Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə28/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

 
126
Bişmiş şəlğəm xoşdur bir cib qızıldan. 
 
 20. 
Hekayət 
 
 
Mən heç vaxt zamananın gedişindən nalə etməmiş  və  fələyin 
gərdişindən  şikayətlənməmişəm, yalnız bir dəfədən başqa. Bir dəfə 
ayaqyalın qalmışdım, ayaqqabı almağa isə imkanım yox idi. Qanı 
qara halda Kufə məscidinə gəldim, ayaqsız bir adam gördüm: Allaha 
şükür edib ayaqqabısızlığa dözdüm. 
 
 
127
 Şer 
 
Qızardılmış cücələr tox adamın gözünə, 
Süfrə üstə qoyulmuş tərədən pis görünər. 
Pulsuz və ac adama bişmiş şəlğəm özü də, 
Qızardılmış cücədən daha nəfis görünər. 
 
 21. 
Hekayət 
 
 Hökmdarlardan 
biri 
qış  fəslində bir dəstə yaxın adamları ilə 
birlikdə ova çıxıb,  şəhərdən xeyli uzaqlaşmışdı. Qaranlıq düşdükdə 
hökmdar yaxınlıqda bir kəndli daxması görüb soyuqdan qorunmaq 
üçün orada gecələməyi məsləhət bildi. Vəzirlərindən biri etiraz 
edərək dedi: 
 –Yüksək mənsəbli hökmdara yaraşmaz ki, çirkli bir kəndlinin 
daxmasına pənah gətirsin.  Əmr et elə burada çadır qurub, od 
yandırsınlar. 
 
Kəndli bu məsələdən xəbərdar olcaq yemək hazırlayıb, çadıra 
gətirdi və təzim edərək dedi: 
 –Kəndli daxmasına gəlməklə hökmdarın qədr–qiyməti azal-
mazdı, lakin görünür ki, kəndlinin qədr–qiymətinin artmasına razı 
olmamışlar. 
 
Kəndlinin sözü hökmdarın xoşuna gəldi və gecə ikən köçüb 
onun evinə getdi. Səhər kəndliyə çoxlu pul və bəxşiş verilməsini əmr 
etdi. Hökmdarı müşayiət edərkən kəndli ondan bir neçə addım geridə 
gedir və deyirdi: 
 
 Şer 
 
Sultanın şöhrəti aşağı düşməz, 
Olarsa bir gecə kəndliyə mehman. 
Kəndlinin yüksələr fələyə başı
Qonağı olarsa qüdrətli sultan. 
 
 22. 
Hekayət 
 
 Nağıl edirlər ki, nankor bir dilənçi, çoxlu mal yığmış, hədsiz 
dövlət toplamışdı


 
128
 
 
129
Beyt 
 
Geçə–gündüz həris idi qızıl–gümüş yığmağa, 
Qızıl–gümüş düşmüş idi bir namərddə dustağa. 
 
 Padşahlardan biri ona dedi: – Danışırlar ki, sənin sərvətin həddi-
ni aşıbdır, bizim isə pula böyük ehtiyacımız vardır. Əgər ondan bir az 
əlborcu versən, məhsul yığıldıqda, vergi toplandıqda qaytarılıb sənə 
təşəkkür edilər. Dedi: – Ey yer üzünün allahı, şahın şəninə yaraşmaz 
ki,  əlini mənim kimi bir dilənçinin murdar malı ilə çirkaba bulasın. 
Çünki mən onları dilənçilik yolu ilə  dənə–dənə toplamışam, xırda–
xırda yığmışam. Şah dedi: – Eybi yoxdur, düşmənə verəcəyəm. 
 
Beyt 
 
Nəsrani quyusu pak olmasa gər, 
Cuhud meyyidini yumağa dəyər. 
 
Beyt 
 
Dedilər ki, əhəgin xəmiridir natəmiz, 
Dedik ayaqyoluna suvayarıq onu biz. 
 
 
 Deyirlər ki, şahın təklifini rədd etdi, höcətə başladı, min bir 
bəhanəyə əl atdı. Şah əmr etdi lazım olan pulu ondan zorla döyədöyə 
alsınlar. 
 
Şer 
 
Bir iş ki, lütf ilə yerinə yetməz, 
Axır hörmətsizlik baş verər əbəs. 
Hər kəs başqasına xeyir verməsə 
Düz olar, ona xeyr verməsə bir kəs. 
 
23. Hekayət 
 
 
Bir taçirin yüz əlli dəvə yükü malı, qırx qulu və xidmətçisi var 
idi. Bir axşam o Giş adasında
83
 məni öz yanına çağırdı, bütün gecəni 


 
130
sakit olmayıb boş–boş danışmağa başladı ki, Türküstanda filan 
anbarım var, Hindistanda filan malım, bu filan yerin qəbaləsidir, bu 
filan  şeyin zəmanəti. Gah deyirdi: İskəndəriyyənin havası xoşdur, 
oraya gedəcəyəm, gah da əvvəl dediyinin əksinə danışırdı. Yox, 
Məğrib dənizi qorxuludur, ora gedə bilmərəm. Sonra dedi: – Ey Sədi, 
bir səfərim də qalmışdır, əgər o, baş tutsa, qalan ömrümü bir guşədə 
oturub dinc yaşayacağam. 
 Soruşdum: 
 
– O hansı səfərdir? 
 Dedi: 
 –Farsdan 
Çinə kükürt aparacağam, eşitdiyimə görə çox bahadır. 
Oradan Çin kasası alıb, Ruma
84
 Rumdan ipək alıb, Hindistana, 
Hindistandan polad alıb Hələbə, hələbdən  şüşə alıb Yamənə, 
Yəməndən də paltar alıb vətənə qayıdacağam. Ondan sonra artı
ticarət daşını atıb bir dükanda oturacağam.  
 Xülasə, o qədər belə hədərən–pədarən danışdı ki, axırda taqətdən 
düşdü. Sonra mənə müraciət edərək dedi: 
 – 
Sədi, sən də gördüklərindən, eşitdiklərindən bir şey danış! 
 Dedim: 
 
Şer 
 
Eşitdinmi biyabanda bir tacir, 
Atdan düşüb söylədi son sözünü: 
«Doydurar ya qəbir, ya da qənaət 
O dünyagir xəsisin ac gözünü». 
 
 24. 
Hekayat 
  
 Nağıl edirlər ki, Hatəmi–Tai səxavətdə məşhur olduğu kimi, bir 
varlı da xəsislikdə  şöhrət tapmışdı. O, zahirini dünya malı ilə 
bəzəmiş, lakin batinində elə bir xəsislik kök salmışdı ki, nə  Əbu 
Hüreyrənin pişiyinə bir tikə  ət verər, nə  də  Əshabi–Kəhfin itinə bir 
parça sümük atardı. Çan bahası olsaydı da heç kimə bir tikə çörək 
verməzdi. Xülasə, onun qapısını və süfrəsini açıq görən olmamışdı
 
Beyt 
 
 
131
Yoxsul onun qapısında iy çəkərdi xörəkdən,  
Quşlar belə həyətində tapmazdı bir dənə dən 
 
 
Bir gün o varlanmaq məqsədilə  Məğrib dənizi ilə Misrə doğru 
səfərə  çıxdı. Qarşı  tərəfdən güçlü külək  əsməyə başladı, o, gəminin 
qərq olacağını başa düşdü. 
 
Beyt 
 
    Mümkündür 
səndəki xislətə dözmək,  
 
 
 
 
Düz gəlməz çox zaman gəmilə külək. 
 
 O, 
əllərini qaldıraraq faydasız yerə qışqırmağa və dua oxumağa 
başladı. Adamlar gəmiyə minəndə qorxularından allaha əl açıb dua 
edir və dinə sadiq olduqlarını inandırmağa çalışırlar. 
 
Beyt 
 
Möhtac bəndə dua vaxtı allahına əl açar, 
Kərəm çağı əllərini qoynuna qoyub qaçar. 
 
Şer 
 
Qızıla, gümüşə etmə qənaət, 
Onları sərf edib ömür sür rahət. 
Bu ev ki, yadigar qalacaq səndən, 
Düzəlt kərpicini qızıl–gümüşdən. 
 
 
Həmin adam tufanda qərq oldu. Onun Misirdəki yoxsul qohum-
ları bu ölüm münasibəti ilə  cındır paltarlarını  yırtıb, varlıdan miras 
qalmış ipək və xəzdən təzə paltar tikdirdilər. Hələ bir həftə keçməmiş 
gördüm ki, varislərindən biri yorğa bir ata minib, bir qulun müşayiəti 
ilə hara isə gedir. 
 
 Şer 
 
Əgər ölən dirilərək gəlsəydi, 
Qohumları içinə şad, üzü şən. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə