dəfə təkrar olunaraq sual və cavab
cümləsinin təkrarlanması zəminində baş verir.Sual cümlə iki dəfə
təkrarlansa da, cavab cümlə variantlı, genişlənmiş şəkildə əks
olunmagla bir period əmələ gətirir. Burada hər bir bəndin misraları
iki-iki bölünərək novruz mahnısının strukturunu periodik olaraq
təşkil edir. Bütün misralar həmqafiyə şəklində özünü göstərir. Bu
misralardan sonra nəqarət tipli beyt halaybaşlıq şəklində səslənir.
I
Novruz qumru kimi eylədi cəngi 6+5
Yumurta boyayın biçin çələngi 6+5
Şadlıq eyləyərək atın fişəngi
6+5
Novruzun gəlişi olsun mübarək 6+5
Baharın gülüşü olsun mübarək
6+5
II
Gəlin gətirməyə xonça bəzərlər 6+5
O xonçada noğul, nabat düzərlər 6+5
Yaraşıqlı geyinərlər, düzərlər
4+7
Novruzun gəlişi olsun mübarək 6+5
Baharın gəlişi olsun mübarək
6+5
128
Birinci bənddə istifadə olunan misralar 6+5, ikinci bəndin
birinci iki misrası yenə 6+5, üçüncü misraları isə 4+7 şəklində
birləşir. Bu mahnı əsasən novruz bayramına həsr olunmuşdur.
Mahnının məzmununda yumurta boyamaq, xonça bəzəmək, şirni
paylamaq və s. öz əksini tapır.
« Dəst-dəst maral hey » halay rəqs mahnısı 7 hecalı bayatı
əsasında qurulub. Bu mahnı aşağıdakı halaybaşlıq misraları ilə
başlayır.
Dəst-dəst maral hey
Dəst-dəst maral hey
A gülüm hey, a yarım hey
Dəst-dəst maral hey
I
İynə sancdım divara 4+3
Elçi göndərdim yara 5+2
Elçimə cavab oldu
3+4
Özüm elçiyəm yara
5+2
II
Qapınızda var çinar
4+3
Yarpağı dinar-dinar
3+4
Qardaşım bir qız sevib 3+4
Saxlasın pərvərdigar 3+4
Buradakı halaybaşlıq birinci və ikinci dəstə tərəfindən eyni
ilə təkrar olunur. Daha sonra isə bayatının sözləri ifa olunur.
Burada hər bayatının misrasından sonra halaybaşlıq səslənir. Bayatı
misraları və halaybaşlıq misrasından sonra frazaların təkrarları öz
əksini tapır. Halaybaşlığının təkrarı mahnıya rondal xarakter verir.
Bu cür forma quruluşunu aşağıdakı kimi görmək olar: a+b,a
1
+b
1
.
«Halay»da sevən oğlanın bacısının qardaşı ücün elçi getmək arzusu,
həmdə öz rəfiqələri ilə qardaş toyunda rəqs etmək istəyi və
qardaşın sevdiyi qızın gözəl olması haqda məlumat verilir. «Dəst-
dəst maral hey» halaybaşlıq söyləməsi dəstə-dəstə qızlara müraciət
Dostları ilə paylaş: |