Müasir Azərbaycan dili
189
Beləydi qayda bizdə, qız doğanda analar, Baxıb qara geyərdi
su üstündə sonalar. (S.Vurğun) De görüm, sən necəsən?
(İ.Şıxlı) və s
.
Məsdər məsdər tərkibləri də cümlənin ismi xəbəri
yerində işlənə bilir. Məsələn,
Yaşamaq yanmaqdır, yanasan
gərək. (B.Vahabzadə) Maşını bura sürdürməkdən məqsədim
tikintiyə bir nəzər salıb işin vəziyyətini öyrənməkdir.
(Ə.Mustafayev)
Bəzən emosional məqamda məsdərin sonunda şəkilçi
işlənməyə də bilir:
Özü də gözümün qabağında heç nə olmamış
kimi gəzmək. (İ.Şıxlı)
Xəbər feli sifət və feli sifət tərkibi ilə də ifadə olunur:
Buranın yerindən, havasından əlavə, suyu çox içməlidir, buz
kimi ürək sərinlədəndir. (Ə.Hacızadə) Qapının ağzında
dayananlar iclasa gecikənlər idi. (M.İbrahimov) Qəlbimin hər
gözü bir aşiyandır, Bədbəxt bu dünyada tək yaşayandır.
(M.Müşfiq)
Bəzi zərflər,
xüsusən də zaman, yer zərfləri xəbər
vəzifəsində işlənə bilir:
Ancaq geri qayıtmadı, dedi: - Yolum
irəlidir! (S.Vurğun) Ümidimiz sabahadır. Qonaqlar
içəridədirlər. və s.
Qoşmaların artırıldığı sözlər də xəbər ola bilir. Məsələn,
Yolumuz kəndə tərəf idi. Bu hədiyyələr sənin üçündür.
və s.
Bəzən köməkçi nitq hissələri də kinayəli substantiv
məqamda xəbər ola bilir:
Məni narahat edən bu ammalardır.
Bunlardan
əlavə,
var, yox, bəs, lazım, mümkün, gərək
sözləri də cümlədə xəbər kimi işlənə bilir:
Cəbi həmişə anasına
baxardı, fəqət indiki baxışında bir atəş, bir elektrik qüvvəsi var
idi. (N.Nərimanov) Ağlın nə kəsir, sizin camaatın silahı yoxdu.
(İ.Şıxlı) Qəmli günlərimdə lazımsan mənə, Qovasan qəlbimin
kədərini sən. (N.Kəsəmənli) və s.
II, III növ təyini söz birləşmələri (bəzən də birinci növ)
də xəbər yerində işlənə bilir. Məsələn,
O cavan xanəndə bu
yeddi gündə Mahmudun yadına düşən birinci adam idi.
Gülarə Abdullayeva
190
(Elçin) Gülara xanım iflas olub kasıb düşmüş bir bəy
ailəsindəndi. (S. Rəhimov) Ehyiyat igidin yaraşığıdır. (Atalar
sözü) Çox dərs demişəm, mənim tələbəmdir. (İ.Şıxlı)
Feli xəbər. Felin bütün dəyişən formaları, yəni əmr,
xəbər, vacib, arzu, lazım, şərt, davam şəkillərində olan fellər
cümlədə yalnız xəbər vəzifəsində işlənir və həm də son dərəcə
məhsuldar işlənir.
Yalnız şərt şəkli cümlədə asılı xəbər olur. Şərt şəklində
olan fel cümlədə əsas hərəkəti müəyyən şərtə bağlayır. Onun
əlaqələndiyi əsas hərəkəti ifadə edən söz cümlənin müstəqil
xəbəri kimi çıxış edir. Şərt şəklindəki fel də təsriflənən forma
olduğundan, ətrafına çoxlu söz toplayıb, predikativliyi təmin
etməklə cümlə yaradır və bu cümlə əsas hərəkətin işləndiyi
cümlədən qrammatik cəhətdən asılı olur.
Nəticədə, şərt şəkilli
felin işləndiyi cümlələr tabeli mürəkkəb cümlə kimi formalaşır.
Feli xəbər feli frazeoloji vahidlərlə də ifadə olunur:
Molla Sadığın elə bil üstündən dağ götürüldü. (İ.Şıxlı) və s.
Məsdərlər və məsdər tərkibləri
olmaq, etmək, bilmək,
istəmək sözləri ilə birlikdə cümlədə daha çox xəbər vəzifəsində
işlənir:
Külfət içinə ikitirəlik salmaq istəmirdi. (İ.Şıxlı)
Xəbərin inkarı
nə, nə də bağlayıcıları,
deyil ədatı,
-ma
2
şəkilçisi ilə formalaşır. Məsələn,
Həsənağanın fabrikdən
xaric edildiyi altı aydan artıq deyildi. (M.S.Ordubadi) Amma
innən sonra bu iş baş tutmaz, oğlumu ayaqlayıb onun qapısına
gedə bilmərəm. (İ.Şıxlı) Nə yatır, nə dincəlir.
Xəbərin təkrarı mürəkkəblik yaratmır:
Baxın, baxın,
yaxşı baxın, diqqətlə baxın!(C. Məmmədquluzadə)
Cümlənin ikinci dərəcəli üzvləri
İkinci dərəcəli üzvlər baş üzvləri
və ya biri digərini
izah edir.
“Cümlənin təşkiledici üzvlərinə - mübtəda və xəbərə
aid olan izahedici, aydınlaşdırıcı, tamamlayıcı sözlər və
Müasir Azərbaycan dili
191
birləşmələr ikinci dərəcəli üzvlər adlandırılır”.
(4, səh. 121)
Baş üzvlər cümlənin qurulması üçün zəruri olduğu
halda, ikinci dərəcəli üzvlər ifadə ediləcək fikirdən asılı
olaraq işlənir. İkinci dərəcəli üzvlər ona görə ikinci dərəcəli
üzvlər adlandırılır ki, onların cümlənin strukturunda ikinci
dərəcəlidir. Yəni onlar olmadan da cümlə qurmaq, fikir ifadə
etmək mümkün olur. Lakin baş üzvlər olmadan yalnız ikinci
dərəcəli üzvlərin iştirakı ilə cümlə qurmaq mümkün deyil.
İkinci dərəcəli üzvlər cümlədə işlənməklə baş üzvləri
izah edir,
fikrin daha əhatəli ifadə olunmasına səbəb olur.
Baş üzvlər cümlənin qrammatik əsasını təşkil edir,
ikinci dərəcəli üzvlər isə onların ətrafında qruplaşaraq
onları bu və ya digər cəhətdən izah edir, aydınlaşdırır,
konkretləşdirir. İkinci dərəcəli üzvlərin iştirak edib-
etməməsinə görə, sadə cümlə müxtəsər və ya geniş cümlə
olmaqla təsnif edilir. Çox zaman fikrimizi müxtəsər cümlələrlə
də ifadə edə bilirik, lakin fikrin daha əhatəli, geniş ifadə
olunması üçün ikinci dərəcəli üzvlərə ehtiyac olur və bu
zaman cümlə həcm etibarilə də genişlənir.
Cümlə daxilində sözlər arasında
sintaktik əlaqə ilə
yanaşı, məna əlaqəsi də olur ki, buna obyekt əlaqəsi, relyativ
əlaqə, atrubutiv əlaqəni göstərə bilərik. Bu əlaqələr ikinci
dərəcəli üzvlərin yaranmasını şərtləndirir. Dilimizdə ikinci
dərəcəli üzvlərə tamamlıq, təyin və zərflik daxildir.
Tamamlıq və onun mənaca növləri: vasitəsiz və
vasitəli tamamlıq. Tamamlıq ikinci dərəcəli üzv olub,
üzərində iş icra olunan və ya hərəkətlə dolayı yolla
əlaqələnən əşyanı, obyekti bildirir.
Tamamlıq cümlədə xəbər zonasına daxil olub
xəbərlə birbaşa, mübtəda ilə dolayı yolla – xəbər vasitəsilə
əlaqələnir, adətən xəbərlə mübtəda arasında işlənir, əksər
halda
xəbərlə idarə, bəzən yanaşma əlaqəsində olur;
kimə?
nəyə? kimi? nəyi? nə? kimdə? nədə? kimdən? nədən? kim
Gülarə Abdullayeva
192
ilə? nə ilə? kim üçün? nə üçün? nə barədə? nə haqda?
kimə qarşı? və s. suallara cavab verir.
Tamamlıqlar feli xəbərə, bəzən də ismi xəbərə aid olur.
Tamamlıqlar ismin adlıq və yiyəlik hallarından başqa,
digər hallarda olan sözlərlə, həmçinin qoşmalarla işlənən
sözlər və birləşmələrlə ifadə olunub, əşya bildirir.
Tamamlıq özünün əşya məzmunu ifadə etməsinə görə
mübtədanı xatırladır. Onların ifadə vasitələri də, demək olar ki,
eynidir.
Tamamlıqlar da nitq hissələrindən isim, şəxs əvəzliyi,
məsdər, həmçinin substantivləşmiş
işarə əvəzliyi, sifət, say
və s. ilə ifadə olunur. Lakin mübtəda yalnız ismin adlıq
halında dura bilən sözlər və birləşmələrlə ifadə olunduğu halda,
tamamlıq ismin dörd halı ilə: yönlük, təsirlik, yerlik, çıxışlıq
halda olan sözlər və birləşmələrlə ifadə olunur. Bundan əlavə,
bəzi qoşmaların artırıldığı sözlər və birləşmələr də tamamlığın
ifadə vasitələrinə daxildir. Deməli, tamamlığın ifadə imkanları
mübtəda ilə müqayisədə daha genişdir. Məsələn,
Mələk hər
şeyi başa düşdü. (İ.Şıxlı) Faytonçu da atlarını çimizdirdi.
(İ.Şıxlı) Eyni halı indi də hiss edirdim.(İ.Əfəndiyev) Bu
qonağın düyü xörəyindən xoşu gəlmir. (İ.Əfəndiyev) və s.
Hərəkətlə obyekt arasındakı əlaqənin xarakterinə
görə tamamlıqlar 2 növə bölünür. 1. Vasitəsiz (müstəqim)
tamamlıq. 2. Vasitəli (qeyri-müstəqim) tamamlıq. Vasitəsiz
tamamlıq hərəkətlə bilavasitə, birbaşa əlaqəli olan, üzərində
iş icra olunan, hərəkətin birbaşa təsir göstərdiyi əşyanı,
obyekti bildirir.
Bu tamamlıqlar ismin təsirlik halı ilə ifadə olunur.
Təsirlik halın iki növü olduğu kimi,
bu halla ifadə olunan
tamamlıqların da iki növü qeyd edilir:
1.
Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar;
2.Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar.
Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar müəyyən təsirlik
halda olan söz və birləşmələrlə ifadə olunur və fellərlə idarə