Müasir Azərbaycan dili
13
2.
-dakı, dəki isimlərə və əvəzliklərə qoşularaq məkani
əlamət bildirən sifətlər yaradır. Məsələn,
meşədəki,
dağdakı, səndəki, bizdəki və s.
3.
-lı, -li, -lu, -lü şəkilçisi isimlərə qoşularaq sifət və isim
yaradır. Məsələn,
dadlı, yağlı, duzlu, şəhərli, məktəbli
və s.
4.
-sız, -siz, -suz, -süz şəkilçisi isimlərə, az hallarda əvəzlik
və saylara qoşularaq sifət yaradır. Məsələn,
zərərsiz,
qorxusuz, bizsiz, birincilərsiz və s.
5.
-lıq, -lik, -luq, -lük şəkilçisi isim, sifət,
say və bəzən də
əvəzliklərdən isim düzəldir. Məsələn,
dostluq, atalıq,
yaxşılıq, gözəllik, mehribanlıq, azlıq, çoxluq, beşlik,
yüzlük, neçəlik, kimlik və s.
Şəkilçilərin ikinci qisminə sözdəyişdirici şəkilçilər
daxildir. Bu şəkilçilər xalis Azərbaycan dili şəkilçilərindən
ibarət olub, həmişə sözün sonunda işlənir. Bu şəkilçilər yalnız
sözün formasını dəyişdirir, məzmununa isə ciddi təsir etmir. Bu
şəkilçilər sözlər arasında qrammatik əlaqənin təmin olunmasına
xidmət edir. Bütün qrammatik kateqoriyaların şəkilçiləri
sözdəyişdirici şəkilçilər qrupuna daxildir. Bu kateqoriyalar,
başlıca olaraq isim və fellərə məxsus olur. Başqa nitq hissələri
bunların vəzifəsini daşıdığı zaman həmin kateqoriyaların
şəkilçilərini qəbul edə bilir. Bu baxımdan kateqoriyaların
əlamətlərini – şəkilçiləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Kəmiyyət kateqoriyası şəkilçiləri, 2. Hal kateqoriyası
şəkilçiləri, 3. Mənsubiyyət kateqoriyası şəkilçiləri, 4. Xəbərlik
kateqoriyası şəkilçiləri, 5. İnkarlıq kateqoriyası şəkilçiləri,
6. Şəxs kateqoriyası şəkilçiləri, 7. Zaman kateqoriyası
şəkilçiləri. 8. Təsir kateqoriyası şəkilçiləri; 9. Növ kateqoriyası
şəkilçiləri.
Qrammatik
kateqoriyaların şəkilçiləri sözdəyişdirici
şəkilçi olub, qrammatik mənanın ifadə olunmasına,
sözlər
arasında qrammatik əlaqənin yaranmasına xidmət edir. Lakin
bəzi dilçilik kitablarında, eləcə
də orta məktəb
Gülarə Abdullayeva
14
qrammatikasında felə məxsus növ kateqoriyasının şəkilçiləri
feldən fel düzəldən şəkilçi kimi təqdim edilir. Əslində növ
kateqoriyasının göstəriciləri də müəyyən qrammatik vəzifəni
yerinə yetirməklə hərəkətlə obyekt və ya subyektin, obyektlə
subyektin əlaqə, münasibətini müəyyənləşdirir. Bu şəkilçiləri
qəbul edən felin lüğəvi məzmununda dəyişiklik hiss edilmir.
Ona görə də felin növ kateqoriyasının şəkli əlamətlərinin də
sözdəyişdirici şəkilçilər sırasına daxil
edilməsi daha
məqsədəuyğundur.
Prof.
B.Xəlilov bu şəkilçiləri, eləcə də kiçiltmə və
əzizləmə mənası verən şəkilçiləri, sifətin dərəcə şəkilçilərini,
feli sifət, feli bağlama, məsdər şəkilçilərini formadüzəldici
şəkilçilər qrupuna daxil etmişdir. (3, səh. 101)
Prof.
M.Hüseynzadə məsdər şəkilçisini tamamilə
sözdəyişdirici şəkilçi adlandırmağı doğru
hesab etməmiş və
məsdərin, eyni zamanda hərəkətin adını da bildirdiyini əsas
götürmüşdür. (1, səh. 15)
Prof.
Q.Kazımov isə məsələyə xüsusi həssaslıqla
yanaşmış, yalnız ismin hal, mənsubiyyət və felin şəxs
şəkilçilərinin cümlədə sözlər arasında əlaqə yarada bilməsinə
əsaslanaraq, onları sözdəyişdirici şəkilçi adlandırmışdır.
Müəllifin fikrincə, isimlərdə kəmiyyət şəkilçisi, fellərdə
inkarlıq, şəkil əlamətləri
kateqorial şəkilçi olub, sözdüzəltmədə
və sözlər arasında qrammatik əlaqə yaratmada heç bir rol
oynamadığından formadüzəldici şəkilçi hesab edilməlidir.
(2, səh. 31) Fikrimizcə, bu cür təsnifat məqsədəuyğundur.
Dilimizdə şəkilçilərdə də omonimiya hadisəsi müşahidə
olunur. Eyni fonetik tərkibə malik olan şəkilçi bir məqamda
sözdüzəldici, başqa məqamda sözdəyişdirici şəkilçi kimi çıxış
edir. Hətta bəzən eyni şəkilçi bir neçə qrammatik vəzifəni
yerinə yetirə bilir.
-ma
2
, -dır
4
, -da
2
, -mış
4
, -ar
2
, -acaq
2
, -ır
4
,
-ım
4
, - ın
4
, -a
2
, -aq
2
və s. şəkilçilər bitişdikləri
nitq hissələri və
ya yaratdıqları mənalara əsasən bir münasibətlə sözdəyişdirici,
başqa münasibətlə sözdüzəldici şəkilçi olur:
Gəlmə adam,
Müasir Azərbaycan dili
15
Mənə yaxın gəlmə; Çoxdan zərər gəlməz, Səni çoxdan
gözləyirdim; Gəlir vergisi çoxaldı, Bahar gəlir, Bir içim saf su
ver. Mən nə deyim sənə, nə deyim axı? Baxın, baxın, yaxşı
baxın, diqqətlə baxın! (C.Məmmədquluzadə); Yaz əkini
başlandı; Yaşamaq yanmaqdır yanasan gərək. (B. Vahabzadə);
Yara qanadı; Gərək məktubu ünvanına çatdıraq. Mərd bir dəfə
ölər, qorxaq min dəfə. (Atalar sözü) və s.
Belə hallarda şəkilçinin funksiyasını müəyyənləşdirmək
üçün onun artırıldığı sözə və cümlədə mövqeyinə, şəkilçinin
məzmununa əsaslanmaq lazımdır.
Şəkilçilər həm də işlənmə intensivliyinə görə təsnif
edilir. Bu baxımdan şəkilçilər məhsuldar və qeyri-məhsuldar
olmaqla iki qrupa ayrılır. Məhsuldar şəkilçilər dedikdə dildə
çox işlənən şəkilçilər başa düşülür. Qeyri-məhsuldar şəkilçilər
isə, bunun əksinə olaraq az-az təsadüf olunan şəkilçilərə deyilir.
Məsələn,
-lı
4
, -sız
4
, -dakı
2
, -ın
4
, -çı
4
və s. məhsuldar,
-gə, -ım şəkilçiləri qeyri-məhsuldar şəkilçilərə misal ola bilər.
Bundan əlavə, alınma şəkilçilər də qeyri-məhsuldar
şəkilçilərdir.
Dilimizdə şəkilçilər yazılışına görə bir,
iki və dörd cür
yazılan olmaqla üç qrupa ayrılır. Ahəng qanununa uyğun
olaraq, Azərbaycan dilinin öz şəkilçiləri iki və dörd cür yazılır.
Tərkibində açıq sait olan şəkilçilər iki, qapalı sait olanlar isə
dörd cür yazılır. Dilimizə başqa dillərdən keçən şəkilçilər isə
bir cür yazılır. Məsələn,
-lı, -sız, -çı və s. dörd,
-la, -ar, -ma
və s. iki,
-şünas, -pərəst, na- anti- və s. şəkilşilər
isə bir cür
yazılan şəkilçilərdəndir.
Gülarə Abdullayeva
16
Şəkiliçilərin təsnifatı
Şəkilçilərin təsnif
prinsipləri
Şəkilçilərin
növləri
Nümunələr
Sözdüzəldici
dəmirçi, yayla(maq),
çəmənlik, yağsız, duzlu,
dirək və s.
Vəzifəsinə görə
Sözdəyişdirici
Yazır, alacağ-am,
tələbəyəm, evin və s.
Son şəkilçilər
gözəllik,yaşa-yış,
adamlar, qızım və s.
Iç şəkilçilər
Qovhaqov, qaçaqaç,
günbəgün və s.
İşlənmə yerinə görə
Ön şəkilçilər
naümid, anormal,
bisavad,baxəbər,
antihumanist və s.
Milli şəkilçilər
söhbətcil, kəsik, əzgin,
yazı-çı-lar-ımız-ın və s.
Mənşəyinə görə
Alınma şəkilçilər
şöhrətpərəst,marksizm,
xəyalpərvər, yoldaş və s.
Məhsuldar
şəkilçilər
Yaxşılıq, çəməndəki,
dənizçi, bozar(maq) və s.
Məhsuldarlığına
görə
Qeyri-məhsuldar
şəkilçilər
Qumsal, keçid, döngə,
naümid və s.
Dörd cür yazılan
şəkilçilər
Yazlıq, çəmənlik, otluq,
güllük, yazı,çəki, qorxu,
ölü və s.
Iki cür yazılan
şəkilçilər
Başla(maq), gözlə(mək),
otar(maq), közər(mək)
və s.
Yazılışına görə
Bir cür yazılan
şəkilçilər
Yoldaş, sirdaş, əmək-
dar, hesabdar və s.