82
Burada re segaha məxsus üst tetraxordun səsləri və
əksildilmiş üst kvintası daxil olur. Tetraxordun dördüncü pərdəsi
yenə əksildilmiş alterasiyalı şəkildə özünü biruzə verir.
Folklor qrupundan topladığımız digər bir mahnı « Toyuna
gəlləm, toyuna ay oğlan » halay rəqs mahnısıdır. (Bax əlavə 25).
Nümunə 25. I və II sətr.
Trixord
Bu mahnıda iki dəstənin unisonla başlanan melodiyası
sonradan birinci və ikinci dəstə tərəfindən növbələşmiş şəkildə əks
olunur. Bu dəstələr tərəfindən həm birlikdə həm də ayrı-ayrı ifa
olunan melodiya əvvəl unison sonra isə birinci dəstənin melodiyanı
uzatması ilə nəzərə çarpır. Buraya əlavə ikinci dəstənin daxil olması
K
3
intervalları əmələ gətirir. «Halay» rəqs mahnısının səssırası
1t+1\2 t quruluşlu trixord səssırasına uyğundur. Bu trixord şur
məqamının ikinci tetraxordunun səssırasına aid olur. Mahnının
sonunda iki dəstə birləşərək eyni melodiyanı ifa etməyə başlayır.
Folklor qrupundan əldə etdiyimiz « Səfalı dağlar» halay rəqs
mahnısı
8
6
ölçüdədir (Bax əlavə 26). Burada birinci dəstə öz melo-
diyasını oxuyarkən üçüncü xanədə onun melodik motivinə ikinci
dəstə eyni təkrar melodiya ilə daxil olur. Bu səslər arasında kanonik
sekvensiyaya bənzər ardıcıllaşan oxunuş prinsipi hetrofonik səslə-
nəmlərə uyğun olaraq xüsusi əhəmiyyət kəsb edir. Hər dəfə təkrar-
lanan melodiyada birinci dəstəyə əlavə olan ikinci dəstənin melodi-
83
yası arasındakı məsafə B
2
intervalı verir. Mahnının sonunda hər iki
dəstə unison olaraq eyni melodiyanı ifa edirlər. fa # mayəli məqam
düzülüşünü nəzərə aldıqda biz asanlıqla bu «Halay» rəqs mahnı-
sının şur məqamının ikinci tetraxorduna aid olduğunu görürük.
Nümunə 26. I və II sətr.
Tetraxord.
Lakin bu tetraxordda həm də mayə pilləsinin alt aparıcı tonu
da əlavə olunaraq iştirak edir. Burada biz şur məqamının əks
olunduğu ikinci tetraxordda mayənin üst aparıcı tonunun xromatik
səslərini də görürük.
Separadi kəndində folklor qrupunun repertuarından əldə
etdiyimiz « Mən deyim sən yaz oğlan» halay rəqs mahnısı
8
6
ölçüdədir (bax əlavə 27). Bu mahnının melodiyası dörd xanəli
cümlədən ibarətdir. Birinci və ikinci dəstə bu cümləni melodik
şəkildə bir neçə dəfə təkrar edir. Son olaraq isə unison şəklində hər
iki dəstə melodiyanı oxuyaraq tamamlayır. Birinci dəstə melodiyanı
oxumağa başladıqdan sonra isə ikinci dəstənin buraya daxil olması
zamanı hər iki səs arasında K
3
intervalı əmələ gəlir. Mayə pilləsinin
ətrafında dolanan bu melodiya yuxarıya və aşağıya enən melodik
xətt üzrə səslənir. Melodiyanın səs ardıcıllaşmasında şur intonasiya-
ları re şur məqamının səssırasına uyğun olaraq bu məqama məxsus
84
orta tetraxordu özündə əks etdirir. Burada mayənin üst aparıcı tonu
alterasiyalı şəkildə özünü göstərir.
Nümunə 27. I və II sətr. Tetraxord.
Astara rayonunun Kakalos kənd sakini Fərbiyə Şabanovanın
yaratdığı «Əvəsor» folklor qrupunun repertuarına daxil olan
mahnılardan biri « İstiotum, ispanağım, gəl mənim əziz qonağım»
halay rəqs mahnısıdır. Bu mahnı
8
6
ölçüdədir (Bax əlavə 28).
Mahnının əsasında dörd xanəli cümlə dayanır. Bu melodik cümlə
özlüyündə həm də period şəklini ifadə edir. Buradakı period hər
dəfə təkrarlanan zaman variant şəklində əks olunur. Birinci və ikinci
halay dəstəsi unison şəklində halaybaşlığna daxil olan melodiyanı
ifa edir. Sonradan bu dəstələr ayrı-ayrılıqda melodiyanı təkrar edir.
Birinci dəstə təkrar melodiyanı oxuyarkən sonuncu uzanan burdon
səsə ikinci dəstə həmin melodiyanı yenidən təkrar edir. Bu zaman
X
4
intervalı
həcmində səsaltı polifonik səslənmələr meydana gəlir.
Nümunə 28. I və II sətr.
Tetraxord.
85
Ümumiyyətlə bütün mahnı boyu şur intonasiyaları eşidilir.
Mahnının səssırasının ardıcıllaşmasında biz re şur məqamına
məxsus orta tetraxordu çox aydın görə bilərik. Bu tetraxorda aid
olan re mayə səsinin üst aparıcı tonu əksildilmiş alterasiyalı
vəziyyətdə özünü göstərir.
Xanələrdə alterasiyalı səsin tez-tez dəyişməsi, dalğavari
melodik hərəkət, ritmik şəkil dəyişkənliyi, oynaq xarakterli olması
yenə də diqqəti cəlb edən cəhətləri kimi xarakterizə olunur.
Fərbiyə xanımın ifasından əldə olunan mahnılardan biri də
lay-lay xarakterli “Çəltik” mahnısıdır (Bax əlavə 29). Bu mahnı
4
3
ölçüdə olub, sadə üç hissəli kuplet formasındadır. Buradakı
periodlar a+b+a
1
şəklində əks olunur. Bu mahnıya biz yenə «Halay»
rəqs mahnısı kimi baxsaq, o zaman iki «Halay» dəstəsinin deyişmə
şəklini görərik. «Çəltik» halay rəqs mahnısında birinci dəstənin ifa
etdiyi melodiyanın sonuna ikinci dəstə öz melodiyası ilə daxil olur.
Birinci periodun sonundakı uzanan burdon səs təkrar melodiyanı
özünə daxil edərkən səsaltı polifonik səslənmə X
4
çərçivəsində baş
verir. Bundan əlavə biz burada yuxarıdan başlayaraq enən melodiya
şəklində səslənən xüsusiyyətləri bir daha görə bilərik.Bu mahnıda
şur intonasiyaları özünü biruzə verir. Bu intonasiyalar öz
növbəsində lya şur məqamının orta tetraxorduna uyğun olur.
Sadə üç hissəli kuplet formasında olan bu nəğmənin b
bölümündə segah intonasiyalarına keçid baş verir. Bu intonasiyalar
isə öz növbəsində si segah məqamının səssırasına uyğunluq təşkil
edir.
Dostları ilə paylaş: |