114
II
Getdim gördüm bulaqdadır
4+4
Əl-üzünü yumaqdadır
4+4
Qızıl üzük barmaqdadır 4+4
Anam ağla qəm saxlama
4+4
III
Elə deyir mənəm-mənəm 4+4
Mənəm şirazi geymərəm 2+6
Mən heç kəsi bəyənmərəm
4+4
Anam ağla qəm saxlama
4+4
IV
Lənkaranda xan qalmadı 4+4
Səfərdə soltan qalmadı
3+5
İkimizdə can qalmadı
4+4
Anam ağla qəm saxlama
4+4
V
Lənkəranın xanı
üçün
4+4
Şərəfdə soltanı üçün
3+5
İkimizin canı
üçün
4+4
Anam ağla qəm saxlama
4+4
Burada birinci və ikinci bənddə qoşulub qaçan qızın xəbəri
anasına gəraylı söyləməsi vasitəsilə çatdırılır. Üçüncü bənddəki
gəraylıda isə özünü öyən gəlindən söhbət açılır. Bu bənd
misralarına həm də « Bacım səni yola salım, mən bacısız necə qalım
» halay rəqs mahnısında rast gəlinir. Dördüncü və beşinci bənddə
iki sevgilinin həsrəti haqqında məcazi fikirlər öz əksini tapır.
« Xanım-xanım, xanım bəylər qızı » halay rəqs mahnısında
halaybaşlığ genişlənmiş şəkildə özünü göstərir. Burada
Xanım-xanım, xanım bəylər qızı
Xanım geyib təzədən qırmızı
115
Durun gedək xanımın toyuna
Çadranı örtək xanımın boynuna
şeir bəndi halaybaşlığ kimi icra olunur. Bu səbəbdəndir ki, həmin
halaybaşlığ əslində özü gəraylı misralarına aid olmasına
baxmayaraq, halaybaşlığ kimi oxunması onun şəkil dəyişməsinə
səbəb olmuşdur. Əslində buradakı gəraylı
Xanım-xanım bəylər qızı 4+4
Geyib təzədən qırmızı
5+3
Gedək xanımın
toyuna
5+3
Çadranı örtək boynuna 5+3
kimi formasındadır. Birinci bəndin birinci misrası 4+4, digər
misraları isə 5+3 yarımmisralarının heca birləşmələri ilə əks olunur.
Bu bəndin birinci və ikinci misrasında « xanım » sözü misraya
əlavə edilir. Üçüncü misranın əvvəlinə « durun » sözü, dördüncü
misrada isə « xanımın » sözü misraya əlavə olunur. Halaybaşlığında
istifadə olunan həmqafiyəli misralar isə 4+4 şəklində özünü
gtöstərir. Bu misraların hər birinin oxunuşundan sonra halaybaşlığ
bir bənd şəklində ifa olunur.
Xanım-xanım , (xanım) bəylər qızı
(Xanım) geyib təzədən qırmızı
(Durun) gedək xanımın toyuna
Çadranı örtək (xanımın) boynuna
Evlərinə getdim gecə 4+4
Bişirdilər bir cüt cücə
4+4
Oğlan sənin halın necə
4+4
Burada xanımın toyunun getməsindən, ona hədiyyə edilmə-
sindən söhbət açılır. «Halay» rəqs mahnısındakı bənd misraları «
Bacım səni yola salım, mən bacısız necə qalım » halay rəqs
mahnısında istifadə olunmuşdur.
« Aman ay bala ceyran » halay rəqs mahnısı iki bənddən
ibarət bayatı üzərindədir. Birinci bəndin birinci və dördüncü
misraları 4+3, ikinci misrası 2+5, üçüncü misrası isə 3+4, ikinci
bəndin birinci, ikinci misraları 4+3, üçüncü və dördüncü misraları
116
isə 3+4 yarımmisra heca birləşmələri şəklində formalaşır. Birinci və
ikinci bəndin üçüncü misrası sərbəst, digər misraları isə həmqafiyəli
şəkildə qurulur. « Aman ay bala ceyran » halaybaşlığ misrası ikinci
bəndin ikinci misrasına «yar bala, tərlan bala » tərkib sözlərinin
əlavə edilməsi ilə hər iki misradan bir halaybaşlığ kimi təkrar
olunur. Mahnının sonunda halaybaşlığının bütövlükdə səslənməsi
ona çərçivəli quruluş verir.
Aman ay bala ceyran
5+2
Sənə qurban ollam yar
5+2
Ceyran bala tərlan bala
4+4
Yar bala tərlan bala
3+4
I
Dağ başında işıqdır
4+3
Dağa tər şehli- şıqdır
2+5
Qaynanam məni sevmir
3+4
Oğlu mənə aşiqdir (ay)
4+3
II
Oxu-oxu ollam yar
4+3
Sənə qurban ollam yar
4+3
Sən orda quran oxu
3+4
Mən burda şad ollam yar
3+4
Aman ay bala ceyran
Sənə qurban ollam yar
Ceyran bala, tərlan bala
Yar bala tərlan bala
Burada sevən qızın öz yarına inanması, onu əzizləməsi,
bununla yanaşı onun qaynanasının sərt xarakterə malik olması
halayın poetik məzmununda öz əksini tapır.
« Kinəlim-kinəlim,çiki pəvəndi » halaybaşlığ ilə başlanan bu
«Halay» rəqs mahnısında 11 hecalı qoşma istifadə olunmuşdur.
117
Talış dilində Azərbaycan dilinə tərcümə
Kinəlim-kinəlim, çiki pəvəndi 6+5 Gözəlim-gözəlim kimin yarısan
I
Əvəsore, hani-hitdə əştəmon 4+7 Bahar gəlib, oyanmışıq uyğudan,
Qədə-qədə tilisimədə beştəmon, 4+7 Qurtuluruq tilsimdən, qayğıdan,
Əmə ısə bənə həşi vəşdəmon, 4+7 Günəş kimi biz yanırıq duyğudan
Kinəlim-kinəlim çiki pəvəndi Gözəlim-gözəlim kimin yarısan
II
Ba Lankon bebəşem dılım dı naxşe,6+5Lənkarana çıxdım qəlbimcüt naxış
Cifədəm dastəmol miyonəş naxşe, 6+5 Cibimdə dəsmalın ortası naxış
Bə cifim dast məjən çi balə baxşe. 6+5 Cibimə əl vurma balama paydır
Kinəlim-kinəlim çiki pəvəndi? Gözəlim- gözəlim kimin yarısan
III
İki gəmi gəlir sürdüm Salyana
6+5
Açdım pəncərəni baxdım hər yana
6+5
Lənkəran qızları dönüb ceyrana
6+5
Kinəlim-kinəlim çiki pəvənde?
IV
Bə boə boğ dəşim mı vıl çınime, 6+5 Qardaşın bağına girib gül dərdim
Jıqo sərxoş bimə coni qınime, 6+5 Elə sərxoş oldum, canımdan oldum
Boə xıça eğete az vıl çınıme. 6+5 Qardaş budağı əydi mən də gül dərdim
Kinəlim-kinəlim, çiki pəvəndi Gözəlim-gözəlim kimin yarısan?
«Halay» rəqs mahnısında hər dəfə bəndlərin birinci üç
misrası təkrar melodiyaya əsaslanaraq ifa olunur. Cavab cümləsi isə
dördüncü misra kimi verilən halaybaşlığ sözlərinə əsaslanır. Burada
bənd misraları 6+5 misra-söz uzlaşmaları əsasında özünü göstərir.
«Halay» rəqs mahnısı bir periodluq cümlə şəklində əks olunur.
Dörd bənd şəklində rast gəldiyimiz bu mahnının birinci bəndində
təbiətin oyanması, yazın gəlişi, arzuların doğması, yar sevgisi ilə
bu əlamətlərin müqayisə olunması öz əksini tapır. Digər bəndlər
Lənkaran qızlarının gözəlliyinə və sevgi- məhəbbət mövzusuna həsr
olunur.
Dostları ilə paylaş: |