Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə31/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

 
146
isə pərişan görüb soruşdu: 
–Haralısan, necə olub gəlib bura çıxmısan? 
Gənc başına gələn hadisələrin bəzilərini nağıl etdi. Şahzadənin 
qəlbi riqqətə  gəldi, ona bəxşiş, xələt verdi, öz şəhəriiə salamat 
çatması üçün etibarlı bir adamla yola saldı
Atası onu gördükdə, çox sevindi, sağ–salamat qayıqdığı üçün şü-
kür etdi. Axşam olduqda gənc atasına gəmidə  gəmiçinin verdiyi 
əziyyətdən, quyu başında çəkdiyi məşəqqətdən, səhrada karvan 
əhlinin ona rəva gördüyü xəyanətdən danışdı. Atası dedi: 
–Oğul, gedəndə  sənə demədimmi ki, yoxsulların güclü əlləri 
sındırılmış, pəhləvan qolları qırılmışdır. 
 
Beyt 
 
Nə gözəl söylədi yoxsul pəhlivan, 
«Bir qızıl yaxşıdır, dağ qədər zordan» 
Oğlan dedi: 
–Lakin xəzinə tapmaq üçün zəhmətə qatlaşmaq, qələbə çalmaq 
üçün ölümlə çarpışmaq, taxıl  əldə etmək üçün dən səpib, 
yerşumlamaq lazımdır. Görmürsənmi ki, azacıq  əziyyət çəkməklə 
necə xoş rahatlığa çatdım, balaca acılıq dadmaqla necə  şirin həyat 
tapdım? 
 
Beyt 
 
Artıq yeməsə də insan ruzidən,  
Lazımdır yenə də bir iş görəsən. 
 
Beyt 
 
Nəhəngdən qorxarsa dənizdə qəvvas, 
Heç zaman qiymətli incilər tapmaz. 
 
Dəyirmanın alt daşı  hərəkət etmədiyi üçün bütün ağırlıq onun 
üzərinə düşür. 
 
Şer 
 
 
147
Mağara içində nə tapar aslan? 
Uçmayan qartala ovmu gələcək! 
Kim evdə oturub ruzi gözləsə, 
Axırda o dönüb olar hörümçək. 
Atası dedi: 
– Ey oğul, bu dəfə fələk sənə yar, taleyin huşyar olmuşdur. Bir 
dövlət sahibi sənə rast gəlmiş,  əli-açıqlıq göstərərək həyata 
qaytarmışdır. Belə hadisə nadir hallarda olar. Nadir hadisələrə isə bel 
bağlamaq olmaz. Amandır ayıq ol, tamaha düşüb bir də belə boş 
xəyallara aldanma! 
 
Beyt 
 
Ovlamaz həmişə ovçu ahunu, 
Bəzən də, parçalar pələng ovçunu. 
 
Neçə ki, nağıl edirlər: Fars hökmdarlarından birinin barmağında 
qiymətli qaşı olan bir üzük varmış. Bir gün o bir neçə yaxın adamları 
ilə birlikdə Şirazda Müsəllayə
87
 gəzməyə çıxır və əmr edir ki, həmin 
üzüyü  Əzüdüddövlə  məqbərəsinin
88
 günbəzinin üstünə sancsınlar. 
Kim nişan alıb oxu üzüyün halqasından keçirsə, üzük onun olsun. 
Hökmdarın yanında derd yüz məharətli ox atan varmış. Onları
hamısı üzüyü nişan alıb atırlar, lakin heç birinvn oxu üzüyə dəymir. 
Təsadüfən orada oynayıb, oyan-buyana havayı ox atan bir uşağı
oxunu külək gətirib üzüyün halqasından keçirir. Beləliklə uşaq üzüyə 
sahib olub varlanır. Bundan sonra o uşaq ox atmağı  tərk edib 
kamanını yandırır. Camaat bunun səbəbini soruşduqda deyir: 
Ona görə ki, əldə etdiyim şöhrəti saxlaya bilim. 
 
Qitə 
 
Mümkündür gah qoca, müdrik bir alim, 
Səhv etsin, işində olsun nöqsanı
Gah da bir anlamaz, hünərsiz uşaq, 
Səhvən sərrast atıb vursun nişanı
 
30. Hekayət 
 


 
148
Nağıl edirlər ki, bir şeyx bir mağarada yurd salmış, qapısını 
camaatın üzünə bağlamışdı
 
Şer 
 
Dünyada tək xilas olar dünyadan 
Qapını üzünə bağlayıb qalan. 
 
Qənaətin bərəkətindən nə  şahlıq  şövkətinin  əhəmiyyəti və  nə 
varlıların dövlətinin qiyməti onun nəzərində deyildi: 
 
Şer 
 
Yolçuluğu kim öyrənsə dünyada
Ölənədək hər yetənə əl açar. 
Hərisliyi at bir yana şahlıq et, 
Tamahsızın başı daim ucalar. 
 
O tərəfdəki hökmdarlardan biri xəbər göndərdi ki, «mömin 
adamların kəraməti xatirinə xahiş edirik ki, bizimlə duz-çörək 
kəsməyə razılıq versin». 
Şeyx razılıq verdi, çünki rəvayətə görə peyğəmbər deyibdir ki, 
dəvəti qəbul edərlər, çağırılan yerə gedərlər. 
Sabahı gün şeyxin halından xəbər tutmaq üçün şah onun 
ziyarətinə getdi. Şeyx dərhal yerindən sıçrayıb onu qucaqladı
təşəkkür etdi, şahı mədh etməyə başladı
Şah getdikdən sonra müridlərdən biri ürək edib şeyxdən soruşdu: 
– Bu gün şaha göstərdiyiniz bu hörmət adətinizə düz gəlmirdi, indiyə 
qədər belə etdiyinizi görməmişdik, səbəbi nə idi? Dedi: 
– Eşitməmisinizmi deyiblər: 
 
Beyt 
 
Kimin süfrəsində bir loxma yesən, 
Kərəkdir durasan xidmətində sən. 
 
Lətifə 
 
 
149
Mümkündür ki, ömür boyu qulaqlar, 
Eşitməsin ]ənk nəğməsi, ney və tar. 
Göz bacarsa seyr etməsin çəməni, 
Görməsin bir laləni, yasəməni. 
Pərqü balınc olmasa da bir zaman, 
Daş üstündə yatar yuxusuz insan. 
Qucmaq üçün tapılmasa yar əgər, 
Özünü də qucaqlayar bu əllər. 
Lakin qarın, səbr etməz ac qalanda, 
«Yox» sözünü başa düşməz bir an da. 
 


 
150
IV FƏSİL 
 
SUSMAĞIN FAYDALARI HAQQINDA 
 
1. Hekayət 
 
Dostlarımdan birinə dedim: – «Danışmaqdan ona görə imtina 
edirəm ki, çox zaman sözün yaxşısı da olur, pisi də; düşmənlar isə 
yalnız pisini görürlər» 
Dedi: – Düşmən yaxşısını görməsə yaxşıdır. 
 
Beyt 
 
Bəllidir ki, xeyir işin şər görünər düşmənə 
Bilə–bilə yalandan o, böhtan düzəldər sənə. 
 
Beyt 
 
Bil ədavət gözündə eyibdir hər bir hünər, 
Sədi – güldür, lakin o, düşmənə xar görünər. 
 
Beyt 
Həyat verən bu günəşin özü də, 
Çirkin şeydir yarasanın gözündə. 
 
2. Hekayət 
 
Bir tacirə min dinar ziyan dəydi. Oğluna tapşırdı ki, bu haqda 
heç kimə bir söz deməsin.  
Oğlu dedi: 
–Ey ata, əmr sizindir, demərəm. Lakin bir başa sal görüm, giz-
lətməyin nə faydası
Dedi: 
–Ondan ötrü ki, müsibət ikiqat olmasın: biri sərmayənin  əldən 
getməsi, ikincisi qonşuların tənə etməsi. 
 
Beyt 
 
 
151
 
 
Dərdini düşmənə soyləmə aman, 
 
 
Qəlbində toy–bayram eləyər haman. 
 
3. Hekayət 
 
ıllı–kamallı, elmli məlumatlı bir gənc var idi, lakin təbiətən 
adamlara uyuşmaz, alimlər məclisində bir kəlmə də danışmazdı. Bir 
dəfə atası ona dedi: 
–Ey oğul, sən də görüb bildiklərindən bir şey danış!  
Dedi: 
–Qorxuram, bilmədiklərimdən soruşalar, xəcalət çəkəm. 
 
Şer 
 
Deyirlər ki, bir sufi
89
  
Mıx çalırmış başmağına  
Bir xan onu tutub deyir: 
«Nal vur atın ayağına». 
 
Beyt 
 
 
 
Kimsə bir söz deməz sən sussan əgər, 
 
 
Lakin söz dedinmi, dəlil də göstər. 
 
4. Hekayət 
 
Hörmətli bir alimin bir dinsizlə (allah ona lənət eləsin) 
mübahisəsi düşdü, lakin onunla höcətləşə bilmədi. Soz qalxanını yerə 
qoyub geri qayıtdı. Biri ona dedi: – Bu qədər bilik və  kəmal sahibi 
olmağına baxmayaraq bir dinsizin ehdəsindən gələ bilmədin. 
Dedi: –Mənim elmim Quran, hədis və şeyxlərin dediyinə əsasla-
nır, o isə bunların heç birinə inanmır, onun dedikləri də mənim işimə 
yaramır. 
 
Beyt 
 
Bir kəs ki, Qurana inanmayır heç 
Cavabı odur ki, çavab vermə keç! 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə