Müasir Azərbaycan dili
197
3. Maddilik təyinləri. Məsələn,
Saray vəziri Ədhəm
xan həmişəki kimi şahın qulluğunda idi. Nadirin dayısı Cavad
70 yaşında bir kişi idi. (N.Nərimanov)
4. Miqdar təyinləri. Məsələn,
İki hiss Saranın
qəlbində çarpışırdı. (C.Cabbarlı)
5. Sıra təyinləri. Məsələn,
Çörəkdən sonra Südabə
ikinci otağa keçdi. (İ.Əfəndiyev)
6. İşarə təyinləri. Məsələn,
O yay çox gözəl keçdi.
(İ. Şıxlı) Yenə həmin ağsaqqal ortalığa çıxdı. (Ə.Haqverdiyev)
Sən mənimlə həmin çinar dibində əhd bağlamadınmı?
(C.Cabbarlı)
7. Hərəki əlamət təyinləri. Məsələn,
Şirin-şirin ot
yeyən at qulaqlarını şəkləyib fınxırdı. (İ.Şıxlı) Tökülən
kitabları vərəqlədi.(İ.Əfəndiyev) Yağda qızardılmış soğan iyi
ətrafa yayıldı. (İ.Əfəndiyev) Sinəsinə tökülən ağ saqqalının
pərakəndə tüklərini səhər küləyi oynadırdı.(İ.Əfəndiyev) Ata-
babadan qalan yurdumuzu düşmən əlindən qurtar.
(N.Nərimanov)
8. Zaman təyinləri. Məsələn,
Dünənki hadisə onu
bərk sarsıtmışdı. (İ.Şıxlı)
9. Məkan təyinləri. Məsələn
, İçəridəki qadın əyilib
Südabənin qulağına nə isə pıçıldadı.(İ.Əfəndiyev) Bağçanın
ortasındakı hovuza dörd balıq buraxılmışdı. (C.Cabbarlı)
Təyinlər də quruluşca iki cür olur: sadə təyinlər və
mürəkkəb təyinlər. Sadə təyinlər ayrı-ayrı sözlərlə (sadə,
düzəltmə və mürəkkəb sözlərlə) ifadə olunur. Məsələn,
Bu
geniş çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da
var idi, indi də var. (İ.Əfəndiyev)
Mürəkkəb təyinlər sintaktik vahidlərlə (söz
birləşmələri ilə) ifadə olunur. Məsələn,
Ay işığında ağaran
şosse ilə yoluma davam elədim. (İ.Əfəndiyev)
Qeyd etmək lazımdır ki, təyin təyin olunandan sonra
işləndikdə əlavəyə çevrilir.
Gülarə Abdullayeva
198
Belə əlavələr əksərən xüsusiləşdiyi halda, bəzən
xüsusiləşmir. Məsələn,
Əsgər əmioğlu bizdən inciyib.
Əhməd yazıq bunları gözləmirdi. Bu misallarda
əmioğlu,
yazıq sözlərini təyin kimi də işlətmək olar:
Əmioğlu Əsgər
bizdən inciyib. Yazıq Əhməd bunları gözləmirdi.
Təyin cümlə üzvləri içərisində müstəqilliyi ən
az olan
üzvdür. Təyinin aid olduğu üzv (təyinlənən) hallanar, cəmlənər,
müxtəlif şəkilçilər qəbul edərək dəyişər, lakin təyin bir qayda
olaraq sabit qalar, dəyişməz. Təyin təyinlənənə yanaşma yolu
ilə bağlanır, yanaşdığı üzvdən asılı vəziyyətə düşür və
morfoloji dəyişikliyə uğraya bilmir.
Bəzən təyindən əvvəl və sonra
bir sözü işlənir və
bu söz təyinə aid olur. Əvvəl gəldikdə təyinin mənasına
qeyri-müəyyənlik, ümumilik çaları verir. Məsələn,
Dəyişir
dünyanın köhnə mənası. Bir yeni aləmi o nişan verir
(S.Vurğun).
Mələk hacının boş danışmasının qarşısını almaq
məqsədi ilə qabağına bir kürək dolusu pul atdı.
(Ə. Haqverdiyev) Bir sözü təyindən sonra gəldikdə təyinin
təyinlik dərəcəsini gücləndirir, özündən sonrakı sözə qeyri-
müəyyənlik mənası verir. Məsələn,
Titrəyir alnında boranlı
bir qış (S.Vurğun). O, gənc, girdəsifət bir qız idi.
(C.Cabbarlı)
Zərflik, onun xarakterik əlamətləri və cümlədə yeri.
Zərfliklər hərəkət və ya əlamətin əlamətini bildirən
ikinci dərəcəli üzv olub, zənginliyi və rəhgarəngliyi ilə
cümlənin digər ikinci dərəcəli üzvlərindən fərqlənir.
Zərflik cümlədə əsasən feli xəbərə və bəzən də ismi
xəbərə aid olub, hərəkətin icrasının və ya əlamətin
meydana çıxmasının tərzini, yerini, zamanını, səbəbini,
məqsədini, miqdarını, dərəcəsini, şərtini və s. bildirir.
Zərflik daha çox zərf, feli bağlama, feli bağlama
tərkibləri, məkani hallarda olan isimlər, qoşmalı feli sifət
və məsdərlərlə ifadə olunur, cümlədə yeri sərbəstdir,
aktuallaşdırma zamanı daha çox
cümlənin sonunda işlənir,
Müasir Azərbaycan dili
199
aid olduğu üzvlə əksərən yanaşma, bəzən idarə üsulu ilə
əlaqələnir, hərəkət və ya əlamət bildirən üzvü müxtəlif
cəhətdən izah edir.
Zərfliklər də quruluşca sadə və mürəkkəb olur.
Sadə zərfliklər nitq hissələri ilə (sadə, düzəltmə və
mürəkkəb sözlərlə) ifadə olunur. Məsələn,
Eşitdim kitabxananı
bura köçürmüsünüz. (İ.Əfəndiyev) İkisi də maraqla mənə
baxdı. (İ.Əfəndiyev) Bunların həyata keçirilməsi üçün hələlik
subay qalmağım lazımdır. (İ.Əfəndiyev) Mən bu barədə xeyli
düşündüm. (İ.Əfəndiyev) və s.
Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə
olunur. Məsələn,
Özbəklərlə dava edən vaxt qoca anasını
əzabla öldürüblər. (N.Nərimanov) Gürcü bəyi kürdlərin
müqabilinə göndərmək üçün çağırtdırmışam. (N.Nərimanov)
Gövhərtac özünü köməksiz gördüyü üçün divara yapışdı.
(Ə.Haqverdiyev) və s
.
Zərfliklər də
bir sözü ilə əlaqələnir. Bu söz
zərflikdən əvvəl işləndikdə zərfliyə aid olur. Məsələn,
İkisi
də bir maraqla gözlərini mənə zillədi. (İ.Əfəndiyev)
Zərfliyin mənaca növləri. Zərfliklərin aşağıdakı
məna növləri vardır:
1. Tərz zərfliyi.
2. Yer zərfliyi.
3. Zaman zərfliyi.
4. Səbəb zərfliyi.
5. Məqsəd zərfliyi.
6. Kəmiyyət, ölçü, dərəcə zərfliyi.
7. Şərt zərfliyi.
8. Qarşılaşdırma zərfliyi.
Tərz zərflikləri hərəkətin icra tərzini, bildirərək
necə? nə cür? nə tərzdə? nə halda? nə vəziyyətdə? nə
şəkildə? və s. suallardan birinə cavab verir. Bu növ
zərfliklər tərz zərfləri, feli sifət və feli sifət tərkibləri,
feli
bağlama və feli bağlama tərkibləri ilə qoşmalı isimlər,
Gülarə Abdullayeva
200
təyini söz birləşmələri, frazeoloji birləşmələr və s.-lə ifadə
olunur. Məsələn,
Səhərə yaxın dalbadal iki güllə atıldı.(İ. Şıxlı)
Gündüz vəkillərlə acıqlı danışırdı. (Ə. Haqverdiyev) Gedib
qapıda duran fərraşa yavaşdan deyir. (N.Nərimanov) Oğlanlar
baca-baca gəzərdilər.(İ. Şıxlı) Pakizə qaça-qaça doqqaza çıxdı.
(İ. Şıxlı) və s.
Tərz zərflikləri quruluşca sadə və mürəkkəb olur. Sadəsi
bir leksik vahidlə ifadə olunur. Məsələn,
Ona təsəlli vermək özü
də iyrənc görünürdü. (N.Nərimanov) Gülüşə-gülüşə evdən
çıxdılar. (İ.Şıxlı) və s.
Mürəkkəb tərz zərflikləri ismi və feli birləşmələrlə
ifadə olunur. Məsələn,
O, gözlərini bağçaya zilləyərək susdu.
(İ.Əfəndiyev) Gənc çobanlar birlikdə qaranlıqda palçığı
şappıldada-şappıldada ağıla sarı yüyürdü. (İ.Əfəndiyev) və s.
Tərz zərflikləri həmçinin müqayisə və bənzətmə
bildirən
kimi, təki, tək, qədər və s. qoşmaların qoşulduğu
sözlər və birləşmələrlə də ifadə olunur. Zərfliyin bu növü
müqayisə, bənzətmə mənasına malik olduğundan, obrazlılıq
keyfiyyətləri ilə seçilir və mühüm bədiilik vasitələri kimi
çıxış edir. Məsələn,
Günəbaxan kimi günəşə bax sən, Kölgəyə
bürünər üz gizlənəndə. (Ə.Kərim) Bu dünyada əbədilik nə var
ki, ömür kimi hər şey gəldi-gedərmiş. (N.Kəsəmənli)
Tərz zərflikləri ikinci tərəfi
halda, şəkildə, tərzdə,
vəziyyətdə və s. sözlərdən ibarət olan ismi və feli
birləşmələrlə ifadə olunduqda hərəkətin tərzini bildirməklə
yanaşı, subyektin özünün də hal-vəziyyətini bildirir.
Məsələn,
Gündüz vəkillərlə acıqlı halda danışırdı.
(İ.Əfəndiyev)
Tərz zərflikləri frazeoloji vahidlərlə və
necə? nə
cür? nə şəkildə? və s. kimi sual əvəzlikləri ilə də ifadə
olunur. Məsələn,
Onu necə razı sala bildin? (İ.Əfəndiyev)
Tərz zərfliklərinin aşağıdakı məna növləri vardır:
1. İşin, hərəkətin icra tərzini bildirənlər. Məsələn,
Mənim təkidimi gözləmədən nəzərlərini Söyüdlü arxa dikərək