Müasir Azərbaycan dili
145
Quluşuna görə söz birləşmələri sadə və mürəkkəb olur.
Ümumiyyətlə, söz birləşmələrinin əsas və asılı tərəfinin ifadə
vasitəsini nəzərə almaqla, onu aşağıdakı qruplara ayırmaq olar:
1.Həm əsas, həm də asılı tərəfi bir sözlə ifadə olunanlar.
Məsələn,
maraqlı kitab, kəndin mənzərəsi, dağdakı hadisə
və s.
2.Əsas tərəfi söz, asılı tərəfi söz birləşməsi ilə ifadə
olunanlar. Məsələn
, məktəb direktorunun çıxışı, kənd həyatının
çətinlikləri və s
.
3. Əvvəlkinin əksinə olaraq, əsas tərəfi söz birləşməsi,
asılı tərəfi sözlə ifadə olunanlar. Məsələn,
müəllimin iş otağı,
şagirdin yazı yazmağı və s.
4. Həm əsas, həm də asılı tərəfi söz birləşməsi ilə ifadə
olunanlar. Məsələn,
Sinif rəhbərinin iş otağı, yaşayış evinin
giriş qapısı və s
.
Qeyd olunan birləşmələrdən birinci qrupa daxil olanlar
quruluşca sadə, ikinci, üçüncü, dördüncü qrupa daxil olanlar
isə mürəkkəb birləşmələr hesab edilir. Bundan başqa,
dilimizdə elə birləşmələr də vardır ki, asılı tərəfi
bir neçə
sözdən ibarət olub, həmin sözlərin hər biri özlüyündə birbaşa
əsas tərəflə əlaqələnir. Məsələn,
dağdakı həmin üç maraqlı
hadisə, səhər avtobusla işə gedəndə və s
. Bu cür birləşmələr də
quruluşca mürəkkəb birləşmələr hesab edilir.
Beləliklə, iki sözdən əmələ gələn birləşmələr sadə,
ikidən artıq müstəqil sözdən əmələ gələn birləşmələr mürəkkəb
birləşmələr hesab olunur. Mürəkkəb birləşmələr sadə
birləşmələrin bu və ya başqa şəkildə genişlənməsi nəticəsində
əmələ gəlir və onlar da sadə birləşmələrdə istifadə olunan
qrammatik formalara əsaslanır. Mürəkkəb birləşmələr söz
çoxluğu və məzmun genişliyi ilə sadə birləşmələrdən fərqlənir.
Gülarə Abdullayeva
146
Əsas tərəfin ifadə vasitəsinə görə
söz birləşmələrinin növləri
Tabe edən tərəfin, yəni əsas tərəfin nitq hissələri ilə
ifadəsinə görə söz birləşmələri 3 cür olur: ismi
birləşmələr, feli
birləşmələr və zərf birləşmələri.
İsmi birləşmələr. Təyini söz birləşmələri.
İsmi birləşmələr dedikdə əsas tərəfi adlarla, yəni isim və
ya isimləşmiş sözlər və birləşmələrlə ifadə olunan birləşmələr
nəzərdə tutulur. Bu birləşmələrin ən çox yayılmış formaları
bunlardır:
1. İsim+ isim modeli əsasında düzələnlər. Məsələn,
daş
hasar, məktəb illəri, dağın havası.
2. Sifət + isim modeli əsasında düzələnlər
. Məsələn,
dadlı meyvə, gözəl şəhər, geniş küçə, ağsaqqal nəsihəti,
qocanın öyüdü və s.
3. Say + isim modeli əsasında düzələnlər
. Məsələn,
beş
kitab, xeyli adam, beşinci sinif və s.
4. Əvəzlik + isim modeli əsasında düzələnlər
. Məsələn,
həmin yer, sənin kitabın, bu dağlar və s.
5. Feli sifət +isim modeli əsasında düzələnlər. Məsələn,
gələn adam, oxunmuş kitab, yazılacaq məktub və s.
İsmi birləşmələrin nisbətən az yayılmış və az işlənən
formaları da vardır. Bunlar aşağıdakılardır:
1.İsim+say modeli əsasında düzələnlər. Məsələn,
tələbələrdən biri, uşaqlardan üçü.
2.
Əvəzlik + say modeli əsasında düzələnlər
. Məsələn,
bizim birimiz, onların ikisi.
3.
İsim + sifət modeli əsasında düzələnlər
. Məsələn,
uşaqların ən kiçiyi, kitabın qalını.
4.
Əvəzlik + sifət modeli əsasında düzələnlər. Məsələn,
bizim böyüyümüz, onların qorxağı.
Müasir Azərbaycan dili
147
5.
Sifət + sifət modeli əsasında düzələnlər
. Məsələn,
gözəllər gözəli, yaxşılar yaxşısı.
6.
Məsdər + isim modeli əsasında düzələnlər
. Məsələn,
oxumaq həvəsi, işləmək arzusu və s. yaxud
isim + məsdər
formasında düzələnlər. Məsələn,
quşun oxumağı, natiqin
danışmağı.
Təsadüfi hallarda işlənən
bizim oxuyanımız, onların
oxumuşu və yaxud
beşdən biri, (beşin ücü) və s. kimi
birləşmələr də ismi birləşmə hesab olunur.
İsmi birləşmələr iki yolla əmələ gəlir: 1.Analitik yolla.
2.Sintetik yolla. Analitik yolla əmələ gələn ismi birləşmələrdə
xüsusi şəkilçidən istifadə olunmur. Belə birləşmələrin əmələ
gəlməsində söz sırası və intonasiya əsas rol oynayır. Məsələn,
gözəl həyat, uca dağ, üç dost, belə bağ və s. Analitik yolla ismi
birləşmələrin əmələ gəlməsində bəzən köməkçi sözlərdən, daha
doğrusu, qoşmalardan istifadə olunur. Məsələn
, Əli kimi adam,
iş üçün alət və s
. Sintetik yolla əmələ gələn ismi birləşmələrdə
şəkilçilər əsas vasitə hesab olunur. İsmi birləşmələrin çox
hissəsi bu yolla əmələ gəlir. Məsələn,
evin qapısı, dağın
zirvəsi, bizim arzumuz, məktəb direktoru və s.
İsmi birləşmələr iki böyük qrupa bölünür:
1.Təyini söz birləşmələri.
2.Qeyri-təyini ismi birləşmələr. Bəzi dilçilik
kitablarında ikinci qrup, təyini söz birləşmələrinə daxil
olmayan ismi birləşmələr də adlandırılır.
Təyini söz birləşmələrinin tərəfləri arasında atributiv
əlaqə özünü göstərir, yəni bu birləşmələrdə təyinlə təyin
olunanın münasibəti formalaşır. Formal xüsusiyyətlərinə,
yaranma yollarına görə təyini söz birləşmələrinin də dilimzdə
üç növü qeyd olunur: birinci növ təyini söz birləşmələri,
ikinci
növ təyini söz birləşmələri, üçüncü növ təyini söz birləşmələri.
Birinci növ təyini söz birləşmələrinin əmələ
gəlməsində heç bir qrammatik- morfoloji əlamətdən istifadə
edilmir. Belə birləşmələr sözlərin yanaşmasından əmələ gəlir,
Gülarə Abdullayeva
148
birinci tərəf atributiv, ikinci tərəf isə həmişə substantiv
xüsusiyyət daşıyır.
Heç bir morfoloji əlamət olmadan əsas sözün asılı sözə
yanaşması nəticəsində əmələ gələn təyini söz birləşmələri
birinci növ təyini söz birləşmələri adlanır.
Birinci növ təyini söz birləşmələri yaranma tarixinə
görə digər növlərlə müqayisədə daha qədimdir.
Birinci növ təyini söz birləşmələrinə
yaxşı kitab,
maraqlı dərs, gözəl vətən, oxuyan tələbə və s. misal göstərmək
olar.
Bu birləşmələrin tərəfləri arasında məna əlaqələrindən
atributiv, sintaktik əlaqələrdən yanaşma əlaqəsi özünü göstərir.
Birinci növ təyini söz birləşmələrinin tərəflərinin ifadə
vasitələri müxtəlif və rəngarəngdir. Birləşmənin ikinci tərəfi
bir qayda olaraq isim və ya substantivləşmiş hər hansı bir sözlə,
birinci tərəfi isə əsasən atributiv mənalı nitq hissələri ilə, yəni,
sifət, say, feli sifət, işarə və təyini əvəzliklərlə ifadə olunur.
a) Birinci tərəf sifətlə ifadə olunur. Məsələn,
böyük
şəhər, hündür bina, sərin su, çətin tapşırıq və s.
b) Birinci tərəf sayla ifadə olunur. Məsələn,
çox adam,
beş kitab, iyirminci əsr, xeyli dəftər və s
.
c) Birinci tərəf əvəzliklə ifadə olunur. Məsələn,
həmin
hadisə, bu vətən, bütün insanlar və s.
ç) Birinci tərəf feli sifətlə ifadə olunur. Məsələn,
axan
su, oxuyan uşaq, gələcək gün, deyilməli söz və s. Bəzən isimlər
də atributivləşərək birinci növ təyini söz birləşmələrinin asılı
tərəfi kimi çıxış edə bilir. Məsələn,
gümüş qaşıq, dəmir qapı,
yun parça və s.
Birinci növ təyini söz birləşmələrinin ikinci tərəfi
cümlədəki vəzifəsindən asılı olaraq, müxtəlif şəkilçilər qəbul
edərək dəyişə bilir: hallanır, kəmiyyət, mənsubiyyət, xəbərlik
şəkilçiləri qəbul edə bilir. Lakin birinci
tərəf bir qayda olaraq
sabit qalır, dəyişmir. Bu birləşmə növünün tərəfləri ayrı-ayrı
cümlə üzvləri rolunda çıxış edir, birinci tərəf həmişə təyin,