Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə43/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   44

 
166
istifadə olunur. «Yallı»larda bayatı və gəraylı misralarına geniş yer 
verilir. Xarakterik xüsusiyyətlərə  gəldikdə onu demək lazımdır ki, 
«Halay» rəqs mahnılarının poetik misralarında söylənilən hadisənin 
fikri, mənası istər ciddi, istər mülayim, istərsə  də yumor hissi ilə 
olsun, bütün bunlar poetik misra improvizasiyalarla deyişmə 
şəklində oxunaraq dəstədən-dəstəyə ötürülür. «Yallı»  rəqslərində 
isə belə xüsusiyyətlər  ən çox hərəkətlər vasitəsilə yallıbaşının 
göstərişindən sonra həyata keçirilir. 
Maraqlı hallardan biri də odur ki, müxtəlif kəndlərdə rast 
gəlinən cənub bölgəsinin «Halay» rəqs mahnılarının melodiyaları 
müxtəlif cür olsa da çox zaman eyni poetik şeir bəndi, müxtəlif 
melodik quruluşlu «Halay»larda dəfələrlə  təkrar olunur. Tez-tez 
«Halay» mahnılarında bir melodiya üzərində həm bayatı, həm qoş-
ma yaxud həm qoşma, həm bayatı misralarından istifadə olunmasını 
da görmək mümkündür. 
Bunları  nəzərə alaraq aşağıdakı müddəalar xüsusi əhəmiyyət 
kəsb edir: 
 «Halay» mahnılarının Azərbaycanın qədim adət-ənənələri 
ilə bağlı olması. 
 «Halay» rəqs mahnılarının poetik  xüsusiyyətlərinin özü-
nəməxsus bayatı, gəraylı və qoşma şeir növlərində improvizasiyalı 
inkişafı. 
 «Halay» rəqs mahnılarının «Yallı» rəqsləri ilə  bəzi oxşar 
və fərqli cəhətləri. 
 «Halay» mahnılarının sinkretikliyi. 
 «Halay» mahnılarının  əkin-biçin, toy, bayram, ailə  və 
məişət mövzusunda olan poetik mətnləri özündə birləşdirməsi. 
Geniş araşdırma mövzumuz olan «Halay» mahnılarının möv-
cudluğuna bir tək Azərbaycanın cənub bölgəsində deyil, həm də 
Azərbaycanın digər bölgəsi olan Naxçıvanda da rast gəlinir. De-
məli, «Halay» mahnıları özündə  rəqs, vokal və xor oxunuşunu 
sinkretik  şəkildə birləşdirərək bir janr kimi ümumi prinsipə malik 
olur. Burada əks olunan mətnlərin məzmunu məişət mövzuları, 
tarixi-qəhrəmanlıq hadisələri,  əkin-biçin nəğmələri, heyvandarlıqla 


 
167
və s. bağlı olur. Sadaladığmız həyat hadisələrinin müsbət və mənfi 
keyfiyyətləri məzmunlaşaraq xüsusi formaya tabe olur. Bu forma 
melodik cəhətdən  əsasən kuplet-variant şəkillərdə daha çox öz 
əksini tapır. 
«Halay» mahnılarının bu cür tədqiqatı bizim araşdırmamamı-
zın obyekti olaraq heç də bununla bitmir. Bu «Halay» rəqs 
mahnılarının tədqiqatı göstərir ki, «Halay»ların araşdırılmasının 
Azərbaycanda və Azərbaycandan kənarda mövcud olan ölkələrdə də 
tədqiqinə böyük ehtiyac vardır. Belə düşünmək olar ki, bu dərs 
vəsaitinin  əhəmiyyəti həm də    gələcəkdə bu sahədə araşdırma 
aparan insanların böyük tədqiqat mənbəyinə çevrilə bilər. 
 
 
 


 
168
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
1.  Abdullazadə G. Qədim və orta əsrlərin musiqi mədəniy-
yəti.Bakı, «Şərq-Qərb», 2009, 272 s. 
2.  Abdullazadə G.Verdiyev R. «Şəki bölgəsinə elmi ekspedisiya», 
Musiqi dünyası. 2005. 
3.  Abduləliyev A. «Halayın əmək folkloru kontekstində tədqiqinə 
dair», Azərbaycan milli musiqisinin tədqiqi problemləri (I respublika elmi 
konfransının materialları. Bakı, 17 – 19 dekabr,1991). Bakı. 1992. 
4.  Abbaslı  İ., Abdulla B. Koroğlu.- B., «Lider nəşriyyatı». 2005. 
522 s. 
5.  Azərbaycan xalq musiqisi. Oçerklər. Bakı,1981,197 s. 
6.  Babayev E. Azərbaycan muğam dəstgahlarında ritm intonasiya 
problemləri. Bakı, Ergün, 1996, 126 s. 
7.  Babayev E.Ənənəvi musiqimiz. B., Elm, 2000, 113 s. 
8.  Bağırov N. Musiqinin elementar nəzəriyyəsi,Bakı, Maarif, 
1982, 268 s. 
9.  Bayramov Ş., F. Şabanova. Talış bölgəsinin nəğmələri. - Bakı. 
2004. «Günəş müstəqil gənclər ədəbiyyatı». s. 73 
10. Bayrami A. Bəxt Nəveydəm. B., «Əbilov, Zeynalov və 
oğulları», 2005. s. 112. 
11. Bədəlbəyli  Ə,İzahlı monoqrafik musiqi lüğəti.Bakı,Elm, 1969, 
445 s. 
12. Cavadov Q.C.Talışlar (Tarixi – etnoqrofik tədqiqat). Bakı, Elm, 
2004, 616 s. 
13. Dadaşova E.R. Polifoniya üzrə  qısa mühazirələr kursu. Bakı, 
APU, 1991,112 s. 
14. Əfəndiyev P., Həkimov M.,Məmmədova N.Ustad aşıglar. Bakı, 
Gənclik, 1983, 145 s. 
15. Əfəndiyev P. Ş.Azərbaycan  şifahi xalq ədəbiyyatı. Bakı, 
Maarif, 1992.477 s. 
16. Ələsgərov İ. Aşıq Ələsgər.Bakı, Yazıçı, 1988, 184 s. 
17. Əliyeva F. Musiqi tariximizin səhifələri. Bakı, Adiloğlu , 2003, 
281 
18. Əliyev Q. Ötən əsrdən soraqlar. Bakı, 2006, 73 s. 


 
169
19. Hacıbəyov Ü. Azərbaycan xalq musiqisinin əsasları. III nəşr, 
Bakı, Yazıçı, 1985, 145 s. 
20. Hacıbəyov Ü. Şərq musiqisi haqqında Qərb alimlərinin təvsiri. 
Əsərləri.II cild.Baki, 1965, 411 s. 
21. Hacıyev A. Ədəbiyyatşünaslığın  əsasları. Bakı, Zaman, 1999, 
420 s. 
22. Hüseynli.B. Azərbaycan xalq rəqs melodiyaları. I dəftər. Bakı. 
ADN. 1965. 42.s 
23. Hüseynli. B. Azərbaycan xalq rəqs melodiyaları. II dəftər. 
«Halay» rəqs mahnıları. B., 1966. 
24. Həkimov M. İ. Azərbaycan  şifahi xalq ədəbiyyatına dair 
tədqiqlər. K. IV, «Xalq mövsümləri və aşıq sənəti». Bakı., Elm.1973.
 
25. Həkimov M. Azərbaycan aşıq ədəbiyyatı. B., Yazıçı, 1983. 240 s.
 
26. Həbibov Y. Xorşünaslıq. Bakı, 1998. H. Tusi adına ADPU, 
150 s. 
27. Həsənov K.Qədim Azərbaycan xalq rəqsləri. Bakı., İşıq, 1983. 
60 s. 
28. Hüseynbalaoğlu. B. H., Talışlı  M.  M.  Lənkəran, B., Maarif, 
1990, 512 s. 
29. Ismayilov M.S. Azərbaycan xalq musiqisinin janrları. Bakı 
1984. 100 s. 
30. Ismayilov M.S. Azərbaycan xalq musiqisinin məqam və 
muğam nəzəriyyəsinə dair elmi melodik oçerklər. Bakı, Elm, 1991, 117 s. 
31. İsazadə Ə., Məmmədov N.Azərbaycan xalq mahnıları və oyun 
havaları.
 
B., Elm, 1984. 76 s. 
32. İsazadə  Ə.Azərbaycan musiqi folklorunun öyrənməsi 
tarixindən. Azərbaycan xalq musiqisi.Ocerklər.Bakı,Elm 1981. 
33. İsmaylova Z.A.İzahlı xor lüğəti, Bakı, 2003, Adiloğlu, 81 s. 
34. Kərimli V. Ozanlarin söyləmələri. Sumqayıt 2005, 82 s. 
35. Kərimov A. (Azad Ozan Kərimli) Çıldır aşıq məktəbi haqqında 
bilgilər «Azərbaycan musiqisi» məcmuəsi. B. 1994 . 
36. Quliyev S.Musiqi və onun tədrisi metodikası. Bakı, APİ 
nəşr.,1973, 126 s. 
37. Quliyeva A.Azərbaycan xalq musiqisinin toplanması, yazıl-
ması  və  işlənməsində  Səid Rüstəmovun rolu. Avtoref. Dis.sən.n. Bakı, 
2007,22s. 
38. Qasımlı M. Aşıq sənəti. B. 1996. 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə