Müasir Azərbaycan dili
205
gətirməyə getdi (M.İbrahimov). Yerini rahatlamaq üçün
qalxıb ona baxdı. (M.İbrahimov)
Məqsəd zərflikləri aşağıdakı vasitələrlə ifadə olunur:
1. Yönlük halda olan məsdər və məsdər tərkibləri
ilə. Məsələn,
Biz bura boş-boş oturmağa yox, işləməyə
gəlmişik. (İ.Əfəndiyev) Gəlmişəm gəzməyə sizin dağları
(S.Vurğun).
2.
Üçün, ötrü qoşmalarının ismi birləşmələrə, məsdər
və məsdər tərkiblərinə qoşulması yolu ilə. Məsələn,
Mən
sizin rahatlığınız üçün deyirəm. (İ.Əfəndiyev) Mən
sərinləmək üçün pəncərənin qabağında oturdum.
(İ.Əfəndiyev) Gürcü bəyi kürdlərin müqabilinə göndərmək
üçün çağırtdırmışam. (N.Nərimanov)
3.
Niyə? nə üçün? nədən ötrü? nə məqsədlə? sual
əvəzlikləri ilə. Məsələn,
Bunu mənə nə üçün deyirsiniz?
4. Sonu
deyə sözündən ibarət olan tərkiblərlə.
Məsələn,
İşi tez qurtaraq deyə, Adil bizə əlavə işçi vermək
istəyirdi (İ.Əfəndiyev). Əmirxanı oyatmayır, dincəlsin deyə,
Bəzən onun nəfəsinə qulaq da asır. (S.Vurğun)
5. İkinci
tərəfi məqsəd, uğur, yol, niyyət, bəhanə
tipli sözlərdən ibarət olan ismi birləşmələrlə. Məsələn,
Qonaqları qarşılamaq niyyətilə hamı həyətə çıxdı.
(İ.Əfəndiyev)
Səbəb və məqsəd zərflikləri ifadə vasitələrinə,
mənasına və suallarına görə bir-birinə çox yaxındır.
Səbəbdə məqsəd, məqsəddə səbəb çaları olur. Hər ikisi
niyə? nə üçün? nədən ötrü? suallarına cavab verir. Bu
oxşarlıqlarla yanaşı, səbəb və məqsəd zərfliklərinin
aşağıdakı fərqləri vardır:
1. Səbəb zərflikləri iş, hərəkətin başvernə, əlamətin
meydanaçıxma səbəbini, xəbər isə bu səbəbdən doğan nəticəni
bildirir. Buna görə də səbəb zərfliyinin ifadə etdiyi iş,
hadisə zaman etibarilə xəbərdəki işdən, əlamət və hadisədən
əvvələ aid olur. Məqsəd zərfliyi ilə
ifadə olunan iş isə bir
Gülarə Abdullayeva
206
məqsəd kimi qarşıda durur və gələcəyə aid olur, ona görə
də xəbərdəki iş vaxt etibarilə məqsəd zərfliyinin ifadə
etdiyi işdən əvvələ düşür. Məsələn,
Yaxşı oxuduğu üçün
onu təriflədilər. Yaxşı oxumaq üçün çox çalışırdı.-
cümlələrindən birincidə səbəb, ikincidə isə məqsəd zərfliyi
işlənmişdir.
2. Zərfliyin hər iki məna növü
üçün, ötrü qoşmalarının
qoşulduğu sözlər və birləşmələrlə ifadə olunur. Lakin səbəb
zərfliyində bu qoşmalar -
dığı
4
şəkilçili feli sifət və feli
sifət
tərkiblərinə, məqsəd zərfliyində isə məsdər və məsdər
tərkiblərinə qoşulur.
3. Səbəb zərfliyi olan cümlələr mürəkkəb cümləyə
çevrildikdə səbəb budaq cümləli, məqsəd zərfliyi olan
cümlələr çevrildikdə isə məqsəd budaq cümləli tabeli
mürəkkəb cümlələr əmələ gəlir. Məsələn,
Yaxşı oxuduğu
üçün onu təriflədilər - Onu təriflədilər, çünki yaxşı oxuyurdu;
Yaxşı oxumaq üçün çox çalışırdı.- Çox çalışırdı, çünki yaxşı
oxumaq istəyirdi. – cümlələrindən birincisi səbəb, ikincisi isə
məqsəd budaq cümləli tabeli mürəkkəb cümləyə çevrilmişdir.
4. Səbəb zərfliyində işin kortəbii icrası mənası olur.
5. Sualları yaxın olsa da, səbəb zərfliyi üçün
nə
səbəbə? məqsəd zərfliyi üçün
nə məqsədlə? sualı daha
müvafiqdir.
Miqdar, ölçü, dərəcə zərfliyi. Miqdar, ölçü, dərəcə
zərflikləri hərəkət və ya əlamətin miqdarını, ölçü və
dərəcəsini bildirməklə feli və bəzən də ismi xəbərə aid
olub
nə qədər? neçəyə? nə qədər vaxta? neçədən? nə
dərəcə? nə dərəcədə? suallarından birinə cavab verir.
Məsələn,
O, dəfələrlə mənə demişdi... (M.İbrahimov).
Qaranlıqda xeyli getdim. (Mir Cəlal). Min illik yolu iyirmi
ildə keçmişlər. (M.İbrahimov) Burada tamamən səninlə
şərikəm. (M.İbrahimov) Haman mənə giley yazan
şagirdlərdən mən özüm çox artıq dərəcədə dilgirəm.
(C.Məmmədquluzadə) Molla Səfərqulu danışmaqda artıq
Müasir Azərbaycan dili
207
dərəcədə mahir bir adam idi. (N.Nərimanov) O məni görüb
hədsiz dərəcədə təəccüblənmişdi. (İ.Əfəndiyev) və s.
Şərt zərfliyi. Şərt zərflikləri hərəkətin icrasını və ya
əlamətinin meydana çıxmasını şərtləndirən
səbəbi bildirərək,
nə şərtlə? hansı şərtlə? sualına cavab verir. Bu növ
zərfliklər, adətən bir sıra xüsusiləşmiş tərkiblərlə ifadə
olunur. Məsələn
, Elin adətinin mühafizə edilməsi şərti ilə
razıyam. (M.S.Ordubadi) Böyük olan yerdə kiçik danışmaz.
(Atalar sözü)
Şərt zərflikləri əsasən xüsusiləşmiş tərkiblərlə, ismi
birləşmələrlə ifadə olunur. Əsas ifadə vasitələri
aşağıdakılardır:
1. Birinci tərəfi
ilə (-la, -lə) qoşmalı şərt sözündən
ibarət olan ismi birləşmələrlə. Məsələn,
Əbülmüzəffər Gəncə
hakimini öz yerində qoymaq şərtilə məmləkəti ilhaq etməyə
çalışır. (M.S.Ordubadi) Şimali Azərbaycanı Aran məmləkəti də
daxil olmaq şərtilə qarət etmək lazımdır. (M.S.Ordubadi)
2. İkinci tərəfi
yerdə, təqdirdə sözlərindən ibarət
olub şərt bildirən birləşmələrlə. Məsələn,
Çəmən olan
yerdə xalça nə lazım. Lilpar olan yerdə dolça nə lazım.
(H.Arif)
3. (-
ma)mış
2
, -madan
2
və s. şəkilçili feli bağlama
tərkibləri ilə. Məsələn
, Qırat döşünə qatmamış, Buraxmam
səni bəzirgan. (“Koroğlu”) Görməmiş, yazmamış o böyük
günü, Yüz illər keçsə də ölməyəcəyəm. (S.Vurğun) Özü razı
olmadan heç yerə göndərə bilmərəm.
Şərt zərfliyi dilimizdə o qədər də çox işlənmir. Bu
tələbat daha çox şərt budaq cümləli tabeli mürəkkəb cümlələr
tərəfindən ödənir.
Qarşılaşdırma zərfliyi. Bu zərfliklər hərəkətin
icrasına və ya əlamətin meydana çıxmasına qarşı duran və
yaxud bu halda güzəştə gedən səbəbi bildirir.
Qarşılaşdırma zərfliyi feli xəbərə aid olub
nə olduğu
halda? nə ola-ola? nəyə baxmayaraq? və s. suallarından
Gülarə Abdullayeva
208
birinə cavab verir. Məsələn,
Dilşad Fəxrəddinin görüşə
gəlməyəcəyinə baxmayaraq, yenə həmin görüş yerinə getməyə
tələsirdi. (M.S.Ordubadi) Son dərəcə qaranlıq bir geçə
olmasına baxmayaraq, bu qaranlıq içindən ulduzların şəfəqləri
görünürdü. (M.S.Ordubadi) Bu ürək dağıdan şübhələrə,
tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. (M.İbrahimov)
O kişi bir söz deməyə-deməyə, bunlar ona vəkillik
eləyirlər. (M.Hüseyn)
Zərflik də quruluşca iki növə bölünür: 1. Sadə
zərfliklər. 2. Mürəkkəb zərfliklər. Məna növlərindən asılı
olaraq, bir çox zərfliklər (tərz, zaman, yer, kəmiyyət, səbəb,
məqsəd və s.) quruluşca həm sadə, həm də mürəkkəb olduğu
halda, bəzi zərfliklər (şərt və qarşılaşdırma zərflikləri)
yalnız mürəkkəb olur.
Sadə zərfliklər ayrı-ayrı sözlərlə ifadə olunur.
Məsələn
, Furqon astaca cırıldayırdı. (M.İbrahimov) Mən
oradan dağın qarına çox baxmışdım. (Ə.Əyrisli)
Mürəkkəb zərfliklər sintaktik vahidlərlə ifadə
olunur. Məsələn
, Bibim çırağın piltəsini alışdırıb
samovarın yanına qoydu, çıraq yandı, biz susduq.
(Ə.Əyrisli) Məclis dağıldı, hər kəs öz hesabını anlayıb
məyus bir halda evinə getdi. (Y.V.Çəmənzəminli) və s.
Cümlə üzvlərinin həmcinsliyi,
xüsusiləşməsi, əlavəsi
Cümlənin həmcins üzvləri. Cümlədə eyni üzvlə
bağlı olub, eyni bir sintaktik suala cavab verən, eyni üzv
yerində dayanan, tabesizlik yolu ilə
əlaqələnən
bərabərhüquqlu üzvlərə həmcins üzvlər deyilir.
Həmcins üzvlərin xarakterik xüsusiyyətləri
aşağıdakılardır: həmcins üzvlər bir sintaktik vəzifədə