45
2)
işçi heyət üzrə menecerin əsas «məsuliyyət zonalarının» çoxluğu;
3)
işçi heyət üzrə menecerin özünün nöqteyi-nəzərindən daha vacib
məsələlər və iş nəticələri;
4)
hər bir əsas funksiya üçün onun fəaliyyətinin effektivliyi;
5)
hər bir əsas funksiyanın yerinə yetirilməsi üçün lazım olan əsas
qabiliyyəti, bacarıq və vərdişləri müəyyən edən blok və işçi heyət üzrə
menecerin fəaliyyətinin nəticələrə nail olması;
6)
işçi heyət üzrə menecerin səriştəsinin meydana çıxdığı fəaliyyəti üçün
spesifik olan.
Heyətin idarə edilməsində rəhbər iqtisadi idarəetmə metodlarını həyata
keçirən zaman aşağıdakı şəxsi keyfiyyətlərə malik olmalıdır:
- Özünə inam. Özünə inamın lazımi səviyyədə olmaması inkişafa mane olan
ə
sas səbəblərdən biridir.
- Ambisiya. Ambisiya da əslində özünə inamdan irəli gəlir.
- Aydın hədəflər (vizyon). 5 ildən sonra harada olacağını, nə işlə məşğul
olacağını müəyyənləşdirmisənmi? Buna yol xəritəsi kimi də baxmaq olar.
- Risk etmək qabiliyyəti. Uğur qazanmaq üçün risk etmək zəruridir. Amma
riskə düşünülmüş şəkildə, bütün amillər nəzərə alınmaqla imza atmaq lazımdır.
Hər hansı riski öz üzərinə götürməmişdən öncə ən arzuolunmaz, pessimist
nəticəni göz önünə almalısan. Əgər bu nəticə heç cür qəbul edilə bilmirsə,
deməli risk etməyə dəyməz.
- Enerji və çeviklik. Məqsədə çatmaq üçün əqli və fiziki gücünü cəm edə
bilirsənmi? - Rəqabət aparma (yarışma) hissi. Bütün rəqibləri qiymətləndirmək,
dayanmadan mübarizə aparmaq lazımdır. Çünki rəqiblərin səni gözləmir, sən
dayandığın vaxt işləyirlər.
- Özünü tənqid. Hər bir insanın zəif cəhətlərinin olduğu bilindiyi halda bunu hər
kəs qəbul etməli, daim onları özü üçün müəyyənləşdirib mümkün qədər aradan
qaldırmağa çalışmalıdır. Eyni zamanda, səhvlər araşdırılmalı, onlardan dərs
götürülməlidir.
46
- Liderlik qabiliyyəti.
Təşkilatlarda rəhbər işçilər tərəfindən idarə edilən iqtisadi münasibətləri
aşağıdakı istiqamətlərdə formalaşır:
Təşkilatla işçi toplusu arasında;
Təşkilatla xarici təsərrüfat subyektləri arasında;
Təşkilatla dövlət orqanları arasında.
Son illərdə iqtisadi proseslərin rolu müəssisənin bütövlükdə idarə
olunmasına qədər genişləndirilmişdir. Firmalar arasında rəqabətin artması,
texnoloji təkmilləşdirmə, böhranın mövcudluğu, faiz stavkalarının, vergi
qanunauyğunluğunun, qlobal iqtisadi dəyanətliliyin dəyişilməsi, müəyyən alver
xüsusiyyətlərinin olması və daha başqa amillər baş idarəedici rəhbərin rolunu
daha da genişləndirmiş, məsuliyyətini artırmışdır. Bu nöqteyi nəzərdən
yanaşsaq rəhbər iki əsas məsələni: 1) müəssisə daxilində fondların səmərəli
bölüşdürülməsi; 2) daha əlverişli şərtlərlə vəsaitlərin mobilizə edilməsi ilə
məşğul olur
16
.
Birinci məsələ üzrə düzgün iqtisadi həllərinin qəbulu üçün, iqtisadi
proseslərin idarə edilməsi üzrə hüquqi şərtlər, maliyyə bazarları və
institutlarının funksiyaları və faiz normaları, pul dəyərinə aid olan bəzi
anlayışlar öyrənilməlidir.
qtisadi vəsaitləri mobilizə edərək onları bölüşdürmək üçün rəhbər bu
prosesiəri dəqiq planlaşdırmalıdır. Ən əvvəl nağd pulun hərəkəti proqnozlaşmalı
və onun firmanın iqtisadi vəziyyətinə təsiri qiymətləndirilməlidir. Bu proqnoz
ə
sasında, hesabların və başqa öhdəçiliklərin vaxtında ödənişi üçün planda
kifayət qədər ləğv edilə bilən vəsaitlər nəzərdə tutulmahdır. Kompaniyada
işlərin vəziyyətini nəzarətdə saxlamaqdan ötrü iqtisadi normativləri rəhbər
müəyyən etməlidir.
Rəhbərlər tərəfindən iqtisadi proseslərin idarə edilməsinin ikinci tərəfi
fondların əldə edilməsidir. Onların mənbələri isə müxtəlifdir. Onlardan hər biri
16
Maliyyə menecmenti, Bakı 2010, səh 17.
47
kapitalı təmin edən tərəfindən müəyyən edilərək, xarakterizə olunurlar: qiymət,
ödəniş müddəti, müəyyən vaxtda mövcudluğu, mümkün olan maneələr və başqa
şə
rtlər. Bu amillərin əsasında rəhbər fırmanın maliyyələşmə mənbələrinin
ə
lverişli uyğunlaşmasını müəyyən etməlidir.
qtisadi proseslərin idarə edilməsi həm vəsaitlərin firma daxilində
bölüşdürülməsi, həm də əldə edilməsindən ibarətdir. Vəsaitlərin bölüşdürülməsi
və əldə edilməsi qarşılıqlı əlaqədardır, çünki heyətin iş qüvvəsinin
ödənilməsində investisiya qoyulması nəzərə alındıqda, bu investisiyanın
maliyyələşmə mənbəyi səhmdarlar üçün qiymətli edir.
Rəhbər və mütəxəssizlərin heyətin idarə edilməsində iqtisadi metodlardan
istifadə edərkən aşağıdakı ilkin materialları nəzərə almalıdır:
1. ş yerlərinin modeli və onun ünsürləri (peşə biliyi və bacarığı, şəxsi
keyfiyyəti, xidmət karyerası, əməyin təşkili, əməyin ödənilməsi və s.)
2. Kadrların atestatiyası haqqında əsasnamə və ilkin materiallar: atestasiya
kartları, atestasiya edilənin sorğu vərəqəsi, iş yerinin modeli, əməkdaşla
kontrakt, ştat cədvəli, vəzifə instuksiyası, ball qaydasında qiymətləndirmə,
heyətin kompleks qiymətləndirilməsi, işçinin şəxsi keyfiyyəti ( işgüzarlığı, icra
intizama əməl etmə, nüfuzu, təşkilatçılığı, məsuliyyəti, tələbkarlığı və s.), işçi
nəticələrinə görə fərdi töhfəsinin qiymətləndirilməsi.
3. Kadraların reytinq qiymətləndirilməsi metodu.
4. Müəssisə fəlsəfəsi (firma daxili fəhlə və qulluqçular arası qarşılıqlı münasibət
prinsiplərı və qaydaları, dəyərlər sistemi kollektiv müqavilə və s.)
5. Təşkilat daxili əmək qaydaları.
6. Digər ilkin məlumatlar: əməkdaşın şəxsi vərəqəsi, ştat cədvəli, sosioloji
anketlər, psixoloji testlər.
Müəssisədə rəhbərliyin kollektivdə apardığı idarəetmə üsullarından asılı
olaraq işçilər arasında müəyyən tabeolunma ardıcıllığı yaranır. Məlumdur ki,
heyətin idarəetmə fəaliyyətində birinin digərinə tabe olunma prosesi gedir və bu
da onlar arasında vəzifə səlahiyyətlərini müəyyən edir. darəetmə heyəti üzvləri