Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə41/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

 
194
borcudur. 
 
Şer 
 
Kiçik ikən har uşaq edilməzsə tərbiyət
Böyüyəndə görünməz onda ədəb, nəzəkət. 
Yaş çubuğu, istəsən hər şəkilə salarsan 
Od qurudub düzəldər o çubuğu nəhayət. 
 
 Alimin 
çavabı, oğluna qarşı  tələbkarlığı  şahın xoşuna gəldi. 
Ənam bağışladı, xələt verdi, rütbəsini artırdı
 
 4. 
Hekayət 
 
 
Məğrib ölkəsində qaraqabaq, acıdil, tündxasiyyət, mərdümazar, 
gəda təbiət, bədgirdar bir mədrəsə müəllimi gördüm. Sir-sifətini 
görən müsəlmanların işi düz gətirməz, quran oxumasına qulaq 
asanların üzü gülməzdi. Bakirə  qızlar, pakizə  oğlanlar onun əlindən 
zara gəlmişdilər, nə gülməyə cürət edirdilər, nə danışmağa cəsarət: 
Gah birinin al yanağına sillə vurardı, gah o birinin əl-ayağını 
fələqqəyə qoyardı. Müxtəsəri axırda, valideynlər onun qəddarlığını 
başa düşdülər, döydülər, incitdilər, mədrəsədən qovdular. Dərsləri 
həlim, yumşaq xasiyyət, mehriban, ehtiyacı olmayınca danışmayan, 
heç kəsin qəlbinə  dəyməyən, könlünə toxunmayan bir müəllimə 
tapşırdılar. 
 Birinci 
müəllimin qorxusu şagirdlərin ürəyindən çıxdı, ikinci 
müəllimin mələk təbiətli olduğunu görüb div xasiyyətli olmağa 
başladılar. Onun həlimliyinə bel bağlayıb elm oyrənməyi tərk etdilər, 
oxumaq  əvəzinə oyun çıxardır, min bir gələk qururdular, əlindəki 
yazı lövhələrini bir-birinin başına vurub qırırdılar. 
 
Beyt 
 
Müəllim olarsa səssiz, mülayim, 
Uşaqlar bazarda oynayır daim. 
 
 
İki həftədən sonra həmən mədrəsənin yanından keçirdim, 
gördüm birinci müəllimin könlün alıb yenə öz yerinə qaytarmışlar. 
 
195
ığını deyim ki, bərk incidim, ixtiyarsız olaraq dedim: «Yenə də bu 
iblisi bu mələklərə müəllim ediblər?!» Dünyagörmüş hazırcavab bir 
qoca dedi: 


 
196
Şer 
 
Mədrəsəyə göndərdi oğlunu bir padşah, 
Gümüş bir lövhə qoydu onun yanına həmən. 
Lövhün başı üstündə qızıl xətlə yazdırdı
Xoşdur ustad cəfası ata məhəbbətindən. 
 
 
 
5. Hekayət 
 
 
Bir zahid oğluna  əmilərindən çoxlu miras qaldı. O, bunu eyş 
işrətə israf etməyə başladı. Görmədiyi yaramaz iş, dadmadığı içki 
qalmadı. Nəhayət ona nəsihət verib dedim: 
 –Oğul, adamın gəliri çaya, eyş–işrət isə dəyirmana oxşar. Yalnı
o adam kefi istədiyi kimi xərcləyə bilər ki, kifayət qədər gəliri olsun. 
 
Xərçini az elə, yoxdursa gəlir
«Dəniz mahnısında» belə deyilir. 
«Yağmasa dağlara əgər yağış, qar, 
Bir ilin içində Dəclə quruyar». 
 
 –Ağlını başına toplayıb eyş–işrətdən  əl çək. Var–dövlətin 
tükənər, darlığa düşüb peşmançılıq çəkərsən! 
 Kef 
məclisində çalğıya qulaq asmaq oğlana xoş  gəldiyi üçün 
sözüm qulağına batmadı, etiraz edərək dedi. 
 –Bu 
günün 
şadlıq və sevincini sabahkı  qəm qorxusu ilə puç 
etməyi aqıllı adamlar bəyənməzlər. 
 
Şer 
 
O varlı-dövlətli bəxtəvərlərin, 
Bəd gündən varmıdır qorxusu bəyəm?  
Kefindən əl çəkmə bir anda, dostum, 
Sabahkı gün üçün bü gün çəkmə qəm. 
 
 Bundan 
əlavə  mən səxavət taxtında oturub, mərhəmət kəmərini 
belimə bağlamışam və əliaçıqlıqda camaat içində şöhrət qazanmışam. 
 
 
197
Şer 
 
Kimin səxavətdə çıxdısa adı
Pulu saxlamağı o bacarmadı
Elə ki, yaxşı ad qazandı insan, 
Kərəm qapısını bağlamaz bir an. 
 
 
Nəsihət qəbul etmədiyini və  mənim isti nəfəsimin onun soyuq 
dəmirinə  təsir etmədiyini gördükdə, öyüd verməkdan  əl çəkdim, 
onunla dostluğu kəsdim və filosofların bu sözünü yerinə yetirdim: 
«Sən sözünü de, qəbul etməsələr, özləri təqsirkardırlar». 
 
Şer 
 
Sözünə yoxsa da bir qulaq asan, 
Sən yenə öyüd ver mərd-mərdana. 
Çox çəkməz görərsən döşünə döyən 
İlişib düşəndə dara, zindana, 
Əlini dizinə vurub söyləyir: 
Kaş qulaq asaydım o mərd insana. 
 
 Az 
keçdikdən sonra, necə ki, düşünmüşdüm, elə  də oldu. Onu 
acınacaqlı bir vəziyyətdə gördüm: paltarlarına yamağı yamaq üstün 
dən vurub, bir loğma çorək üçün dilənirdi. Əhvalına ürəyim yandı, bu 
halda onu, danlamağı və yaralı ürəyinə duz səpməyi insafsızlıq hesab 
edib öz-özümə dedim: 
 
Şer 
 
Yaramaz bir hərif məstlik zamanı
Düşünməz ki, sabah qalacaq darda. 
Ağaclar baharda meyvə versə də, 
Qış fəsli lüt qalar soyuqda, qarda. 
 
 
 6. 
Hekayət 
 
 Bir 
şah oğlunu bir ədibə tapşırıb dedi: 
 –Bunu 
öz 
övladın kimi tərbiyə et! 


 
198
 
Ədib baş, əyib hökmdarın tapşırığını qəbul etdi. O, uzun müddət 
oğlanın tarbiyəsilə  məşğul olub, səy göstərdisə  də, heç bir fayda 
vermədi. Ədibin öz oğlanları isə elm və bilikdə şöhrət tapdılar. Şah 
ədibə qəzəblənib dedi: 
 –Vədə xilaf çıxıb, tapşırığımı sədaqətlə yeriiə yetirmədnn. Ədib 
dedi: 
 –Böyük 
hökmdar 
bilməlidir ki, tərbiyə eyni idi, qabiliyyət isə 
müxtəlif! 
 
Şer 
 
Doğrudur ki, daşdan çıxar cəvahir, 
Lakin hər daşda bil cəvahir olmaz. 
Hər yerdən görünər Süheyl
105
 ulduzu, 
Lakin hər məkanda təsir bir olmaz. 
 
 7. 
Hekayət 
 
 Bir 
mürşüdün öz müridinə belə dediyini eşitdim: – Əgər insan 
övladı ruziyə bağlı olduğu qədər ruzi verənə baqlı olsaydı, mövqeyi 
mələklərdən üstün olardı
 
Şer 
 
Allah səni unutmadı öz ananın bətnində, 
Ki huşsuz və hissiz olan bir nütfəydin o zaman. 
Belə yazıq vəziyyətdə qaranlıq bir guşədə. 
Əta etdi sənə: əqal, nitq, şüur, camal, can. 
Əllərində yaratdı o xoş düzülmüş on barmaq, 
İki güclü qol düzəldib asdı iki yanından. 
Ey hümmətsiz, indi necə xəyalına gəlir ki, 
Gün keçdikcə unudacaq səni böyük yaradan. 
 
 8. 
Hekayət 
 
 Gördüm 
bir 
ərəb oğluna hey belə deyir: – Ey oğul, qiyamət günü 
səndən soruşacaqlar əməlin nədir, soruşmayacaqlar atan kimdir. 
 
 
199
Şer 
 
Gəbə örtüyünü öpməyirlər ki, 
Onu toxumuşdur bir ipək qurdu. 
Bəlkə o, bir əziz kəslə oturub, 
Onun şərəfilə möhtərəm oldu. 
 
9. Hekayət 
 
 Alimlərin yazdığına görə  əqrəbin doğumu başqa heyvanları
doğumuna oxşamaz.  Əqrəbin balası anasının qarnını deşib bayıra 
çıxar. Buna görə onların yuvasından əqrəb qabıqları tapılar. 
  Bir gün bir hökmdarın yanında həmin məsələ haqqında 
danışdım. O dedi: 
 –Mən də bu sözün doğruluğuna inanıram,  şübhəsiz bu cür də 
olmalıdır, çünki ancaq kiçiklikdə anası ilə belə  rəftar edən, 
böyüklükdə belə bir şöhrət tapar və hörmət qazanar. 
 
Şer 
 
Oğluna vəsiyyət edərkən ata, 
Dedi gəl unutma bu nəsihəti, 
Kim sadiq olmasa öz nəsəbinə, 
Nə bir dostu olar, nə də hörməti. 
 
 10. 
Hekayət 
 
 
Yoxsul bir dərvişin arvadı hamilə idi, doğum vaxtına az qalırdı
dərvişin isə ömründə uşağı olmamışdı. Dedi:  
 – 
Əgər allah mənə oqul versə, əynimdəki xirqədən başqa nəyim 
varsa hamısını fəqar-füqəraya bağışlayacağam.  
 
Təsadüfən oğlu oldu, əhdini yerinə yetirib var-yoxunu dərvişlərə 
payladı
 
Şam səfərindən qayıdarkən yolum o kənddən düşdü, kefini 
soruşdum, dedilər zindandadır. Səbəbini bilmək istədim. Dedilər: – 
Oğlu şərab içibdir, dava edibdir kimin isə qanın töküb qaçıbdır. Onun 
əvəzinə atasının boynuna kəndir salıb, ayağına zəncir vurub 
aparıblar. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə