Müasir Azərbaycan dili
101
6.Bağlayıcıların ismin halları ilə əlaqəsi yoxdur.
Qoşmalar isə ismin müxtəlif hallarını güclü idarəetmə
qabiliyyətinə malikdir.
7.Qoşmaları heç bir durğu işarəsi ilə əvəz etmək
mümkün olmadığı halda, bağlayıcıları durğu işarələri
ilə də əvəz etmək olur.
Bağlayıcıların təsnifi. Bağlayıcılar aşağıdakı cəhətlərə
görə təsnif olunur:
1. Sintaktik vəzifəsinə görə,
2. Mənasına görə,
3. Quruluşuna görə.
Sintaktik vəzifəsinə görə bağlayıcıların iki növü vardır:
1.Tabesizlik bağlayıcıları;
2.Tabelilik bağlayıcıları.
Tabesizlik bağlayıcıları bərabərhüquqlu sözlər və
cümlələr arasında əlaqə yaratmağa xidmət edir. Məsələn , və, və
ya, həm, həm də, amma, ancaq, lakin və s . Tabesizlik
bağlayıcıları həmcins üzvlər, bərabərhüquqlu tərəflər və tabesiz
mürəkkəb cümlənin tərkib hissələri arasında işlənir.
Tabelilik
bağlayıcıları isə bir qayda olaraq tabeli
mürəkkəb cümlənin qurulmasında müstəsna əhəmiyyət daşıyır,
budaq cümləni baş cümləyə bağlayır. Məsələn , ki, guya ki,
hərçənd ki, çünki, əgər, yoxsa və s . tabelilik bağlayıcılarıdır.
Bağlayıcıları daşıdıqları sintaktik vəzifəsi ilə əlaqədar
olaraq məna növlərinə görə də iki hissəyə ayırmaq olar:
1. Tabesizlik bağlayıcılarının məna növləri. 2. Tabelilik
bağlayıcılarının məna növləri. Tabesizlik bağlayıcılarının məna
növləri aşağıdakılardır:
1. Birləşdirmə bağlayıcıları: və, ilə (-la,-lə); Çox
keçməmiş yasavulların hamısı atlandı və bütün dəstə getdiyi
yolla geri qayıtmağa başladı.(M. Hüseyn) və s.
2. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin;
Bizim havalara oxşarı yoxdu, ancaq ürək açan xalları çoxdu.
(M.Rahim) Qarı düşmən onları özünə tabe edir, amma
Gülarə Abdullayeva
102
bununla da onlardan əl çəkmir.(M. İbrahimov) Bu sükut ani idi,
lakin çox mənalı idi. (M.Cəlal) və s.
3. Bölüşdürmə bağlayıcıları: ya, ya da, yaxud, yaxud da,
gah, gah da, istər, istərsə də, yainki, və ya, və yainki və s.
Bilmirdi bu həngamə həqiqətdi, ya vahimədi, olan şeydir,
xəyaldır, aşkardır, ya yuxudur. (M. Cəlal)
4.İştirak bağlayıcıları: həm, həm də, həmçinin,
həmçinin də, da, də, habelə, o cümlədən; Qızı Bakıya gedəndən
sonra Məsmə həm sevinmiş, həm də qüssələnmişdi. (M. Cəlal)
5.İnkar bağlayıcıları: nə, nə də, nə də ki; Çünki nə
Qaçay bizi görüb, nə də ki biz Qönçənin üzünü görmüşük.
(B. Bayramov)
6.Aydınlaşdırma bağlayıcıları: yəni, yəni ki, məsələn;
Bu gündən məsuliyyətimiz daha da artır, yəni hər kəs nə
edəcəyini, özü də necə edəcəyini dəqiq ölçüb-biçməlidir. (Ə.
Vəliyev)
7. Qoşulma bağlayıcıları: həm də, bir də, özü də; Amma
bu qırxıncı hamısından cavandır, özü də xalis od parçasıdır.
(M. İbrahimov)
Tabelilik bağlayıcılarının da aşağıdakı məna növləri
vardır:
1.Aydınlaşdırma bağlayıcıları: ki, belə ki; Şəkk-şübhə
yox idi ki, indi bu binada başqa adamlar yaşayırdı. (Elçin)
Müzakirəyə çıxarılmış məsələlər yaxşı həll olundu, belə ki,
hamı razı qaldı.
2. Səbəb bildirənlər: çünki, zira, ona görə ki, ondan
ötrü ki, o səbəbə ki; O, üzünü Tahirə tərəf çevirdi, ona görə ki,
onunla gizli danışmaq istəyirdi. (M. Hüseyn)
3. Nəticə bildirən bağlayıcılar: ona görə, buna görə, ona
görə də, buna görə də, onun üçün də, bunun üçün də və s .; Siz
düz danışırsınız, ona görə də mən sizdən incimirəm.
(M. İbrahimov)
Müasir Azərbaycan dili
103
4. Şərt bağlayıcıları: əgər, əgər ki, hərgah, hərgah ki;
Əgər Ələsgər razı olsa, Mürsəlin oğlunu onlarda gizlədərik.
(Ə. Vəliyev)
5. Qarşılıq-güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki,
indi ki, madam, madam ki və s .; Hərçənd ilk söz böyüyündür,
ancaq Mədət adəti pozub dedi.(Ə. Vəliyev)
Quruluşuna görə bağlayıcıların üç növü var: sadə, düzəltmə,
mürəkkəb bağlayıcılar. Sadə bağlayıcılar bir kökdən ibarət olur
və tərkib hissələrinə ayrılmır. Məsələn, və, həm, ki, ya, da, də,
gah, amma, əgər, ancaq, lakin, hətta, yəni, nə və s. sadə
quruluşlu bağlayıcılardır.
Düzəltmə bağlayıcılar
əsas nitq hissələrinin
quruluşundan fərqlənir. Belə ki, düzəltmə bağlayıcıların
tərkibində heç bir sözdüzəldici şəkilçi iştirak etmir. Bu
bağlayıcılar ya bağlayıcı ilə başqa bir hissəciyin, ya bağlayıcı
ilə başqa bir sözün, ya da bir sözlə bir hissəciyin
birləşməsindən əmələ gəlir və sadə bağlayıcılığa doğru inkişaf
edir. Düzəltmə bağlayıcılar bunlardır: çünki, yaxud, hərgah,
hərçənd, nəinki, yainki, habelə, yoxsa və s.
Mürəkkəb bağlayıcılar dilimizdə daha çox işlənir.
Bunlar ən azı iki sözdən ibarət olur və ayrı yazılır. Mürəkkəb
bağlayıcılar müxtəlif yollar və vasitələrlə əmələ gəlir.
Əmələgəlmə yoluna görə mürəkkəb bağlayıcıları iki qrupa
ayırmaq olar:
1. Sadə və düzəltmə bağlayıcılardan əmələ gələnlər.
Məsələn , həm də, və həm də, gah da, ya da, yaxud da, nə də,
nə də ki, hərçənd ki, və hərçənd ki və s .
2. Müxtəlif sözlərlə bağlayıcıların birləşməsindən
əmələ gələnlər. Bu bağlayıcıların əmələ gəlməsində o, bu işarə
əvəzlikləri, üçün, ötrü, görə qoşmaları və bəzi bağlayıcılar
xüsusi rol oynayır. Məsələn , on görə, ondan ötrü, onun üçün,
ona görə də, onun üçün ki, ondan ötrü ki, lakin bununla belə,
amma bununla belə, ancaq bununla belə və s.
Gülarə Abdullayeva
104
Bağlayıcı və bağlayıcı sözlər. Bağlayıcılarla bağlayıcı
sözləri eyniləşdirmək və qarışdırmaq olmaz. Bağlayıcı sözlər
əsasən sual əvəzliklərindən – nisbi əvəzliklərdən ibarətdir. Kim,
nə, hara, necə, nə cür, hansı, neçə, nə qədər sözləri hər
əvəzliyi, ki ədatı ilə birləşir, hal şəkilçiləri qəbul etməklə
müxtəlif formalar yaradaraq budaq cümlənin əvvəlində işlənir,
onun baş cümləyə bağlanmasında əvəzsiz rol oynayır. Məsələn ,
Hər kim yüz il yaşamasa, Günah onun özündədir. (O.Sarıvəlli)
Kim ki, ad qoymuşdur qoca dünyada, onu öz dostları vermişdir
bada. və s.
Ədat haqqında məlumat,
ədatın mənaca növləri
Köməkçi nitq hissələrindən biri də ədatdır.
“ Sözlərin, söz birləşmələrinin və ya bütöv cümlələrin
mənasını qüvvətləndirən, cümlədə müxtəlif məna çalarları
yaradan sözlərə ədat deyilir”. (2, səh. 367)
Ədat ərəb sözü olub, hissəcik mənasındadır. Ədat dildə
çox işlənərək ifadə olunan fikrə mühüm təsir göstərir, cümləyə
müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin
səlisləşməsinə, fikrin məntiqi qurulmasına kömək edir. Ədat
müstəqil nitq hissəsindən törəyib, köməkçi nitq hissəsinə,
oradan da şəkilçiyə doğru inkişaf prosesi keçirməkdə olan bir
nitq hissəsidir. Bu inkişaf xüsusiyyətini nəzərə almaqla ədatları
aşağıdakı qruplara ayırmaq olar.
1.Sabitləşmiş-xalis ədatlar;
2. Qeyri-sabit ədatlar;
3. Şəkilçiləşən ədatlar.
Sabitləşmiş - xalis ədatlar. Dilimizdə işlənən ədatların
bir qrupu tarixən yalnız ədat kimi formalaşmış, sabitləşmişdir.
Belə ədatlar əsas nitq hissələrindən törəsə də, öz mənşəyi ilə
əlaqəsini tamamilə itirmiş, yalnız ədat kimi işlənməkdədir.
Dostları ilə paylaş: |