Microsoft Word salayev elxan docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix02.10.2017
ölçüsü0,65 Mb.
#2904
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

54 

 

1.  Texnoloci  prosesdə  iştirak  edən,  əmək  predmetini  emal  etmək  yolu  ilə 



bilavasitə  hazır  məhsula  çevirən  fəhlələr.  Lakin  bunlardan  əlavə, 

avtomatlaşdırılmış istehsallarda fəhlə-nizamlayıcılar da bu qrupa daxil edilirlər, 

çünki onlar avadanlıqların normal işini təmin edirlər;  

2.  Xammal,  material  və  hazır  məhsulun,  yarımfabrikatların  daşınması, 

anbarlaşdırılması və qorunması ilə məşğul olan fəhlələr; 

3.  Əsas  fondların  təmirini,  istehsal  avadanlıqlarının  profilaktikasını  həyata 

keçirən, təmir üçün hissə və tərtibatlar istehsal edən fəhlələr; 

4. Hazır məhsulun keyfiyyətinə nəzarət işini icra edən fəhlələr.  

 

Birinci  qrupa  daxil  olan  fəhlələr  əsas,  digər  qruplara  aid  edilənlər  isə 



köməkçi fəhlələr hesab olunurlar.  

 

Mühəndis-texniki,  mütəxəssis  və  rəhbər  işçilər  kateqoriyasına  istehsala 



texniki  rəhbərlik  işini  həyata  keçirən  işçilər  aid  olunurlar.  Əqli  əmək 

nümayəndələri olan bu kateqoriya işçilər istehsala  rəhbərlik və  onun  təşkilinin 

konstruktor,  texnoloci,  təşkilati-texniki  və  sırf  istehsal  məsələləri  ilə  məşğul 

olurlar.  Bu  kateqoriya  işçilərə  müəssisənin  rəhbərliyi,  menecerlər,  baş 

mütəxəssislər,  sex  (sahə,  növbə)  rəisləri,  mühəndislər,  texniklər,  ustalar  və  s. 

daxildirlər. Buraya bəzi iqtisadçılar (əmək, normalaşdırma və s.) da daxil edilir.  

 

Qulluqçular  kateqoriyasına  maliyyə,  uçot,  təchizat-satış,  dəftərxana  və 



bəzi inzibati-idarə işçiləri aid olunurlar.  

 

Ş



agirdlər kateqoriyasına fəhlə peşəsinə yiyələnmək üçün fərdi və briqada 

(qrup) şəklində həm bilavasitə müəssisənin özündə hamilik yolu ilə və həm də 

başqa məktəblərə ezamiyyə olunmuş gənclər aid olunur. Bu kateqoriyaya habelə 

müəssisənin balansında olan texniki-peşə məktəblərinin şagirdləri də daxildir.  

 

darəetmədə  heyətin  iqtisadi  səmərəliliyinin  yüksəldilməsi  amilləri 



dedikdə, bu yüksəlməni təmin edən şərtlər başa düşülür. Bu amillərə idarəetmə 

prosesinə və onun nəticələrinə təsir göstərən bütün vasitələr aiddir. Onlardan ən 

mühümləri aşağıdakılardır: 

–     elmi-texniki tərəqqinin nailiyyətlərinin idarəetməyə tətbiqi; 




55 

 

–  idarəetmənin  təmərküzləşməsi,  kombinələşməsi,  ixtisaslaşması  və 



kooperativləşməsi; 

  idarəetmənin təşkilinin təkmilləşdirilməsi; 



  işçilərin  ixtisas  səviyyəsinin  artırılması  və  əməyin  təşkilinin 

yaxşılaşdırılması; 

–  müəssisələrin  düzgün  yerləşdirilməsi  və  müxtəlif  məhsul  növlərinin 

idarəetmənin optimallaşdırılması; 

– beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə olunması və s. 

 

Heyətin  işçi  qüvvəsinin  idarəetməsi  prosesinin  baş  verməsi  üçün,  ilk 



növbədə, müəyyən istehsal fondlarının yaradılması üçün əsaslı vəsait qoyuluşu 

həyata keçirilməlidir. Hər bir sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəliliyi son 

nəticədə  səmərənin  əsaslı  vəsait  qoyuluşuna  nisbətilə  müəyyən  edilir.  Mak-

roiqtisadi  səviyyədə  əldə  edilən  səmərə  –  ümumi  milli  gəlir  (son  məhsul), 

müəssisə səviyyəsində isə mənfəət olur.  

 

Heyətin  idarə  edilməsində  iqtisadi  metodlar  kimi  rentabelliyin  müəyyən 



edilməsi xüsusi yer tutur. Mənfəət gəlirləri, xərcləri, itkiləri xarakterizə edərək, 

təsərrüfat  fəaliyyətinin  bütün  göstəricilərini  ümumiləşirir.  Mənfəət  sayəsində 

müəssisəsinin  fəaliyyətinin  effektivliyini  və  rentabelliyini  öyrənmək  və  onu 

qiymətləndirmək olar. Mənfəət müəssisənin gələcək fəaliyyətini stimullaşdırcaq 

mənbə,  onun  inkişafına  təkan  verəcək  başlıca  qüvvə  və  onun  şəxsi  kapitalını 

artırmaq üçün əsas vasitədi

19

.  Rentabellik müxtəlif qaydalarda hesablanır. Əsas 



göstərici  ümumi  rentabellik  və  ya  aktivlərin  rentabelliyi  göstəricisidir  və 

aşağıdakı düsturla hesablanır: 

R

üm

 = (M



b

:A)•100  

burada    M

b

   –  balans  mənfəəti;  A   –   müəssisənin  aktivlərinin  (əsas  istehsal 



fondları ilə dövriyyə vəsaitlərinin ) dəyəridir. 

                                                            

19

 http://banker.az/rentabellik-v%C9%99-onun-hesablama-qaydasi 




56 

 

 



Ə

gər  mənfəət  kəmiyyət  göstəricisi  olub  müəssisənin  mütləq  gəlirliliyini 

ə

ks etdirirsə, rentabellik keyfiyyəy göstəricisi olub nisbi gəlirliliyi ifadə edir və 



mənfəətin müəyyən bazaya nisbəti ilə ölçülür

20

.  



Mənfəətin  istənilən  göstəricisinin  hesablamasında  gəlir  iştirak  edir,  bu 

baxımdan təşkilatın gəlirliliyinin artımı üçün lazımdır: 

 

darəetmənin  mexanikləşdirilməsi  və  avtomatlaşdırılması, yeni texnoloci 



istehsal  üsullarının,  daha  səmərəli  materialların,  idarəetmənin  və  əməyin  təş-

kilinin  qabaqcıl  formalarının  tətbiq  edilməsi  və  s.  iş  vaxtına,  materiallara, 

enerciyə qənaət olunmasına kömək edir, məhsul  darəetməninın həcmini artırır 

və bununla da məhsul vahidinə çəkilən xərcləri azaldır 

 

darəetmənin  iqtisadi  səmərəliliyinin  yüksəldilməsinə  idarəetmənin 



təmərküzləşməsi 

ə

həmiyyətli 



dərəcədə 

təsir 


göstərir. 

Müəssisələrin 

iriləşdirilməsi  yeni,  yüksək  məhsuldar  avadanlığın  tətbiq  edilməsi  üçün  və 

bununla da əsas fondlardan istifadəni yaxşılaşdırmaq və məhsul vahidinə düşən 

amortizasiya  ayırmalarının  məbləğini  azaltmaq  üçün  şərait  yaradır.  O,  məhsul 

vahidinə düşən inzibati-idarəetmə xərclərini xeyli aşağı salır, material və enerci 

ehtiyatlarından istifadəyə müsbət planda təsir göstərir. 

 

Heyətin  idarə  edilməsində  işçi  qüvvəsinə  təsir  istehsal  münasibətlərinin, 



obyektiv  iqtisadi  qanunların  dərindən  dərk  olunması,  onlardan  geniş  istifadə 

edilməsi əsasında həyata keçirilir. Bu metodlardan istifadə olunmasında məqsəd 

kollektivdə  iqtisadi  maraq  yaratmaq,  sövqedici  tədbirlər  işləyib  hazırlamaq  və 

tətbiq etməklə, idarə olunan obyektin, məsələn, əmək kollektivinin təşəbbüskar-

lığına  nail  olmaqla  qarşıya  qoyulmuş  təsərrüfat  məsələlərinin  həllinə  onları 

stimullaşdırmaqdır.  qtisadi metodların köməyi ilə planlar, əmək haqqı, qiymət, 

mənfəət və başqa bu kimi mexanizmlər məqsədyönlü təsir vasitəsinə çevrilir. 

 

Təsərrüfatçılığın iqtisadi vasitələri olan əmək haqqı, qiymət, kredit, gəlir 



və  mənfəət,  vergi  və  s.  iqtisadi  metodun  mexanizminə  daxildirlər.  Bu  sistemə 

daxil  olan  iqtisadi  vasitələr  qarşıya  qoyulmuş  vəzifələrin  yerinə  yetirilməsində 

                                                            

20

 Müəssisələrin maliyyəsi, Bakı 2009, səh 123 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə