Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə35/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

 
129
kimi təsvir olunur. Bayatı misraları burada 4+3, 5+2, 3+4 5+2 
şəklində birləşir. Halaybaşlıq isə  müraciət xarakterli olub tərkib 
sözlərinə əsaslanır. 
« Zülfiyəm  »  lay-lay nəğməsi a+b quruluşundadır. Burada 
«əloləm»  əzizləmə  mənasında  lalə gülünü ifadə edir. «Əloləm» 
əzizləmə sözü ilə başlanan beytlər  əsasən layla şəklində 7 hecalı 
misralara  əsaslanır. Bu misralar iki-iki birləşərək 3+4 şəklində 
bayatı  misralarına uyğun birləşir. 
   Talış dilində   
 
 
   Azərbaycan dilinə tərcümə 
              I                                                                 I 
Əloləm nanəy-nanəy  
3+4  Həyatım nanay-nanay 
Zülfiyəm çımı baləy    
3+4 
Zülfiyəm mənim balam 
 
            II                                                                  II 
Əlolam vıley-vıley  
3+4 Həyatım gül çiçəkdir 
Zülfiyəm çımı dıle   3+4 Zülfiyəm mənə ürəkdir 
 
            III 
 
 
 
                 III 
Əloləm pambəy-pambəy 3+4 
Həyatım çiçək açır 
Zülfiyyəm şəvi lampəy  
3+4 
Zülfiyəm işıq saçır 
 
            IV 
 
 
 
                 IV 
Nənəş ğıbon bəti balə    
4+4 
Nənə sənə qurban bala 
Nənəş ğıbon şinə baləm  
4+4 
Nənən qurban, şəkər balam 
 
Əsasən  dörd  bənddən  ibarət  olan laylanın axırıncı bəndi 8 
hecalı olub gəraylı misralarının 4+4 birləşməsi  şəklində ifadə 
olunur. Burada «əloləm» sözü tərcümədə bir neçə  mənaları ifadə 
edir. Bunlar gülüm, həyatım, və s. məna daşıyır. Toy tamaşasında 
isə  «əloləm» sözü, nənənin öz nəvəsi Zülfiyyəyə laylay oxuyan 
zaman istifadə olunur. Burada nənə  nəvəsini  əzizləyərək, çiçəyə, 
işığa, şəkərə, ürəyə  bənzədir. 
« Yar hey »  halay rəqs mahnısında 11 hecalı qoşmadan 
istifadə edilmişdir. 


 
130

Evlərinin yanı hündür məsciddir( yar hey) 
 
6+5 
Oğlan arxalığın nə güllü çitdir( ay )    
 
6+5 
Nanana nanay nananay (yar hey) 
 
II 
Məgər mən ölmüşəm rəngin qaçıbdır( yar hey)  
6+5 
Can sənin,can mənim can alagöz oğlan   6+5 
Qoşma misraları 6+5 şəkilində birləşir. Burada « yar hey », « 
ay », « nanana nanay » söz  tərkibləri bəndə  əlavə kimi istifadə 
edilmişdir. Üçüncü və dördüncü misralar isə  nəğməyə ikinci dəfə 
dönüş zamanı istifadə olunur. Burada «yar » və «ay» tərkib sözləri 
bölümlərin sonluqlarını müəyyən edir. Buradakı qoşma misraları iki 
bənddən ibarətdir. Qoşmada adı  çəkilən Kərəm, Fərbiyyə xanımın 
səhnələşdirdiyi «toy» tamaşasında obraz kimi verilən, Zülfiyyənin 
sevdiyi çoban Kərəmdir. Tərkib sözləri, iki bəndlik qoşmanın hər 
iki misrasından bir təkrar olunaraq 
« Gəlin gəldi deyirlər, fayton gəldi deyirlər » bu halaybaşlıq 
ilə başlanan  «Halay» rəqs mahnısı özündə Azərbaycan xalq 
musiqisinə xas olan prinsipləri  əks etdirir. Əslində bir bənddən 
ibarət olan bu  bayatı söyləməsində hər bayatı misrasından sonra iki 
misralı halaybaşlıq təkrar olunur. 
Gəlin gəldi deyirlər  
 
4+3 
Fayton gəldi deyirlər  
4+3 
 

Su gəldi arxa nə var 
 
3+4 
Tökülür çarxa nə var   
3+4 
Mən Kərəmlə barışdım  
4+3 
Bilmirəm xalxa nə var.  
3+4 
Bayatının birinci misrası sual cümləsi şəklində təqdim olunur. 
Daha sonra halaybaşlıq söylənməsi cavab cümləsi  şəklində  təkrarı 
davam edir. Burada yenə bir periodlu quruluş əks olunur. Bu period  
bir cümlədən ibarətdir. Bu «Halay» rəqs mahnısında birinci və 


 
131
ikinci dəstə  səsaltı polifonik prinsipinə görə sual-cavab xarakterli 
misra söyləmələrini halaybaşlıq və bayatı misralarının 
ardıcıllaşması  şəklində ifa edirlər. Hər halaybaşlıq misrasından 
sonra təkrarlanan halaybaşlıq bayatıda deyilən sözlərə kontrast 
olarag sevgi, yüksək əhval- ruhiyə prinsipini özündə daşıyır. Bayatı 
misralarında bir növ sevən qızın söz gəzdirən, qiybətcil, paxıl,onun 
sevgisinə xor baxan insanlara qarşı üsyanı, bayatı  şəklində 
məzmunlaşır. « Gəlin gəldi deyirlər, fayton gəldi deyirlər » 
halaybaşlıq misralarının ifa olunması, onun dərin tarixə malik 
olmasından xəbər verir. Bu «Halay» rəqs mahnısının oxunuş 
prinsipinə nəzər saldıqda görərik ki, birinci və ikinci dəstə bir-birinə 
imitasiya prinsipinə görə bayatı  şəklində deyilən misraları, gəlin 
köçən qızın sevgisinə olan məhəbbəti öz əksini tapır. Hər misradan 
sonra söylənilən halaybaşı bir növ təsir etmə gücünü çoxaldır. 
Halaybaşlığının hər misranın arasında təkrarlanması həcm etibari ilə 
mahnının mahnı daxili bənd misralarının çoxalmasına xidmət edir. 
« Boyu bəstə  gəlinin teli dəstə  gəlinin » halaybaşlıq ilə 
başlanan bu mahnıda 7 hecalı iki bənddən ibarət olan bayatıdan 
istifadə olunmuşdur. 

Boyu bəstə gəlinin  
 
4+3 
Teli dəstə gəlinin   4+3 
Vəziri şamlar yanar 
 
3+4 
Çiyni üstdə gəlinin  
 
4+3 
 
II 
Ağ buxaq xalı neylər  
3+ 

Qara at nalı neylər   3+4 
Yarı göyçək olanın  
 
4+3 
Dünyanın malın neylər  
3+4 
Bu mahnı bir perioddan ibarətdir. Sual cümləsi dörd xanədən 
ibarət olaraq özündə «Halay»a daxil olan bayatının birinci 
misrasını, həmdə halaybaşlığını birləşdirir. Cavab cümləsi isə 
özündə  bəndin digər iki misrasını  əks etdirir. Burada səslənən 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə