Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə25/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

 
90
Nümunə 34. I və II sətr. 
                             Tetraxord 
 
 
 
 
 
Rast gəlinən «Yar hey»  halay rəqs mahnısı 
8
6
  ölçüdə olub
öz xüsusiyyətləri ilə seçilir (Bax əlavə 35). Birinci period  sual və 
cavab cümlələri daxil olmaqla hər cümlə altı xanə təşkil edir. 
Nümunə 35. I və II sətr.                                     Tetraxord 
 
 
 
 
 
 
 
 
Bu «Halay» rəqs mahnısında  sual cümləsi hicaz pərdəsində, 
cavab cümləsi isə mayə  pərdəsində öz əksini tapır. Burada ikinci 
tetraxorda daxil olan mayənin seksta pərdəsi artırılmış alterasiyalı 
vəziyyətdə özünü göstərir. Bütün «Halay» rəqs mahnısı  şur 
intonasiyaları üzərində olub lya şur məqamının səssırası ilə 
uyğunluq təşkil edir. Mahnının səs ardıcıllaşması X
8
 həcmində əks 
olunur. Burada lya şur məqamına məxsus orta və yuxarı tetraxord 
öz  əksini tapır. Mayə  pərdəsinin zili sıçrayışlı  pərdə kimi əks 


 
91
olunaraq simayi şəms pərdəsinə aid olur. Bu pərdəyə sıçrayış «ay» 
tərkib sözü ilə ifadə olunur. 
Fərbiyə xanımdan  əldə etdiymiz digər bir «Gəlin gəldi 
deyirlər » halay rəqs mahnısı 
8
6
 ölçüdədir (Bax əlavə 36). Bu 
mahnının birinci dəstə  tərəfindən ifa olunması bir cümlə  şəklində 
xarakterizə olunur, ikinci dəstə isə bu cümlənin sonuncu uzanan 
səsinə melodiyanın təkrarlanan ikinci frazası ilə daxil olaraq əks-
səda yaradır. Birinci və ikinci dəstənin birlikdə səslənməsi ilə bağlı 
olaraq onu görmək olar ki, birinci və ikinci səslərin kəsişməsində 
X
4
 intervalı  əmələ  gəlir. Bu mahnının tetraxordunu ardıcıl surətdə 
səssırası kimi təyin etsək, o zaman həmin tetraxordun mi  şur 
məqamının ikinci tetraxorduna aid olmasını görərik. Mayə ətrafında 
gəzişmə, yuxarı və aşağı hərəkət edən melodiyanın ardıcıllaşması və 
aşağı K
3
 sıçrayışlı səslənmələrin olması yenə də öz əhəmiyyətləri ilə 
seçilir. 
Nümunə 36. I və II sətr. 
    
 Tetraxord 
 
 
 
 
 
 
Daha bir mahnı  «Boyu bəstə  gəlinin» adlanır. Bu «Halay» 
rəqs mahnısı 
8
6
 ölçüdədir (Bax əlavə 37). 


 
92
Nümunə 37. III və IV sətr.  
                        Tetraxord 
   
 
 
 
 
 
 
 
 
Mahnıda kuplet formasının variantlı quruluşuna rast gəlinir. 
Bu mahnı sinkopalı girişlə başlayır. Sinkopa formalaşması  əksər 
xanələrin əvvəlində əks olunur. Burada ikinci dəstənin melodiyanın 
sonluğunu uzatması  və oraya birinci dəstənin  təkrar melodiya ilə 
daxil olması öz əksini tapır. Bu zaman K
2
  intervalı həcmində səsaltı 
polifonik birləşmə əmələ gəlir. Burada zabul intonasiyaları eşidilir. 
Mahnının məqam səssırası  alterasiyalı mi segahın mayə pərdəsinə 
istinad olunmaqla müəyyən olunur. 
Segah məqamına xas olan alterasiyalı  pərdə mayənin alt 
aparıcı tonu kimi verilir. Fa# səsi alterasiyalı segahın sol 
b
 
enharmonik səsi kimi zabul intonasiyaları ilə izah oluna bilər.Mayə 
pərdəsinin yuxarı hissəsində 1 t + 1/2 t trixord prinsipinin mövcud 
olması diqqəti cəlb edən cəhətlərdəndir. Bu «Halay» rəqs 
mahnısında segah məqamının orta tetraxordunun üç pərdəsi və alt 
aparıcı tonu əks olunur. 
Toplanılan mahnılar içərisində  «Yarım ay aman, ay aman » 
halay rəqs mahnısı da  
8
6
 ölçüdədir (Bax əlavə 38). 


 
93
Nümunə 38. I və II sətr.  
 
 
                       
Tetraxord 
 
 
 
 
Bu mahnıda halaybaşının təkrar melodiyası rondal xarakteri 
daşıyır. Halaybaşının melodiyasının ifası bayatı misralarının 
əsaslandığı melodiya ilə müqayisəli  şəkil yaradır. Bu cəhət birinci 
və ikinci dəstə arasında melodiyanın ardıcıllaşması üçün eyni səs 
tonunun birinci dəstə tərəfindən bitməsi, ikinci dəstənin isə bu ton 
əsasında yenidən səslənməsi mahnının ümumi strukturunu açıqlayır. 
Əsasən şur intonasiyaları eşidilir. Bu intonasiylar mi şur məqamının 
səssırasına uyğun olur. Mahnının səssırasında mayə pilləsini nəzərə 
alaraq məqam səssırasını qurmuş olsaq, o zaman şur məqamına xas 
olan tetraxordu müəyyənləşdirmiş olarıq. Bu tetraxord mayənin 
kvintasını  təşkil edən 1 ton vasitəsilə ilə özünə  səs daxil edərək 
məqam səssırasını müəyyən edir. Buradakı tetraxord şur məqamının 
ikinci tetraxordu olaraq həm də özünə üçüncü tetraxordun birinci 
pərdəsini  əlavə edir. Bu əlavə olunma  qovuşuq birləşmə  şəklində 
diqqəti cəlb edir. 
Kakalos kəndindən  əldə etdiyimiz digər bir «Dağlar hey » 
halay rəqs mahnısı   
8
6
 ölçüdədir (bax əlavə 39). Birinci period 
kvinta sıçrayışla başlayaraq birinci dəstə tərəfindən ifa olunur. Daha 
sonra mayə  pərdəsi periodun sonunda birinci dəstə  tərəfindən 
uzadılır. Bu periodun ikinci cümləsi ikinci  dəstə tərəfindən  təkrar 
şəkildə daxil edilir. Bu zaman ikinci dəstə ilə birinci dəstənin 
melodik kəsişmə nöqtəsində X
4
 intervalı əmələ gəlir. 


 
94
Nümunə 39. 1 və 2 sətr.    
 Tetraxord 
 
 
 
 
Mayə pilləsinin  ətrafında gəzişmə yalnız ikinci tetraxordun 
özünə və üçüncü tetraxordun qovuşuq trixord səslənməsi prinsipinə 
uyğundur. Maraqlı  cəhət ondadır ki, istər tetraxord özü, istərsə  də 
trixord hər ikisi şur  intonasiyalarına aid olaraq şur məqamı 
səssırasına uyğundur. 
Astara rayonunun Kakalos kəndində informatorlardan əldə 
etdiyimiz «Dilit-dilit, dil-dili » halay rəqs mahnısı 
8
6
 ölçüdə olub, 
imitasiya xarakterli melodik motivlərin ardıcıllaşmasını özündə əks 
etdirir (Bax əlavə 40).  Bu imitasiyalar  birinci və ikinci dəstənin 
deyişməsinin başqa bir şəklini  əks etdirir. Burada birinci dəstə 
melodik  ibarə üzərində öz ifasını  təqdim edir, digər dəstə isə 
ibarənin davamı kimi ifa etdiyi melodiya ilə melodik cümlənin 
tamamlanmasına xidmət edir. Belə ki, melodik sual cümləsi 
tamamlanaraq iki dəfə  təkrar olunur, daha sonra buraya cavab 
cümlə  əlavə olunur. Cavab cümlə genişlənmiş  şəkildə özünü 
göstərir. Bu cümlənin variant şəkli «Halay» rəqs mahnısının 
sonluğunu müəyyən edir. Burada rast intonasiyaları  eşidilir. 
Mahnının səssırasına nəzər saldıqda bu melodiyanın fa rast 
məqamının səssırası ilə uyğunluq təşkil etməsini görmüş olarıq. 
Buraya fa rast məqamına məxsus orta tetraxordun mayənin üst 
kvintası, alt aparıcı ton və alt mediantası aid olur. 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə