Microsoft Word Sadi Gulustan doc


ızlığa etmişsə adət,  Özgə həyası



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə38/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

 
180
Biri həyasızlığa etmişsə adət
Özgə həyasına verərmi qiymət? 
Çox olmuş əlli il yaxşı qalan ad 
Bir çirkin iş ilə olmuşdur bərbad! 
 
 Qazı dostlarının fikrini bəyəndi, onların xeyrxahlığına qarşı 
təşəkkür etdi, və dedi: – Mənim haqqımda əziz dosqlarımın dedikləri 
tamamilə düzdür, ona etiraz ola bilməz, çünki doğru sözdur, lakin: 
 
Beyt 
 
Nə qədər kefindir elə məzəmmət 
Zəncini yumaqla ağarmaz əlbət. 
 
181
Beyt 
Bu dünyada səni mənə unutduran iş varmı
Başı qopmuş bir ilanam, qıvrılmasam olarmı
 
 
Bunu deyib onu yola gətirmək üçün adam saldı, mal tökdü, pul 
xərclədi, hədiyyə aldı. Demişlər ki, kimin qızılı qovluğundadır, onun 
gücü də öz qolundadır; kimin dünyada kisəsi boşdur, onun da 
dünyada heç kəsi yoxdur. 
 
Beyt 
 
Qızılı kim görsə ona baş əyər 
Dəmirqol tərəzi olsa da əgər. 
 
 Müxtəsər, bir gecə aranı xəlvət eləmişdilər ki, darğaya da xəbər 
çatdı. Qazı bütün gecəni  şərab içir, sevgilisinin gah sağına, gah 
soluna keçir, məhəbbətin şiddətindən belə zümzümə edirdi: 
 
Şer 
 
Ey kaş xoruz banlamasın bu səhər erkən, 
Aşiqlər hələ doymadı məşuqələrindən 
Yatdıqda yarın sən oyaq ol, fürsəti vermə, 
Bu ömrü, amandır, belə bivayə keçirmə. 
Məsciddən azan səsləri yüksəlsə də hər an
Ya təbl sasi qalxsa Atabəy sarayından. 
Sən açma xoruz gözləri tək ləbləri zinhar, 
Əfsanə demə, etmə sən ez sirrini izhar. 
 
 Qazı bu vəziyyətdə idi ki, yaxın adamlarından biri gəlib dedi: – 
Nə oturmusan qalx, nə  qədər bacarırsan tez qaç! Paxılların sənə 
həsəd aparıb xəbərçilik etmişlər, bəlkə də haqq demişlər. Nə qədər ki, 
fitnə odu alovlanmayıb, bəlkə onu tədbir suyu ilə söndürək, sabaha 
qalsa güclənib yanğına çevrilər, yayılıb dünyanı bürüyər. 
 Qazı gülümsəyərək ona baxdı və dedi: 
 
Şer 
 


 
182
Şirlər ov üstünə pəncə açanda,  
Nə fayda itlərin hürüşməsindən. 
Yarınla üz–üzə söhbət elə, qoy 
Əlinin dalını çeynəsin düşmən. 
 
 O 
gecə  şaha da məlumat verdilər ki, sənin ölkəndə belə bir 
murdar hadisə baş vermişdir, əmrin nədir? 
 
Şah dedi: – Mən onu əsrimizin görkəmli alimi, misilsiz qazısı 
kimi tanıyıram, ola bilər düşmənləri bu hadisəni onun haqqında 
uydurmuş olalar, bu məsələni yoxlamayınca mən ona inana 
bilmərəm. Ağıllı adamlar deyiblər: 
 
Şer 
 
Hirslənib qılınca tezcə əl atsan, 
Sonra peşmançılıq baş verər inan. 
 
 Qazının yanına gəldi. Gördü şam yanır, oğlan oturub, şərab 
dağılıb, qədəh sındırılıb, qazı isə özündən getmiş, dünyadan bixəbər, 
məst, sərxoş, bihuş, mədhuş bir halda yatır.  Şah ehmalCa qazını 
oyadaraq ahəstə dedi: – Dur, günəş çıxmışdır. 
 Qazı işin nə yerdə olduğunu başa düşüb soruşdu: 
 – 
Hansı tərəfdən çıxmışdır? 
 Dedi: 
–Hər gün çıxdığı tərəfdən, məşriqdən. 
 Dedi: 
–Allaha 
şükür olsun ki, tövbə qapıları hələ açıqdır, hədisdə 
deyilib: «Tövbə qapıları o zaman bağlanar ki, günəş məğribdən çıx-
sın». İlahi tövbə edirəm, bağışlanmağımı istəyirəm. 
 
Şer 
 
Mənə iki şeyi tutdular nöqsan, 
Qarabəxt dedilər bir də ki, nadan. 
Sən məni həbs etsən, haqdır, yeri var, 
Əfv etsən cəzadan daha xoş olar. 
 
 
Şah dedi: – İndiki halda, öldürüləcəyini bildikdən sonra tövbənin 
faydası yoxdur, hətta bu barədə belə bir ayə də vardır: «Cinayətdən 
sonra tövbənin xeyri yoxdur». 
 
183
 
Şer 
 
O oğrunun tövbəsindən nə fayda, 
Ki, kəməndi ata bilmir saraya. 
Ucaboya «meyvə dərmə» deməli, 
Gödəklərin onsuz da çatmır əli 

 Belə bir iyrənc iş tutduqdan sonra bağışlanmağın qeyri-müm-
kündür. 
 
Şah bunu decək, çəza müvəkkilləri tökülüb qazının  əl-ayağını 
bağladılar. 
 Qazı dedi: – Şaha deyəcək mənim daha bir sözüm qalmışdır. Şah 
eşitdi və dedi: – O nə sözdür?  
 Qazı dedi: 
 
Şer 
 
Ətəyindən məlamət yağdıranda mənə sən. 
Zənn etmə ki, əlimi üzərəm ətəyindən. 
Bu günah ki, mənim var, xilas olmaq çətindir, 
Bircə ümid qalıbdır, o da kəramətindir. 
 
 
Şah dedi: – Bu şeri çox gözəl dedin, sözü qəribə bir məharətlə 
yerində işlətdin. Lakin əqlə müvafiq, şərə mütabiq olmaz ki, sənin bu 
günkü hazırcavablığın canını  mənim  əlimdən xilas etsin. Əmr 
edəcəyəm səni saray qülləsindən atsınlar ki, başqaları da görüb ibrət 
alsınlar. 
 
Dedi: –Ey yer üzünün allahı, mən sənin xanədanının yetişdirmə-
siyəm, özü də bu günahı  tək mən etməmişəm, çoxları etmişlər, 
başqaların at ki, mən ibrət alım. 
 
Şahı gülmək tutdu, təqsirindən keçdi, qətlini tələb edənə isə belə 
dedi: 
 
Beyt 
 
Sənin öz canında varikən nöqsan, 
Neçin başqasında eyb axtarırsan? 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə