103
zamanı əllərə xına yaxmaq, gözlərə sürmə çəkmək, noğul, şirni
paylamaq və s. haqqında məlumat verilir.
« Xonçaya düzdüm noğulu badamı, mübarək olsun gəlinin
qədəmi» halaybaşlığ ilə başlanan «Halay» rəqs mahnısı 11 hecalı
qoşmaya əsaslanaraq misraların 5+6 yarımmisrası əsasında
formalaşır.
Xonçaya düzdüm noğulu badamı 5+6
Mübarək olsun gəlinin qədəmi
5+6
I
Ellər deyər mənəm-mənəm
4+4
Mənəm şirazi geymərəm 2+6
Mən heç kəsi bəyənmərəm
4+4
Mübarək olsun gəlinin qədəmi
5+6
Burada hər gəraylı söyləməsindən sonra halaybaşlığının
birinci misrası qoşma nəqarət şəklində daxil olaraq «Halay»a
«rondal» xarakteri verir. Bu «Halay» rəqs mahnısının birinci və
üçüncü misraları 4+4, ikinci misrası isə 2+6 yarımmisraların
bölümləri əsasında qurulur. Gəraylının istifadə olduğu misralar
qoşmada istifadə olunan misralarla müqayisəli şəkildə və dəstələrin
deyişməsi şəklində xarakterizə olunur. Bu mahnıda gəlinin
təkəbbürlü xarakterindən söhbət açılır. Baxmayaraq ki, gəlin qədəm
qoyduğu ailənin daxilində hörmətlə qarşılanaraq tərif olunur,
bununla yanaşı o, özünü öyür və özündən razı xasiyyətini izhar edir.
« Nananay nay nanay » halaybaşlığı ilə başlanan «Halay»
rəqs mahnısı 7 hecalı bayatı formasında əks olunur. Birinci dəstə
birinci və ikinci misranın eyni melodiya üzərində variantlı şəkildə
ifa edir. Buradakı səslənmələr halaybaşlığının melodiyasına istinad
olunur. Halaybaşlığ hər bənd misrasından sonra təkrar olunur.
Səslənən bu təkrar melodiya bayatının birinci bənd misrasını
özündə əks etdirir. Daha sonra isə halaybaşlığ yenidən təkrarlanır.
Melodiyanın belə strukturda özünü göstərməsi isə silsilə quruluşunu
104
əks etdirir. Bu silsilə quruluşu a+a
1
+a
2
..... və s. quruluşunda ola
bilər.
Na-na-nay nay na-nay
3+3
Nay na-na-nay nay na-nay
4+3
Na-na-nay nay na-nay
3+3
Nay na-na-nay nay na-nay
4+3
I
Başımda ağ şalım var
3+4
Ağ şala oxşarım
var
3+4
Özüm talış balası
2+5
Ceyrana oxşarım
var
3+4
II
Əzizim əsmə külək
3+4
Səbrimi kəsmə külək
3+4
Sevgilim yol üstədir
3+4
Yolunu kəsmə külək
3+4
Gülüm ay nay na-nay
3+3
Na-na-nay
nay
na-nay
3+3
Nay na-na-nay nay na-nay
4+3
Na-na-nay
nay
na-nay
4+3
Gülüm ay nay na-nay
3+3
Burada aşiqin yarına bəslədiyi məhəbbət öz əksini tapır.
«Halay»da həm də qəhrəmanın gözəl olması, özünün tərifi onun
dilindən söylənilir. Bayatının ikinci bəndində isə sevgili yar küləyə
müraciət edərək ondan imdad istəyir. Bu bayatıda birinci bəndin
birinci, ikinci, dördüncü misraları 3+4, üçüncü misrasında isə 2+5
şəklində söz birləşmələri öz əksini tapır. İkinci bənd isə bütövlükdə
3+4 şəklində birləşir. Hər iki bənddə misraların sonunda « na-na-
nay » sözləri tərkib sözləri kimi istifadə edilir. Belə tərkib sözlərinin
üzə çıxması aşıq musiqisində ədəbi-poetik prinsiplə bağlıdır.
105
« Dedim ala gözlü kimin yarısan, ay qara gözlü kimin
yarısan » halaybaşlığ ilə başlanan «Halay» rəqs mahnısı 11 hecalı
qoşma üzərindədir. Burada misraların yarımmisraları birinci
misralarda əsasən 6+5, digər misralarda 5+5 şəklində ifadə olunur.
Dedim ala gözlü kimin yarısan
6+5
Ay gara gözlü kimin yarısan
5+5
I
Əmimə demişəm mənə saz alsın 6+5
Sazımı çalım dərdim, qəmim azalsın 4+7
Oğluna getmərəm oğlu qız alsın 6+5
Dedim ala gözlü kimin yarısan 6+5
Ay qara gözlü kimin yarısan
5+5
Burada birinci dəstə melodik periodu oxuyan zaman qoşma-
nın birinci və ikinci misrasından istifadə edir. Daha sonra ikinci
dəstə yenidən birinci dəstənin melodiyasını təkrar olaraq eyni mis-
ralar üzərində oxuyur. Melodiyanın təkrarı qoşmanın variant şəkilli
digər misranı da özünə daxil edir. Bu «Halay» rəqs mahnısında
təkrarlanan halaybaşlığ misraları hər dəfə eyni melodik struktur
üzərində öz əksini tapır.Variantlı və sıçrayışlı notlar misraların
birinci hissəsinə düşür. Mahmudavar kəndində əldə etdiyimiz bu
qoşma növü bir halaybaşlığ bir bənddən ibarətdir. Bu bənddə və
halaybaşlığında istifadə olunan melodik struktur bir növ qoşmada
əks olunan hiss və düçüncələri dinləyicilərə çatdırmağa xidmət edir.
Burada əmioğlunun əmisi qızını sevməsi, onun gözəlliyini
oxşaması, lakin sevgisinin cavabsız qalması halaybaşlığında ifadə
olunur. Digər misralarda isə əmiqızının kimi isə sevməsi, əmioğluna
qardaş gözü ilə baxması təsvir olunur.
« Sonalar – sonalar » halaybaşlığı ilə başlanan «Halay» rəqs
mahnısı iki bəndlik 7 hecalı bayatıya əsaslanır. Bu mahnıda
halaybaşlığının birinci misrası bəndin birinci və üçüncü misrasından
sonra halaybaşlığının ikinci, üçüncü misrası isə bəndin ikinci və
dördüncü misrasından sonra hər dəfə təkrarlanır. Burada «Sonalar –
sonalar » müraciət tipli halaybaşlığ bayatının söz tərkibi kimi əks
106
olunur. Misra sözlərinin arasında isə «bala-bala », «bir dəstə reyhan
», « yar-yara heyran» misra sözləri bir növ 5 hecalı bayatı tipli söz
tərkibləri kimi ifadə olunur.
Sonalar-sonalar
3+3
Bir dəstə reyhan (bala-bala) 3+2
Yar yara heyran 3+2
I
Əlim əlində deyil
2+5
Şalın belində deyil
2+5
Sənin dərdin əlacı 4+3
Mənim əlimdə deyil
2+5
II
Evləri köndələn yar
3+4
Bizə gül göndərən yar
2+5
Gülün yarpıza dönsün
2+5
Bizdən üz döndərən yar
2+5
Burada söz tərkibləri özlərinə « bala–bala » sözlərini daxil
edirlər. Melodiyanın səslənməsi zamanı birinci dəstə öz çıxışını
sadaladığımız söz tərkibləri əsasında qurur. Daha sonra ikinci dəstə
isə bu söz tərkibləri əsasında öz ifasını daxil edir. «Halay» da hər
misradan sonra qeyd olunan söz tərkibləri təkrar olunmağa başlanır.
Bayatının bütün misralarının söylənməsi zamanı ikinci dəstənin
melodiyalarına qayıdılır. « Sonalar-sonalar » halay rəqs mahnısında
istifadə olunan misralar 4+3, 2+5, 3+4 şəklində birləşir. Bu şeirdə
yarın yara dönük çıxması, onların vaxtilə bir-birinə olan məhəbbəti,
daha sonra ayrılıqla nəticələnmiş sonluğun baş verməsi xarakterizə
olunur. Burada istifadə olunan beyt həm də qarğış xarakteri daşıyır.
« In vəyə mübarəke » (bu toy mübarək) mahnısında halay-
başlığ söylənməsi 6 hecalı misra üzərində verilir. Lakin, bu halay-
başlığ misraları bənd misraların səslənməsi zamanı həmin misra-
ların sonlarında təkrar olunur. Maraqlı hallardan biri də budur ki,
mahnının nəqarəti kimi çıxış edən iki misrası 8 hecalı gəraylı şeir
formasına uyğun olur. Əsasən bayatı misralarının üstünlük təşkil
Dostları ilə paylaş: |