Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə26/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

 
116
Şer 
Ariflər o zaman başlar kəlamə
Ya da əl uzadar o vaxt təamə, 
Ki, söz soyləməsə törəsin ziyan, 
Ya da ac qalarsa zəifləsin can. 
Mütləq dediyində bir hikmət olar 
Yeyib içdiyi də bir qüvvət olar. 
 
5. Hekayət 
 
Biri hey tövbə edər, sonra da həddən çox yeyərdi. Axırda bir şey 
ona dedi: –Görünür çox yeməyə adət edibsən, nəfsin asıldığı tövbə 
bağı isə tükdən də nazikdir, sən ki, bu nəfsini belə bəsləyirsən, o, tük 
nədir lap zənciri də  qırar. 
 
Beyt 
 
Birisi bəslərdi qurd balasını
Böyücək məhv etdi öz ağasını
 
6. Hekayət 
 
Ərdəşir Babəkan
77
 haqqında nağıl edirlər ki, bir gün o, bir ərəbə 
hakimindən soruşdu: 
–Gündə nə qədər yemək lazımdır? 
Dedi: 
–Yüz dirəm ağırlığıında. 
Dedi: 
–Bu qədərdən nə güc olar? 
Dedi: 
–Bunun gücü səni ayaq üstə saxlayır. Ondan çox isə artıq yük 
olar! 
 
Beyt 
 
Yemək lazım yaşamaqçün, deməkçün, 
Səncə həyat lazım ancaq yeməkçün?! 
 
 
117
7. Hekayət 
 
 
İki Xorasanlı dərviş yol yoldaşı olub səfərə çıxdılar. Biri arıq idi, 
iki gündən bir yeyərdi. Digəri kök idi, gündə üç dəfə nahar edərdi. 
Təsadüfən bir şəhərə girəndə onları casus güman edib tutdular və hər 
ikisini zindana saldılar. İki həftə sonra günahsız olduqları aşkar oldu. 
Onları azad etmək istərkən kögün öldüyünü, arığın isə salamat 
qaldığını gördülər. 
Camaat bu işə  təəççübləndi. Orada bir alim var idi, dedi: – 
Bunun əksi təəccüblü olardı; çünki kök çox yeyən idi, aclığa dözmə-
yib öldü, arıq az yeyən idi, aclığa tab gətirib, xilas oldu. 
 
Şer 
 
Adam az yeməyə edərsə adət, 
Çətinlik zamanı tab edə bilər. 
Qarınpa firavan yaşayar, amma, 
Darlığa düşəndə acından ölər. 
 
Beyt 
 
Qarın təndirini tez–tez qalayan, 
Dərd çəkər qıtlığa düşdüyü zaman. 
 
 8. 
Hekayət 
 
 Alimlərdən biri oğlunu çox yeməkdən çəkindirib dedi: 
«Doyunca yemək adamı xəstələndirər!». Oğlu dedi: 
 
–Ay ata, adamı açlıq öldürər! Məsəl var deyərlər: «Açından 
ölməkdənsə, toxluqdan ölmək yaxşıdır»! 
 Atası dedi: 
 – 
Oğul, hər şeyin dərəçəsi var, eşitməmisənmi demişlər: «Yeyin, 
için amma həddini bilin!» 
 
Beyt 
 
O qədər çox yemə ağırlıq etsin,  
O qədər aç qalma, can əldən getsin, 


 
118
 
 
Şer 
 
Yemək verməlidir vücuda ləzzət
Çox olsa, verəcək əzab, əziyyət 
Gülşəkar ziyandır, çox yesən əgər. 
Az yesən, küt çörək olar gülşəkər. 
 
Beyt 
 
Qarınpa olmaqdan əl çək kişisən, 
İt də çox yeməklə düşər hörmətdən. 
 
 
 9. 
Hekayət 
 
 
 Bir 
xəstəyə dedilər: – Ürəyin nə istəyir? Dedi: – Ürəyim «heçnə» 
istəyir. 
 
Beyt 
 
Bir mədə pozulub, ağrısa qarın, 
Nə xeyri dünyada dövlətin, varın? 
 
 10. 
Hekayət 
 
 
 Vasit
78
 şəhərində yaşayan bir baqqalın sufilərdə bir, qədər pulu 
vardı. O hər gün pulunu tələb edir, sufilərə  ağzına gələni deyirdi. 
Borclular isə onun təhqirli sözlərindən zara gəlir, lakin dözməkdən 
savayı çarə tapmırdılar. Gördüm, onların arasında olan ağıllı bir 
adam belə deyir: 
 –Baqqaldan 
dirəm almaqdansa, nəfsini öldürüb ac qalmaq 
yaxşıdır. 
Şer 
 
Dərbanların cəfasını çəkməkdənsə yəqin ki, 
Ağaların ehsanını rədd eyləmək yaxşıdır. 
Qəssabların pis üzünü görməkdənsə bir daha. 
 
119
Ürəyində ət arzusu qalıb elmək yaxşıdır. 
 


 
120
11. Hekayət 
 
 
 Tatar
79
 müharibəsində bir iyid ağır yaralanmışdı. Biri ona dedi: 
 –Filan 
tacirdə dərman var, istə, bəlkə verdi. 
 Deyirlər ki, o tacir xəsislik və paxıllıqda məşhur imiş. 
 
Beyt 
 
Süfrəsində çörək deyil, günəş olsaydı əgər, 
İşıqlı gün görməz idi bu dünyada bir nəfər 
 
 
İgid dedi. 
 –Dərman istəsəm, ya verəçək, ya verməyəcək; versə ya xeyir 
edəcək, ya etməyəcək. Demək, elə bir tacirdən dərman istəməyin özü 
mənim üçün zəhər içmək kimi bir şeydir. 
 
Beyt 
 
Minnətlə alınsa alçaqdan təam, 
Yeyib kökəlsə də alçalar adam. 
 
 Atalar 
demişlər: «Abırını alıb, dirilik suyu versələr, ağıllı adam 
onu almaz, çünki zillətlə yaşamaqdansa, izzətlə ölmək yaxşıdır». 
 
Beyt 
 
Xoş sifətli bir adamdan alıb qanqal da yesən 
Çox yaxşıdır bədsifətin verdiyi bal, şəkərdən. 
 
 
12. Hekayət 
 
 
Bir alimin yeyəni çox idi, gəliri az. Mənsəb sahiblərindən birinin 
alimə hörməti var idi, məsələni ona açdı. Mənsəb rahibi qaşqabağını 
tökdü, alimin dilənməsi ona iyrənc göründü.  
 
Şer 
 
 
121
Sən bəxtindən şikayət edib küsgün sifətlə 
Əziz dostun yanına getmə, qəmlətmə onu. 
Bir xahiş eyləyəndə gülər üzlü, şad görün, 
ıq alın istəyər iş sahibi dostunu. 
 
 Nağıl edirlər ki, o, alimin vəzifəsini balaca artırdı, lakin ona olan 
hörmətini xeyli azaltdı. Bir az keçdikdən sonra alim özünə qarşı 
əvvəlki hörmətin olmadığını hiss etdi və dedi:-- zəhirmar olsun o ye-
mək ki, rəzalətlə qazanacaqsan, qazan ocaqda qaynayacaq, sən isə 
rüsvay olacaqsan! 
 
Beyt   
 
 
 
 
 
 
 
Alçalmaq yoluyla kim tapsa çörək, 
Özünü alçaltmış o adam demək. 
 
Beyt   
 
 
 
 
 
 
 
Çörəyim artdıqça əksildim haman, 
Yoxsulluq yaxşıdır sail olmaqdan. 
 
 13. 
Hekayət 
 Bir 
dərvişin bir şeyə artıq dərəçədə ehtiyaçı var idi. Biri ona 
dedi: 
 
–Filan adam çoxlu mal-dövlət sahibidir, əgər möhtac olduğunu 
bilsə, mütləq sənə kömək edər. 
 
Dərviş dedi: 
 –Axı, mən onunla tanış deyiləm. 
 Dedi: 
 –Mən tanış edərəm. 
 
Dərvişin  əlindən tutub haman adamın evinə apardı. Dərviş evə 
daxil olduqda sallaqdodaq, qaraqabaq bir adamın oturduğunu gördü, 
dərhal dinməz-söyləməz geri döndü. 
 
Bələdçi soruşdu: 
 –Sən nə etdin? 
 Dedi: 
 –Onun 
xələtini sir–sifətinə bağışladım. 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə