Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə37/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

 
176
 
Səmadan nazil olmuş bir mələkdi sanki xilqətdə
Ki, yerdə bir bəşər mümkün deyildir bu lətafətdə  
Qəsəm ol dostluğa kim, ondan ayrı boşdur hər söhbət,  
Ki, olmaz insan övladı belə hüsnü vəcahatdə. 
 
 
Birdən ölüm yatağına yatdı, ayağı  əcəl torpağına batdı
evlərindən qalxan fəraq naləsi göyə dayandı, qəlbim od tutub yandı
Bir neçə gün qəbri üstdən ayrılmayıb, fəraqi haqqında bir şer yazdım. 
O cümlədən dedim: 
 
Şer 
 
Ayağına batan zaman əcəlin sərt tikanı
Kaş başımı öz əlilə qoparaydı bu fələk. 
Ta ki, gözüm görməyəydi sənsiz qalmış cahanı
Məzarına mənəm gələn başıma gül tökərək. 
 
Şer 
 
O gözəl ki, heç bir qərar tutmadan, 
Gül nəstərən bəsləyəydi hər zaman. 
Öz gülünü soldurdu bu zəmanə, 
Torpağında bitirdi vəhşi tikan. 
 
 Dilbərin fərağından sonra and içdim, nə  qədər sağam bir daha 
eyş fərşini açmayam, ömrümün sonuna qədər işrət məclisinə qədəm 
basmayam. 
 
Şer 
 
Dəniz fayda verərdi çox olmasaydı tufanı
Gül söhbəti xoş olardı olmasaydı tikanı
Tavus kimi nazlanırdım dünən vüsal bağında 
Bu gün isə qıvrılıram ilan tək fərağında 
 
19. Hekayət 
 
 
177
 
Ərəb  əmirlərindən birinə Leyli və  Məcnun  əhvalatını danışaraq 
dedilər: 
 –Məcnun elm–fəzilət sahibi olmasına baxmayaraq, əqlini itirib 
çöllərə düşmüşdür. 
 
Əmr etdi ki, Məcnunu tapıb onun hüzuruna gətirsinlər. Məcnunu 
gətirdilər. Əmir onu danlayaraq dedi: 
 
–Şərəfli insan sifətində nə nöqsan gördün ki, heyvan xasiyyətini 
qəbul edib, adamlarla ünsiyyətdən əl çəkdin? 
Məçnun ağlayaraq cavab verdi: 
 
Beyt 
 
 Onu  sevdiyimə gülənlər ki, var, 
 Kaş yarı bir dəfə görəydi onlar! 
Hər kəs axtarırsa mənim eybimi, 
 Kaş yarın hüsnünü görəydi bir an. 
 Onun  camalına olaraq heyran. 
Əlini kəsəydi bir turunc kimi. 
 
 
Məcnunun sözlərinin düzgün olub–olmadığını öyrənmək, bu 
qədər fitnəyə  səbəb olan bir gözəli görmək məqsədilə  əmir Leylini 
çağırtdırmağı  əmr etdi. Bütün ərəb tayfalarını gəzib Leylini tapdılar 
və onu əmirin sarayına gətirdilər.  Əmir Leylini gözdən keçirdi, 
qarayağız, arıq bir qız gördü, xoşuna gəlmədi, onun hərəmxanasında 
olan  ən axırıncı  kəniz gözəllikdə Leylidən qat–qat üstün idi. Ona 
görə  də artıq Leyliyə  əhəmiyyət vermədi. Məcnun bunu hiss edib 
dedi: 
 –Leylinin 
gözəlliyini dərk etmək üçün, ona Məcnunui gözü ilə 
baxmaq lazımdır. 
 
Şer 
 
Yar kuyindən gələn səsi göyərçinlər eşitsə, 
Mənim kimi fəğan edib inildəyər onlar da. 
Ey dostlarım, mənə tənə vuranlara deyiniz, 
Ki, dərdimi duymaq üçün duyğu yoxdur oilarda. 
 
Şer 


 
178
 
Sağlamlar nə bilir nədir dərdü ğəm
Dərdimi anlayar dərd çəkən həmdəm. 
Arı nəştərini dadmayana sən, 
Arıdan nə üçün söhbət edirsən? 
Olmasa əhvalın bizim tək əgər, 
Halımız sənə bir əfsanə gələr. 
Ağrımı özgəyə bənzətmə sən də, 
Duz onun əlində, yarasa məndə. 
Şer 
Sən bilməzsən məndə olan əhvalı
Mənim dostum öz həmdərdim olmalı
Ta söyləyim dərdimi o həmdərdə, 
İki odun yaxşı yanar bir yerdə. 
 
 20. 
Hekayət 
 
 
Həmədan qazısı haqqında danışırlar ki, o bir nalbənd oğluna 
bənd olmuş, qəlbinin nalını oda qoymuşdu, bir müddət dərdilə 
kədərlənmiş, bir müddət  ətrafında hərlənmiş, gah dalınca düşüb 
gedərmiş, gah haqqında danışıb, şer deyərmiş. 
 
Şer 
 
Gözümə göründü o sərv qamət, 
Qəlbimi qaparaq saldı ayağa. 
Ürəyi kəməndə salan bil, gözdür, 
Qəlbi qorumaqçın gözünü bağla. 
 
 Deyirlər ki, bir dəfə yoldan gecərkən oğlan qazının yolunu kəsdi, 
özü haqqında deyilən bəzi sözləri eşitdiyinə və bərk incidiyinə görə, 
qazını söyməyə başladı, ürəyi soyumadı, sonra onu daşladı, ağzına 
gələni dedi, olmazın hörmətsizliklər etdi. 
 Qazı əhvalatı müşahidə edən, onunla birlikdə gedən üləmalardan 
birinə demişdi: 
 
Beyt 
 
 
179
Gözəlin acığı nazə bərabər, 
Üzünü turşutsa şirin dad verər. 
 
 
Ərəb ölkələrində belə bir məsəl var, deyərlər: –«Sevgilinin söyü-
şü şirin kişmiş kimidir». 
 
Beyt 
 
Sənin gül əlindən yumruq yesəm mən, 
Xoşdur öz əlimlə çörək yeməkdən. 
 
 
 Qara–qışqırıq salır, demək razılıq iyi gəlir. 
 
Beyt 
 
Üzüm qora çağı turş olar yəqin, 
Üç-dörd gün səbr elə ki, olsun şirin. 
 
 Qazı bunu deyib geri döndü, gəlib qəzavət kürsüsündə oturdu. 
Onun xidmətində olan mənsəb sahiblərindən bir neçəsi baş  əyib 
təzim etdilər, yeri öpüb belə dedilər: 
 
–Ədəb xaricində olsa da, icazə verin sizə bir sual verək. 
Böyüklər deyiblər: 
 
Beyt 
 
Hər bir sözə irad tutmaq bil, deyildir, məsləhət, 
Böyüklərə qələt tutmaq özü sayılar qələt. 
 
 
Lakin bütün ömrümüz boyu sizdən mərhəmət görüb, ənam 
aldığımız üçün, bildiyimiz məsləhəti deməsək, xəyanət etmiş olarıq. 
Yaxşısı budur ki, sən bu nalbənd oğlundan əl çəkib öz ehtiras süfrəni 
yığışdırasan, pak qəzavət kürsüsünü belə çirkin işlərlə  kəsafətə 
bulaşdırmayasan. Hərifin kim olduğunu kördünüz, hərfin nə 
olduğunu eşitdiniz. 
 
 Şer 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə