107
etdiyi bənd misralarında 7 hecalı misralara rast gəlinir.
Burada
halaybaşlığ birinci, ikinci və dördüncü misraları 3+3,
üçüncü
misrası 4+3, bənd misraları isə 4+3, 5+2, 3+4 şəklində verilir.
Talış dilində Azərbaycan dilinə tərcümə
In
vəyə mubarək
3+3
Bu toy mübarək
In vəyə mubarək
3+3 Bu toy mübarək
İqlə şəvi ğonağe
4+3 Bir gecənin qonağıdır
In vəyə mubarək
3+3 Bu toy mübarək
I
Şəvi lampəye kinə
5+2 Gecənin lampası qız
Küli şambəye kinə
5+2 Zülfündə darağı qız
Bə kəyro vaşe ğıbon 3+4 Evə qurban gətirdi
Nənə ğonağe kinə
5+2 Nənənin qonağı qız
Iştı nənə bəştı ğıbon
4+4 Anan sənə qurban
I şəvi ğonağe kinə
4+4 Bir gecənin qonağı qız
II
Iştə pıə səy barz bıkə 3+4 Ucalt atanın başın
Iştə moə səy barz bıkə 3+4 Ucalt ananın başın
Iştə eli dılədə
4+3
Öz elinin içində
Iştə kəy səy barz bıkə 3+4 Ucalt evinin başın
Iştı nənə bəştı ğıbon
4+4 Anan sənə qurban
I şəvi ğonağe kinə
4+4 Bir gecənin qonağı qız
In vəyə mubarək
3+3 Bu toy mübarək
In vəyə mubarək
3+3 Bu toy mübarək
İqlə şəvi ğonağe
4+3 Bir gecənin qonağıdır
In vəyə mubarək
3+3 Bu toy mübarək
Burada yenə halaybaşlığlarının söylənməsi nəğmənin sonluğu
kimi verilir. Bu isə mahnını üç hissəli kuplet variant quruluşunda
əks etdirir (a+b+a
1
).
.
Burada söz tərkiblərinə rast gəlinmir.
«Halay»ın məzmununda ananın öz qızını oxşamasından, onun
gözəlliyindən bəhs olunur. Xor şəklində söylənən bu nəğmədə artıq
ananın öz qızının ailə qurması münasibətilə yola salacağı, onun
iztirab çəkəcəyi, darıxacağı haqqında əvvəlcədən xəbər verilir.
108
Ümumiyyətlə bu mahnı özündə bir daxili sevinc və qəmli xarakterin
uzlaşmasını əks etdirir.
«
Qardaş getmə sənin yolun dumandır »
halay rəqs
mahnısında halaybaşlığ şəklində oxunan misra hər bəndin sonunda
təkrar olunur. Burada istifadə olunan «Halay»ın mətni 11 hecalı
qoşma prinsipinə əsaslanır. Bundan sonra biz əsasən birinci bəndin
birinci və ikinci misrasının təkrar melodiyaya əsaslanmasını və
birinci misranın iki dəfə təkrarını müşahidə edirik. Burada cavab
cümlə isə qoşmanın birinci bəndinin ikinci misrasına əsaslanır.
Daha sonra isə təkrar səslənən period nəticəsində digər bənd
misralarının istifadəsini də görürük. «Halay» mahnısında altı
bəndlik qoşma şeir növünə rast gəlinir
I
Gedin deyin mənim ağa dayıma 4+7
Sehr eyləsin çəmənimə, çayıma 4+7
Yığsın aşıqları gəlsin
toyuma
6+5
Qardaş getmə sənin yolun dumandır
4+7
Gedən yollarına canım qurbandır. 6+5
II
Gedirdim yol
ilə o gördü məni
6+5
Aldı velasiped mindirdi məni
6+5
Ağaboylim bilsə öldürər məni
6+5
Qardaş getmə sənin yolun dumandır
4+7
Gedən yollarına canım gurbandır. 6+5
Bu «Halay» mahnısında Azərbaycan dilində oxunan misraları
bayatı, talış dilində ifa olunan misraları isə gəraylı şəklində təzahür
edir.
Qoşma misralarının həmqafiyə şəklində üç-üç sıralanması bu
misralarda əvvəldə və sonda birinci bəndin birinci və ikinci
misralarının bənd sonluqları kimi təkrarlanması xüsusilə diqqət
çəkir. Birinci bənddə birinci misra 4+7, ikinci misra 6+5, üçüncü
misra isə 5+6 şəklində birləşir. İkinci bəndin bütün misraları isə
4+7, üçüncü bəndin ilk iki misrası 4+7, üçüncü misrası isə 6+5,
dördüncü bəndin birinci və ikinci misrası 6+5, üçüncü misrası isə
109
5+5, beşinci və altıncı bəndin bütün misraları 6+5 yarımmisraların
birləşməsi şəklində əks olunur. Bu «Halay» mahnısında bacının
qardaşa oxuduğu ağı xarakterli nəğmə əks olunur. Burada əsasən
bacının qardaşa olan sevgisi, həm də bu bacının yaxın
gələcəkdə
toyunun olmasına işarət edilir.
«
Çal belə qurbanın olum, çal belə, gedər bu dövran daha
gəlməz ələ » halay rəqs mahnısı 7 hecalı bayatıya və 8 hecalı
gəraylıya əsaslanmışdır. Mahnının Azərbaycan dilində oxunan
misraları bayatı, talış dilində ifa olunan misraları isə gəraylı
şəklində təzahür edir. Burada « Çal belə qurbanın olum, çal belə,
gedər bu dövran daha gəlməz ələ » halaybaşlığının bəndlər
arasındakı təkrarı 11 hecalı qoşma şeir növü istifadə edilmişdir.
Bənd misralarının sonunda isə « çal belə »
söz tərkibi hər dəfə
təkrar olunur. Bu söz tərkibi «Halay» rəqs mahnısında istifadə
olunan melodiyanı tonikaya çatdırılmasında mühüm əhəmiyyət kəsb
edir. Burada istifadə olunan tərkib sözləri həm nöqtəli çərək, həm
nöqtəli yarım notlarla ifadə oluna bilir. Bu «Halay» rəqs mahnısı
beş bənddən ibarət olan bayatı formasında rast gəlinir. Lakin
üçüncü bəndin sonunda misra yarımmisraları 3+5 şəklində
birləşərək gəraylı misraları kimi də təzahür edir. Birinci bəndin
ardıcıl iki misrası və sonuncu misrası 5+3, üçüncü misrası 5+2
yarımmisra birləşmələri şəklində əks olunur. İkinci bəndin birinci
və ikinci misrası 3+4, üçüncü və dördüncü misraları 4+3, üçüncü
bəndin birinci, ikinci misrası 4+3, üçüncü misrası 3+4, dördüncü
bəndin birinci, ikinci və dördüncü misraları 4+3, üçüncü misraları
3+4, beşinci bəndin bütün misraları 4+3 yarımmisra şəklində
birləşərək bayatı misralarına uyğunlaşır.
Talış dilində Azərbaycan dilinə tərcümə
Bıjən bıqardom bəsə, bıjən joğo 7+4 Çal belə qurbanın olum çal belə 8+3
Bə dast əvoni həni devran joğo 5+6 Gedər bu dövran daha gəlməz ələ 5+6
I
I
Bə həşi çəşi diyəkə (bıjən joğo) 5+3 Günəşin gözünə bax (ay çal belə) 3+4
Bə şəyi kəşi diyəkə(bıjən joğo) 5+3 Köynəyin qoluna bax (çal belə) 3+4
Nənə bə balə ğıbon(bıjən joğo) 5+2 Nənə balaya qurban (ay çal belə) 2+5
Bə vəyə pəsi diyəkə(bıjən joğo) 5+3 Toyun qoyununa bax (çal belə) 2+5