Microsoft Word salayev elxan docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix02.10.2017
ölçüsü0,65 Mb.
#2904
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

27 

 

dəyişiklikləri  məqsədəuyğun  yoluna  salmaq,  dəyişən  şəraitə  uyğun  olaraq 



sistemin  strukturunda  yenidənqurmanı  həyata  keçirmək  işini  təmin  etmək, 

qaydaya salmaq heyətin idarəetməsinin vəzifəsidir. Bu isə, iqtisadi sistemi onun 

özünə xas olan obyektiv qanunauyğunluqlara və meyllərə uyğun hala gətirmək 

deməkdir. 

darəetmə  insanın  fəaliyyət  növü  kimi  çoxdan  mövcuddur.  Lakin 

cəmiyyətin  inkişafının  əvvəlki  mərhələlərində  idarəetmə  prosesi  sadə  xarakter 

daşımışdır. Bu təbii idi. Çünki natural təsərrüfatın iqtisadiyyatda hakim olduğu 

dövrdə  elmi  idarəetməyə  o  qədər  ehtiyac  yox  idi.  O  mərhələlərdə  idarəetmə 

aparatı sadə və primitiv idi. 

Ə

mtəə-pul  münasibətlərinin  inkişafı  ilə  əlaqədar  olaraq  çoxlu  yeni 



sahələr,  yarımsəhralar  yarandı,  həm  ölkə  daxilində,  həm  də  beynəlxalq 

miqyasda  əmək  bölgüsü  dərinləşdi.  Əlaqələr  son  dərəcə  mürəkkəbləşdi.  Buna 

görə də çoxlu və mürəkkəb əlaqələri nizamlamaq, sistemli idarə etmək zərurəti 

yarandı. 

Müasir idarəetmə iqtisadi münasibətlərin məqsədəuyğun təşkil edilməsini 

istiqamətləndirir  və  elmi  idarə  etməyə  əsaslanır.  O,  tamın  ayrı-ayrı  hissələri 

arasındakı  əlaqəni  təmin  edən  bir  proses,  milli  və  şəxsi  mənafelərin 

ə

laqələndirilməsini həyata keçirən mexanizmdir. 



Müasir dövrdə ölkəmizdə idarəetmə yüksək şüurlu münasibətə əsaslanır. 

Bu isə elmə söykənir. Buna görə də elmlik idarəetmənin prinsiplərindən biridir. 

Bunların  hər  ikisi  bir-  biri  ilə  əlaqədardır.  Biri  digəri  olmadan  mümkün  deyil. 

Ş

üurlu idarəetmə təbiət və cəmiyyətin obyektiv qanunların tələblərini və reallığı 



nəzərə  almağı  tələb  edir.  Bu,  istehsalda  insanın  fəallığının  azad  iqtisadi 

təşəbbüsünü  təmin  etməlidir,  maddi  və  əmək  ehtiyatlarını  istehsalın  inkişafına 

istiqamətləndirməlidir.  Bazar  iqtisadiyyatı istiqamətində inkişaf  edən ölkələrdə 

buna əsasən əməl olunsa da, inzibati-amirlik sistemində bu, mümkün olmur. 

ctimai  münasibətlərdə  insanın  fəallığını  artırmadan,  heç  yerdə  sosial 

qayda  və  tənzimetməni  həyata  keçirmək  mümkün  deyildir.  Elmi  idarəetmənin 




28 

 

qarşısında  duran  bir  vəzifə  də  ictimai  inkişafda  baş  verən  və  baş  verə  biləcək 



ziddiyyətləri  üzə  çıxarmaq  və  vaxtında  aradan  qaldırmaqdır.  Çünki  iqtisadi 

inkişafın  gedişinə  mane  olan  obyektiv  və  subyektiv  amilləri  vaxtında  aşkara 

çıxarıb aradan qaldırmadan elmi idarəetməni həyata keçirmək mümkün deyil. 

qtisadi siyasətdə realizm və elmlilik başlıca şərtdir. Burada realizm o 

deməkdir ki, məhsuldar qüvvələrinin fasiləsiz, dinamik inkişafını iqtisadi sistem 

təmin edə bilsin, o, işləyən və işlədən sistem kimi həyatda özünü doğrultsun. 

Elmilik obyektiv imkanları nəzərə almağı tələb edir. Ona görə də elmi 

idarəetmə  cəmiyyətin  qanunlarından,  insan  və  maddi-texniki  amillərdən 

səmərəli şəkildə istifadə etməyi tələb edir. 

darəetmədə  ən  başlıca  məqsəd  və  vəzifə  cəmiyyətin  obyektiv 

imkanlarından  istifadə  olunmasını  təmin  etməkdir,  cəmiyyətin  potensialından 

istifadə  etmənin  mühüm  amilidir.  darəetmə  həm  də  insanların  əmək 

fəaliyyətinin təşkil edilməsi və səfərbərliyə alınmasının başlıca formasıdır. 

nsan cəmiyyətini idarə etmək çox mürəkkəb və çətindir. Çünki o, bir 

çox  iqtisadi,  sosial,  mənəvi  və  başqa  problemlər  ilə  əlaqədardır.  Bu  mənada 

idarəetmə  müasir  texnikanı,  mexanikləşdirilmiş,  avtomatlaşdırılmış  istehsal 

sistemini  təşkilini  özündə  birləşdirir.  Buna  görə  də  idarəetmə  metodlarına, 

qanunlarına  və  prinsiplərinə  bütün  müəssisə  sahibləri,  rəhbərləri,  hətta  hər  bir 

istehsalçı eyni dərəcədə yiyələnməlidir. 

darəetmədə bu sahədə dünya miqyasında mövcud olan müsbət cəhətləri 

mənimsəmək və öz ölkəsində tətbiq etmək lazımdır. Bu zaman milli sənayenin 

quruluşu, bütövlükdə milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmalıdır. 

Beləliklə,  iqtisadi  idarəetmə  prosesləri  tənzim  edən  qanunları  bilmək 

ə

sasında  iqtisadiyyata  daxilən  xas  olan  mexanizmi  hərəkətə  gətirmək,  ölkənin 



iqtisadi potensialından məqsədyönlü istifadə etməyə yönəldilmiş fəaliyyətdir. 

qtisadi  idarəetmə  onun  müvəffəqiyyətini  təmin  edən  prinsiplərə 

ə

saslanmalıdır. 



darəetmənin  prinsipləri  iqtisadi  proseslərin  idarəetmə 

funksiyalarını  yerinə  yetirən  orqanların,  təşkilatların  və  şəxslərin  rəhbər 




29 

 

tutduqları, istinad etdikləri əsas qaydalardır. 



Azərbaycanda iqtisadi idarəetmənin prinsipləri aşağıdakılardır: 

1.

  Obyektivlik  prinsipi.  Bu  prinsip  iqtisadi  qanunların  tələblərini 



dərindən bilmək, onlara istinad etmək və iqtisadiyyatın həqiqi vəziyyətini əsas 

götürməklə təmin edilir. Obyektiv xarakter daşıyan bazar qanunlarını bilmədən 

səmərəli  idarəetmə  qeyri-mümkündür.  Biznes  fəaliyyətində  bu  prinsirə  istinad 

etmədən lazımı səmərə əldə edilə bilməz. 

 

Deməli,  obyektiv  şəraiti,  iqtisadi  qanunların  tələblərini  nəzərə  almadan 



iqtisadi  idarəetmə  mümkün  deyil.  darəetmədə  subyektiv  fəaliyyətin  rolu  da 

olduqca böyükdür. 

2.

  Konkretlik  prinsipi.  qtisadi  prosesləri  dəqiq  və  elmi  cəhətdən 



işlənmiş  informasiya  (məlumat),  daxili  və  xarici  amilləri  tam  nəzərə  almaq 

ə

sasında idarə etmək olar. Bir sözlə, konkret şəraitə uyğun addımlar atılmalıdır. 



Məsələn,  mövcud  şəraitə  uyğun  vergi  qoymağı  tətbiq  etmək  buna  misal  ola 

bilər. 


3.

  Optimallıq - səmərəlilik prinsipi.  qtisadiyyatın optimallığına nail 

olmaq  iqtisadi  idarəetmənin  mühüm  məqsədidir.  qtisadi  idarəetmədə  başlıca 

cəhət odur ki, əmək, maddi və maliyyə ehtiyatlarından səmərəli istifadə edilsin, 

yəni az məsrəflərlə daha yüksək nəticələr əldə etmək təşkil edilsin. 

4.

  Özünümaliyyələşdirmə  prinsipi.  Hər  bir  təsərrüfat  obyekti 



müəyyən  məsrəflər  hesabına  fəaliyyət  göstərir.  Müəssisələrin,  trestlərin  və  s. 

iqtisadi  idarəetmə  sistemi  elə  təşkil  olunmalıdır  ki,  təsərrüfat  fəaliyyətinin 

nəticəsində  əldə  olunan  ümumi  gəlirdən  xərclər  çıxdıqdan  sonra  xalis  gəlir 

götürülsün.  Bu  gəlirin  hesabına  öz  istehsalını  genişləndirmək  üçün  maddi 

imkanı olsun, başqa sözlə, öz ehtiyaclarını öz vəsaiti hesabına ödəyə bilsin. 

5.

  Əsas halqanın seçilməsi prinsipi. Sistem halında fəaliyyətdə olan 



iqtisadiyyatın  halqaları  müxtəlifdir.  Lakin  bir-biri  ilə  bağlı  vəzifələri  yerinə 

yetirirlər.  Öz  əhəmiyyətinə  görə  bu  vəzifələr  eyni  olmur.  Burada  birinci  və 

ikinci  dərəcəli  vəzifələr,  əsas  və  əsas  olmayan  vəzifələr  vardır.  Buna  görə  də 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə