Müasir Azərbaycan dili
17
Nitq hissələri və onların
təsnifi prinsipləri
Ümumi qrammatik əlamətinə görə fərqlənən söz
qruplarına nitq hissələri deyilir.
Ümumi qrammatik əlamət dedikdə sözün ifadə etdiyi
məna, daşıdığı sual və cümlədə mövqeyi nəzərdə tutulur. Sözün
ifadə etdiyi məna onun yalnız ayrılıqda götürülmüş leksik və
ya lüğəvi mənasını deyil, həm də onun qrammatik mənasını
əhatə edir. Hər bir sözün müəyyən bir nitq hissəsinə aid
olması üçün həmin söz leksik məna ilə yanaşı, qrammatik
məna da kəsb etməlidir. Qrammatik məna isə sözün öz
daxilində olmur, qrammatik formalarla meydana çıxır.
Deməli, sözlər nitq hissələrinə bölünmək üçün dilin
qrammatik quruluşuna xas olan qrammatik kateqoriyalara
malik olmalıdır.
Beləliklə, leksik mənaya malik olan sözlər
qrammatik məna kəsb edərək qrammatik əlamətlər qəbul
edir, digər sözlərlə əlaqələnərək fikrin ifadə olunmasına təminat
verir. Nəticədə cümlələr formalaşır və sözlər cümlədə müəyyən
sintaktik vəzifə daşıyır. Qrammatik məna ilk növbədə,
cümlədə başqa sözlərlə əlaqə və münasibətlərdə
müəyyənləşən mənadır.
Qrammatik mənanın həm morfoloji, həm də
sintaktik ifadə vasitələri vardır. Qrammatik mənanın
morfoloji ifadə vasitəsinə sözlərin dəyişməsi (şəkilçilər və
vurğular), sintaktik ifadə vasitələrinə
isə sözlərin bir-birinə
yanaşması, intonasiya və sözlərin sırası daxildir.
Azərbaycan dilindəki nitq hissələrini müstəqil
mənalarına, qrammatik formalarına (morfoloji əlamətlərinə)
və sintaktik roluna görə əsas, köməkçi və xüsusi nitq
hissələri olmaqla üç qrupa ayırmaq olar.
Hər şeydən əvvəl, sözləri lüğəvi mənaya malik olan və
lüğəvi mənası olmayan sözlər adı ilə iki qrupa bölmək olar.
Gülarə Abdullayeva
18
Dilimizin lüğət tərkibindəki sözlərin 99%-dən çoxunun lüğəvi
mənası var. Lüğəvi mənası olmayan sözlər köməkçi
vasitələrdir. Əslində köməkçi vasitələr olmadan da fikir ifadə
etmək mümkün olur. Lakin fikrin
bütün inçəliyinə qədər ifadə
olunmasında bu vasitələrin rolu da danılmazdır. Vaxtilə dildə
belə köməkçi vasitələr olmamış, onlar dilin inkişafı prosesində
lüğəvi mənaya malik olan sözlərdən əmələ gəlmişdir.
1. Əsas nitq hissələri leksik (lüğəvi) mənaya malik
olur, müvafiq suala cavab verir, müəyyən sintaktik vəzifə
daşıyır, söz yaradıcılığı prosesində fəal iştirak edir. Onlar
əşyanın adını, əlamət və keyfiyyətini, miqdarını, hal-
hərəkətini, hərəkətin əlamətini bildirir. Əsas nitq hissələrinə
isim, sifət, say, əvəzlik, fel və zərf daxildir. Əsas nitq
hissələri içərisində əvəzlik digərlərindən fərqlənir.
Belə ki,
əvəzliyin lüğəvi mənasında konkretlik, dəqiqlik yoxdur. O,
hansı nitq hissəsini əvəz edirsə, həmin nitq hissəsinin də
əlamətlərini qəbul edir. Əvəzliyin özünəməxsus qrammatik
xüsusiyyətləri olmadığından, tarixən müəyyən mübahisələrə
səbəb olmuş, bir sıra dilçilər onu ayrıca bir nitq hissəsi kimi
qəbul etməmişlər.
2. Köməkçi nitq hissələrinin müstəqil leksik mənaları
olmur, heç bir suala cavab vermir və buna görə də cümlə
üzvü ola bilmir. Köçəkçi nitq hissələri mənsə etibarilə əsas
nitq hissələrindən törəmişlər və cümlənin təşkilində yardımçı
rol oynayırlar. Onlar ya sözlər və cümlələr arasında
qrammatik
əlaqəni təmin edir, ya da fikrin
formalaşmasında müxtəlif çalarlıqlar və emosional
ekspressiv xüsusiyyətlər yaradaraq, danışan şəxsin, bəzən
də başqasının müxtəlif hissi münasibətlərinin ifadəsinə
xidmət göstərmiş olur. Bu baxımdan köməkçi nitq hissələrinin
özlərini də iki hissəyə ayırmaq olar: a) sözlər və cümlələr
arasında müxtəlif əlaqə və münasibətləri təmin edən köməkçi
nitq hissələri. Bunlara qoşma və bağlayıcı daxildir.
b) müxtəlif emosional-ekspressiv və hissi
münasibətlərin
Müasir Azərbaycan dili
19
ifadəsinə xidmət edən köməkçi nitq hissələri. Bunlara ədat
və modal sözləri daxil etmək olar.
3. Xüsusi nitq hissələrinə nida və təqlidi sözlər
daxildir. Bunlarda həm əsas, həm də köməkçi nitq
hissələrindən fərqli xüsusiyyətlər özünü göstərir. Xüsusi nitq
hissələri cümlədə heç bir qrammatik vəzifə daşımır, daha çox
hiss və duyğuların ifadə olunmasına xidmət edir. Nidalar hiss
və həyəcan ifadə etsələr də, əsas nitq
hissələrindən fərqli
olaraq, onları adlandıra bilmir. Təqlidi sözlər isə söz
yaradıcılığında iştirak etməklə əsas nitq hissələrinə yaxın
olsalar da, müəyyən təbiət səslərinin, bəzən də görünüşün
təqlid olunması bunlara xüsusi nitq hissəsi səciyyəsi
qazandırır.
Beləliklə, dilimizdə on iki nitq hissəsi vardır:
1.İsim; 2.Sifət; 3.Say; 4.Əvəzlik; 5.Fel; 6.Zərf; 7.Qoşma;
Nitq
hissələri
Əsas nitq
hissələri
Köməkçi
nitq
hissələri
Xüsusi nitq
hissələri
Adlar
qrupu
Fel qrupu
İsim, sifət,
say,
əvəzlik,
Fel, zərf
Qoşma,bağ-
layıcı, ədat,
modal sözlər
Nidalar,
səs təqlidi
sözlər
Gülarə Abdullayeva
20
8.Bağlayıcı; 9.Ədat; 10.Modal sözlər; 11.Nida; 12.Təqlidi
sözlər (yamsılamalar).
Bunlardan əşyanın adını bildirən sözlər isim,
əlamətini
bildirən sözlər sifət, miqdarını bildirən sözlər
say, əşyanın adını əvəzetmə yolu ilə ikinci dəfə bildirən
sözlər əvəzlik, əşyanın hərəkətini bildirən sözlər fel,
hərəkətin yerini, istiqamətini, hal-vəziyyətini, əlamətini,
zamanını bildirən sözlər zərf adı altında öyrənilir.
ƏDƏBİYYAT:
1. Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya.
I
II hissə, “Maarif”, Bakı, 1983.
2. Kazımov Q. Müasir Azərbaycan dili. Morfologiya.
Bakı, 2010.
3. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası.
I hissə, Bakı, 2007.
4. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası.
II hissə, Bakı, 2007
5. Müasir Azərbaycan dili. II hissə, EA nəşri, Bakı, 1980.
6. Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009.
7. Seyidov Y. Azərbaycan dilinin qrammatikası. Morfolo-
giya, Bakı, 2000.