Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə39/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

 
184
 
Məvzum hekayət 
 
Gülərüz bir gözəl, xoşsifət cavan 
Gəmidə olmuşdu yarla mehriban. 
Belə oxumuşam, ümmanda bir gün, 
Girdabə düşdülər bəxtləri küskün. 
Gəmiçi atıldı dəryaya həmən 
Cavanı qurtarsın bəlkə ölümdən. 
O isə dalğada əl-qol ataraq, 
Deyirdi yarımı xilas et ancaq, 
Bu sözü deyincə qaraldı gözü, 
Bu oldu cavanın sonuncu sözü. 
Eşqə sadiq sanma hər riyakarı
Ki, bərk gündə ata yarı ilğarı
Sevənlər bax belə yaşadı, bil sən, 
Bir söz də gəl dinlə, qoca Sədidən 
Sədi bilir eşqin hər dəlilini, 
Bağdadlı bilən tək ərəb dilini. 
Könül veribsənsə bir canana sən, 
Gərək göz yumasan bu cahana sən, 
Leylinin Məcnunu dirilsə əgər
Eşqin hədisini burdan öyrənər. 
 
185
 
VI FƏSİL 
 
ZƏİFLİK VƏ QOCALIQ HAQQINDA 
 
 1. 
Hekayət 
 
 
Dəməşq məscidində bir neçə alimlə mübahisə edirdik. Bu zaman 
bir gənc məscidə girib soruşdu: 
 –Sizlərdən fars dilini bilən varmı?  
 Hamı məni göstərdi, mən ondan soruşdum: 
 –Nə sözün var?  
 Dedi: 
 –Yüz 
əlli yaşında bir qoca can üstdədir. O, fars dilində  nə isə 
danışır, biz isə başa düşmürük, mərhəmət göstərib qocanın yanına 
getmək zəhmətini qəbul etsəniz savab olar, bəlkə vəsiyyət edir. 
 
Mən qocanın başı üstə çatan zaman o, bu şeri oxuyurdu: 
 
Şer 
 
Bir zaman dedim ki, kamə çataram, 
Bilmədim bu arzu boş bir həvəsdir.  
Təəssüf ki, ömrün bol süfrəsindən,  
Bir tikə götürdük, dedilər, bəsdir. 
 
 Beytin 
mənasını şamlılara ərəbcə dedim. Onlar qocanın ömrünün 
uzunluğuna, eləcə  də  həyatın vəfasızlığına etdiyi təəssüfə  təəccüb-
ləndilər. Mən qocadan soruşdum: 
 –Özünü 
necə hiss edirsən? Cavab verdi: 
 –Nə deyim? 
 
Şer 
 
Bilmirsənmi bir adamın çıxarsalar dişini, 
Kefi necə pozular və halı olar pərişan? 
İndi özün hesab elə necə olar əhvalı
O kəsin ki, bədənindən çıxıb gedə əziz can 
 


 
186
 Dedim: 
 
–Ölüm fikrini başından çıxart. Özünü qorxutma, çünki yunan fi-
losofları demişlər: – Bədən nə qədər sağlam olsa, onun həmişə belə 
qalacağına ümid bağlamaq olmaz, xəstəlik nə  qədər ağır olsa, onun 
həmişə ölümlə  nəticələnəcəyinə hökm vermək yaramaz. Müalicə 
etdirmək istəyirsənsə  həkim çağıra bilərəm. Qoca üzünü çevirib 
güldü və dedi: 
 
Şer 
 
Bir təbib görsə ki, yamandır xəstə, 
Əlini tez qoyar əlinin üstə. 
Xacənin xəyalı, nəqşi-eyvandır, 
Ev isə binadən belə virandır. 
Qocanın işləri olarkən əngəl. 
Sürtürdü arvadı hey ona səndəl. 
Əhval ki, dolaşdı, pozuldu məzac,  
Nə əfsun saqaldar, nə də ki, əlac. 
 
 
2. Hekayət 
 
 
Bir qoca belə  nəql edirdi ki, bir qızla evlənmişdim, evi gül-
çiçəklə  bəzəmiş, aranı  xəlvət eləmişdim, könlümü ona vermiş, 
gözümü ona dikmişdim. Uzun gecələri yatmaz, ona lətifələr və 
məzhəkələr deyərdim ki, bəlkə ürəyini  ələ alam, qorxudan çıxa, 
mənimlə ünsiyyət bağlaya, o cümlədən bir gecə deyirdim: «Baxtı
sayıq, dövlətin ayıq imiş ki, tərbiyyəli, təcrübəli, dünyagörmüş, 
zamanın isti–soyuğunu dadmış, yaxşı–pisi tanıyan, qədir bilən, söz 
anlayan, təbiəti xoş, dili şirin, dostluq bacaran mənim kimi mehriban 
bir qocaya rast gəldin». 
 
Şer 
 
Çalışıb qəlbini alaram ələ, 
İncitsən dözərəm zülmə cananım. 
Tuti tək xorəyin qənd olsa əgər, 
Bax sənə qurbandır bu şirin canım. 
 
 
187
 
Nə yaxşı ki, sən  şorgöz, acısöz, hərdən bir xəyalə düşən, ayağı 
sürüşkən, hər gecə bir yerdə yatan, hər gün bir yarla dostluq qatan, 
qocaların  əksinə olaraq, əql ilə deyil, cəhl ilə  rəftar edən bir nadan 
cavanın çənginə keçməyibsən. 
 
Şer 
 
Gözəl, ay camallı nazlı hər cavan, 
Olmaz məhəbbətdə sadiq çox zaman. 
Bülbülü eşqinə sanma vəfadar, 
Ki hərdəm bir gülün üstünə qonar. 
 
Beyt 
 
Özündən yaxşıyla gəz axşam–səhər, 
Özün kimisiylə vaxtın boş keçər. 
 
 O 
qədər belə yağlı dil tokdüm, elə bildim könlünü ələ ala bilmiş, 
özünü tələyə sala bilmişəm. Elə bu zaman dərdli sinəsindən soyuq, 
dərin bir ah çəkib dedi: – Sənin dediyin bu sözlərin çəkisi mənim ağı
tərəzımdəki çəkisi, vaxtı ilə  məni tutmuş mamaçadan eşitdiyim bir 
söz qədəri də deyildir. Mamaçam deyirdi: 
 –Cavan 
gəlinin yanında tirin uzanması, pirin oturmasından 
yaxşıdır. 
 
Şer 
 
Arvad ər önündə bir şey gördü ki, 
Oruc dodaqlartək büzülüb qalmış. 
Dedi ki, ölüyə əfsun kar etməz
Bu yazıq əbədi yuxuya dalmış. 
 
Şer 
 
Əgər arvad ər yanından acıqlanıb durarsa, 
Belə evdə cəngü–cədəl, fitnə–fəsad törəyər. 
Bir qoca ki, əsa ilə qalxıb durur ayağa, 
Öz əsası qalxarmı heç çalışsa da nə qədər. 


 
188
 
 Xülasə razılıq olmadığı üçün ayrılmalı olduq. İddə
104
 vaxtı 
qurtardıqdan sonra onu tünd xasiyyət, acıdil, bədtinət, yoxsul bir 
cavana ərə verdilər. Qadın döyülür, söyülür, əzab, əziyyət çəkirdi. 
 Bununla 
belə ağızdolusu deyirdi: – Allaha şükür o əzablı dəhşət-
dən qurtarıb bu nəşəli nemətə çatmışam. 
 
Şer 
 
Tünd xasiyyət, inadla mənə çox zülm etdin sən, 
Yenə nazın çəkirəm, çünki ay tək gözəlsən. 
Cəhənnəmdə səninlə birkə yaimaq yaxşıdır, 
Başqasila çənnətdə könülsüz kef çəkməkdən. 
Bir gözəlin ağzından soğan iyi gələrsə, 
Xoşdur çirkii əlində tutduğu gül–çiçəkdən. 
 
 3. 
Hekayət 
 
 Diyarbəkrdə bir qocaya qonaq oldum. Onun çoxlu malı və gözəl 
bir oğlu var idi. Bir gecə qoca dedi: 
 –Ömrümdə bundan başqa övladım olmayıbdır. Bu vadidə 
ziyarətgah deyən bir ağac vardır ki, adamlar dilədiklərini almaq üçün 
ora gedirlər. Mən həmən ağacın altında uzun gecələr oturub ağlamış 
və çoxlu dua etdikdən sonra allah bunu mənə əta etmişdir. 
 
Oğlan isə bu vaxtda astadan yoldaşlarına deyirdi: 
 –Kaş o ağacın yerini biləydim, gedib dua eləyəydim, atam 
öləydi. 
 
Ata sevinirdi ki, oğlum ağla çatıb; oğul deyinirdi ki, atam nə 
üçün ölmür. 
 
Şer 
 
İllər keçir lakin güzər etmirsən, 
Öz atanın məzarına heç zaman. 
Sən atana nə hörmətlər etdin ki, 
O hörməti gözləyirsən oğlundan? 
 
 4. 
Hekayət 
 
189
 
 
Bir gün cavanlığıma salıb bərk qaçmış, yorulub gecəni bir dağı
ətəyində qalmışdım. Karvanın arxasınca asta–asta gələn bir qoca 
dedi: – Nə oturubsan, bura yatmaq yeri deyil! 
 
 Dedim: 
–Necə yeriyim, ayağım getmir. 
 Dedi: 
–Eşitməmisən ki, deyiblər: «Yeriyib oturmaq, qaçıb yıxıl-
maqdan yaxşıdır». 
 
Şer 
 
Ey mənzilə çatmaq üçün tələsərək can atan, 
Heç tələsmə, səbrli ol, mənə qulaq as bir az, 
Ərəb atı tələsərək qoşa çapar, yorular, 
Dəvə isə gecə-gündüz asta gedər yorulmaz. 
 
 5. 
Hekayət 
 
 
Cəld, gülər üz, şirin söz bir cavan oğlan mənimlə dostluq edirdi, 
heç bir dərdi ürəyinə salmaz, heç bir qəmi yaxına buraxmaz, 
dodaqları gülüşdən əskik olmazdı
 
Çoxdan idi ki, görüşmürdük, bir dəfə ona rast gəldim, gerdüm 
arvad almış, övlad basmış,  şadlığın kökü kəsilmiş,  şənlik gülü 
solmuş. Dedim: 
 –Kefin 
necədir, neçə dolanırsan?  
 Dedi: 
 –Uşaqlar olandan uşaqlığı buraxmışam. 
 
Beyt 
 
Uşaqlıq və gənclik, qocalıq nədir? 
Bizi xofa salan bu zəmanədir. 
 
Şer 
 
Qocaldınsa əl götür uşaqlıq şıltağından 
Burax qalsın gənclərə hər oyun, hər zarafat. 
Cavanlığın şövqani qocalardan gəl umma, 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə