Müasir Azərbaycan dili
193
əlaqəsinə girdiklərindən cümlədəki yerləri sərbəst olur.
Məsələn,
Parçanı mənim qonşumdan alıblar. (Ə.Haqverdiyev)
Onu mən vurmuşdum. (İ.Şıxlı) Zərnigar xanım bunların heç
birini görmürdü. (İ.Şıxlı) və s.
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar bir
qayda olaraq, aid olduqları fellərin yanında gəlir. Məsələn,
O, papiros çıxartdı, kibritin alovu onun üzündə titrədi.
(İ.Əfəndiyev) İkisi də narıncı köynəyin üstündən mavi zanbağa
bənzər qalstuk bağlamışdı. (İ.Əfəndiyev) Onlar iki iynə
götürdülər.(İ.Şıxlı) və s.
Azərbaycan dilində xüsusi isimlər, şəxs əvəzlikləri,
kim sual əvəzliyi, substantivləşmiş işarə əvəzlikləri, yer
zərfləri,
dakı
2
şəkilçili sifətlər,
-dığı
4
şəkilçili
feli sifətlər,
üçüncü növ təyini söz birləşmələri və s. müəyyən məfhum
ifadə edir və buna görə də vasitəsiz tamamlıq olarkən
həmişə hal şəkilçisi qəbul etməklə işlənir. Məsələn,
Ani bir
qorxu içində hər şeyi unutdum. (İ.Şıxlı) A, qaynananız sizi
yaman çox istəyirmiş. (İ.Şıxlı) Hamısı ağıllı sözlər idi və
bunları mənim rəis olan ərim deyirdi. (İ.Əfəndiyev) və s.
Qeyri-müəyyən vasitəsiz tamamlıqlar adətən ümumi
isimlərlə, həmçinin ikinci növ təyini söz birləşmələri,
bəzən də
heç nə əvəzliyi və s. ilə ifadə olunur. Məsələn,
Evinizdən məktub alırsanmı?(İ.Əfəndiyev) Qız arxası üstə
uzanıb kitab oxuyurdu. (N.Nərimanov) və s.
Vasitəsiz tamamlıqlar müəyyənlik bildirdikdə
kimi?
nəyi? haranı? suallarından birinə, qeyri-müəyyənlik
bildirdikdə isə yalnız
nə? sualına cavab verir.
Vasitəli tamamlıq. “Vasitəli tamamlıq hərəkətlə
birbaşa deyil, dolayı yolla əlaqələnən əşyanı, obyekti
bildirir”. (4, səh.129)
İş və hərəkət nəticəsində tamamlığın ifadə etdiyi
obyektə təsir birbaşa deyil, dolayı yolla olduğundan, belə
tamamlıqlarla xəbərin əlaqəsi zəif olur. Ona görə də vasitəli
Gülarə Abdullayeva
194
tamamlıqlar feli xəbərlə yanaşı, həm də ismi xəbərlə bağlı
olur.
Vasitəli tamamlıqlar ismin məkani-qrammatik halları
olan yönlük, yerlik, çıxışlıq hallı sözlər və birləşmələr, eləcə
də, qoşmalı söz və birləşmələrlə ifadə olunub əşya məzmunu
ifadə edir. Məsələn,
Hamı təəccüblə onlara baxdı. (İ.Şıxlı)
Uşaqlar direktorla inspektora yol verdilər. (İ.Şıxlı) Petrov
pəncərədən boylandı. (İ.Şıxlı) Kişi ağzından qəlyanı çıxardı.
(İ.Şıxlı)
Vasitəli tamamlıq çox vaxt
üçün ötrü, qarşı, ilə
qoşmaları ilə də işlənir. Məsələn,
Atam üçün qəzet aldım.
Xəzər dənizi öz böyüklüyü ilə başqa qapalı dənizlərdən
fərqlənir. və s.
Qeyd. İsmin üç halı: yönlük, yerlik və çıxışlıq halı həm
tamamlığın, həm də yer zərfliyinin ifadə vasitələrinə daxildir. Bu
hallarda olan sözlərin hansı cümlə üzvü olduğunu müəyyən
etmək bəzən mübahisə doğurur. Bəzən bu cür sözlərə hər iki
cümlə üzvünün sualını vermək olur. Lakin nəzərə almaq
lazımdır ki, tamamlıq əşya məzmunu ifadə edərək, obyekt
bildirirsə, yer zərfliklərində yer, məkan məzmunu üstünlük təşkil
edir. Digər tərəfdən, belə hallarda sözün hansı cümlə üzvü
olduğunu müəyyənləşdirmək üçün onun əlaqələndiyi felə baxmaq
lazım gəlir. Əgər belə sözlər dinamik, hərəki fellə əlaqələnərsə,
hərəkətin icrası nəticəsində məkan dəyişikliyi baş verərsə, yer
zərfliyi, stabil fellərlə əlaqələnərsə və əksinə, işin icrası
nəticəsində heç bir məkan dəyişikliyi nəzərə çarpmazsa, onda
tamamlıq götürülməlidir. Məsələn, Uşaq ağacdan yıxıldı. və Uşaq
ağacdan baxırdı.- cümlələrindən birincisində ağacdan sözü yer
zərfliyi, ikincisində isə tamamlıqdır.
Digər cümlə üzvləri kimi tamamlıqlar da quruluşca iki
növə bölünür: 1.Sadə tamamlıqlar; 2. Mürəkkəb tamamlıqlar.
Sadə tamamlıqlar ayrı-ayrı sözlərlə (sadə, düzəltmə və
mürəkkəb sözlərlə) ifadə olunur. Məsələn,
Ancaq səhərki
hadisə onu sarsıtmışdı. (İ.Şıxlı) Birtəhər çəkmələrini çıxardı.
(İ.Şıxlı) Bizim hamamlar bunlara oxşamaz. (Ə.Haqverdiyev)
Müasir Azərbaycan dili
195
Mürəkkəb tamamlıqlar sintaktik vahidlərlə - ismi
birləşmələrlə, məsdər tərkibləri
və isimləşmiş feli sifət
tərkibləri ilə ifadə olunur. Məsələn, II növ təyini söz
birləşməsi ilə:
Ehtiyatla arı yuvasını dağıtdı.
III növ təyini söz birləşməsi ilə:
O darvazanın baş
tərəfinə vurulmuş elektrik çırağı onun üzünü işıqlandırmışdı.
(İ.Əfəndiyev) Murad Nəriman əminin zarafatına cavab
vermədi. (İ.Əfəndiyev) Nə üçün mənim məktubuma cavab
yazmadın? (İ.Əfəndiyev) Güləsər atasının altı deşilmiş çırağını
gözdən keçirdi. (İ. Şıxlı) Üçü evdədir, ikisini köçürmüşəm.
(İ.Şıxlı) Qafqazdan aldığım məktubun məzmununu oxuyuram.
Dünən qaçaqlardan biri atamın qonaqlığından danışırdı.
(N.Nərimanov) və s
.
Feli isim birləşməsi ilə:
Səhər günəşin doğmasını,
bahar çiçəklərinin açılmasını, isti yay axşamı dağlardan əsən
sərin yelləri sevinc və heyranlıqla qarşıladı. (İ.Əfəndiyev)
Məsdər tərkibi ilə:
Gəmiçi Qoca həmişə kəndin
yeniyetmələri ilə zarafatlaşmağı sevərdi. (İ.Şıxlı) Bu adam
yetimlərə
qəyyum olmağı özünə peşə qayırmışdı.
(Ə.Haqverdiyev) Mənim buyruğuma əməl etməməyə cürəti
çatmaz. (N.Nərimanov)
Feli sifət tərkibi ilə:
Yevlaxa gələnlərə faytonçular göz
verir, işıq verməyirlər. (Ə.Haqverdiyev) Hər gün Təhminə
xanımgilə getdiyini söyləyirdi. (M.S.Ordubadi)
Təyin, ifadə vasitələri və quruluşca növləri. Cümlədə
əşya məzmunlu üzvləri müztəlif cəhətdən izah edən,
aydınlaşdıran ikinci dərəcəli üzvə təyin deyilir.
Təyini digər ikinci dərəcəli üzvlərdən fərqləndirən
mühüm bir xüsusiyyət ondan ibarətdir ki, o, təkcə baş üzvləri
deyil, əşya məzmunlu ikinci dərəcəli üzv olan tamamlığı və
bəzi zərflikləri də izah edir, aydınlaşdırır.
Təyin sifət, say, isim, feli sifət və bəzi əvəzliklərlə,
həmşinin II və III növ təyini söz birləşmələri (bəzən də I növ)
Gülarə Abdullayeva
196
feli sifət tərkibləri ilə ifadə olunub
necə? nə cür? nə
qədər? hansı? suallarından birinə cavab verir.
Sifətin cümlədə təhkim olunduğu
sintaktik vəzifə təyin
olduğundan, hər cür quruluş və dərəcə xüsusiyyətinə malik
olan sifətlər təyin ola bilir. Məsələn,
Sifətindəki ciddilik yox
oldu. (İ.Şıxlı) Sahildəki yulğun kolları, yaşıl otlar, hətta
çığırlar belə, şehə bulaşmışdı (İ.Şıxlı) Bədbəxt cavan hündür
çinar ağacının dibində məhzun və qəmgin oturub, bahar
buludu kimi göz yaşlarını axıdırdı.(C.Cabbarlı)
Feli sifət və feli sifət tərkibləri də sifətə bənzədiyindən
cümlədə təyin vəzifəsində çox işlənir.
Məsələn,
İslanmış
corabını talvarın üstünə tulladı.(İ.Şıxlı) Ata-babadan qalan
yurdumuzu düşmən əlindən qurtar. (N.Nərimanov) İnstitutda
professor olan və yaşına görə çox gənc görünən adam da
burada idi.(İ.Əfəndiyev)
Saylar da cümlədə təyin yerində işlənir və aid olduğu
üzvü miqdar və sıra cəhətdən izah edir. Məsələn,
Beş qız
anasıyam, ikinci qızı köçürmüşəm. (İ.Şıxlı)
İşarə və təyini əvəzliklər, bəzi sual əvəzlikləri də təyin
olur:
Elə kişidən nə desən çıxar. (İ.Şıxlı) Bu yaxşılığın əvəzini
mən verə bilməsəm də, xaliq verər. (İ.Şıxlı)
Hətta isimlər də atributivləşdikdə cümlədə təyin olur və
aid
olduğu üzvü material, cins, milli mənsubluq və s. baxımdan
izah edir. Məsələn,
Gəmiçi Qocanın beli lap əyilmişdi. (İ.Şıxlı)
Təyin cümlənin əşya məzmunlu bütün üzvlərinə aid
olur.
Təyin təyinolunanın geniş mənada əlamətini bildirir.
Bu əlamətin məzmununa görə təyinləri aşağıdakı kimi
qruplaşdırmaq olar:
1. Keyfiyyət təyinləri. Məsələn,
Bu, yaxşı işə
bənzəməyir. (N.Nərimanov)
2. Müqayisə təyinləri. Məsələn,
Düşmənlər dəli
deyillər, Xorasan kimi şəhəri əldən verələr. (N.Nərimanov)
Atanız kimi şah bu dünyaya az-az gələr. (N.Nərimanov)